Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6276/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Çoxsahəli X1rşı “istifadə və sahiblik hüququnun bərpa edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli 2(010)-2629/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Çoxsahəli X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində dənizkənarı sahədə abadlaşdırılma və əhalinin rahatlığını təmin etmək məqsədi ilə ona 200m x 50m ölçüdə təhkim olunmuş torpaq sahəsinə sahiblik və istifadə hüququnun tanınması, Cavabdeh X2 Firmasının həmin ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində dənizkənarı sahədə abadlaşdırılma və əhalinin rahatlığını təmin etmək məqsədi ilə ona 200m x 50m ölçüdə təhkim olunmuş torpaq sahəsinin istifadəsinə qadağa qoyulmaqla, üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)- 2629/2020 saylı qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir. Qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş edilərək, göstərilmişdir ki, qərardad qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddianı təmin etmə tədbiri barədə iddiaçının ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya qeyd edir ki, iddianı təmin etmə tədbirləri iddianı qabaqcadan həll etməyib, müvəqqəti xarakter daşıyır. Bu, iddianın təmin ediləcəyi təqdirdə iddia tələblərinin realizə edilməsinə təminat verməyə yönəlmiş məhkəmə tərəfindən tətbiq olunan tədbirlər institudur. Bu tədbirlər fiziki və hüquqi şəxslərin hüquqlarının əsas təminatçısı olmaqla, mülki hüquq pozuntusu nəticəsində onların pozulmuş hüquqlarının bərpasına xidmət etməyə yönəlmişdir. Bu institutun əhəmiyyəti ondan ibarətdir ki, onunla cavabdehin vicdansız davranışı halı üçün iddiaçının qanuni maraqları müdafiə olunur və ya iddianı təmin etmə tədbirlərinin görülməməsi gələcəkdə qətnamənin icrasını mümkünsüz edilməsi ilə nəticələnə bilər. Bununla belə, nəzərə almaq lazımdır ki, iddianı təmin etmək üçün görülmüş tədbirlər işdə iştirak edən cavabdehlərin və başqa şəxslərin maraqlarına da xələl gətirməməli, iddianın həcminə adekvat olmalıdır. MPM-nin 158.1.1-ci maddəsinə görə, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq tədbiri görülə bilər. MPM-nin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbiri görülə bilər. Eyni məcəllənin 158.1.3-cü maddəsinə görə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tədbiri görülə bilər. Məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər (MPM 158.2). Birinci instansiya məhkəməsi iddianın təmin tədbiri barədə ərizənin rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, torpaq sahəsinin üzərinə həbs qoyulması və həmin torpaq sahəsinin istifadəsinə qadağa qoyulması yolverilməzdir, belə ki, iş materiallarında həbsin qoyulmasını zəruri edən halların mövcudluğu müəyyən edilmir və iddiaçı tərəfin iddianın təmin tədbiri barədə vəsatəti tutarlı dəlillərlə əsaslandırılmamışdır. Kollegiya qeyd edir ki, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisə obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. İddiaçının hazırki tələbi bilavasitə Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində dənizkənarı sahədə abadlaşdırılma və əhalinin rahatlığını təmin etmək məqsədi ilə ona 200m x 50m ölçüdə təhkim olunmuş torpaq sahəsinə sahiblik və istifadə hüququnun tanınması və həmin ərazidən cavabdehin çıxarılması ilə bağlıdır. Belə olan halda Kollegiya qeyd edir ki, həmin torpaq sahəsi bağlı hər hansı hərəkətin edilməsi, iddianın təmin ediləcəyi halda qətnamənin icrasını çətinləşdirə bilər. Kollegiya hesab edir ki, hazırki mülki işə baxılıb, iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktının qanuni qüvvəyə minməsinə qədər həmin torpaq sahəsi barədə iddianın təmini tədbiri görülməlidir. Göstərilən tədbir isə iş üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edildiyi halda qətnamənin gələcəkdə icrasını təmin edə bilər. Qeyd edilənlərə əsasən və MPM-nin 398.0.3-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddianın təmin etmə tədbiri barədə ərizə qismən təmin edilməli, Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində dənizkənarı sahədə abadlaşdırılma və əhalinin rahatlığını təmin etmək məqsədi ilə iddiaçıya 200m x 50m ölçüdə təhkim olunmuş torpaq sahəsinin istifadəsi cavabdehə və başqa şəxslərə qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2629/2020 saylı mülki iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh Çoxsahəli X1rşı “istifadə və sahiblik hüququnun bərpa edilməsi və s.” tələbinə dair mülki iş üzrə iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilsin. Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində dənizkənarı sahədə abadlaşdırılma və əhalinin rahatlığını təmin etmək məqsədi ilə İddiaçı 200m x 50m ölçüdə təhkim olunmuş torpaq sahəsinin istifadəsi cavabdehə və başqa şəxslərə qadağan edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad dərhal icra edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-6276/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6276/2020
29.07.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver