Məhkəmə qərarları › İş №2(103)-6276/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6276/2025

18.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6276/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Respublika Təcili və X10 Mərkəzi” X14rşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “intizam tənbehinin ləğvi tələbi”) X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Cavabdeh “Respublika Təcili və X10 Mərkəzi” X16 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “Respublika Təcili və X10 Mərkəzi” X14rşı “əmrin ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 4251/2025 nömrəli qətnaməsindən cavabdeh “Respublika Təcili və X10 Mərkəzi” X22 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Respublika Təcili və X10 Mərkəzi” X24 ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır.

2. Biləsuvar TTTY stansiyasında çalışan baş tibb qardaşı X3 Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Respublika Təcili və X10 Mərkəzi” X20 direktoruna ünvanlanmış xx.xx.2025-ci il tarixli məlumatına əsasən o, xx.xx.2025-ci il tarixdə işdə olduğu zaman Respublika Təcili və X10 Mərkəzindən zəng olunaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının doğum evində xəstə X9 Bakı şəhəri Ak.M.Mirqasımov adına təxliyyəsi üçün növbətçi həkimin xəstəni aparmağı bildirilmişdir. Həmin tarixə qrafik üzrə növbədə İddiaçı olduğu üçün təxliyyə barədə ona məlumat vermiş, növbətçi həkim ixtisasca ginekoloq olmadığını və xəstənin təxliyyəsində baş verə biləcək ağırlaşmalara cavabdeh ola bilməyəcəyini bildirmiş və təxliyyədən imtina etmişdir.

3. Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Respublika Təcili və X10 Mərkəzi” X20 “İddiaçı məsuliyyət tədbirinin tətbiq edilməsi haqqında” 18-1-88/3-1-8506/2025 nömrəli, xx.xx.2025-ci il tarixli əmrinə əsasən xidməti vəzifəsini layiqincə yerinə yetirmədiyinə görə Biləsuvar TTTY stansiyasının təcili və X10 üzrə həkimi İddiaçı töhmət verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh “Respublika Təcili və X10 Mərkəzi” X14rşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Respublika Təcili və X10 Mərkəzi” X20 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndi ilə “töhmət” intizam tənbehinin verilməsinə barədə xx.xx.2025-ci il tarixli, 18-1-88/3-1- 8506/2025 saylı əmrin ləğv edilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ali təhsilli həkimdir. Uzun illər Biləsuvar rayon Mərkəzi Xəstəxanasında həkim olaraq işləmişdir. Əvvəlki iş yeri Biləsuvar rayon X6 X17 həkim peşəsi olmuşdur. Aparılmış struktur islahatları zamanı xəstəxananın təcili tibbi yardım şöbəsini yeni yaradılan “Respublika Təcili və X10 Mərkəzi” X20 tərkibinə verildi. Həmin vaxtdan o, “Respublika Təcili və X10 Mərkəzi” X20 Biləsuvar Təcili və X10 stansiyasında işləyir. xx.xx.2025-ci il tarixdə işəgötürən tərəfindən 18-1-88/3-1-8506/2025 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndi ilə barəsində “töhmət” intizam tənbehi verilmişdir. İntizam tənbehinin verilməsinə əsas isə xx.xx.2025-ci il tarixdə Biləsuvar rayon Mərkəzi Xəstəxanasından xəstənin Bakı şəhərinə təxliyyəsi ilə bağlı baş vermiş insident olmuşdur. Belə ki, həmin gün o, növbədə olduğu zaman rayonunda yerləşən stansiyanın baş tibb qardaşı Samir Mirələmov ona bir xəstənin Bakı şəhərinə təxliyyə ediləcəyini bildirdi. Həmin vaxt o, baş tibb qardaşına müvafiq sənədlərin, o cümlədən də ezamiyyə vərəqəsinin verilməsini xahiş etdikdə, o ona bildirdi ki, “sənə tapşırıq verilib, get icra et”. Qeyd etmişdir ki, həmin vaxt ona ezam vərəqəsi verilməmişdi və eləcə də xəstə hamilə olduğu üçün mama-ginekoloqun təxliyyədə iştirakı da təmin edilməmişdir. Həmçinin qeyd etmişdir ki, struktur dəyişikliyindən sonra onlar vəzifə təlimatları ilə də tanış olmamışlar. Əslində stansiyada heç kim xəstələrin Bakı şəhərinə təxliyyəsinin stansiya tərəfindən aparılması vəzifəsinin olub-olmaması sualına cavab verə bilmir. Çünki heç kim vəzifə təlimatını oxumayıb. Sadə məntiqlə də stansiya həkiminin Bakı şəhərinə xəstə təxliyyə etməsi həmin gün rayonun təcili və X10dan məhrum edilməsi ilə nəticələnə bilər. Bu məntiqlə rayonda növbədə olan yeganə həkimin Bakı şəhərinə xəstə təxliyyəsində iştirakı rayonda TTTY-nin fəaliyyətinin dayandırılması deməkdir. Azərbaycan Respublikasının MPM-in 187-ci maddəsinin 2-ci maddəsinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Hadisənin xx.xx.2025-ci il tarixdə aşkar edildiyindən intizam tənbehi ən geci xx.xx.2025-ci il tarixədək verilə bilərdi. Qeyd etmişdir ki, xəstənin təxliyyəsi ilə bağlı şifahi göstəriş xx.xx.2025-ci il tarixdə baş verib və tapşırığın icrası ilə bağlı sənədləri tələb etdiyindən, bu imtina kimi qiymətləndirilmiş və xəstə başqa yerdən dəvət edilmiş, heyət və avtomobil vasitəsilə təxliyyə edilmişdir. Hesab edir ki, onun Azərbaycan Respublikasının MPM-in 187-ci maddəsinin 2-ci maddəsinə görə “töhmət” intizam tənbehinin verilməsinə dair 18-1-88/3-1-8506/2025 saylı xx.xx.2025-ci il tarixli əmr qanunsuzdur. Hadisənin aşkar edildiyi gün məhz xx.xx.2025-ci il tarixinə təsadüf edir. Belə ki, Biləsuvar TTTYS-nin baş tibb qardaşı X3 xx.xx.2025-ci il tarixdə “Respublika Təcili və X10 Mərkəzi” X20 rəhbərliyinə yazdığı məlumatdan görünür ki, hadisə xx.xx.2025-ci il tarixdə baş vermişdir. Baş tibb qardaşı S.Mirələmov məlumatında təxliyyədə həkimginekoloqun iştirakının təmin edilməməsini göstərsə də, ezamiyyə vərəqəsinin verilməməsini qeyd etməmişdir. İstənilən halda hadisənin xx.xx.2025-ci il tarixdə baş verməsi mübahisə olunmaz faktdır. Əslində baş tibb qardaşı vəzifəsini icra edən S.Mirələmov dərhal “Respublika Təcili və X10 Mərkəzi” X23 hadisə barədə məlumat verdi və oradan onunla da telefon vasitəsilə əlaqə saxlanıldı. Yəni hadisənin aşkar edilməsinin hadisənin baş verdiyi gün olması mübahisə predmeti ola bilməz. Vəzifə təlimatı da daxil olmaqla, digər sənədlərin məhkəməyə təqdim edilməsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İlk öncə araşdırılmalıdır ki, stansiya həkimi olaraq növbədə olduğu vaxt o, xəstələrin Bakı şəhərinə təxliyyəsini təmin etməliydimi? Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddənin f) bəndinə görə işçiyə intizam tənbehinin verilməsi fərdi əmək mübahisəsinin predmetidir.

6. Cavabdeh “Respublika Təcili və X10 Mərkəzi” X24 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı tərəfindən onlara qarşı əmək münasibətləri üzrə sair mübahisələr tələbinə dair iddia qaldırılmışdır ki, müvafiq iş hazırda məhkəmənin icraatındadır. Aşağıda qeyd olunanlar iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinin əsaslandırılmamış olduğunu, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsinin zəruri olduğunu təsdiq edir. Müvafiq iş üzrə iddiaçı özünün iddia ərizəsində xx.xx.2025-ci il tarixdə işəgötürən tərəfindən 18-1-88/3-1-8506/2025 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndi ilə barəsində “töhmət” intizam tənbehi verildiyini qeyd edir. Həmçinin iddia ərizəsində qeyd olunur: “İntizam tənbehinin verilməsinə əsas isə xx.xx.2025-ci il tarixdə Biləsuvar rayon Mərkəzi Xəstəxanasından xəstənin Bakı şəhərinə təxliyyəsi ilə bağlı baş vermiş insident olmuşdur. Belə ki, həmin gün o, növbədə olduğu zaman rayonda yerləşən stansiyanın baş tibb qardaşı Samir Mirələmov ona bir xəstənin Bakı şəhərinə təxliyyə ediləcəyini bildirdi. Həmin vaxt o, baş tibb qardaşına müvafiq sənədlərin, o cümlədən də ezamiyyə vərəqəsinin verilməsini xahiş etdikdə, o ona bildirdi ki, “sənə tapşırıq verilib, get icra et”. Struktur dəyişikliyindən sonra onlar vəzifə təlimatları ilə də tanış olmamışlar. Əslində stansiyada heç kim xəstələrin Bakı şəhərinə təxliyyəsinin stansiya tərəfindən aparılması vəzifəsinin olub-olmaması sualına cavab verə bilmir. Çünki heç kim vəzifə təlimatını oxumayıb. Sadə məntiqlə də stansiya həkiminin Bakı şəhərinə xəstə təxliyyə etməsi həmin gün rayonun təcili və X10dan məhrum edilməsi ilə nəticələnə bilər. Bu məntiqlə rayonda növbədə olan yeganə həkimin Bakı şəhərinə xəstə təxliyyəsində iştirakı rayonda TTTY-nin fəaliyyətinin dayandırılması deməkdir.” Birinci instansiya məhkəməsinin diqqətinə çatdırmışdır ki, iddiaçının yuxarıda əsas gətirdikləri faktlar tamamilə “bəhanə” xarakteri daşıyır. İddiaçı iddia ərizəsində mübahisələndirdiyi məsələlərdən də açıq-aşkar görünür ki, onun təxliyyəni həyata keçirmək niyyəti olmamışdır. Əvvəla AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 iyun 2017-ci il tarixli “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X5”nın təsdiq edilməsi barədə Qərarında Həkimin əmək funksiyalarından biri kimi “Təcili və X10ın göstərilməsi” göstərilmişdir. İddiaçı öz səhlənkarlığını ört-basdır etmək üçün guya heç kimin vəzifə təlimatlarından xəbərdar olmadığını əsas gətirməsi tamamilə formal xarakter daşıyır və heç bir məntiqə sığmır. Daha sonra o, ərizəsində növbədə olan yeganə həkimin Bakı şəhərinə xəstə təxliyyəsində iştirakı rayonda TTTY-nin fəaliyyətinin dayandırılması deməkdir ifadəsini işlədərək məsuliyyətdən boyun qaçırmağa çalışmaqdadır. Halbuki, TTTY-də işin təşkilinin hansı formada həyata keçiriləcəyi, həmçinin məsuliyyət məsələsi Mərkəzə aiddir və bu məsələlərin araşdırılması İddiaçı səlahiyyətlərindən kənardır. Bununla yanaşı İddiaçı stansiyanın baş tibb qardaşı Samir Mirələmovun ona bir xəstənin təxliyyə edilməsini tapşırması, lakin o, ezamiyyə sənədinin olmadığı üçün getmədiyini bildirmişdir. Samir Mirələmovun baş tibb qardaşı olduğunu nəzərə alaraq, onun tərəfindən verilən tapşırığın İddiaçı tərəfindən icra edilməli olduğu halda sonuncu ezamiyyə sənədinin verilmədiyini əsas gətirərək tapşırığın icrasından imtina etmişdir. Halbuki İddiaçı xəstə təxliyyəsində yol vərəqəsi ilə iştirak etməli idi. Qeyd etmişdir ki, Yol vərəqəsi təxliyyənin həyata keçirildiyi zaman, yəni yola çıxıldığı anda verilir. İddiaçı də təxliyyədən imtina etdiyi üçün ona yol vərəqəsi verilməmişdir. İnsan həyatı və sağlamlığının daima ön planda olduğunu nəzərə alaraq, şəxsin həmin anda təcili şəkildə Bakıya təxliyyə edilməli olduğu halda edilməməsi və bu da həmin xəstə üçün bərpaolunmaz xəsarətlərə səbəb ola biləcəyi üçün İddiaçı sözügedən hərəkətsizliyinə heç bir şəkildə haqq qazandıra bilməz. İddiaçı təxliyyəsindən imtina etdiyi həmin xəstə məcbur qalaraq “Respublika Təcili və X10 Mərkəzi” PHŞ-nin Şirvan TTTYS tərəfindən X2 Bakıya təxliyyə olunmuşdur. Bu da həmin vaxtda xəstənin təxliyyəsinin nə qədər önəmli olduğunu göstərir. Digər tərəfdən İddiaçı xx.xx.2025-ci il tarixdə işəgötürən tərəfindən 18-1-88/3-1-8506/2025 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndi ilə barəsində də verilən "töhmət” intizam tənbehinin həmin Məcəllənin 187-ci maddəsinin 2-ci hissəsində qeyd olunan 1 aylıq müddətin keçməsi ilə əlaqədar qanunsuz olduğunu göstərir. Həmçinin o, iddia ərizəsində Biləsuvar TTTYS-nin baş tibb qardaşı X3 xx.xx.2025-ci il tarixdə “Respublika Təcili və X10 Mərkəzi” X20 rəhbərliyinə yazdığı məlumatda hadisənin xx.xx.2025-ci il tarixdə baş verməsini qeyd edir. Yəni, hadisə xx.xx.2025-ci il tarixdə “Respublika Təcili və X10 Mərkəzi” X19 məlum olur və bununla da işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gün kimi xx.xx.2025-ci il tarixi qeydə alınır. Bütün bunlara baxmayaraq, İddiaçı qanunsuz və əsassız olaraq AR Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin pozulduğunu əsas gətirərək, məsuliyyətdən yayınmağa çalışmaqdadır. Sözügedən maddədə də qeyd olunur ki, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Hadisənin aşkarlandığı (onlara məlum olduğu) tarixin xx.xx.2025-ci il tarixi olduğunu nəzərə alaraq, İddiaçı barəsində tətbiq olunan “töhmət” intizam tənbehi tamamilə qanuni və əsaslıdır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən və AR MPM 47-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4251/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24“Respublika Təcili və X10 Mərkəzi” X20 “İddiaçı məsuliyyət tədbirinin tətbiq edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, 18-1-88/3-1- 8506/2025 nömrəli əmri ləğv edilməsi qət edilmişdir (hakim X11).

8. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixində Biləsuvar TTYM-dən Bakı şəhərinə xəstənin təxliyyə olunması Biləsuvar TTTY stansiyasında çalışan baş tibb qardaşı X4 tərəfindən məlumat verilmişdir. Lakin bu tapşırığın icrası üçün tələb olunan lazımi sənədlər (işəgötürənin müvafiq əmri və ya sərəncamı, ezamiyyə vəsiqəsi və s.) cavabdeh tərəfindən ona təqdim edilməmişdir. Bu halda, iddiaçının təxliyyəni həyata keçirməməsi intizam pozuntusu hesab edilə bilməz, çünki işəgötürən tərəfindən əmrvermə və təminat öhdəlikləri yerinə yetirilməmişdir. Göründüyü kimi, hazırki halda işçiyə xidməti vəzifəsini layiqincə yerinə yetirmədiyinə görə töhmət verilməsi barədə əmr əsaslı olmamışdır. İntizam tənbehi qanunla müəyyən edilmiş müddətdən gec tətbiq edilmişdir. Belə ki, cavabdeh etirazında da qeyd etmişdir ki, xəstənin təxliyyəsi başqa xəstəxana tərəfindən xx.xx.2025-ci il tarixində, yəni həmin gün həyata keçirilmiş, intizam tənbehi isə xx.xx.2025-ci il tarixli əmrlə verilmişdir. Göründüyü kimi işəgötürən həkimin pozuntu hesab etdiyi davranışından həmin gün məlumatlı olmuş, lakin AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə görə, intizam tənbehi pozuntu aşkar edildiyi gündən etibarən 1 ay müddətində tətbiq edilməli olduğu halda, xx.xx.2025-ci il tarixində əmrləşdirmişdir.

9. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 186.2-ci, 187.2-ci, 192.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88ci 106.1-ci, 119.1-ci, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qərarı ilə təsdiq edilmiş "X7"nın 1-ci, 2-ci, 7-ci bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh “Respublika Təcili və X10 Mərkəzi” X22 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbini rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə verilən etirazın məzmununa uyğun əsaslandırılmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək onunla əsaslandırmışdır ki, ƏƏSMN-in "Vahid X5na" görə baş tibb qardaşının həkim heyətinə göstəriş vermək səlahiyyəti yoxdur. Baş tibb qardaşının yalnız orta tibb heyətinə göstəriş vermək səlahiyyəti vardır. Deməli baş tibb qardaşı tərəfindən həkim İddiaçı verilmiş göstəriş özü qanunsuz olub. Həmin göstəriş TTYS-in rəhbərliyi tərəfindən verilə bilərdi. Həkim İddiaçı hərəkəti xəstəni təxliyyədən imtina kimi qiymətləndirilməməlidir. Həkim sadəcə qanunvericiliklə nəzərdə tutulmuş qaydada sənədləşmə aparılmasını, ezamiyyə vərəqəsinin verilməsini tələb etmişdir. Həmir rəsmiləşmənin aparılması bilavasitə cavabdehin qanunvericiliklə üzərinə qoyulmuş vəzifədir.

ç) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun olaraq ifadə verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əməkhaqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. 192.1-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

21. Hazırkı işin faktiki hallarına əsasən xx.xx.2025-ci il tarixdə Biləsuvar TTTY stansiyasında çalışan baş tibb qardaşı X4 işdə olduğu zaman Respublika Təcili və X10 Mərkəzindən zəng olunaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının doğum evində xəstə X9 Bakı şəhəri Ak.M.Mirqasımov adına təxliyyəsi üçün növbətçi həkimin xəstəni aparmağı bildirilmişdir. Həmin tarixə qrafik üzrə növbədə İddiaçı olduğu üçün təxliyyə barədə ona məlumat vermiş, növbətçi həkim ixtisasca ginekoloq olmadığını və xəstənin təxliyyəsində baş verə biləcək ağırlaşmalara cavabdeh ola bilməyəcəyini bildirmiş və təxliyyədən imtina etmişdir. Bu səbəbdən Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Respublika Təcili və X10 Mərkəzi” X20 “İddiaçı məsuliyyət tədbirinin tətbiq edilməsi haqqında” 18-1-88/3-1-8506/2025 nömrəli, xx.xx.2025-ci il tarixli əmrinə əsasən xidməti vəzifəsini layiqincə yerinə yetirmədiyinə görə Biləsuvar TTTY stansiyasının təcili və X10 üzrə həkimi İddiaçı töhmət verilmişdir.

22. Məhkəmə kollegiyası intizam tənbehi kimi töhmətin verilməsi müddətini nəzərə alıb, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi töhmətin qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə görə, intizam tənbehi pozuntu aşkar edildiyi gündən etibarən 1 ay müddətində tətbiq edilməlidir. Lakin cavabdehin intizam pozuntusu kimi göstərdiyi hadisə xx.xx.2025-ci il tarixində baş verməyinə baxmayaraq, intizam tənbehi kimi töhmət 1 aylıq müddət ötürülməklə xx.xx.2025-ci il tarixində əmrləşdirmişdir. Həmçinin işəgötürən həkimin pozuntu hesab etdiyi davranışından onun baş verdiyi gün, yəni xx.xx.2025-ci ildə məlumatlı olmuşdur. Göründüyü kimi intizam tənbehi qanunla müəyyən edilmiş müddətdən gec tətbiq edilmişdir. Bu isə özlüyündə həmin əmrin əmək qanunvericiliyinin tələblərinə riayət edilməməklə, yənin qanunla nəzərədə tutulmuş müddətdə tətbiq etməməyini müəyyən edir ki, belə olan halda müddət ötürülməklə verilmiş mübahisələndirilən əmr qanuni hesab edilə bilməz.

23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində bununla bağlı irəli sürdükləri dəlillər əsaslı hesab edilməməklə formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4251/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar