Məhkəmə qərarları › İş №2(103)-6275/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6275/2023

10.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6275/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 sentyabr 2023-cü il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək MMC-nin 01/23 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, onun MMC-də ofis meneceri vəzifəsinə bərpa edilməsi, MMC tərəfindən xx.xx.2023-cü il tarixdən başlayaraq ona işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqısının hesablanaraq ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 10.000 manat pul vəsaitinin MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə iddia ərizəsinin, ona əlavə edilmiş sənədlər ilə birlikdə iddiaçıya qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 35.2-ci maddəsinə istinadən hesab etmişdir ki, cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 1 Şəhəri Nizami Rayon Məhkəməsində baxılmalı deyil. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qərardadında qeyd edilən ünvan cavabdeh MMC-nin faktiki ünvanıdır. X1 Xidmətinin rəsmi internet səhifəsində olan “vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” bölməsində olan məlumata əsasən, MMC-nin hüquqi ünvanı ünvan 2izəsinə ərazi aidiyyəti qaydalarına görə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Şikayətə baxmış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardada əsasən şikayəti təmin etməmiş və baxılması üçün şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardad ləğv olunmalı və iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçının şikayətə əlavə etdiyi Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində olan “vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidmət bölməsindən müəyyən edilir ki, cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 3ndən “vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidmət bölməsindən cavabdeh MMC-nin hüquqi ünvanı barədə məlumat dəqiqləşdirilmiş və müəyyən edilmişdir ki, həqiqətən də cavabdeh MMC-nin hüquqi ünvanı iddiaçının qeyd etdiyi kimi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 181A ünvanıdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, MPM-nin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. MPM-nin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi, iddiaçı tərəfindən ərazi aidiyyəti qaydalarına əməl edilməklə iddia ərizəsi cavabdeh MMC-nin hüquqi ünvanı üzrə düzgün olaraq Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə verilmişdir. Beləliklə Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddia ərizəsini geri qaytarmaqla MPM-nin 35.2-ci maddəsinin tələbini pozduğu üçün həmin qərardad ləğv edilməlidir. Odur ki, qeyd edilənləri nəzərə alan və 398, 400, 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 sentyabr 2023-cü il tarixli qərardad ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və sair tələbləri barədə” iddia ərizəsinin mümkünlüyü və icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar