Məhkəmə qərarları › İş №2(103)-6261/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6261/2023

09.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6261/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (maraqlı şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” ərizəsinə dair iş üzrə (Açar sözlər: iddia ərizəsi geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Ərizəçi (maraqlı şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” ərizəsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5574/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X2 İcra Komitəsinin bağ-tikinti kooperativlərinin yaradılması və vətəndaşlara bağ sahələrinin ayrılması haqqında 20 iyun 1991-ci il tarixli № 8\447 saylı qərarına əsasən ona Ləhiş bağlar massivində 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi nəzdində 3688A saylı bağ sahəsinin ayrılması və onun qanuni istifadəsində olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X2 İcra Komitəsinin bağ-tikinti kooperativlərinin yaradılması və vətəndaşlara bağ sahələrinin ayrılması haqqında 20 iyun 1991-ci il tarixli № 8\447 saylı qərarına əsasən ona Ləhiş bağlar massivində 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi nəzdində 3688A saylı bağ sahəsi ayrılmışdır. Ləhiş bağlar massivində 3688A saylı bağ sahəsi 1991-ci ildən halhazıra kimi onun qanuni istifadəsindədir. Yuxarıda qeyd edilən torpaq sahəsi ona müvafiq qərar əsasında ayrılandan sonra, o, bağ sahələrinin sənədləşdirməsi qaydalarını bilmədiyinə görə, özünə məxsus 3688A saylı bağ sahəsinə 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativindən ona torpaq sahəsinin ayrılması barədə order almağa cəhd etməmişdir. Ərizəyə əlavə olunmuş 17 may 2023-cü il tarixli ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubunda qeyd olunur ki, ona 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi nəzdində Ləhiş bağlar massivində bağ sahəsi ayrılmış, lakin onun adına bağ sahəsinin ayrılmasına dair order idarənin arxivində aşkar olunmamışdır. Bundan əlavə, 28 iyul 2020-ci il tarixli AR DİN Bakışəhər Baş Polisİdarəsinin cavab məktubuna əsasən, ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları sahəsində yerləşən (226 nömrəli BTK) 3688A nömrəli bağ sahəsinə verilmiş orderin tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır. Ərizəyə əlavə olunmuş 20 iyul 2023-cü il tarixli ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən, 3688A bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair onun müraciətinə baxılmiş və bildirilmişdir ki, 20 iyun 1991-ci il tarixli № 8\447 saylı qərarına əsasən ona Ləhiş bağlar massivində 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi nəzdində bağ sahəsi ayrılmış, lakin məlumat bazasında onun adına bağ sahəsinin ayrılmasına dair order İdarənin arxivində aşkar olunmamışdır. Eyni zamanda İdarə qeyd edir ki, hazırkı məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. Onu da bildirməyi zəruri hesab edir ki, eyni 20 iyun 1991-ci il tarixli № 8\447 saylı qərarı ilə, onun keçmiş yoldaşı olan X3 Ləhiş bağlar massivində 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi nəzdində 3688 saylı bağ sahəsi ayrılmışdır. Həmçinin onun da 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativindən orderi olmayıb, 1 saylı Bakı Ərazi İdarəsindən torpaq sahəsinə hüquqlarının bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina cavabı aldıqdan sonra, məhkəməyə müraciət edərək, öz hüquqlarının tanınmasına nail olmuşdur (qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1012/2020 saylı qətnaməsi, hakim Afaq Nuriyeva).

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5574/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə Ərizəçi (maraqlı şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi barədə ərizəsinin qəbul edilməsindən imtina olunması, ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, ərizəçi Bakı şəhəri X2 İcra Komitəsinin bağ-tikinti kooperativlərinin yaradılması və vətəndaşlara bağ sahələrinin ayrılması haqqında 20 iyun 1991-ci il tarixli № 8/447 saylı qərarına əsasən Ərizəçi Ləhiş bağlar massivində 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi nəzdində 3688A saylı bağ sahəsinin ayrılması və Ərizəçi qanuni istifadəsində olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini xahiş etsə də,məhkəmə tərəfindən həmin hüquqi faktın müəyyən edilməsinə qanunvericiliklə yol verilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.6-cı maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın.Lakin ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Fililalı tərəfindən xx.xx.2011-cu il tarixdə verilmiş 5432 №-li Arxiv çıxarışından görünür ki, Ərizəçi Bakı şəhər Sovet İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli № 8\447 saylı qərarına əsasən 1 №-li Əlavəyə əsasən 226 nömrəli Ləiş Bağ Tikinti Kooperativinin üzvüdür. Eyni zamanda ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 20 iyul 2023-cü il tarixli məktubdan görünür ki, ərizəçinin Bakı şəhəri, Sabunçu rayonun, Ləhiş bağ sahəsində yerləşən 3688 a bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinə cavab olaraq isə bildirilmişdir ki, Bakı şəhər Sovet İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli № 8\447 saylı qərarına əsasən 226 nömrəli Ləhiş bağ tikinti kooperativi üzvlərinin siyahısında Ərizəçi adı göstərilmişdir, lakin ayrılması nəzərdə tutulmuş bağ sahəsinin nömrəsi qeyd edilməmişdir. Həmçinin hazırda istinad edilən məlumat bazasında Ərizəçi adına bağ sahəsinin (eləcə də 3688a saylı bağ sahəsinin) ayrılmasına dair hüquqmüəyyənedici sənəd(order) İdarənin arxivində aşkar edilməmişdir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

5. Həmin qərardaddan Ərizəçi şikayət ilə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(001)-5574/2023 saylı qərardadının ləğv edilməsi və onun (maraqlı şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi barədə ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(001)-5574/2023 saylı qərardada əsasən, Ərizəçi (maraqlı şəxsqismində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrıvə Reyestri Publik hüquqi şəxsi) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi barədə ərizəsinin qəbul edilməsindən imtina olunmuş, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Yuxarıda göstərilən qərardadla razılaşmayaraq aşağıdakıları bildirməyi zəruri hesab edirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımisənədləribaşqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hal-hazırda AR Prezidentinin 22 may 2007- ci il tarixli №2186 saylı sərəncamının 1-ci bəndinə görə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakışəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələrin ləğv edildiyinə görə, ona məxsus Ləhiş bağlar massivində 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi nəzdində 3688A saylı bağ sahəsinin ayrılması barədə orderin alınması qeyrimümkündür. Belə olan halda, hesab edir ki, ona qanuni istifadəsində olan bağ sahəsinin məhz ona ayrılması barədə hüquqi əhəmiyyəti olan faktı tanınsa, o, sözügedən torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata ala bilər. Ərizəyə əlavə olunmuş 20 iyul 2023-cü il tarixli ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən, 3688A bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair onun müraciətinə baxılmış və bildirilmişdir ki, 20 iyun 1991-ci il tarixli № 8\447 saylı qərarına əsasən Ərizəçi Ləhiş bağlar massivində 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi nəzdində bağ sahəsi ayrılmış, lakin məlumat bazasında onun adına bağ sahəsinin ayrılmasına dair order İdarənin arxivində aşkar olunmamışdır. Eyni zamanda İdarə qeyd edir ki, hazırkı məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. Beləliklə, Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(001)-5574/2023 saylı qərardadın nəticə hissəsində göstərildiyi kimi, ona maraqlı şəxs ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrıvə Reyestri Publik Hüquqi Şəxsi imtina məktubu vermir və nəticədə onun inzibati məhkəməyə müraciət etmək hüququ təmin edilmir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5574/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Ərizəçi (maraqlı şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, e2(001)-5574/2023 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Maddə 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, ərizəçi məhkəməyə müraciət edərək, Bakı şəhəri X2 İcra Komitəsinin bağtikinti kooperativlərinin yaradılması və vətəndaşlara bağ sahələrinin ayrılması haqqında 20 iyun 1991-ci il tarixli № 8/447 saylı qərarına əsasən ona Ləhiş bağlar massivində 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi nəzdində 3688A saylı bağ sahəsinin ayrılması və onun qanuni istifadəsində olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyası iddia ərizəsinin qəbul edilməsindən imtina barədə nəticəyə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 7-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın.

14. Qərarda həmçinin qeyd edilir ki, Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır.

15. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Fililalı tərəfindən xx.xx.2011-cu il tarixdə verilmiş 5432 №-li Arxiv çıxarışından görünür ki, Ərizəçi Bakı şəhər Sovet İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli № 8\447 saylı qərarına əsasən 1 №-li Əlavəyə əsasən 226 nömrəli Ləiş Bağ Tikinti Kooperativinin üzvüdür.

16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 20 iyul 2023-cü il tarixli məktubdan görünür ki, ərizəçinin Bakı şəhəri, Sabunçu rayonun, Ləhiş bağ sahəsində yerləşən 3688a bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinə cavab olaraq isə bildirilmişdir ki, Bakı şəhər Sovet İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli № 8\447 saylı qərarına əsasən 226 nömrəli Ləhiş bağ tikinti kooperativi üzvlərinin siyahısında Ərizəçi adı göstərilmişdir, lakin ayrılması nəzərdə tutulmuş bağ sahəsinin nömrəsi qeyd edilməmişdir. Məlumat bazasında Ərizəçi adına bağ sahəsinin (eləcə də 3688a saylı bağ sahəsinin) ayrılmasına dair hüquqmüəyyənedici sənəd (order) İdarənin arxivində aşkar edilməmişdir.

17. Göründüyü kimi, ərizəçi Bakı şəhəri X2 İcra Komitəsi tərəfindən Ləhiş bağlar massivində 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi nəzdində 3688A saylı bağ sahəsinin ayrılması barədə sənədlərin ona verilməsi məqsədilə müvafiq quruma müraciət edə və ya Ləhiş bağlar massivində 226 nömrəli Ləhiş Bağ Tikinti Kooperativi nəzdində 3688A saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün müvafiq qeydiyyat orqanına müraciət edə bilər, imtina əldə edildiyi halda bu inzibati aktı mübahisələndirə bilər.

18. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

19. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 153, 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5574/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar