Məhkəmə qərarları › İş №2(103)-6267/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6267/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6267/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh "Cavabdeh" BOKT ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh "Cavabdeh" BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "Cavabdeh" BOKT ASC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh BOKT” ASC tərəfindən mülkiyyətində olan əmlakın satışından əldə edilmiş puldan əsassız olaraq artıq ödətdirilmiş 9406 (doqquz min dörd yüz altı) ABŞ dolları məbləğində pulun qətnamənin icra edildiyi günə manatla ekvivalentində ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "Cavabdeh" BOKT ASC-nin ona və əri X6 qarşı borcun tutulması, borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2015-ci il tarixli, 021/15/PBN/PK nömrəli kredit müqaviləsi üzrə 4209 ABŞ dolları əsas, 1361,84 ABŞ dolları faiz borcu, 13,27 ABŞ doları cərimə borcu, cəmi 5584,11 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 019/15/PBN nömrəli kredit müqaviləsi üzrə 42824,57 ABŞ dolları əsas, 7560,60 ABŞ dolları faiz borcu, 24,27 ABŞ dolları cərimə borcu, cəmi 50409,44 ABŞ dollarının X3 tutularaq "Cavabdeh" BOKT ASC-yə ödənilməsi, birgə nikah dövründə əldə etdikləri mülkiyyətində olan ünvan 1 mənzil 56 ünvanda yerləşən mənzilin hərrfacda satılaraq borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamədən X9 apellyasiya şikayəti versə də, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə şikayəti təmin edilməmiş, Zəngilan Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Cəmi 50409,44 ABŞ dollar borc məbləğinin iddiaçıdan tutulması barədə Zəngilan Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsindən sonra "Cavabdeh" BOKT ASC xx.xx.2017-ci il tarixli, 6575/PB saylı məktubla müraciət etmiş 50409,44 ABŞ dollar borc məbləğinin öhdəliyin icrasının girov predmeti olan daşınmaz əmlaka yönəldilməsi barədə məlumat vermişdir. Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli 238488 saylı icraata başlama qərarından da görünür ki, tutularaq “Cavabdeh Bank” ASC-nin xeyrinə ödənilməli olan məbləğ 50409,44 ABŞ dollarıdır. Daha sonra girov qoyulan evin satışı bardə bankla razılığa gəlinmiş, icra mərhələsində ev bankın və iddiaçının razılığıyla satılmışdır. Cavabdeh “Cavabdeh BOKT” ASC-nin xx xxx 2018-ci il tarixli 1378/PB saylı məktubundan da görünür ki, X5 banka olan borcu 65400 ABŞ dolları satışdan ödənilməlidir və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 50409,44 ABŞ dollar borc məbləği deyil, 65400 ABŞ dolları, yəni 15000 ABŞ dolları məbləği pul ona artıq ödətdirilmişdir, həmin məbləğ “Cavabdeh BOKT” ASC-nin “Bank Respublika”dakı hesabına ödənmişdir. Eyni iddia tələbi ilə əri X9 cavabdehə qarşı iddia qaldırmasına, bu tələbin təmin edilməsi barədə Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(006)-476/2018 saylı qətnaməsi olsa da, sonradan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(103)- 4382/2019 saylı qətnaməsi və Ali Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli, 2(102)- 5685/2019 saylı qərarı ilə iddiaçı X5 bu iddia tələbini irəli sürməyə subyektiv hüququnun olmaması, belə iddia tələbini iddiaçının irəli sürmək hüququnun olması qeyd edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, 9406 (doqquz min dörd yüz altı) ABŞ dolları məbləğində pulun (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) Cavabdeh BOKT ASC-dən alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh "Cavabdeh" BOKT ASC tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Belə ki, icra mərhələsində borclu tərəfindən banka müraciət edilərək, ipoteka qoyulmuş mənzilin onun özü tərəfindən satılmasına razılıq verilməsi xahiş edilmişdir. Buna əsasən Bank tərəfindən xx.xx.2018-ci il tarixində Bakı şəhəri 9 saylı notariat kontoruna müraciət edilərək, İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, X11 prospekti, ev 64 ünvanında yerləşən 56 nömrəli mənzilinin girovda qalmaqla alqı-satqısına razılıq verilmiş və həmin alqı-satqıdan əldə ediləcək vəsaitdən 111180 manat məbləğində pulun "Cavabdeh" BOKT ASC-nin hesabına köçürülməsi bildirilmişdir. Göstərilən bu məktub borlu ilə borc məbləği razılaşdırıldıqdan sonra yazılmış və hər iki tərəf bu borc məbləğini qəbul edərək, razılığa gəlmişlər.Lakin birinci instansiya məhkəməsi bu əqdə düzgün qiymət verməmiş və bununla da səhv nəticəyə gəlmişdir. Ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "Cavabdeh" BOKT ASCnin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçıapellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, 00122118 saylı, xx.xx.2006-cı il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X11 prospektində istifadədə olan 0.01608 ha torpaq sahəsində yerləşən 64 nömrəli, 5 mərtəbəli binada yerləşən 104.9 kv.m ümumi sahədən ibarət olan 5 otaqlı 56 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə ünvanında yerləşən 56 nömrəli mənzili İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 128 nömrəli reyestr kitabının 11481 nömrəli vərəqində qeydiyyata alınmışdır. "Cavabdeh" BOKT ASC tərəfindən Azərbaycan Respublikasının Maliyyə X4 ünvanlanmış 6575/PB saylı, xx.xx.2017-ciil tarixli məktubun surətindən görünür ki, Ş.Hətəmov “Cavabdehbank” ASC-nin "Nərimanov" filialından xx.xx.2015-ci il tarixində mülkiyyətində olan daşınmaz əmlakın təminatı və Partnyor kredit məhsulu ilə 46 363.96 ABŞ dolları məbləğində və xx.xx.2015-ci İl tarixində Plastik kart kredit məhsulu ilə 4 968 ABŞ dolları məbləğində kreditlər götürmüşdür. Müştəri kredit üzrə borc öhdəliklərini layiqincə icra etmədiyinə görə mövcud qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edilmiş və Zəngilan rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli İş N: 2(034)-55/2017 saylı Qətnaməsi ilə borc öhdəliyinin icrası girov predmeti daşınmaz əmlaka yönəldilmişdir. Halhazırda məhkəmə Qətnaməsinin tam olaraq yerinə yetitrilməsi üçün əlaqədar qanunvericilik aktlarına uyğun olaraq zəruri tədbirlər görülür. X8 götürdüyü kredit üzrə borc öhdəliyini icra etmək məsuliyyəti vardır. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(034)-55/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı “Cavabdehbank” ASC-nin cavabdehlər X6 və İddiaçı qarşı borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi tələbi qismən təmin edilmiş, X3 xx.xx.2015-ci il tarixli, 021/15/PBN/PK nömrəli kredit müqaviləsi üzrə 4209 ABŞ dolları əsas borc, faiz borcu 1361,84 ABŞ dolları, cərimə borcu 13,27 ABŞ dolları, cəmi 5584,11 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 019/15/PBN nömrəli kredit müqaviləsi üzrə 42824,57 ABŞ dolları əsas borc, 7560,60 ABŞ dolları faiz borcu, 24,27 ABŞ dolları cərimə borcu, cəmi 50409,44 ABŞ dollarının «Cavabdeh Bank» ASC-nin xeyrinə tutulması, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X11 prospektində istifadədə olan 0,01608 ha torpaq sahəsində yerləşən 64 nömrəli, 5 mərtəbəli binada 104.9 kv.m. ümumi sahədən ibarət 5 otaq, 56 nömrəli mənzilin hərracda satılaraq borcun ödənilməsinə yönəldilməsi, ev açıq hərracda satıldıqdan sonra əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmasa qalan məbləğin borcludan tutulması, satışdan sonra əldə edilmiş vəsaitdən artıq məbləğ qalarsa borcluya qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)- 713/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh BOKT ASC-nin cavabdehlər X9 və İddiaçı qarşı borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-55/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-55/2017 saylı, xx xxxx 2017-ci il tarixili qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "Cavabdeh" BOKT ASC tərəfindən Bakı şəhəri 9 saylı notariat kontoruna ünvanlanmış məktubun surətindən görünür ki, ipoteka saxlayan "Cavabdehbank” ASC ilə kredit alan X5 borc öhdəliklərinin icrası məqsədilə ipoteka qoyan İddiaçı ipoteka predmetinin könüllü satılmasını razılaşmışlar. X5 banka olan borcundan 65.400 USD satışdan ödənilməlidir. Bu məbləğin qeyd olunan hesaba köçürülməsi və yüklülüyün saxlanılması şərtilə İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, X11 prospekti, ev 64 ünvanında yerləşən 56 nömrəli mənzilini Cavabdeh BOKT ASC-nin adına girovda saxlamaq şərti ilə alqı-satqı edilməsinə etiraz etmir. xx.xx.2018-ci il tarixli, 258 saylı ödəniş tapşırığının surətindən görünür ki, xx.xx.2018ci il tarixli, 1378PB saylı müqaviləyə əsasən X5 65400 USD borcu Mərkəzi Bankın məzənnəsi ilə manat ekvivalentində ödənilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-4762/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 Cavabdeh BOKT ASC-yə və İddiaçı qarşı “əsassız ödətdirilmiş məbləğin geri qaytarılması” tələbi qismən təmin edilmiş, Cavabdeh BOKT ASC-dən əsassız olaraq ödətdirilmiş 9406 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq iddiaçı X6 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-5685/2019 saylı qərarının surətindən görünür ki, iddiaçı X5 cavabdeh "Cavabdeh” BOKT ASC-yə qarşı "əsassız ödətdirilmiş məbləğin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4382/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı X9, 3-cü şəxs İddiaçı və onların vəkili Əliyeva Könül Nəriman qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4382/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin maddi hüquqi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin işin faktiki halları ilə bağlı gəldiyi nəticəni əsaslı və həmin nəticəyə tətbiq edilən maddi hüquq normalarını qanuni hesab edir. Belə ki, iş materiallarından da göründüyü kimi, “Cavabdehbank” ASC ilə X9 arasında xx xxx 2015-ci il tarixli, 019/15/PBN saylı və xx xxxx 2015-ci il tarixli, 021/15/PBN/PK saylı kredit müqavilələri bağlanmışdır və həmin müqavilələrə əsasən bank borc alana müvafiq məbləğdə kredit limiti ayırmış, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. X9 öhdəliklərini lazımınca və vaxtında icra etmədiyi üçün Zəngilan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(034)-55/2017 saylı qətnaməsi ilə iddiaçı “Cavabdehbank” ASC-nin cavabdehlər X6 və İddiaçı qarşı borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi tələbi qismən təmin edilmiş, X3 xx.xx.2015-ci il tarixli, 021/15/PBN/PK nömrəli kredit müqaviləsi üzrə 4209 ABŞ dolları əsas borc, faiz borcu 1361,84 ABŞ dolları, cərimə borcu 13,27 ABŞ dolları, cəmi 5584,11 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 019/15/PBN nömrəli kredit müqaviləsi üzrə 42824,57 ABŞ dolları əsas borc, 7560,60 ABŞ dolları faiz borcu, 24,27 ABŞ dolları cərimə borcu, cəmi 50409,44 ABŞ dollarının “Cavabdeh Bank” ASC-nin xeyrinə tutulması, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X11 prospektində istifadədə olan, 0,01608 ha torpaq sahəsində yerləşən 64 nömrəli, 5 mərtəbəli binada, 104.9 kv.m, ümumi sahədən ibarət 5 otaq 56 nömrəli mənzilin hərracda satılaraq borcun ödənilməsinə yönəldilməsi, ev açıq hərracda satıldıqdan sonra əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmasa qalan məbləğin borcludan tutulması, satışdan sonra əldə edilmiş vəsaitdən artıq məbləğ qalarsa borcluya qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-713/2018 saylı qətnaməsi ilə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(034)-55/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tərəflərin arasında əldə edilmiş razılaşmaya əsasən İddiaçı məxsus ipoteka predmeti olan mənzil 65400 ABŞ dollarına satılmış, lakin mənzilin satışından artıq qalan pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya qaytarılmamışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, göründüyü kimi cavabdeh məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş məbləğdən artıq pula sahiblənməklə iddiaçının mülkiyyət hüququnu pozmuş və onun hesabına 9406 ABŞ dolları məbləğində əsassız varlanmışdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar