Məhkəmə qərarları › İş №2(103)-6268/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6268/2021

02.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6268/2021 02.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(011)-2874/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(011)-2874/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh iddiaçı "xxxx"KB ASC-nin balansına alınmış Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, məhəllə 2944a-da yerləşən, ümumi sahəsi 83,78 kv/m olan 2 otaqlı mənzildən çıxarılması və həmin mənzil boşaldılması, ödənilmiş 10 (on) manat dövlət rüsumu əvəzinin Cavabdeh alınaraq "xxxx"KB ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, "xxxx"KB ASC-yə borcunun qalan hissəsinin qrafik üzrə ödəmə barəsində yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh oglu "xxxx" ASC-yə 8300 manat borclu qaldığı üçün ipoteka saxlayan məhkəməyə müraciət etmis və Masallı rayon məhkəməsinin 2(050)-849/2014 saylı, 20.06.2014-cü il tarixli qətnaməsi ilə iddiası təmin olunmuşdur. Həmin qətnamə əvvəllər uzun müddət Masallı rayon İcra Şöbəsinin icraatında qaldıqdan sonar Xətai İcra şöbəsinə göndərilmişdir. Sözü gedən qətnamə icra şöbələrinin icraatında olan zaman müxtəlif vaxtlarda tələbkarın xeyrinə qətnamədə göstərilən məbləğlərdən ödənişlər etmişdir. Hazırda tələbkar hüquqi şəxsə az miqdarda borcu qalıb. Sonradan Xətai rayon məhkəməsindən bildiriş gələn zaman ona məlum olmuşdur ki, "xxxx" ASC mənzilin boşaldılmasına dair iddia qaldırmışdır. Bununla əlaqədar maraqlananda hərracın yekun protokolunun nəticələrini əldə etmişdir. Az miqdarda girov saxlayana borclu qaldığı halda hüquqlarını kobud şəkildə pozaraq, hərracın qanunsuzluğundan istifadə edərək ona məxsus olan əmlakı real bazar qiymətindən qat-qat ucuz (52.912 manata) alaraq ona qarşı ədalətsizlik edilmişdir. Bakı şəhərində yeni inşa olunmuş binaların hec birində hətta ucqar rayonlarda belə umumi sahəsi 83.78 kv.m olan istifadəyə yararlı, tam təmirli mənzili həmin qiymətə əldə etmək qeyri mümkündür. Ailə üzvləri də həmin mənzildə yaşayır. Başqa yaşayış yeri yoxdur. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Bankla bağlanmış 26.07.2007-ci il tarixli, 203AKNİ/07 saylı girov müqaviləsinə əsasən mülkiyyət hüquqi ilə ona məxsus «X4» MMC tərəfindən emissiya edilmiş 03.07.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış AMS № 001299 Mənzil Sertifikatı "xxxx" KB ASC-nin xeyrinə girov qoyulmuşdur. Girov müvafiq qaydada 27.07.2007-ci il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. 27.03.2014-cü il tarixinədək və qəbzlərdən göründüyü kimi, borcunu vaxtlı-vaxtında artıqlaması ilə ödəmişdir. Lakin ailə vəziyyəti ilə əlaqədar ödəmələrdə gecikmələr olmuş və nəticədə banka 23599,06 AZN əsas, 4880.31 AZN faiz, cəmi 28479.37 AZN borc yaranmışdır. 2014-cü ildə "xxxx" KB ASC Masallı Rayon Məhkəməsinə müraciət etmiş və mənzilin sertifikatının hərracda satılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. 20 iyun 2014-cü il tarixdə Masallı Rayon Məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Buna baxmayaraq, "xxxx" KB ASC ilə razılıq əldə olunmuş kreditin əksər məbləği - 90 %-dən çox hissəsi ödənilmişdir. Nəticədə bank icra sənədinin geriyə qaytarılmasına dair Masallı rayon İcra şöbəsinə 27.11.2014-cü ildə məktubla müraciət etmişdir. Demək olar ki, əsas borcun 95 %-i bank faizi ilə birlikdə ödəinlmişdir. Lakin son durumla əlaqədar olaraq borcun ödənilməsində yenidən gecikmələr olmuş, iş bank tərəfindən icraata yönəldilmiş və mənzilin boşaldılmasına dair Xətai Rayon Məhkəməsində baxılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiya məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, məhəllə 2944a-da yerləşən, ümumi sahəsi 83,78 kv/m olan 2 otaqlı mənzilə dair Cavabdeh məxsus olmuş “X4” MMC-nin emissiya etdiyi 03.07.2007- ci il tarixdə dövlət qeydiyyatına alınmış AMS 001299 saylı mənzil sertifikatı məhkəmə qətnaməsi əsasında keçirilmiş hərracın nəticələrinə əsasən iddiaçı “Unibank" KB ASC tərəfindən əldə edildiyinə, Cavabdeh həmin mənzildən istifadə etməsi və orada yaşamasının heç bir hüquqi əsasının qalmaması sübut olunduğuna görə iddia ərizəsi təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdehin apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətdə qətnamənin ləğv edilməsi xahiş edilsə də şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, cavabdeh qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından qanunsuz və əsassız olduğunu göstərsə də bu qanunsuzluğun nədən ibarət olduğunu və əsassızlığın nədə ifadə olunduğunu konkret göstərməmişdir. Belə ki, apellyasiya şikayətində göstərdiyi bu halları sübut etmək yükü artıq onun üzərinə düşürdü, lakin o, bu hallara dair şikayətinə heç bir mötəbər dəlil əlavə etməmişdir. Göründüyü kimi, cavabdeh qətnamənin əsassızlığını və qanunsuzluğunu yalnız şəxsi mülahizəsindən irəli gələn fikir olaraq söyləyir. İkincisi, cavabdeh mübahisə predmeti olan mənzildən çıxıb və mənzili boşaldıb iddiaçıya ona görə təhfil verməlidir ki, iddiaçı həmin mənzili hərracın nəticələri olaraq əldə etmiş və hazırda da mənzilə gözlənilən mülkiyyət hüququ mövcuddur. Cavabdeh də bu halı mübahisələndirməmişdir. Mübahisələndirdiyi yalnız borcunun əksər hissəsinin ödənildiyini bəyan etməsidir. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Qanunvericiliyin məhz şərh olunan normalarının tələbinə əsasən cavabdeh artıq başqasının mülkiyyətində olan mənzili boşaldıb ona təhvil verməlidir. Əks halda mülkiyyətin toxunulmazlığına qanuni əsas olmadan xələl gələ bilər. Üçüncüsü, cavabdeh apellyasiya şikayətnin nəticə hissəsində "xxxx"KB ASC-yə borcunun qalan hissəsinin qrafik üzrə ödəməsi barədə qətnamə çıxarılmasını xahiş etməklə, faktiki olaraq 7 il əvvəl məhkəmə qətnaməsinə əsasən mövcud olan kredit borcunu bugünədək tam ödəmədiyini etiraf etmiş olur. Ancaq kredit borcunun hissə-hissə ödəməsi hazırki işin predmetinə aid olmadığından, eləcə də borcun yeni qrafik üzrə hissə-hissə ödənilməsi artıq çıxarılmış qətnamənin icrası qaydasında həll edilməli məsələ olduğundan bu iş üzrə cavabdehin istəyinə və arzusuna uyğun qətnamə qəbul edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(011)- 2874/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar