Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6266/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X3, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2, "xxxx" ASC-nin nümayəndəsi X13 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1824/2022 saylı, 06 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh1 ASC-yə kredit müqaviləsi üzrə zamin olmuşdur. Hazırda iddiaçı cavabdehlərin kredit borcu üzrə müəyyən ödənişləri onun tərəfindən edildiyini iddia edərək, reqres qaydada pul məbləğini tələb etməkdədir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ASC-dən və Cavabdeh2 əsas borca görə 676987 manat, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 101548 manat faizlərin, hüquqi xidmət üçün ödənilmiş 300 manatın və iddia üçün ödənilmiş 1069 manat, ümumilikdə 779904 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ASC-nin sahibi Cavabdeh2 qızı Aida Məmmədova ilə oğlu Sadıqlı Ülvi 2014-cü ildə nişanlanmışlar. xx.xx.2015-ci il tarixdə “Meredian Park” Şadlıq Sarayında gənclərə toy mərasimi keçirərək evləndilər. Qohumluq münasibəti yarandıqdan sonra Cavabdeh2 Cavabdeh1 ASC-nin sahibi olduğunu bilmişdir. 2016-cı ildə bildirdi ki, biznes fəaliyyətinin genişləndirilməsi üçün Cavabdeh1 ASC-nin adına aşağı faizlə kredit götürmək istəyir, lakin kredit verilməsi üçün razılaşsa da, ondan zamin tələb edirlər. Loğman Məmədov həm də yaşayış binalarının tikintisi ilə məşğul olurdu. Qohumluq münasibətlərinə görə ona köməklik etmək zamin dura biləcəyinə söz vermişdir. xx.xx.2016-cı il tarixdə Cavabdeh1 ASC ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə onunla da xx.xx.2016-cı il tarixli, №Z1778 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. 2017-ci ilin iyul ayında Cavabdeh2 ondan kredit ödənişlərində ona köməklik etməyini xahiş etmişdir. Qohumluq münasibətlərinə görə, həm də ki, kredit müqaviləsi üzrə zamin olduğu üçün etiraz etməmiş və Cavabdeh2 onun pulunu qaytaracağına söz verirdi. Cavabdeh1 ASC-nin "xxxx" ASC-yə olan kredit borcuna görə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində tanışı X33 Həsən oğlu vasitəsi ilə "xxxx" ASC-yə 676987 manat pul ödəmişdir. 2019-cu ilin avqust ayından etibarən, övladları arasında ailə münasibətləri pozulmağa başlamışdır. Elə həmin ilin sonlarından, yəni oktyabr ayından övladları faktiki olaraq ayrı yaşamağa başlamışdılar. Buna baxmayaraq gənclərin barışa biləcəyini düşünərək Cavabdeh2 pulunu dərhal qaytarmasını tələb etməmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə övladları arasında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra Cavabdeh2 ona və ailəsinə qarşı düşmənçilik mövqeyi tutaraq, qardaşı Ramiz Məmmədovun müntəzəm təşkilatçılığı ilə onların bacısı oğlu, hazırda biznes şərikləri olan Babək İsmayılovla birlikdə barəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə, Yasamal Rayon Prokurorluğuna və Yasamal Rayon Polis İdarəsinə ünvanladığı qisas və düşmənçilik xarakterli, düşmənçilik etmək və qisas almaq məqsədi daşımaqla həqiqətə uyğun olmayan, tamamilə şər və böhtandan ibarət şikayət ərizələri aidiyyəti qurumlarda müvafiq qaydada araşdırılmış, Cavabdeh2 və bacısı oğlu, həmçinin biznes şəriki olan Babək İsmayılovun barəsində göstərdikləri xüsusatlar Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmış və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi, İ dərəcəli hüquqşünas Səbuhi Alıyevin və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X8 xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” Qərar qəbul edilmişdir. Artıq aralarında hər hansı bir qohumluq münasibəti qalmadığından, ən əsası Loğman Məmədov ailəsinə qarşı belə mövqe tutduğundan haqqı olanı ondan geri almaq qərarına gəlmişdir. Dəfələrlə pulunu qaytarmasını tələb etsə də, müxtəlif bəhanələr gətirərək pulu qaytarmadı. Loğman Məmədov tərəfindən pozulmuş hüquqları məhkəmə qaydasında bərpa olunmalıdır. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 ASC-dən və Cavabdeh2 əsas borca görə 939.564 manat, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 140.934 manat faizlərin, hüquqi xidmət üçün ödənilmiş 300 manatın və iddia üçün ödənilmiş 1069 manat, ümumilikdə 1.081.867 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X33 Həsən oğlu bildirmişdir ki, İddiaçı ona kredit borcunun ödənilməsi üçün pul vermiş və o, banka ödənişlər etmişdir. Lakin məbləğin nə qədər olduğunu bilmədiyini qeyd etmiş, həmçinin hadisələrin baş verməsindən xeyli müddət keçdiyini bildirərək, çox məlumatların yadında olmadığını qeyd etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, əvvəllər "xxxx" ASC-də problemli kreditlər şöbəsində işləmişdir. Qeyd olunan kredit üzrə problem yarandığı vaxtdan həmin kreditlə o, məşğul olmuşdur. Kredit üzrə borclular ilə əlaqə saxlamış və ödənişlərin həyata keçirilməsini tələb etmişdir. Həmin vaxtlar zamin İddiaçı kredit borcunun onun olduğunu və özü ödəyəcəyini bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Cavabdeh1 ASC-də sürücü vəzifəsində işləyir. "xxxx" ASC-də kredit ödənilməsi barədə məlumatı yoxdur. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1824/2022 saylı, 06 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.4, 385.1, 509.1 və 1114.1-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.3, 78.1, 78.2, 80, 88 217.3, 217.4-cü maddələri, Konstitusiya və Avropa Məhkəməsinin qərarlarına istinad edərək onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlərdən tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən sübut kimi təqdim etdiyi "xxxx" ASC-nin ödəniş qəbzlərində ödənişin X33 Həsən oğlu tərəfindən aparıldığı qeyd olunmuşdur. Cavabdehlərdən reqress qaydada pul tələb etmək üçün iddiaçı tərəfindən kredit borcu üzrə ödənişlərin aparılmasını təsdiq edən sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən şahid qismində dəvət olunmuş X33 Həsən oğlu kredit ödənişi üçün pulu iddiaçıdan aldığını qeyd etsə də, götürdüyü pulun hansı məbləğdə olduğunu bilmədiyini qeyd etmişdir. X33 Həsən oğlu iddiaçıdan götürdüyü pulun məbləğini və həmin pulu banka ödəniş edən zaman məbləğinin bilməməsini inandırıcı olmadığı hesab edərək, X33 Həsən oğlu tərəfindən şahid qismində vermiş olduğu ifadələri sübut kimi qiymətləndirməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1824/2022 saylı, 08 iyun 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1824/2022 saylı qətnaməsinə aşağıdakı düzəlişlər edilmişdir: Qətnamənin giriş və təsviri-əsaslandırıcı hissələrində “X2 “Vəkil1 sözləri ilə və “X17” sözləri “Vəkil2 sözləri ilə əvəz edilsin. Qətnamənin əsaslandırıcı hissəsində 6-cı vərəq 5-ci abzasda “Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir sözləri Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir” sözləri ilə əvəz edilsin. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehlərə borclarını ödəmələri barədə rəsmi qaydada pretenziya ilə müraciət edilmiş, lakin Cavabdeh2 pretenziya məktubunu götürməkdən imtina etmiş, bundan sonra X33 Həsən oğluna təzyiqlər etməyə başlamışdır. Maddi hüquq normasının tələbindən göründüyü kimi iddiaçı əsas borclu Cavabdeh1 ASC-nin kreditor qarşısında olan öhdəliyini tam yerinə yetirdiyi üçün borcludan kreditora ödənilmiş məbləği və həmin məbləğə hesablanmış faizləri və bununla bağlı çəkdiyi bütün xərcləri tələb etmək hüququna malikdir. Lakin işə baxan məhkəmə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir. İşin faktiki hallarından göründüyü kimi cavabdehlər iddiaçı qarşısında olan öhdəliklərini vaxtında yerinə yetirməmiş, bununla da iddiaçının qanunla qorunan əmlak hüquqlarını pozmuşlar. İşin faktiki hallarından göründüyü cavabdehlər iddiaçıya qaytarmağa borclu olduqları pul vəsaitini qaytarmaqdan boyun qaçırmaqla iddiaçıya maddi zərər vurmuşlar. Lakin işə baxan məhkəmə buna hüquqi qiymət verməmiş, maddi hüquq normasını tətbiq etməmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, FJB**********506 nömrəli qəbzin surətindən görünür ki, “hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X33 Həsən oğlu tərəfindən 2922 manat ödəniş edilmişdir. Göründüyü kimi, iddiaçı cavabdehlərin əvəzindən kreditor qarşısında olan borc öhdəliyini 2019-cu ilin avqust ayından tam yerinə yetirməsinə baxmayaraq, cavabdehlər bu günədək olan müddət ərzində iddiaçıya ödənilməklə olan pul məbləğini ödəmədikləri üçün, həmin pul məbləğinə faiz ödəməyə borcludurlar. İşin faktiki hallarından göründüyü kimi, cavabdehlər iddiaçıya məxsus pul vəsaitini qaytarmaqdan imtina edərək qanunsuz olaraq özlərində saxladıqları üçün əsas pul məbləğinə əlavə olaraq faizlər ödəməyə borcludurlar və məhkəmə qətnamə ilə həmin pul məbləğini və ona hesablanmış faizləri tutmağa borclu idi. İşin faktiki hallarından və maddi hüquq normasının göstərilən normasının tələbindən göründüyü kimi, Cavabdeh1 ASC-nin "xxxx" ASC qarşısında olan öhdəliyini iddiaçı zamin kimi yerinə yetirdiyi üçün həmin məbləği Cavabdeh1 ASC-dən tələb etmək hüququna malikldir. İşin faktiki hallarından və iş materiallarına əlavə edilmiş sübutlardan göründüyü kimi, məhkəmə qərar qəbul edərkən işdə olan sübutlara, şahid ifadələrinə, hətta cavabdehlərin məhkəmədə verdikləri izahatlara deyil, özünün irəli sürdüyü dəlillərə hüquqi qiymət vermişdir. Məhkəmə qətnaməni əsaslandırmaq üçün qeyd edir ki, iddiaçı cavabdehlərdən tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən sübut kimi təqdim etdiyi "xxxx" ASC-nin ödəniş qəbzlərində ödənişin X33 Həsən oğlu tərəfindən aparıldığı qeyd olunmuşdur. Cavabdehlərdən reqress qaydada pul tələb etmək üçün iddiaçı tərəfindən kredit borcu üzrə ödənişlərin aparılmasını təsdiq edən sübut təqdim edilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən şahid qismində dəvət olunmuş X33 Həsən oğlu kredit ödənişi üçün pulu iddiaçıdan aldığını qeyd etsə də, lakin götürdüyü pulun hansı məbləğdə olduğunu bilmədiyini qeyd etmişdir. X33 Həsən oğlu iddiaçıdan götürdüyü pulun məbləğini və həmin pulu banka ödəniş edən zaman məbləğinin bilməməsini inandırıcı olmadığı hesab edərək, X33 Həsən oğlu tərəfindən şahid qismində vermiş olduğu ifadələri sübut kimi qiymətləndirməmişdir. Göründüyü kimi, məhkəmə qətnamə qəbul edərkən sübutlara deyil, özü tərəfindən irəli sürülmüş fikirlərə hüquqi qiymət vermişdir. Məhkəmə Kollegiyasının nəzərinə xüsusilə çatdırmağı vacib hesab edir ki, hər iki cavabdeh məhkəmə iclasında verdikləri izahatlarında və məhkəməyə yazılı şəkildə təqdim etdikləri etirazda tələb olunan pul məbləğinin iddiaçı tərəfindən ödənildiyini qəbul edərək bildirirlər ki, guya həmin kredit məbləği Cavabdeh1 ASC-nin adına götürülsə də, əslində krediti iddiaçı özü götürmüş, bu səbəbdən də kredit borcunu da özü ödəmişdir. Cavabdehlər iddia tələbinə qarşı irəli sürdükləri etirazda göstərilənləri təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməsələr də, məhkəmə nə işə əlavə edilmiş yazılı sübutlara, nə də ki, cavabdehlərin izahatlarına əhəmiyyət verməmişdir. Xüsusilə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəflər arasında olan hüquq münasibətlərinə belə düzgün yanaşmamış, müqavilədən irəli gələn münasibətlərə maddi hüquq normaları tətbiq etmək əvəzinə mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş zərərin ödənilməsini təmin edən maddi hüquq normalarını tətbiq etmişdir. Həmçinin qeyd etməyi zəruri hesab edir ki, işin məhkəmə baxışı zamanı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edilsə də, məhkəmə ərizəyə ümumiyyətlə münasibət bildirməmişdir. Cavabdeh tərəf apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, iddiaçı Sadıqov X16 rayon məhkəməsinə iddia ərizəsi verərək cavabdehlər Cavabdeh1 ASC-dən və Cavabdeh2 əsas borca görə 676987 manat, AR MM-nin 445.7-ci maddəsinə əsasən pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 101548 manat faizlərin, hüquqi xidmət üçün ödənilmiş 300 manatın və iddia üçün ödənilmiş 1069 manat, ümumilikdə 779904 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2016-cı ildə Cavabdeh2 Cavabdeh1 ASC-də heç bir vəzifə tutmamış və şirkət ona məxsus olmamışdır və onun "xxxx" ASC-dən götürülmüş kreditə heç bir aidiyyatı yoxdur. Əslində isə, İddiaçı təxminən 2016-cı ilin əvvəllərində Cavabdeh1 ASC-nin direktoru Naib Kərimova pula ehtiyacı olduğunu, lakin bankdan pul götürməkdə çətinlik çəkdiyini bildirmiş, Cavabdeh1 ASC-nin adına özünün tanışları olduğu "xxxx" ASC-dən kredit götürüb ona verilməsini xahiş etmişdir. Bu zaman İddiaçı pulu banka özü vaxtlıvaxtında qaytaracağına söz vermişdir. Bundan başqa, İddiaçı yaxın qohumlarına və onun ailəsinin olan "xxxx" Bank olmayan kredit təşkilatı MMC-yə məxsus olan 6 daşınmaz əmlakı da kreditin təminatı kimi banka ipoteka qoyacağını da demişdir. Bundan sonra, İddiaçı "xxxx" ASC-nin Bakı şəhəri, Bakıxanov küçəsi, Bridge Plazada yerləşən filialına getmiş və filialın müdiri ilə kreditin verilməsini, şərtlərini, məbləğini, faizlərini, müddətini və digər əsas şərtlərini özü razılaşdırmışdır. Bundan sonra isə xx.xx.2016-ci ildə Cavabdeh1 ASC-nin direktoru Naib Kərimov İddiaçı xahişi ilə "xxxx" ASC-nin Bakı şəhəri, Bakıxanov küçəsi, Bridge Plazada yerləşən filialına getmiş və orada Cavabdeh1 ASC-nin direktoru kimi K1982 saylı maliyyəşdirmə ərizəsini (kredit müqaviləsini) imzalamışdır, həmçinin İddiaçı kreditin qaytarılması üçün zaminlik müqaviləsini imzalamışdır. Bunlardan əlavə həmin vaxt İddiaçı yaxın qohumlarına və onun ailəsinin olan "xxxx" Bank olmayan kredit təşkilatı MMC-yə məxsus olan 6 daşınmaz əmlakın da kreditin qaytarılmasının təminatı kimi "xxxx" ASC-yə girov qoyulması barədə müvafiq ipoteka müqavilələri də imzalanmışdır. Beləliklə, İddiaçı xahişi ilə xx.xx.2016-cı il tarixdə 400000 manat və xx.xx.2016-cı il tarixdə isə 350000 manat "xxxx" ASC-dən Cavabdeh1 ASC-nin adına kredit qismində köçürülmüş pul şirkətin bank hesabından nağd şəkildə şirkətin direktoru Naib Kərimov tərəfindən götürülüb elə bankın filial binasının yanında “NİVA” markalı avtomobildə İddiaçı tapşırığı ilə onun tanışı Natiq Məmmədova verilmiş, bu zaman şahid kimi X7, X12, X19 də iştirak etmişlər. Sonra isə Natiq Məmmədov pulu İddiaçı çatdırmış, İddiaçı da bunu təsdiq etmişdir. Bu barədə video görüntülər "xxxx" ASC-də də qalmalıdır. Bundan sonra İddiaçı pulun banka qaytarılmasını uzatmağa başlamış, hər dəfə müxtəlif bəhanələr gətirərək pulu tez bir zamanda verəcəyini demiş, amma sözünə əməl etməmişdir. Bankdan kreditin vaxtında ödənilməsi ilə bağlı xəbərdalıqlar da Cavabdeh1 ASC-yə və onun direktoru Naib Kərimova deyil, məhz birbaşa olaraq İddiaçı edilmişdir, bank işçiləri dəfələrlə məhz onunla telefonla danışmış, görüşlər keçirmişlər. Çünki bank da bilirdi ki, əslində krediti Cavabdeh1 ASC deyil, məhz İddiaçı götürmüşdür və pulu da banka o qaytarmalı idi. Bunu bank işçiləri də təsdiq edə bilərlər. Hətta 2017-2018-ci illərdə kreditin ödənilməsində külli miqdarda borc əmələ gəldikdə krediti ödəmək üçün İddiaçı ailəsinə məxsus olan müxtəlif əmlakları satmağa kömək etməyi bank işçilərindən də xahiş etmiş və bank əməkdaşları ilə birgə həmin əmlaklara baxış da keçirilmişdir. Ümumiyyətlə nəyə görə İddiaçı Cavabdeh1 ASC-dən və Cavabdeh2 guya zamin kimi ödədiyi pulu 2017ci ildən indiyə qədər geri tələb etməmişdi? Eyni zamanda məhkəməyə bildirir ki, İddiaçı iddiada göstərdikləri həqiqətə uyğun deyildir, tərəflər arasında olan münasibətləri əks etdirmir. Əksinə İddiaçı Cavabdeh2 külli miqdarda borcu vardır və bu borcları ödəməkdən imtina edir. 2015-cı ildən başlayaraq İddiaçı Cavabdeh2 müxtəlif bəhanələrlə külli miqdarda borc pul almışdır. Belə ki, Cavabdeh2, 2015-ci ildə, İddiaçı xahişi ilə "xxxx" MTKnın inşa etdiyi ünvan 2 ünvanda yerləşən X11 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan həyat yoldaşı X6 adına 145 saylı mənzildə bütün təmir işlərini, bu təmir işləri zamanı istifadə olunmuş bütün tikinti materiallarının sifarişini, alınmasını, daşınması, təmir işlərini yerini yetirmiş usta və fəhlələrin əmək haqqlarını ödəmişdir. Təmir işlərinə Cavabdeh2 tərəfindən 850000 manat pul xərclənmişdir. Lakin həmin pulu İddiaçı geri qaytarmamışdır. Bundan başqa, 2018-ci ildə İddiaçı şəxsi ehtiyacları üçün Cavabdeh2 300000 ABŞ dolları pul vəsaiti almış, həmin puldan İddiaçı 100000 ABŞ dollar qaytarsa da, 200000 ABŞ dollar pulunu qaytarmamışdır. Eyni zamanda İddiaçı Nazirlər Kabinetinin işçiləri üçün Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində "xxxx" MTK-nın inşa etdiyi binada 4 otaqlı mənzil üçün satmaq adı ilə Cavabdeh2 300000 manat almış, lakin sonradan nə mənzili ona vermiş, nə də ki, pulu ona qaytarmamışdır. Bundan başqa, Nəsimi rayon Məhkəməsi 17 mart 2017-ci il tarixdən "xxxx" ASC-nin iddiası əsasında İddiaçı və həyat yoldaşı X6 adına olan bütün mülklərə həbs qoymaqla, Nərimanov rayonunda yerləşən Rose Ville yaşayış kompleksində 140 və 145 saylı mənzillərə görə 750000 manatın onlardan tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qərar çıxarmışdı. Həmin vaxt İddiaçı "xxxx" ASC-yə pulun ödənilməsi üçün Cavabdeh2 dəfələrlə xahişlər etmişdi. Məhz bundan sonra Cavabdeh2 2017-2018-ci illər ərzində "xxxx" ASC-yə İddiaçı borclarını bağlamaq üçün 500000 manatdan çox vəsait ödəmişdir. Bunlarla bağlı, 2020-ci il tarixdə Nəsimi rayon məhkəməsinə, 2021-ci il Yasamal rayon Prokurorluğuna, Yasamal rayon polis idarəsinə, Respublika Baş Prokurorunun Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, digər orqanlara yazdığı ərizələr, göndərdiyi telegramlar əsasında müvafiq araşdırmalar aparılmışdır. Bunların təsdiqi kimi, xx.xx.2022-ci il tarixdə Nəsimi rayon Məhkəməsində dəqiq, obyektiv araşdırma aparılaraq İddiaçı və həyat yoldaşı X5 ******* manat pulun Cavabdeh2 xeyrinə tutulması barədə qətnamə qəbul edilmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1456/2023 saylı xx.xx.2023-cü il tarxili qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Məhkəməsinin 2(006)-101/2022 saylı iş üzrə 04 mart 2022-ci il tarixli qətnaməsi təmir xərci olaraq 639057,5 manatın İddiaçı və X5 müştərək qaydada tutularaq Cavabdeh2 ödənilməsi hissəsində dəyişdirilmiş, İddiaçı və X5 təmir xərci qismində müştərək qaydada 595985 manat tutularaq Cavabdeh2 ödənilməsi, İddiaçı və X5 müştərək qaydada faiz borcu kimi 45.267 manatın və 36.125 manatın tutulması hissələrində ləğv olunması, 145 saylı mənzilin alınması üçün X6 "xxxx" ASC-yə olan borcuna görə banka ödədiyi 510.000 manatın X5 Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir (qətnamə əlavə edilir). Eyni zamanda bununla bağlı İddiaçı barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət edilmişdi. Şikayəti əsasında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmış, İddiaçı izahatı alınmışdır. Həmin izahatda da İddiaçı təsdiq etmişdir ki, Cavabdeh2 həmin 200.000 ABŞ dolları və 300.000 manat məbləğində pulu almışdır. Qeyd olunanları Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırma zamanı İddiaçı, X23, X15 və X28 verdikləri izahatlarda təsdiq etmişlər. Bundan başqa, İddiaçı Cavabdeh2 pulu alması onun özünün səs yazısı olan və araşdırmaya təqdim etdiyi disklə də təsdiq olunur. Cavabdeh2 qarşı pul tələbinin əsassız, uydurma və yalan olduğu həm də onunla sübut olunur ki, son 3 il ərzində İddiaçı ondan aldığı pulların qaytarılması ilə bağlı dəfələrlə şahidlərin iştirakı ilə görüşlər zamanı, hüquq-mühafizə orqanlarında araşdırmalar zamanı İddiaçı nədənsə heç vaxt Cavabdeh2 ona borclu olmağını bildirməmişdir. İddiaçı Cavabdeh2 bu qədər borcları olduğu halda, 676987 manatı hardan alıb "xxxx" ASC-yə ödəmişdir? Əgər onun bu qədər pul vəsaiti vardısa, "xxxx" ASC-yə olan öz borclarını niyə ödəmirdi, amma guya Cavabdeh2 "xxxx" ASC-yə borcunu ödəyirdi? Həmçinin, həmin dövrdə, yəni 2016-2018-ci illlərdə Cavabdeh1 ASC-nin ümumiyyətlə kredit vəsaitlərinə ehtiyacı olmamış, Cavabdeh1 ASC-nin özünün mübahisə edilən kredit vəsaitindən dəfələrlə çox dövriyyəsi olmuş, eyni zamanda Cavabdeh1 ASC-yə və onun səhmdarlarına məxsus heç bir əmlakın bu kredit üzrə ipoteka qoyulmamışdı. İddiaçı çox yaxşı məlumdur ki, Cavabdeh1 ASC-nin "xxxx" ASC-dən Cavabdeh1 ASC-nin adına götürülmüş kredit vəsaitləri məhz İddiaçı xahişi və təşəbbüsü ilə götürülmüş və həmin pul İddiaçı verilmişdir. Bu faktı həm də həmin kreditin təminatı kimi İddiaçı və ailəsinə məxsus 6 daşınmaz əmlakın "xxxx" ASC-də girov qoyulması, Nazirlər Kabinetində yüksək vəzifədə ola-ola "xxxx" ASC-nin xeyrinə 2 dəfə zaminlik müqaviləsi imzalamağı da sübut edir. Halbuki, nə Cavabdeh2, nə də ki, Cavabdeh1 ASC-nin və onun direktoru Naib Kərimovun heç bir əmlakı həmin kredit üçün "xxxx" ASC-də girov qoyulmamışdır. Bütün bunlar sübut edir ki, Cavabdeh1 ASC ilə "xxxx" ASC arasında imzalanmış kredit müqaviləsi olan xx.xx.2016-cı il tarixli K1982 saylı maliyyəşdirmə ərizəsi digər əqdi, yəni əslində İddiaçı ilə "xxxx" ASC arasında bağlanmalı olan əqdi – kredit müqaviləsini pərdələmək üçün bağlanmışdır. Buna görə də Cavabdeh1 ASC ilə "xxxx" ASC arasında bağlanmış K1982 saylı xx.xx.2016-ci il tarixli maliyyəşdirmə ərizəsi - kredit müqaviləsi və "xxxx" ASC ilə İddiaçı arsında bağlanmış Z1778 saylı xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi etibarsızdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 izahat verərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirdi və təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 və nümayəndəsi X10 ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinə etiraz etdiklərini bildirdilər və təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X28 izahat verərək göstərmişdir ki, o, əvvəllər də, hal-hazırda da Cavabdeh1 ASC-nin direktoru vəzifəsində işləmişdir. İddiaçı təxminən 2016-cı ilin əvvəllərində ona pula ehtiyacı olduğunu, lakin bankdan pul götürməkdə çətinlik çəkdiyini bildirmişdir. O, Cavabdeh1 ASC-nin adına "xxxx" ASC-dən kredit götürüb ona verilməsini xahiş etmişdir. Bu zaman İddiaçı pulu banka özü vaxtlı-vaxtında qaytaracağına söz vermişdir. O, bankdan 750.000 manat kredit məbləği götürmüş və İddiaçı göstərişi ilə pulu onun yaxın adamı X33 Həsən oğluna vermiş, o da öz növbəsində həmin məbləği Qurbana çatdırmışdır. Banka olan ödənişlər İddiaçı tərəfindən aparılmışdır. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamə tam yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzıün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə iddia tələbini rədd edərkən, iddiaçının cavabdehlərdən tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməməsinə, eləcə də, iddia müddətinin ötməsinə istind etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, FJB**********506 nömrəli qəbzinin surətindən görünür ki, “hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X33 Həsən oğlu tərəfindən 2922 manat ödəniş edilmişdir. Göründüyü kimi, İddiaçı iddia tələbinin əsasını təşkil edən özünün sübut əhəmiyyətli hesab etdiyi ödəmə sənədlərini təqdim etsə də birinci instansiya məhkəməsi həmin halların təsdiq edilməməsinə istinad etmişdir. Halbuki, işin materiallarından görünür ki, sonuncu ödəniş 29 avqust 2019-cu il tarixdə edilmiş, iddia ərizəsi isə 29 mart 2022-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası müqavilə tələbləri üzrə iddia müddətinin üç il olmasını, eləcə də, reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanmasını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman müəyyən edilmiş 3 illik iddia müddəti ötürülməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsində hazırki iddia tələbinin predmetinə aid olmayan hallarla əsaslandırması maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə “zamin” İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, “borcalan” Cavabdeh1 ASC arasında bağlanmış kredit müqaviləsi əsasında “borcalana” veriləcək ******* manat məbləğində kredtlə əlaqədar olaraq “borcalan” bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “zamin” “borcalan” ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin kredit borcu üzrə müəyyən ödənişlərin onun tərəfindən edildiyini iddia edərək, reqres qaydada pul məbləğini tələb etməkdədir. İddia tələbinin əsasları ondan ibarət olmuşdur ki, qohumluq münasibəti yarandıqdan sonra Cavabdeh2 2016-cı ildə biznes fəaliyyətinin genişləndirilməsi üçün Cavabdeh1 ASC-nin adına aşağı faizlə kredit götürmək məqsədi ilə ondan zamin tələb edilməsini bildirmiş, o da Loğman Məmədovun həm yaşayış binalarının tikintisi ilə məşğul olması, həm də qohumluq münasibətlərinə görə ona köməklik etmək üçün zamin dura biləcəyinə söz vermişdir. xx.xx.2016-cı il tarixdə Cavabdeh1 ASC ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə onunla da xx.xx.2016-cı il tarixli, №Z1778 nömrəli zaminlik müqaviləsi bağlanmış və 2017-ci ilin iyul ayında Cavabdeh2 ondan kredit ödənişlərində ona köməklik etməyini xahiş etmişdir. Qohumluq münasibətlərinə görə, həm də ki, kredit müqaviləsi üzrə zamin olduğu üçün etiraz etməmiş və Cavabdeh2 onun pulunu qaytaracağına söz verirmişdir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək kredit götürülməsi ilə bağlı Cavabdeh1 ASC-nin «PAŞA Bank” ASC arasında bağlanmış kredit müqaviləsi üzrə müqavilə tərəfi olması etiraf edilsə də, alınan kreditin müqavilədə göstərilənlər kimi təyinatı üzrə deyil, İddiaçı özü üçün öz mülahizəsinə uyğun xərclənməsini və məhz bu səbəbdən də aylıq ödənişləri özünün təyin etdiyi şəxs vasitəsilə ödənilməsini həyata keçirməsini, kredit müqaviləsi İddiaçı Cavabdeh2la qohumluq münasibətində istifadə edərək sonuncudan onun üçün kredit götürülməsi məqsədi ilə bağlanmış və buna görə də kreditin qaytarılmasının təminatı kimi özü də həmin kreditin qaytarılmasına zamin duraraq kreditin qaytarılmasını təmin etməsini göstərmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki vəziyyətdə Cavabdeh1 ASC ilə "xxxx" ASC arasında kredit müqaviləsinin bağlanması və bu kredit müqaviləsi üzrə İddiaçı zamin olması işin mübahisəsiz hallarındandır. İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1 və 475.1-ci maddələrinin tələbləri baxımından zamin kimi ödədiyi pulların borcalan kimi Cavabdeh1 ASC-dən tələb edir. Kolligya qeyd edir ki, zaminlik elə bir hüquq münasibətidir ki, buna görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik bir sıra xüsusiyyətlərlə xarakterizə olunur. Həmin xüsusiyyətlərindən biri odur ki, bu öhdəlik hüquq münasibətidir. Zaminlik üzrə münasibətlərdə üç kateqoriya subyekt (tərəf) - borclu, kreditor və zamin iştirak edir. Zamin borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda kreditor qarşısında əmlak məsuliyyəti daşıyır. Zaminlik özlüyündə aksessor (əlavə) törəmə öhdəlikdir. O, əsas öhdəlikdən asılıdır və əsas (təmin olunan) öhdəliyin icrasını təmin edən öhdəlikdir. Zaminlik öhdəliyinin yaranması əsas öhdəliyin əmələ gəlməsi ilə şərtlənir. Zaminliyin törəmə öhdəlik olması Mülki Məcəllənin 477.0, 477.0.1-ci maddəsinin tələblərindən də görünür. Belə ki, qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən zaminlik müqaviləsinə görə zamin yalnız təmin etdiyi öhdəlik münasibətlərindən irəli gələn vəzifələr daşımaqla yanaşı, müəyyən hüquqlara da malikdir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericilikdə zaminliklə bağlı normaların müəyyən olunmasında məqsəd borclunun kreditor qarşısında öhdəliyinin icrasını daha etibarlı təmin etməkdən ibarətdir. Borclu öz öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin norma kreditora zamindən borclunun öhdəliklərinin icrasını tələb etmək hüququ verir. Göstərilən normalar borclunun deyil, ilk növbədə kreditorun mənafeyinin müdafiəsinə xidmət etməklə bunda əsas məqsəd kreditor tərəfindən əvvəlcədən verilmiş pul məbləğinin ona qaytarılmasını təmin etməkdən ibarətdir. Zaminliyin mahiyyəti yalnız bundan ibarət olduğundan məhkəmələr zaminliklə təmin olunmuş öhdəliklə bağlı mübahisələrə baxarkən onun mahiyyətini, məqsəd və vəzifələrini nəzərə almalı və mübahisənin qanuni və ədalətli həllini təmin etməlidilər. Məhkəmə kollegiyasının qənaətinə görə formal olaraq iddiaçı qanunvericiliyin tələbləri baxımından zaminlik münasibətləri baxımından zamin kimi borcalanın öhdəliklərinin yerinə yetirdiyinə görə ondan kreditora ödənilmiş məbləği tələb etmək kimi iddia qaldırmaq hüququ vardır. Lakin cavabdehin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallarda diqqətəlayiq və iş üçün mühüm əhəmiyyət kəsb edən məqamlar olduğu üçün məhkəmə kollegiyası hesab edir ki, ilk əvvəl kreditin hansı məqsədlə götürülməsi və borcalan tərəfindən həmin kreditin təyinatı üzrə istifadə edilib-edilməməsi, eləcə də iddiaçının hansı səbəblərdən borcalanla heç bir hüquqi bağlılığı olmadan ona zamin durmağının səbəblərinə dair hallara qiymət verilməli, yalnız bundan sonra iddiaçının tələbinin irəli sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Kollegiyanın qənaətinə görə göstərilən normaların tələbləri baxımdan iddiaçı tərəfin iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini əsaslı olmasına dair izahatları özüözlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, ilk növbədə iddiaçının qohumluq münasibəti yarandıqdan sonra Cavabdeh2 Cavabdeh1 ASC-nin sahibi olduğunu bilməsi ilə bağlı izahatını kollegiya qeyri-səmimi sayır və qeyd edir ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 ASC-nin sahibi Cavabdeh2 arasında 2014-cü ildə başlayan və 2019-cu ilə kimi davam edən qohumluq əlaqələri (quda olmuşlar) mövcud olmuşdur. Başqa sözə, iddiaçıya qohumluq münasibəti qurmaq istədiyi və qurduğu Cavabdeh2 Cavabdeh1 ASC-nin sahibi olmasını sonradan bilməsi barədə dəlili inandırıcı deyil. Kollegiyanın qeyd edilən dəlili vurğulamaqda məqsədi işin halları baxmından tələb və etirazların istər iddiaçının, istərsə də cavabdeh tərəfin bağlanılan kredit və zaminlik münasibətlərinin məhz bu qohumluq münasibətləri əsnasında qurulması ilə bağlıdır. Belə ki, iddiaçı zaminlik müqaviləsinin bağlanmasının səbəbi kimi cavabdeh tərəfin biznes fəaliyyətinin genişləndirilməsi üçün Cavabdeh1 ASC-nin adına aşağı faizlə kredit götürmək istəyinin olması, lakin kredit verilməsində zamin tələb edilidyi üçün ondan zamin durmasını, iddiaçının da Loğman Məmədov həm yaşayış binalarının tikintisi ilə məşğul olması, həm də qohumluq münasibətlərinə görə ona köməklik etməklə zamin durmasını, cavabdeh tərəf isə bunun əksini, daha doğrusu İddiaçı pul lazım olduğu üçün kredit müqaviləsinin onun zamin durması və alınan məbləğin də faizləri ilə birlikdə məhz özü tərəfindən qaytarılması şərti ilə bağlanmasını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı işin araşdırılmış və faktiki halları əsasında Cavabdeh1 ASC ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit məbləğindən əslində Cavabdeh1 ASC-nin deyil, iddiaçının yararlandığını müəyyən etmişdir. Kollegiya bu qənaətə iş üzrə dindirilmiş şahd ifadələri və təqdim edilmiş digər sübut növləri əsasında gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsidə ifadə vermiş X33 Həsən oğlu göstərmişdir ki, İddiaçı ona kredit borcunun ödənilməsi üçün pul vermiş və o, banka ödənişlər etmişdir. Lakin məbləğin nə qədər olduğunu bilmədiyini qeyd etmiş, həmçinin hadisələrin baş verməsindən xeyli müddət keçdiyini bildirərək, çox məlumatların yadında olmadığını qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsində onun şahid qismində ifadə verilməsinə dair verilmiş vəsatət təmin olunmasa da, sonradan o, onun apellyasiya instansiyası məhkəməsinə və bir sıra orqanlara müraciətlər edərək onun dindirilməsini xahiş etmiş və bu ərizəsində göstərmişdir ki, o, “Bank Olmayan Kredit X21” Məhdud Məsuliyyətli Cəmiyyətində rəhbər vəzifələrə çalışmışdır. "xxxx" MMC "xxxx" ASC ilə əməkdaşlıq etmiş, cari bank hesabı da bu bankda olmuşdur. 2016-cı ildə yaxın tanışı İddiaçı 750000 manat məbləğində kredit istədiyini və buna görə daşınmaz əmlakın da girov qoyulacağını bildirmişdir. O da bu məsələ ilə bağlı "xxxx"a müraciət etmiş, bankdan ona bildirilmişdir ki, 750000 manat məbləğində krediti yalnız real biznesi olan hüquqi şəxsə verə bilərlər. Bu barədə o, İddiaçı məlumat vermişdir. Bir neçə gündən sonra İddiaçı ona zəng edərək bildirmişdir ki, qudası Cavabdeh2la danışaraq, ondan kredit götürmək üçün tanış şirkət tapmasını xahiş etmişdir. Sonradan Cavabdeh2 İddiaçı bildirmişdir ki, «Göyçay-Şərab ASC» "xxxx"dan kredit götürməyə razılıq verib. Bir neçə gündən sonra o, «Göyçay-Şərab ASC»-nin nümayəndəsi ilə "xxxx"a getmiş və kredit götürmək üçün lazım olan sənədləri (ərizə, fəaliyyəti ilə bağlı məlumatlar, girov qoyulacaq daşınmaz əmlakların, o cümlədən rəhbəri olduğu digər “Finans İnvest BOKT”a məxsus əmlakların sənədləri və s.) təqdim etmişdir. "xxxx"ın əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparıldıqdan və prosedur qaydalar yerinə yetirildikdən sonra «Göyçay-Şərab ASC»-nə 750000 manat məbləğində kredit ayrılmasına razılıq verilmişdir. Kreditin alınması üçün İddiaçı tərəfindən qohumlarına və “Finans İnvest BOKT”a məxsus daşınmaz əmlaklar girov qoyulmuçdur. 25 avqust 2016cı ildə "xxxx" ASC və Cavabdeh1 ASC arasında K1982/01 nömrəli kredit müqaviləsi imzalanmışdır. Qeyd edilən kredit müqaviləsinə əsasən alınmış 750000 manat vəsati 2 dəfəyə, 400000 manat və 350000 manat olmaqla Cavabdeh1 ASC-nin nümayəndəsi Naib Kərimovdan alınıb İddiaçı təhvil verilmişdir. Kreditin rəsmiləşdirilməsi, alınması və İddiaçı verilməsində Cavabdeh2 iştirak etməmişdir. "xxxx" ASC-dən götürülmüş kreditin ödənişləri də İddiaçı tərəfindən onun vasitəsilə aparılmışdır. Yekunda bir daha qeyd edir ki, xx.xx.2016-cı il tarixli K1982/01 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən götürülmüş 750000 manatın Cavabdeh2 və Cavabdeh1 ASC-yə heç bir aiddiyyatı yoxdur, həmin kredit bankdan götürülərək nağd olaraq onun tərəfindən İddiaçı verilmiş və kreditdən istifadə edən də İddiaçı olmuşdur. X33 Həsən oğlunun Azərbaycan Respublikasının Prezidentinə və bir sıra orqanlara, o cümlədən apellyasiya instansiyası məhkəməsinə verdiyi ərizəsində əvvəlki ərizəsində göstərilənlə yanaşı əlavə etmişdir ki, xx.xx.2016-cı il tarixli K1982/01 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən götürülmüş 750000 manatın Cavabdeh2 və Cavabdeh1 ASC-yə heç bir aiddiyyatı yoxdur, həmin kredit bankdan götürülərək nağd olaraq onun tərəfindən İddiaçı verilmiş və kreditdən istifadə edən də İddiaçı olmuşdur. Bu barədə Apellyasiya Məhkəməsinin hakimi Xumar Məmmədovaya yazılı surətdə müraciət etməsinə, olmuş bütün hadisələr barəsində məhkəmə zalında, hakimlər qarşısında çıxış etmək üçün şərait yaratması barədə xahiş etməsinə baxmayaraq, hakim xanım Xumar Məmmədova onun çıxış etməsinə şərait yaratmamışdır. Burada göstərilən materialda haqq ədalət olmadığını, müəyyən təsirlər sayəsində ilkin məhkəmədə fikrini tam bildirməməklə və bununla da, ondan istifadə edib qarşı tərəfin hüquqlarının pozulmasına gətirib çıxarır. Bir daha xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixdə olacaq İddiaçıla Cavabdeh2 arasındakı mülki mübahisə əsasında, materialda şahidlik etməyinə, onun iştirakının təmin edilməsi üçün tapşırıq verilsin. Məhkəmə kollegiyası həm qeyd edilən müraciəti, həm apellyasiya şikayətində X33 Həsən oğluna təzyiqlər etməyə başlanılmasının göstərilməsi ilə əlaqədar, həm də yaranmış mübahisənin ədalətli və obyektiv həlli baxımından onun yenidən şahid qismində dindirilməsini mümkün saymış və o, birinci instansiya məhkəməsində verdiyi ifadəsindən tam fərqli ifadə verərək ilk öncə yuxarıda qeyd edilən ərizəsinin məzmununda göstərilənləri təsdiq etmiş və bir daha göstərmişdir ki, İddiaçı "xxxx" ASC-dən Cavabdeh1 ASC-nin adına götürülmüş kredit məbləğini, yəni, 350000 və 400000 manatı Naib Kərimov ona vermiş, o isə öz növbəsində həmin məbləğləri, yəni 750000 manatı iddiaçıya çatdırmışdır. Bundan sonra iddiaçı kredit borcunun ödənilməsi üçün ona pul vermiş və o, banka mütəmadi olaraq ödənişlər etmişdir. X33 Həsən oğlu hazırki ifadəsinin birinci instansiya məhkəməsində verdiyi ifadə ilə ziddiyət təşkil etməsinə dair verilən suallara cavab olaraq isə bildirmişdir ki, birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid qismində ifadə verməmişdən öncə iddiaçının vəkili Vəkil1 onunla görüşmüş və ifadəsini hansı məzmunda verməsi barədə ona tapşırıqlar vermişdir, nəticədə isə vəkilin dediklərinə uyğun ifadə vermişdir. Hazırda ifadə verməyinin səbəbi isə birinci instansiya məhkəməsinin iclasında yalan ifadə verdiyinə görə vicdan əzabı çəkməsi ilə bağlıdır. Həmçinin, X18 adlı şəxs də apellyasiya instansiyası məhkəməsinə ərizə ilə müraciət edərək göstərmişdir ki, o, 2017-ci ilin sonlarına qədər "xxxx" ASC-də müştəri meneceri vəzifəsində işləmişdir. 2016-cı ilin təxminən iyul ayında Natiq Məmmədov banka müraciət edərək rəhbəri olduğu bank olmayan kredit təşkilatının yerləşdiyi qeyri-yaşayış sahəsini və tanış adamlarına məxsus olan daşınmaz əmlakları girov qoymaqla 750000 manat məbləğində kredit götürmək istədiyini bildirmişdir. N.Məmmədovla danışıq zamanı məlum olmuşdur ki, təqdim edilən girov İddiaçı və onun ailə üzvlərinə məxsusdur. Tələb olunan məbləğ isə Cavabdeh1 ASC-nin fəaliyyətinə əsasən ayrılmalı, kreditin ödənişi isə İddiaçı tərəfindən ödənilməli idi. Bundan sonra bank prosedurlarına əsasən girov və biznesin sənədləri banka təqdim edilmişdir. Bizneslə tanış olmaq üçün Cavabdeh1 ASCnin istehsalat sahəsinə gedilmiş və orada şirkətin direktoru Naib Kərimovla tanış olmuşdur. Lazımi sənədlər və məlumatlar tərəfindən götürülmüşdür. Girov kimi təqdim edilən əmlaklar arasında şirkətə və şirkət rəhbərlərinə aid heç bir girov təqdim edilməmişdir. Prosedura əsasən bütün sənədlər müvafiq şöbəyə təqdim edildikdən sonra bank tərəfindən kreditin ayrılmasına razılıq verilmişdir. 2016-cı ilin avqust ayının axırlarında Cavabdeh1 ASC "xxxx" ASC arasında kredit müqaviləsi, daşınmaz əmlakların girovu barədə müqavilələr və İddiaçı zaminlik müqaviləsi imzalanmış və kreditin ilk tranşı, səhv etmirsə 400000 manat Cavabdeh1 ASC-yə ayrılmışdır. Bundan sonra bank əməkdaşları Cavabdeh1 ASC-yə gedib monitorinq apardıqdan sonra digər hissə 350000 manat da ayrılmışdır. Bir müddət kredit vaxtında icra olunmuşdur. Lakin müəyyən vaxtdan sonra kredit ödənişlərində gecikmələr yaranmışdır. O, ödənişlərlə bağlı N.Məmmədovla və Cavabdeh1 ASC-nin direktoru N.Kərimovla əlaqə saxladıqda, onlar kredit məbləğinin bütünlüklə Q,Sadıqova verildiyi üçün, bütün danışıqları da onunla aparmaq lazım olduğunu bildirmişlər. Bundan sonra o, Q.Salıqovla mütəmadi olaraq əlaqə saxlamışdır. Bir müddət gecikmələr olsa da, ödəniş qismən icra olunurdu. İddiaçı ona hər danışıqlarında bildirmişdir ki, narahat olmağa dəyməz, kredit tamamilə ona aiddir, ödəmələri də özü edəcək, bununla bağlı heç kimə, o cümlədən Cavabdeh1 ASC-yə zəng etməməyi xahiş etmişdir. Ödənişlərlə gecikmə günlərinin sayının artması ilə əlaqədar olaraq kredit problemlər şöbəsinə keçdikdən sonra müştəri ilə problemlər şöbəsinin əməkdaşları əlaqə saxlamağa başlamışlar. 2017-ci ilin sonlarında isə başqa işə keçməyi ilə əlaqədar "xxxx" ASC-dən ayrılmış və ondan sonra kreditlə bağlı heç bir məlumatı olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin iclasında şahid qismində ifadə vermiş X18 apellyasiya instansiyası məhkəməsinə ünvanladığı ərizənin məzmununu təsdiq etmiş və bir daha İddiaçı ona hər danışıqlarında narahat olmamağı, götürülmüş kreditin tamamilə ona aid olmasını, ödəmələrinin də özü tərəfindən ediləcəyini, bununla bağlı heç kimə, o cümlədən Cavabdeh1 ASC-yə zəng etməməyi xahiş etməsini təsdiq etmişdir. Şahid ifadəsinə əlavə olaraq iddiaçının özünə məxsus “Range Rover” markalı avtomobilinin şəkilini ona göndərərək bu avtomaşının kredit ödənişə hesablanmasını da təklif etməsini göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə dindirilmiş X14 bildirmişdir ki, əvvəllər "xxxx" ASC-də problemli kreditlər şöbəsində işləmişdir. Qeyd olunan kredit üzrə problem yarandığı vaxtdan həmin kreditlə o, məşğul olmuşdur. Kredit üzrə borclular ilə əlaqə saxlamış və ödənişlərin həyata keçirilməsini tələb etmişdir. Həmin vaxtlar zamin İddiaçı kredit borcunun onun olduğunu və özü ödəyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 62-ci və 104.1-ci maddələrinin tələbləri baxımından qeyd edir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. Azərbaycan Respublikası MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə kollegiyası dindirilmiş şahid ifadələrinə qiymət verərək onları sübut növü kimi qiymətləndirərək hesab edir ki, şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmaqla cavabdeh tərəfin iddiaya olan etirazlarının əsası kimi istinad etdiyi halların əsaslı, apellyasiya şikayətinin dəlillərinin əsassız olmasının təsdiqidir. Belə ki, dindirilmiş hər bir şahid İddiaçıla Cavabdeh2, eləcə də iddiaçının Cavabdeh1 ASC–nin rəhbərliyi ilə aralarında olan kredit ilə bağlı hadisəni aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadələr bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Eyni zamanda şahidlər kreditin Cavabdeh1 ASC-nin adına rəsmiləşdirilməsinə baxmayaraq faktiki olaraq həmin kreditin İddiaçı tərəfindən istifadə edilərək ASC-nin borcalan kimi ödənişlərinin onun verdiyi vəsaitlə tapşırdığı şəxslər tərəfindən qaytarılmasını təsdiq etmişlər. Göstərilən hallar şahid ifadələrinin mötəbər olmasına dəlalət edir. Həmçinin, kollegiya qeyd edir ki Bakı Apellyasiya Məhkəməsinin sorğusuna əsasən təqdim olunmuş PB/VB-OUT-04273-2023 saylı məktubdan müəyyən edilir ki, K1982/02 saylı müqavilə üzrə ilk məbləğ 369480,54 manat olmuş, borcalandan silinmiş əsas borc 337270,16 manat, 30275,56 manat faiz borcu, 857,02 manat cərimə borcu olmuşdur. Borc X33 Həsən oğlu tərəfindən ödənilmişdir. İddiaçı hesabından silinmiş faizlər 2603,62 manat, 32210,38 manat olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin qərardadına əsasən təqdim olunmuş PB/VB-OUT- 04466-2023 saylı arayışda göstərilmişdir ki, Cavabdeh1 ASC (VÖEN: **********) və "xxxx" ASC arasında xx.xx.2016-cı il tarixində bağlanmış K1982/01 saylı kredit müqaviləsi üzrə edilmiş ödənişlər barədə məlumatı aşağıdakı cədvəllərdə nəzərinizə çatdırırlar. Əlavə olaraq bildirirlər ki, əsas borc üzrə silinmiş 369,480.54 AZN xx.xx.2018-ci il tarixli K1982/02 saylı kredit müqaviləsi ilə restrukturizasiya olunmuş məbləğdir. Qeyd edilən arayışdan həmçinin görünür ki, K1982/01 saylı kredit müqaviləsi üzrə ilkin məbləğ 750000 manat, hesabdan silinmiş əsas borc 750000 manat, borcalandan silinmiş faiz borcu 189.207,46 manat və borcalandan silinmiş cərimə borcu 57,196.13 manatdır. İşin bu halına da kollegiya qiymət verərək Cavabdeh1 ASC-nin adından ödənilmiş məbləğdən əlavə, Bank tərəfindən İddiaçı hesabından silinmiş 34814 manat faizlərin olmasını da xüsusilə vurğulayaraq hesab edir ki, bu hal da ödənişlərin onun tərəfindən və özünün də hesabından aparılması faktının götürülmüş kreditdən də şəxsən istifadə etməsinin növbəti təsdiqidir. Həmçinin iş materiallarında olan 23 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı Cavabdeh2 külli miqdarda, yəni, 880000 ABŞ dolları borcu olmasını etiraf etmişdir. Bununla yanaşı apellyasiya baxışı zamanı cavabdehin iddiaya və apellyasiya şikayətinə olan etirazların əsası kimi istinad etdiyi hallar iş materiallarında olan və tərəflərin iştirakı ilə dinlənilmiş İddiaçıla Cavabdeh2 arasında olan səs yazısıdır. Həmin səs yazısında iddiaçı götürülmüş kredit borcunun ona aid olmasını bildirməklə, tərəfindən bununla bağlı ödənişlər edildiyini qeyd etmişdir (səs yazısı dinlənildikcə sədrlik edən tərəfindən təqdim edilmiş və iş materiallarında olan səs yazısının stenoqrammasının məzmunu yoxlanılmış və eynilik təşkil etməsi təsdiq olunmuşdur). İddiaçının nümayəndəsi-vəkili səs yazısının iddiaçıya aid olmasını göstərsə də, bu yazının gizli aparıldığı və montaj olunduğu üçün qanuni və sübut əhəmiyyətli olmadığını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 95-ci maddəsinə görə elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Yalnız əməliyyat-axtarış fəaliyyətinin subyektləri “Əməliyyat-Axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinə görə məhkəmə qərarı əsasında telefon danışıqlarına qulaqasma, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, insanların güdülməsi, əşya və sənədlərin tədqiqi kimi əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər. Şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. İki tərəf arasında olmuş yazışmalar qeyri-qanuni formada əldə olunan sübutlar sayılmır. İlk əvvəl diqqət edilməli nüans odur ki, səs və video formatındakı sübutları məhkəməyə flashkart və ya CD/DVD formatına yazaraq və mütləq prosesə sədrlik edən hakimin adına yazılmış ərizə (sübutların iş materiallarına əlavə olunması haqqında) ilə birlikdə təqdim etmək lazımdır. Yazı formasındakı yazışmaları isə Screenshot edərək, yəni çap edərək kağız formatında da təqdim etmək olar. «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2021-ci il tarixli qərarı»nda göstərilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birilərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Kollegiya Konstitusiya Məhkəməsinin qərarında göstərilmiş hüquqi mövqeyi rəhbər tutaraq qeyd edir ki, iddiaçının nümayəndəsinin təqdim edilmiş səs yazısının sübut növu kimi qiymətləndirilməli olmamasına dair dair dəlili əsassızdır. Belə ki, hər hansı şəxslə olan hüquqi münasibəti məhkəmədə mübahisələndirilərkən, həmin mübahisədə iddianı sübut edə biləcək həmin şəxslə olan hər hansı yazışma, telefon səsi yazısı və s. məhkəməyə sübut kimi təqdim edilə bilər və bu zaman həmin şəxsi bu barədə (telefon danışığının qeydə alındığı barədə) əvvəlcədən xəbərdarlıq etməyə ehtiyac olmadığı üçün məhkəmələr bu sübutu qanunu pozmaqla əldə edilmiş sübut kimi dəyərləndirə bilməz. Çünki həmin telefon danışığı da tərəflər arasında olmuş, hazırki mübahisə də məhz onlar arasındadır və onların aralarında mövcud olmuş münasibətlər və baş vermiş bütün danışıqlar bir-biriləri üçün sirr deyil, tanışdır. Şəxsin iştirak etdiyi söhbəti xüsusi qurğular vasitəsilə qeydə alması və bu yazıdan öz məqsədləri daxilində, yəni borcun etirafı, əqdin pozulmasının ifadə edilməsi və digər məsələlərin təsbiti üçün istifadə etməsi şəxsi toxunulmazlıq hüququnun pozulması kimi təfsir edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, təqdim edilən səs yazısı birbaşa sübut olmasa da, tərəflər arasında kredit və onun qaytarılması ilə bağlı münasibətlərdə onların əsil niyyətlərinin aşkarlanmasının təsdiq edilməsinə kömək edən dolayısı ilə olsa da sübut növüdür və ən əsası iddiaçı tərəf həmin danışıqlarda kreditlə bağlı iddiaçı tərəfin göstərdiyi halların doğru olmamasını təkzib edə bilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, "xxxx" ASC ilə “zamin” İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən “borcalan” Cavabdeh1 ASC arasında bağlanmış kredit müqaviləsi əsasında “borcalana” veriləcək ******* manat məbləğində kreditlə əlaqədar olaraq “borcalan” bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “zamin” “borcalan” ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürsə də işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən kredit müqaviləsi üzrə ayrılmış 750000 manat kredit məbləği əslində iddiaçıya verilmiş və sonuncu istifadə etdiyi kredit məbləğinə münasibətdə ödənişlər etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən həyata keçirilmiş ödənişlər formal olaraq zamin qismində olsa da, faktiki olaraq kredit məbləği onun özu tərəfindən istifadə edildiyi üçün həyata keçirilən ödənişlər zaminliklə bağlı ölənişlər kimi qiymətləndirilə bilməz. Belə ki, işin araşdırılmış hallarından görünür ki, qeyd edilən kredit müqaviləsi üzrə borcalan kimi Cavabdeh1 ASC tərəfindən yalnız bir dəfə ödəniş həyata keçirilmişdir (ASCnin nümayəndəsinin izahatına görə də həmin ödəniş gecikmə olduğu üçün ödənilmişdir). Şahid ifadələrinin məzmunundan da aydın görünür ki, kredit ödənişləri ilə bütün hərəkətlər və danışıqlar, ödənişlər məhz İddiaçı tərəfindən tapşırdığı şəxs N.Məmmədov vasitəsilə həyata keçirilmişdir. Cavabdeh tərəfin də izahatlarında göstərdiyi kimi, 2016-2018-ci illlərdə Cavabdeh1 ASC-nin ümumiyyətlə kredit vəsaitlərinə ehtiyacı olmamış, ASC-nin özünün mübahisə edilən kredit vəsaitindən dəfələrlə çox dövriyyəsi olmuş, eyni zamanda sözügedən ASC-yə və onun səhmdarlarına məxsus heç bir əmlakın bu kredit üzrə ipoteka qoyulmamışdır. Əksinə, işin araşdırılmış halları ilə həmçinin müəyyən edilmişdir ki, sözügedən kreditin təminatı kimi iddiaçının zaminliyindən başqa, onun qohumlarına məxsus daşınmaz əmlaklar da ipoteka ilə yüklü edilmişdir. Qeyd edilən xüsusatla bağlı iddiaçı tərəf krediti özü üçün götürmədiyi halda qohumlarının da əmlaklarının ipoteka ilə yüklü edilməsinin səbəblərini tam açıqlaya bilməmişdir və bu hal da kollegiyaya iddia tələbinin əsassız olması qənaətinə gəlməsi üçün növbəti əsas yaratmışdır. Beləliklə də, işin göstərilən halları iddiaçı tərəfindən cavabdehdən reqres qaydasında hər hansı vəsaitin tələb edilməsinın əsassız olmasını təsdiq edir və iddiaçının hazırki tələbi açıq-aşkar hüquqdan sui-istifadədir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən həmçinin də bu faktı da vurğulumağı zəruri sayır ki, iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə aktları ilə İddiaçı Cavabdeh2 külli miqdarda borcları olması müəyyən edilməsinə baxmayaraq onun həmin borcları olduğu halda, özünün deməsinə görə, Cavabdeh1 ASCyə zamin duraraq həmin borcu özünün olan borclarının ödəmədiyi halda hansı mənbədən olan vəsait hesabına ödəməsi anlaşılan və ağlabatan deyildir. İddiaçı tərəfin bununla bağlı sözügedən borcları bağlamaq məqsədi ilə iddiaçının hazırki işdə kredit müqaviləsi üzrə ödənişlər etməsinə dair apellyasiya instansiyası məhkəməsinin iclasında verdiyi izahatına da kollegiya tənqidi yanaşır və qeyd edir ki, əgər iddiaçı cavabdehə iş materiallarına əlavə olunmuş qərarlarla müəyyən edilmiş borclarını zamin olduğu iş üzrə ödənişləri etməklə bağlamaq niyyəti var idisə onun hazırki iddia ilə müraciət edərək cavabdehlərdən pul tələb etməsi də anlaşılan deyil. Halbuki, kollegiyanın iclasında verilən izahatda göstərilən dəlil nə iddianın əsasında, nə də apellyasiya şikayətinin dəlillərində göstərilməmiş, bu izahat kollegiyanın son iclasında, yəni xx.xx.2023-cü il tarixdə flaskartda əks olunmuş səs yazısı dinlənildikdən sonra son məhkəmə iclasında bildirilmişdir ki, məhkəmə kollegiyası da qeyd olunduğu kimi bu dəlilin əsaslı olmadığı üçün əsassız saymışdır. Kollegiya xüsusilə təkrar vurğulayır ki, əgər iddiaçı cavabdehə iş materiallarına əlavə olunmuş qərarlarla müəyyən edilmiş borclarını zamin olduğu iş üzrə ödəmələri etməklə bağlamaq niyyəti olmuşdursa və onun təbirincə deyilsə bu yolla borclarını bağlamışdırsa, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 23 iyun 2021-ci il tarixli qərarında iddiaçının Cavabdeh2 həmin vaxta qədər hələ də 880000 ABŞ dolları borcunun olması ilə bağlı verdiyi izahatı ilə apellasiya şikayətinin dəlilləri uzlaşmır. Məhkəmə kollegiyası eyni zamanda idda tələblərinə qiymət verərkən qeyd edir ki, kredit müqviləsinin tərəfi kimi Cavabdeh1 ASC olduğu halda, Cavabdeh2 həmin ASC-nin təsisçisi olmasına baxmayaraq müqavilə üzrə hansı cavabdehliyi daşıması iddia tələbində və apellyasiya şikayətində əsaslandırılmamışdır. Məhkəmə kollegiyası iddia tələblərinə və apellyasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək eyni zamanda qeyd etməyi zərui sayır ki, qanunvericiliklə məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun: - 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. - 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. -100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 ASC-nin adına götürülmüş kredit vəsaitlərinin məhz İddiaçı xahişi və təşəbbüsü ilə götürülməklə həmin pulun da ona verilməsi və onun tərəfindən də Banka qaytarıldığı halda, hazırki iddia ilə cavabdehlərə müraciət edib ödənilmiş pulları faizlərlə onlardan geri tələb etməsi əsassız olmaqla, o, bununla hüquqdan sui-istifadəyə yol vermiş, bu yolla cavabdehlərin hesabına əsassız varlanmağa cəhd etmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd olunan Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə görə isə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur. Qeyd olunanlar onu deməyə əsas verir ki, Cavabdeh2 hazırki kreditin ona məxsus olan müəssisənin adına rəsmiləşdirməklə İddiaçı verilməsinə razı olması həmin vaxt qohum olduğu iddiaçının vicdanla rəftar edəcəyinə inamından irəli gəlmiş, lakin, sonuncu formal olaraq zamin olmaqla əslində öz borcunu bağladıqdan sonra, aralarındakı münasibətlərin gərginləşməsi səbəbindən reqres tələblə bağlı qanunla zaminə verilmiş hüquqdan sui-istifadə edərək, əvvəlki rəftara zidd şəkildə davranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X22 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi rədd edildiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1824/2022 saylı, 06 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə