Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-626/2020 03.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə börcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2575/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə börcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli, 23-G1-1-0-438-15 saylı kredit müqaviləsi üzrə 15111,83 ABŞ dollan əsas, 16670,12 ABŞ dolları faiz, 2764,89 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 443,05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 34989,89 ABŞ dolları borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, 568-ci məhəllədə yerləşən, 2a nömrəli evin 2 otaqlı, 56.38 kv.m ümumi, 36.28 kv.m yaşayış sahəsindən ibarət 19 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2575/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh1 Nəcməddın oğlundan xx.xx.2015-ci il tarixli, 23-G1-1-0-438-15 saylı kredit müqaviləsi üzrə 15111,83 ABŞ dollan əsas, 16670,12 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 443,05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 32325 (otuz iki min üç yüz iyirmi beş) ABŞ dollarıməbləğində borc (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və 55,20 (əlli beş manat iyirmi qəpik) məhkəmə xərcləri İddiaçı İKBASC-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş, Cavabdeh1 Nəcməddın oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, 568-ci məhəllədə yerləşən, 2a nömrəli evin 2 otaqlı, 56.38 kv.m ümumi, 36.28 kv.m yaşayış sahəsindən ibarət 19 saylı mənzilinə yönəldilərək ilkin satış qiyməti 90000 (doxsan min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilsin. Satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi,Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, 568-ci məhəllədə yerləşən, 2a nömrəli evin 2 otaqlı, 56.38 kv.m ümumi, 36.28 kv.m yaşayış sahəsindən ibarət 19 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində cavabdehlər SəfərovKamal Nəcməddin oğlu, X4, X1, X5 və Cavabdeh5 mənzildən çıxarılmalarl və mənzil boşadılması, iddia ərizəsi qalan hissədə təmin edilməməsi qət edilmişdir.Ekspertiza tədqiqatının dəyərinin 138 manatı Cavabdeh1 Nəcməddın oğlundan, 12 manatı İddiaçı İKB ASC-dən tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, onlardan 15111,83 ABŞ dolları məbləğində əsas borcun, 5970,0 ABŞ dolları məbləğində faiz borcun, ümumilikdə 21081, 83 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, ipoteka prerdmeti olan mənzilin girovluğdan azad edilməsi barədə qətnamə çıxararılmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, borclu müqavilə bağlandığdan sonra vaxtlı vaxtında kredit borcunu ödəmişdir. Lakin sonradan manatın ABŞ dollarına olan nisbətində dolların kursu yüksəldikdən sonra ödəniş etməkdə çətinlik çəkmişdir. İlk öncə qeyd etmək istəyir ki, iddiaçı cavabdehi aldatmış, xarici valyuta ilə kredit vermişdir. Halbu ki, qanunvericiliyin tələbinə əsasən Azərbaycan vətəndaşlarına, respublika ərazisində xarici valyuta ilə kredit vermək nəzərdə tutulmamışdır. Digər tərəfdən onların ödənişləri iddiaçı müxtəlif cərimə borcları ilə silmiş, ana borcu yüksəldərək , məhkəməyə saxta maliyyə arayışı vermişdir. Məhkəmə bu faktı araşdırmamış, iddiaçıdan müqavilə paketini, ödəniş qəbzlərinin alıb araşdırmadan, yalnız iddiaçının real borcu əks etdirməyən maliyyə arayışını möhtəbər sübut kimi qəbul edərək qətnamə çıxartmışdır. Məhkəmə prosesual hüquq normalarını pozaraq onları lazımı miqdarda məhkəmə proseslərinə cəlb etməmişdir. Məhkəmə qətnaməsini ekspertiza rəyi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Ekspertizanın 10371 saylı rəyində qeyd olunur ki xx.xx.2017-ci il tarix əsas borc 14786, 38 ABŞ dolları məbhsində təşkil edir- xx.xx.2019-cu il tarixə isə 15186, 38 ABŞ dolları məbləsində təşkil edir. Bu fakt özü təsdiq edir əsas borc ekspert tərəfindən qərəzli olaraq 400 ABŞ dolları məbləğində artırılmışdır ki, buda mümkün ola bilməz. Belə ki, ödəniş olduğu halda əsas borc azala bilər, ödəniş olmadığı halda olduğu kimi qalır. Məhkəmə bu faktı araşdırmamış və qeyd etdiyi kimi onları məhkəmə prosesinə çağırmadan isə baxaraq qanunsuz qətnamə qəbul etmişdir. Digər tərəfdən məhkəmə iddiaçının 443,05 ABŞ dolları məbləsində əldən axmış bəhər tələbini də təmin etmisdir. Hesab edir ki, qanunvericiliyin tələbinə görə bu hissədədə iddia təmin olunmamalı idi. Digər tərəfdən məhkəmə mənziliin qiymətləndirilməsinə dair “xxxxxxxxxxxxxxx” MMC təqdim etdiyi mənzilin qiymətləndirilməsinə dair rəyi də sübut kimi qəbul etmişdir. Halbu ki, onlar ailəliklə həmin mənzildə yaşayırlar. Нес vaxt mənzilə ekspertlər gəlməmiş baxış keçirməmiş və saxta rəy vermişlər. Həmin rəyidə iddiaçı mənzilinə sahib olmaq üçün özü təşkil etmişdir ki, mənzili aşağı qiymətlə saxta hərrac keçirərək mənimsəsin. Qeyd etmək istəyir ki, 90.000 manat məbləğ mənzilinin real bazar qiymətini əks etdirmir. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 münasibətdə əsas, faiz borcunun hesablanması və ipoteka müqaviləsinə xitam verilməsi hissəsində yoxlanılması təşkil edir. İddiaçı apellyasiya şikayəti vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı İKBASC ilə Cavabdeh1 Nəcməddın oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 23- G1-1-0-438-15 saylı kredit müqaviləsindən görünür ki, borc alana 36 ay müddətinə illik 25% olmaqla 33000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı İKB ASC ilə Cavabdeh1 Nəcməddın oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində ipoteka qoyanın mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, 568-ci məhəllədə yerləşən, 2a nömrəli evin 2 otaqlı, 56.38 kv.m ümumi, 36.28 kv.m yaşayış sahəsindən ibarət 19 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və yüklülük barədə DƏDRX tərəfindən xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Bundan başqa müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 10371 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış, kassa məxaric orderi məlumatlarına əsasən xx.xx.2015-ci il tarixli, 23-G1-1-0-438-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Nəcməddın oğlunun xx.xx.2019-cu il tarixəəsas borc üzrə 15186,38 ABŞ dolları;faiz borcu üzrə 18899,11 ABŞ dolları;xx.xx.2017-ci il tarixəəsas borc üzrə 14786,38 ABŞ dollarıfaiz borcu üzrə 19074,96 ABŞ dolları təşkil edir.“xxxxxxxxxxxxxxx” MMC-nin ekspertləri tərəfindən aparılmış araşdırmaların nəticələrinə dair xx.xx.2019-cuil tarixli, 02/37/19/NB saylı rəyi ilə ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Əbdürəhim Haqverdiyev küçəsi, 568-ci məhəllədə yerləşən, 2a nömrəli evin 2 otaqlı, 56.38 kv.m ümumi, 36.28 kv.m yaşayış sahəsindən ibarət 19 saylı mənzili 90000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini borcalana vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə, kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə borcun zaminlər tərəfindən ödənilməsini tələb etmək hüququ vardır. İlk əvvəl məhkəmə kollegiyası iddia tələbinin əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddanın faiz borcunun tutulması hissəsi ilə bağlı düzgün nəticəyə gəlsə də, əsas borcun hesablanmasında səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət edərkən ərizəsinə əlavə etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışına əsasən borc pul vəsaitinin tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 10371 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsasən xx.xx.2015-ci il tarixli, 23-G1-1-0-438-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Nəcməddın oğlunun xx.xx.2019-cu il tarixə əsas borc üzrə 15186,38 ABŞ dolları;faiz borcu üzrə 18899,11 ABŞ dolları;xx.xx.2019-cu il tarixəəsas borc üzrə 14786,38 ABŞ dollarıfaiz borcu üzrə 19074,96 ABŞ dolları təşkil edir. Buna baxmayaraq məhkəmə kollegiyası tərəfindən əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının nəticələrinə dair məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 31020 saylı ekspert rəyinə əsasən, xx.xx.2015-ci il tarixli, 23-G1-1-0-438- 15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Nəcməddın oğlunun xx.xx.2018-ci il tarixə əsas borc üzrə 19.036,38 ABŞ dolları;faiz borcu üzrə 16.673,02 ABŞ dolları; xx.xx.2019-cu il tarixə (qətnamə qəbul edilən tarix) əsas borcu 14.786,38 ABŞ dolları, faiz borcu isə21.077.28 ABŞ dolları təşkil edir. Keçirilmiş ekspertiza tədqiqatı ilə bank tərəfindən ödənilməsi tələb olunan əsas borc məbləğinin az, faiz borcunun isə çox hesablandığı müəyyən olunmuşdur. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil apellyator tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 103.1. və 88-ci maddələri). Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin kredit borcu üzrə əsas borcunun ekspertiza rəyində göstərilən məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi əsas borc məbləği üzrə maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Buna baxmayaraq, kollegiya qeyd edir ki, iddiaya tələbdə göstərilən həddə baxıldığından faiz borcunun ekspert rəyində göstərilən məbləğdə nəzərə alınması hüquqmüəyyənlik prinsipinə ziddir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən Banka ödənilməmiş əsas borcu 14.786,38 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə illik 5 faiz dərəcəsi ilə əldən çıxmış faydanın tutulması hissəsindəqeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.1 və 443.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini əldən çıxmış faydanın tutulması hissəsində təmin etməklə düzgün nəticəyə gəlmişdir. Tələbin ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə də razılaşan məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən isə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərraçdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfındən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipoteka qoyulmuş əmlaka yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına kredit borcu tutularaq banka ödənilməlidir. İşin mübahisə olunmayan halına görə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, 568-ci məhəllədə yerləşən, 2a nömrəli evin 2 otaqlı, 56.38 kv.m ümumi, 36.28 kv.m yaşayış sahəsindən ibarət 19 saylı mənzilintam pay üzrə mülkiyyətçisi Cavabdeh1 banka kreditin təminatı üçün ipoteka qoyulmasına razılıq vermişdir. İş materiallarından görünür ki, Bank ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizə ilə müraciət etmiş və bildiriş ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun “ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası” başlıqlı 36-cı maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi ipoteka qoyana məxsus olan daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, borclular isə üzərinə düşən öhdəlikləri lazımca yerinə yetirməmişdir. Buna görə də kollegiya hesab edir ki, “tələbin ipoteka ilə yüklü edilmiş ipoteka predmetinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, satılması və əldə ediləcək vəsaitin banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilmiş vəsait kifayət etmədiyi təqdirdə borcun ümumi qaydada icra edilməsi” hissəsi də qanunidir və birinci instansiya məhkəməsi bununla bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya ipoteka predmetinə tutma yönəldikdən sonra ipoteka predmetinin boşaldılması ilə bağlı qeyd edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuşyaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan vəonunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən gecibir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsiüzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdəyaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsibağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etməkbarədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpotekamüqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslərbelə öhdəlik götürmüş sayılırlar. Qanunun mənasından göründüyü kimi, ipoteka qoyan və onunla birlikdə yaşayanailə üzvləri və digər şəxslər ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdıqdansonra, yaşayış sahəsini tərk etməlidirlər. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətlərinin müəyyənləşdirilməsi hissəsində də əsaslıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Belə ki, “xxxxxxxxxxxxxxx” MMC-nin ekspertləri tərəfindən aparılmış araşdırmaların nəticələrinə dair xx.xx.2019-cuil tarixli, 02/37/19/NB saylı rəyi ilə ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Əbdürəhim Haqverdiyev küçəsi, 568-ci məhəllədə yerləşən, 2a nömrəli evin 2 otaqlı, 56.38 kv.m ümumi, 36.28 kv.m yaşayış sahəsindən ibarət 19 saylı mənzili 90000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarından görünür ki, ipoteka qoyan ilə ipoteka saxlayan arasında ipoteka müqaviləsi bağlanarkən sözügedən əmlak 88.000 manat məbləğində qiymətləndirilmiş, işə birinci instansiya məhkəməsində baxılarkən onun qiyməti ilə bağlı “xxxxxxxxxxxxxxx” MMC-nin ekspert rəyi alınmış, həmin rəy əsasında mənzilin ilkin satış qiyməti 90.000 manat müəyyən olunmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, borclu kredit müqaviləsini imzalamaqla ABŞ dolları valyutası ilə kredit borcu almasına dair öz iradə ifadəsini bildirmişdir. ABŞ dolları ilə kredit pul vəsaitinin verilməsinin məhdudlaşdırılmasına dair isə qanunvericilikdə hər-hansı müddəa nəzərdə tutulmamışdır. Bundan başqa məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövcud qərarlarına əsaslanaraq qeyd edir ki, ölkədə devalvasiyanın baş verməsi, sonuncunu müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasından azad etmir və devalivasiyanın baş verməsi fors-major halı hesab edilə bilməz. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakları olmadan baxılması barədə apellyasiya şikayətindəki dəlilləri ilə razılaşmır. Belə ki, cavabdehlərin rəsmi qaydada qeydiyyatda olduğu ünvana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məhkəmə bildirişləri göndərilmişdir. Bundan başqa cavabdehlər birinci instansiya məhkəməsinə mülkiprosessual hüquqlarından istifadə etməklə məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı vəsatətlə müraciət etmişlər. Bununla da birinci instansiya məhkəməsi haqlı olaraq Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollgiya qeyd edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 150 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinə ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2575/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilməli, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə ödənilməli olan əsas borcu 14786,38 ABŞ dolları müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 150 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2575/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə ödənilməli olan əsas borcu 14786,38 ABŞ dolları müəyyən edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 150 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-626/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-626/2020
03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver