Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6258/2022 22.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında zəbt etdiyi 0,01794 ha torpaq sahəsinin boşaldılması tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-338/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında zəbt etdiyi 0,01794 ha torpaq sahəsinin boşaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-6374\2021 saylı qərardadına əsasən ünvan 1 ünvanında 0,01794 ha torpaq sahəsində tikinti və yenidənqurma işlərinin aparılması Cavabdeh və digər şəxslərə iddianın təmini tədbiri olaraq qadağan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-338/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında zəbt etdiyi 0,01794 ha torpaq sahəsinin boşaldılmasına dair iddia ərizəsi təmin edilməmişdir. Cavabdeh vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə seçilmiş iddianın təmini tədbirinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-338/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-6374\2021 saylı qərardadına əsasən ünvan 1 ünvanında 0,01794 ha torpaq sahəsində tikinti və yenidənqurma işlərinin aparılmasının Cavabdeh və digər şəxslərə qadağan edilməsinə dair iddianın təmini tədbiri ləğv edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-338/2022 saylı qərardadından narazı qalan iddiaçı tərəfindən şikayət verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən verilmiş şikayətə münasibət bildirilmədən mülki iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət qeyri-mümkün hesab edilməli, mülki prosessual qanunvericiliyin göstərilən tələbinə riayət edilməklə şikayətə münasibət bildirilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDİ : Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-338/2022 saylı qərardadından İddiaçı vermiş olduğu şikayət qeyri-mümkün hesab edilsin və mülki iş qərardaddan verilmiş şikayətə münasibət bildirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6258/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6258/2022
22.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver