Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6277/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Firuz Bayramov adına 22 №-li tam orta məktəbə qarşı azərbaycan Respublikası Əmək və Sosial Müdafiə Nazirliyi yanında X17 üçüncü şəxs qismində işə cəlb edilməklə əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər: X16 (sədrlik edən və məruzəçi), X9 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı, cavabdeh azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Firuz Bayramov adına 22 №-li tam orta məktəbin direktoru Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Firuz Bayramov adına 22 №-li tam orta məktəbə qarşı azərbaycan Respublikası Əmək və Sosial Müdafiə Nazirliyi yanında X17 üçüncü şəxs qismində işə cəlb edilməklə əmrin ləğv edilməsi və digər tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4310/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı xx.xx.2008-ci ildən cavabdeh məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsində çalışmışdır. (məktəbin xx.xx.2008-ci il tarixli 23 №-li əmri).
2. Məktəbin direktorunun xx.xx.2023-cü il tarixli, 726 №-li əmri ilə əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, məktəbin işgüzar nüfuzuna və müəllim adına müntəzəm xələl gətirdiyinə, edilmiş xəbərdarlıqlardan və intizam tənbeh tədbirlərindən heç bir nəticə çıxarmadığına, AR Konstituyasının və digər qanunvericilik aktlarının tələblərinin, müəssisədaxili intizam qaydalarının, azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli 1/2 №-li Qərarı ilə təsdiq edilmiş “X12 qaydaları”nın tələblərini kobud sürətdə pozduğuna, xx.xx.2023-cü il tarixində Xəzər TV kanalının “Xəzər Xəbər” proqramının saat 21.00-dakı buraxılışına videogörüntü göndərib müsahibə verərək, guya 9f sinfinin şagirdi X2 direktorun sifarişi ilə “2” qiymətin yazılması və bu səbəbdən şagirdin özünü 2-ci mərtəbədən atması kimi böhtanın kütləvi informasiya vasitələrində yaydığına görə, “X12 qaydalarının 2.1.1; 2.1.2; 2.1.3; 2.1.4; 2.1.7; 2.1.8; 3.8; 3.9; 3.10; 3.11; 3.12 bəndlərini əsas götürərək Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbin X11 razılığını nəzərə alınaraq Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi X19 ilə əmək müqaviləsi azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Firuz Bayramov adına 22 №-li tam orta məktəbə qarşı məhkəmədə iddia qaldıraraq xx.xx.2023-cü il tarixli, 726 №-li Əmək müqaviləsinin pozulması barəsində əmrinin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa edilməsi, vəzifəsinə bərpa müddətinin xx.xx.2023-cü il tarixdən hesablanması və vəzifə maaşlarının xx.xx.2023-cü il tarixdən hesablanaraq xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Sabunçu rayonu 22-saylı tam orta məktəbdə (sonradan–məktəb) xx.xx.2008-ci ildən fiziki tərbiyə müəllimi vəzifəsində işləyir. İşlədiyi müddətdə heç bir məhkumluğu olmamış, heç bir inzibati məsuliyyətə cəlb edilməmiş, işinin öhtəsindən vicdanla, yüsək keyfiyyətlə gəlmişdir. Məktəbin direktoru Nümayəndə məktəbdə bir çox ciddi qanun pozuntularına yol verməsi barəsində dəfələrlə onun hüquqlarının, şərəf və ləyaqətinin alçaldılmasını sübut edən faktlarla aidiyyəti orqanlara müraciət etmişdir. Təəssüf olsun ki, onun bu əməllərinin qarşısı aidiyyəti orqanlar tərəfindən alınmadığı üçün Nümayəndə qanunsuz hərəkətlərini daha da artırmışdır. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qətnaməsinə əsasən ondan 1000 manat məbləğində olan pulunu və 424 №-li intizam tənbehi haqqında əmrin ləğvini tələb etdiyinə görə məktəbdə tələsik olaraq saxta, əvvəlcədən rəsmi xəbərdarlıq etmədən həmkarlar təşkilatının iclasını təşkil edərək iddiaçı ilə əmək müqaviləsini azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 Ç maddəsinə əsasən pozmuşdur. Həmin əmrdə iddiaçıya qarşı olan aqressiyasını göstərərək heç bir həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən, heç bir vaxt olmayan hədisələrlə bərabər iddiaçının keçmişində olan və olmayan, aralarında olan pozulmuş münasibətləri, iddiaçının hüququndan irəli gələn əməlləri əsas gətirərək 70 Ç maddəsini əsaslandırmışdır. Adıçəkilən əmrdə və əmək kitabçasında iddiaçının keçmişiylə bağlı şərəf və ləyaqətini alçaldan 3 vərəqdən ibarət poema yazmışdır. Bütün bunlarla bərabər həmin əmrdən iddiaçıya məlum olmuşdur ki, ona əvvəllər də direktor tərəfindən xəbərdarlıq və şiddətli töhmət verilmişdir. Əmrdə qeyd olunan saxta töhmətlər barəsində iddiaçının xx.xx.2023-cü il tarixədək xəbəri olmamışdır, tam olaraq saxta və həqiqətə reallığa uyğun olmayan formal əmrlərdir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4310/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 726 №-li Əmək müqaviləsinin pozulması barəsində əmrin ləğv edilməsi, İddiaçı tutduğu vəzifəyə bərpa edilməsi, vəzifəsinə bərpa müddətinin xx.xx.2023-cü il tarixdən hesablanması, vəzifə maaşının xx.xx.2023-cü il tarixdən hesablanaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçı tərəfindən yerinə yetirilməyən öhdəliklər və bunun nəticəsində məktəbin normal ahənginin pozulması, əmək kollektivinin hüquqlarına və mənafelərinə hər hansı formada ziyanın dəyməsinə dair sübutları məhkəmyə təqdim etməmişdir. Mübahisə predmeti olan əmrdə 72-ci maddənin konkret bəndinə istinad edlməmiş, lakin işin yuxarıda sadalanan hallarından əmrin 72-ci maddənin «ə» bəndinə uyğunluğu müəyyən edilir (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması), çünki mübahisəli əmrin verilməsindən əvvəl iddiaçı barəsində xx.xx.2023 il və xx.xx.2023-cü il tarixlərində intizam tənbehi tədbiq edilmişdir. Beləliklə, 72-ci maddənin «ə» bəndinin tərkibinin yaranması üçün eyni zamanda iki halın mövcudluğu zəruridir: əmək funksiyasının işçi tərəfindən pozulması; bundan əvvəl altı ay ərzində əmək funksiyasının pozulmasına görə işçi barədə intizam tənbehinin tədbiq edilməsi. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində tədbiq etdiyi intizam tənbehlərinin qanuni əsaslarına dair məhkəməyə sübutlar təqdim etməmişdir. Belə ki, iddiaçıdan yazılı izahatın verilməsinin tələb edilməsinə, tənbehlərin verilməsi hallarının araşdırılmasına, qəbul edilmiş əmrlərin məktəbin ictimai lövhəsində yerləşdirilməklə məlumatın çatdırılmış hesab olunması barədə hər-hansı bir daxili təlimatın olmasına, həmin əmrlərlə iddiaçının tanış olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə həmin əmrlərin qanuniliyini yoxlamamış və iş üçün əhəmiyyət kəsb etməyən hal kimi qiymətləndirmişdir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, həmin tənbehlər hətta qanuni əsaslarla qanuni qaydada verilmiş olsaydı da belə, iddiaçı tərəfindən əmək funksiyasının təkrarən pozması halı mövcud olmalıydır. Məhkəmə hesab etmişdir ki, belə hal olmamışdır. Belə ki, cavabdeh iddiaçının «Xəzər xəbər” proqramında və digər sosial şəbəkələrdə məktəbdə baş verən hadisələrə yanlış şərh verməsi, şər və böhtanların kütləvi media resurslarında yayması, məktəbin işgüzar nüfuzuna xələl gətirən böhtanı və uydurma ittihamları kütləvi çıxışında səsləndirməsini onun tərəfindən əmək funksiyasının təkrarən pozması kimi qiymətləndirmişdir. Məhkəmə hesab edir ki, həmin hal əmək funksiyasının pozulması kimi qiymətləndirilə bilməz.
7. Məhkəmə öz mövqeyini azərbaycan Respublikası Konstitusiyasının 47, 63-cü maddələrinə, Əmək Məcələsinin 42-ci maddəsinin 1-ci hissəsinə, 70-ci maddəsinin «ç» bəndinə, 80-ci maddəsinin birinci hissəsinə, 72-ci maddəsinə, Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə, 187-ci maddəsinin 1-ci hissəsinə, 300-cü maddəsini birinci hissəsinə, Mülki Məcəlləsinin 23.1, 23.2, 23.3, 23.4, 23.5, maddəsinə və azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Firuz Bayramov adına 22 №-li tam orta məktəb apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsininxx.xx.2023-cü il tarixli, 2(008)-4310/2023 nömrəli nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını qəbul edilməsin xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılar olmuşdur. Belə ki, X20 xx.xx.2023-cü il tarixində Xəzər TV kanalının xəbərlər verilişində, “XəzərXəbər” adlı media resursu səhifəsində, müxtəlif İnstaqram, Youtube kanallarında, Tik-Tok və Facebook adlı sosial şəbəkələrdə quya “Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə direktorun “tapşırığı” ilə “2” qiyməti alan şagird etiraz olaraq özünü 2-ci mərtəbədən atmışdır” kimi yanlış məlumat yaymışdır və beləliklə, azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli 1/2 №-li Qərarı ilə təsdiq edilmiş “X12 qaydaları”nın tələblərini kobud sürətdə pozmuşdur. Belə ki, həmin qaydaların 3.12.bəndinə əsasən “Müəllim bilərəkdən yalan, təhrif olunmuş, yaxud öz şəxsi marağı naminə həmkarının vəziyyətini pisləşdirən və ya yaxşılaşdıran məlumat verilməsinə görə intizam məsuliyyəti daşıyır. Müəllim şəxsi nümunəsi ilə təhsilalanlara azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissi aşılayır. 3.10. Müəllim təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşır, əsassız mühakimələrə yol vermir, obyektivlik və qərəzsizlik nümayiş etdirir. 3.11. Müəllim peşə fəaliyyəti dövründə maraqların toqquşmasına yol vermir və vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etmir.”. Məktəbin bütün kollektivi və şagird-valideyn heyəti bilir ki, həmin məlumat şərdir, böhtandır və həqiqəti əks etdirmir. 9f sinfinin şagirdi şagirdi X5 fiziki tərbiyə dərsində yıxılaraq xəsarət almış, tətəfimizdən ilkin tibbi yardım göstərilməsi üçün dərhal təcili tibbi yardım briqadası çağrılmış, azyaşlılarla iş şöbəsinin polis inspektoruna və Bakı şəhəri üzrə Təhsil İdarəsinə bu barədə məlumat verilmişdir.Maraqlıdır ki, həmin şagirdin futbol oynayarkən yıxılmasına 8d sinfinin şagirdi səbəb olmuşdur və həmin saatda 8d sinfinin fiziki tərbiyə müəllimi məhz Əliyev Müşviq olmuşdur. Cavabdeh olaraq, öz Rəyimizdə və məhkəməyə təqdim olunmuş izahatlarımızda qeyd etmişdik ki,X20 əvvəllər də dəfələrlə bu tipli şər, böhtanları sosial şəbəkələrdə, media resurslarında, ayrı-ayrı dövlət orqanlarına müntəzəm yazdığı şikayət ərizələrində tirajlayaraq məktəb rəhbərliyinə, kollektivin ayrı-ayrı üzvlərinə, şagirdlərə və valideynlərə qarşı şantaj mövgedən çıxış edərək maddi tələblər və “əmək sərbəstliyi” tələblərini irəli sürmüş, kollektiv üzvlərini məhkəməyə təqdim edəcəyi 10000-15000azn dəyərində təzminat tələbləri ilə, şagirdləri “2” qiymətlərlə şantaj edərək əvəzində öz qanunsuz tələblərini irəli sürmüşdür. Məhz bu səbəbdən X20 əvvəllər də ayrı-ayrı məktəblərdə çalışarkən işdən azad olunmuşdur (257, 191, 249 tam orta məktəblər). İki məktəbdə isə 70ç maddəsi ilə onunla əmək müqaviləsinə xitam verilmişdir: xx.xx.2000-ci il tarixində 152 №-li Əmrlə Xətai rayonu 249 nömrəli tam orta məktəbdən, xx.xx.2015-ci il tarixində 111 nömrəli Əmrlə 22 nömrəli tam orta məktəbdən AR ƏM 70ç maddəsi ilə işdən azad olunmuşdur. Sonradan Əmək kitabçasını saxtalaşdıraraq, “Kontakt-Karate” Federasiyasında saxta yeni Əmək kitabçası açmış və yenidən məktəbə işə düzəlmişdir. Habelə,X20 xx.xx.2001-ci il tarixində AR CM 128ci,xx.xx.2005-ci il tarixində AR CM 221.1., xx.xx.2007- ci il tarixdə AR CM 221.1, xx.xx.2007ci il tarixində AR CM 127.2.3maddələri ilə məhkum olunub. Ağır cinayətlərə dair işlər üzrə azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2008-ci il tarixli 1(101)-299 nömrəli Hökmü ilə AR Cinayət Məcəlləsinin 221.1 və 127.2.3 maddələri ilə təqsirləndirilərək 1 (bir) il müddətinə azadlıqdan məhrum edilərək məhkumluq həyatını yaşamışdır (iş yoldaşı-fiziki tərbiyə müəlliminə xəsarət yetirdiyinə görə). Cavabdeh olaraq, Rəyimizdə və izahatlarımızda Sabunçu rayon Məhkəməsinə bildiridik ki, F.Bayramov adına 22 nömrəli tam orta məktəbin kollektivi, şagird və valideyn heyəti X10 təhqirlərindən, fiziki zorakılıqlarından, küçə söyüşlərindən, azyaşlı şagirdlərə qarşı əxlaqsız hərəkətlərindən, şantaj və ölümlə hədələmələrindən boğaza gələrək Təhsil və Elm Nazirliyinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinə, məktəb rəhbərliyinə kütləvi şəkildə şikayət edərək bu kimi insanın müəllim adına uyğun olmadığını, pedaqoji etikanın, müəllimlərin etiki davranışın nə olduğunu bilmədiyini, dəfələrlə cinayət tərkibli xuliqanlıq əməllərinin etməsini vurğulayaraq onunla əmək müqaviləsinə xitam verilməsini tələb etmişdirlər. Həmin müraciətlərə əsasən, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini X23 rayon Həmkarlar Təşkilatının sədri Alı Məmmədovla məktəbə gəlmiş, şəxsən X20 ilə söhbət etmiş, lakin heç bir nəticə əldə olunmamışdır. Bu azmış kimi,həmin günü X20 öz iş yerini icazəsiz tərk edərək məktəbdən getmişdir. Aşağıda qeyd edilən əsaslara görə də hesab edir ki, Sabunçu Rayon Məhkəməsinin sözügedən qətnaməsi maddi və prosessual hüquq normalarının ciddi pozuntuları ilə qəbul edildiyindən və yalnız bir tərəfin mülahizələrinə əsaslandığından ləğv edilməli və iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz ünvanlanmış, etiraz onunla əsaslandırılmışdır ki, 22 saylı məktəb tərəfindən imzalanmış 20 Aprel 2023-cü il tarixli, 726- № li Əmək müqaviləsinin pozulması barəsində əmr 2014-cü ildən bu günə qədər Sabunçu rayon Firuz Bayramov adına 22 sayh tam orta məktəb tərəfindən ona qarşı olan təzyiqlərin, təhdidlərin, sabotajların davamıdır. Məktəb 2014-cü ildən bu günə qədər ona dəfələrlə töhmət və “Əmək müqaviləsinin pozulması” haqqında saxta əmrlər imzalamış, məhkəmələr tərəfindən həmin əmrlər qanunsuz və əsassız hesab edilərək ləğv edilmişdir. Bəzi qara qüvvələr tərəfindən nəyin bahasına olursa olsun onu işdən çıxarmaq tapşırığı verilən hazırki iş üzrə cavabdeh onu heç bir vaxt görməyən, ünsiyyətdə olmayan, işçi kimi tanımayan Nümayəndə 2018-cil tarixdə qətnamə ilə onu işə bərpa edən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən əsassız olaraq Kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti əsassız olduğu üçün təmin olunmayan Nümayəndə onu işdən çıxarmağı öz üzərinə öhtəlik götürdüyünə görə yenidən şər böhtanla əsassız olaraq 13.oktyabr 2019-ci il tarixli 424nömrəİi “Sonuncu xəbərdarlıqla şiddətli töhmət” haqqında əmr imzalamışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 3 iyun 2020 ci il tarixli, 2(008)-747 /2020-saylı qətnaməsi ilə qanunsuz və əsassız hesab edilərək ləğv edilmişdir. Bakı Apellyasiya məhkəməsinin qətnaməsi ilə Sabunçu rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2014cü ildən bu günə qədər onunla məhkəmə çəkişmələrinə 4 məktəb direktoru, 7 hüquqşünas cəlb edilmişdir ki, sonda həmin direktorlar azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70.Ç maddəsi ilə Təhsil Nazirliyi tərəfindən işdən azad edilmişdir. Nəhayət hal hazırda 22 saylı məktəbdə direktor vəzifəsində işləyən "Hüquq üzrə Fəlsəfə doktoru”Nümayəndə təyin edilmişdir. Ona qarşı soyuq müharibə davam edir və 2-ci qrup əlil olaraq bundan çox əziyyət çəkir. Bakı şəhəri Sabunçu rayon F.Bayramov adma 22 saylı tam orta məktəbin apellyasiya şikayəti aşağıdakı əsaslara görə təmin edilməməlidir. azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən Dövlət orqanlarının, icra və s.orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Cavabdeh məhkəmə araşdırmaları zamanı 20 aprel 2023-cü il tarixli,726 saylı əmrini qanuna istinad edərək subuta yetirə bilməmişdir. 2)Hazırki işlə bağlı məhkəmə araşdırmalarında ona məlum olmuşdur ki, 726-saylı əmrin verilməsinə əsaslardan biri kimi göstərilən əvvəllər ona 4 intizam tənbehi haqqda əmrlər mövcuddur hansı ki azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmuşdur (ondan izahat alınması, ona rəsmi təqdim edilməsi, əmrdə göstərilən halların araşdırılması və.s) intizam tənbehləri haqqında əmrlərdə göstərilən hallar həqiqətə uyğun deyil və töhmət verməyə əsas vermir. 3) Cavabdeh Nümayəndə məhkəmə araşdırmaları zamanı əmrdə göstərilən halları deyil, onu hakimin gözündən salmaq üçün keçmişi ilə bağlı, şəxsi həyatını ləkələmək xarakterli, mahiyyətdən kənar nitq söyləmişdir (azərbaycan Respublikasının Konisititusiyasına əsasən hər kəsin həyatı toxunulmazdır,şəxsi və ailə sirrləri olan məlumatların toplanılması və yayılması yolverilməzdir. 4) Məhkəməyə hakimə təzyiq göstərmək üçün əvvəllər tanımadığı və onlarında onu tanımadıqları "Şəhid ailələri” 'Qazi adlarından sui istifadə edən məhkəmələrdə onu şərləmək, ləkələmək üçün şərəf və ləyaqətini alçaldan əvvəlcədən öyrədilmiş şəxslər gətirilmişdi ki, çıxışlara mane olsunlar fikirləri yayındırsınlar. 5) 726-saylı əmrdə göstərilən hallardan biri də onun vəzifəli şəxsin iş fəaliyyəti barəsində nöqsanların ictimailəşdirmək Konstitusiya hüququdur ki, bu da 726 saylı əmrdə göstərilən digər arqumentlər kimi əsassız və qanunsuzdur. 6) 20 aprel 2023-cü il tarixli, 726-sayh əmrdə göstərilən hallar Sabunçu rayon məhkəməsində qanunsuz və əsassız olması göstərildiyi halda cavabdeh apellyasiya şikayətində tutarlı və əsaslı faktlar olmadığı üçün yenidən köçürərək göstərmişdir ki, bu da kı, Sabunçu rayon məhkəməsinin 19 iyul 2023-cü il tarixli 2(008)-4310/2023-cü il tarixli qətnaməsinin ləğv edilməsinə əsas vermir. 7) Cavabdeh apellyasiya şikayətində işin hallarından, mahiyyətdən kənar olaraq məhkəmənin səlahiyyətində olan məhkəmə araşdırmaları zamanı iclas zalında olan hadisələrədə müdaxilə edərək qeyd etmişdir ki, bu da apellyasiya şikayətinin əsassız olmasını göstərən faktlardan biridir. Bakı şəhəri Sabunçu rayon məhkəməsində araşdırmalar zamanı məhkəmədə ifadə verən şahidlər 22 saylı məktəbin X11 sədri X6 və həmkarlar təşkilatının katib X14 etiraf etmişdir ki, direktorun töhmətləri və əmək müqaviləsinin pozulması barəsində 726 saylı əmri imzalayarkən, direktorun onu işdən çıxarılmağı haqqında təqdimata həmkarlar təşkilatının iclası zamanı müzakirə edərkən qəsdən bu barədə ona məlumat verməmişlər. Direktorun tapşırığı ilə (direktorunqanun pozuntularını çəkərək ictimailəşdirdiyi üçün) iclas zamanı onun işdən çıxarılimağına razılıq verdiklərini təsdiqləmişdir. Burada sual yaranır İ)necə olur ki,iş materiallarına əlavə olunmuş sənədlərdə görünür ki, o xx.xx.2008-ci il tarixdən işlədiyi Sabunçu rayon 22 saylı tam orta məktəbin bir neçə direktor tərəfindən işində qazandığın nəaliyyətlərə görə fəxri fərmanlara, diplomlara, təşəkkürnamələrə, müsbət xasiyyətnamələrə layiq görülüb, idman sahəsinə məşqçi kimi Avropa və Dünya Çempionları nəticəsini verib. Nümayəndə məktəbə direktor təyin olunandan bu günə qədər beş ildən çox müddət ərzində fiziki tərbiyə fənnindən məktəbin uğuru уoxdur fəaliyyəti iflic vəziyyətinə salınıb? 2)Nümayəndə məktəbə direktor təyin olunan altı ilə yaxın müddət ərzində heç bir fənn olimpiadasında, idman spartakiadasında uğur qazanmadığı,şagirdlərin buraxılış və qəbul imtahanlarında hər il daha da zəif nəticə göstərdikləri, bal topladıqları halda (məktəb bu göstəricilərə görə fiaskoya uğramışdır.), direktorların bir müəsisədə beş ildən çox fəaliyyət göstərməkləri qanunsuz olduqda hansı zərurətlə və hansı nəaliyyətinə görə sözügedən məktəbdə altı ildir saxlanılır?
a) Proses iştirakçılarının izahatı
11. Cavabdeh azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Firuz Bayramov adına 22 №-li tam orta məktəbin direktoru Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi çoxsaylı yanlışlıqlara yol vermiş və məhkəmə qətnaməsində yanlış və təhrif olunmuş məlumatlar əks etdirmişdir. Məhkəməyə şahid qismində gələn şəxslərin fikirləri təhrif olunmuşdur. İddiaçı 9 vəsatət verib, cavabdeh 3 vəsatət vermişdir. İddiaçı tərəfindən verilmiş 9 vəsatət təmin edilib, amma cavabdeh tərəfindən verilmiş heç bir vəsatətə baxılmayıb. Müraciətlərə rəğmən bu günə qədər heç bir vəsatətlərinə rəsmi cavab almayıblar. Digər tərəfdən iddiaçı tərəfindən məhkəməyə dəvət edilmiş X17 Xidmətinin inspektoru məhkəmə zalında iştirak edib. O tam onların əmrinin qanunauyğun olması barəsində bildirib və iddiaçının özünün Əmək Müfəttişliyinə rəsmi ərizəsi olub, ərizəyə Əmək Müfəttişliyində baxılıb və əmrin tam qanuna uyğunolması cavabı verilib. X11 sədr əvəzi və katibi iddiaçının vəsatət ilə məhkəməyə dəvət edilib. İddiaçıya həmkarlar iclasının keçirilməsi barəsində məlumat verilməsini və iclasın 4 dəfə təxirə salınmasını məhkəmədə qeyd ediblər. Lakin, hakim qətnaməsində iddiaçının iclas barəsində xəbərinin olmamasını qeyd edib. 100-dən artıq müəllimlərinin imzası olan Akt var və onlar onu məhkəməyə təqdim ediblər. İddiaçıya görə 4 dəfə iclas təyin ediblər və bu məsələni sülh yolu ilə həll etmək üçün ziyalı pedaqoji heyətin iştirakı ilə müzakirə ediblər, iddiaçı həmin iclasa gəlməkdən imtina edib. İddiaçı cavabında xanımları təhqir etmişdir. İddiaçı ilə bağlı 4 inzibati tənbeh tədbiri tətbiq edilib. Məhkəmə zalında iddiaçı tərəfindən təhqir olunub, 6 nəfər müəllim heyəti "şərəfsiz" adlandırılaraq təhqir edilib. Məhkəmə iclas zalına gələn valideynlər, ağsaqqallar və qazilər iddiaçı tərəfindən təhqir edilib. Hakim bütün bunlara göz yumub, məhkəmə zalında belə hadisələrə görə iddiaçını cərimə etmək səlahiyyətinin olmasına baxmayaraq bu səlahiyyətlərindən istifadə etməyib. İddiaçı məhkəmə zalında istədiyi vaxt danışıb, istədiyi vaxt onun sözünü kəsib və istədiyi vaxt zaldakı şəxsləri təhqir edib. İddiaçı onu məhkəmə iclas zalında ölümlə hədələyib, onun övladını ölümü ilə hədələyib. Ölümlə hədələmə cinayət tərkibidir. Tərəf Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində onun sözünü tez-tez kəsib. Hərçənd ki, o danışmayıb, daha çox iddiaçı danışıb. İddiaçı 1998-ci ildə Xətai Rayon 229 Saylı Məktəbdən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad edilib. Sonra Əmək kitabçasını saxtalaşdıraraq yeni əmək kitabçası çıxardıb. Ora yazılıb ki, 1995-ci ildən 2005-ci ilə qədər guya, məşqçi işləyib. Amma, həmin dövrdə 4 ümumtəhsil müəssisələrində müəllim kimi fəalliyyət göstərib. O 2015-ci ildə direktor kimi təyin olunub. Ali Məhkəmənin qərarı ilə iddiaçı işə bərpa olub, həmin anda məktəbdə direktor fəaliyyət göstərməyib. 2017ci ilin oktyabr ayında o direktor kimi təzə təyin edilmişdi, digər məktəbdən həmin məktəbə rotasiya olunmuşdu. Həmin vaxt ona kollekiv müraciət edərək iddiaçının işə qayıtmasını təmin etməməyini xahiş etdilər. O iddiaçını tanımadığını, onun qayıdıb-qayıtmamasının ona heç bir fərq etməməsini və işləməyə gəldiyini bildirdi. Onlar israrla iddiaçı ilə dil tapa bilməyəcəyini bildirdilər. O onlara barışıq mövqe tutmağı təklif edib, çünki 30 illik pedoqoji fəaliyyətinə güvənərək o müəllimlə dil tapacağına inanırdı. O qanuni fəaliyyət göstərməklə heç bir problemin yaranmayacağını düşünürdü. Yanvar ayında məhkəmədə gedən prosesə qatılmayıb. Məktəb rəhbərliyi məhkəməyə qatılmadığı üçün humanist addım ataraq iddiaçını işə dəvət edib. Məhkəmə icraçının qərarına əsasən 2018-ci ilin avqust ayında işə bərpa edildi. İşə bərpa olunan gündən biraz keçəndən sonra iddiaçı məktəbin 10 nəfər müəllimini, əsasən də xanımlar olmaqla məhkəmədə iddia qaldırıb. Onları otağına dəvət edib və deyib ki, mehribançılıq olacağını onlar danışmışdılar. İddiaçını barışırdırdı və iddiasını geri götürdü. O gündən iddiaçı şikayət edir. Şikayətlərin də heç bir əsası yoxdur və tamamilə böhtandan ibarətdir. Gah "Tiktok" sosial şəbəkəyə 10-cu sinifə qəbul olmaqla bağlı kiminsə intihar etdiyini, gah da direktorun korrupsiya faəliyyəti ilə məşğul olmasını və s. bildirmişdir. İddiaçı özü uşaqlara "2" qiyməti yazıb və 11-ci sinif şagirdlərə, valideynlərə 200 manat gətirmədikləri təqdirdə atestatlarına "2" yazacağını bildirib. Valideynlər kütləvi surətdə onlara və Bakı Şəhər Təhsil İdarəsinə şikayət edib. "2" yazan iddiaçının özü olub, iddiaçı şəri onun üstünə atıb. 11ci sinif rəhbəri iddiaçıya direktorun rüşvət alınmasını qadağa etdiyini bildirdikdə isə iddiaçı "mən özüm bilərəm" ifadəsini işlətmişdir. Məktəbə 2018-ci ildən gəldiyinə baxmayaraq şəxsi işi yoxdur, şəxsi işini məktəbə vermir, Məktəbin Pedaqoji Şura iclaslarında iştirak etmir, jurnalın yazılmasında tapşırıqları icra etmir, jurnalı şagirdlərə yazdırır. Məktəbin heç bir tapşırığını yerinə yetirmir, hansı ki, onların şəxsi tapşırıqları yox, dövlətin tapşırıqlarıdır. Pandemiya dövründə saxta sənəd gətirərək işə çıxmadı, peyvənd belə olunmadı. 44 günlük müharibədə dövlətə dəstək üçün çağırış ediblər, dəstək olmadı. İddiaçıya bu və digər məsələlələrlə bağlı 3 töhmət verilib. İddiaçı tərəf skolioz xəstəliyi olan və belinə korset taxan bir qıza jim etməyə məcbur etmişdir. İddiaçı normativlə uşaqları hədələyib. İddiaçı bildirib ki, guya metodik vəsait ona verilməmişdir. Ona metodik vəsaiti ya kitabxanadan götürməli olduğunu ya da, Elm və Təhsil Nazirliyinin saytından pdf formada götürməli olduğunu deyib. Dərsləri kurikulum qaydasında keçmir. Bunun sübutu olaraq futbolda uşağın ayağının sınmasını göstərə bilər. Məktəbdə iddiaçının 36 saat dərsi var. Hansı ki, maksimum saat 18 saatdır. İddiaçıya bu qədər güzəştlər ediblər ki, bəlkə islah olunar. Onun cədvəli 5 gün üçün qurulub, 1 gün əlavə istirahət günü meydana çıxıb, hansı ki, onların ümumiyyətlə istirahət günü yoxdur. İddiaçı nahar fasiləsinə qədər oturub çıxıb gedir. Heç bir tədbirlərdə və iclaslarda iş vaxtının bitdiyini deyərək iştirak etmir, sənəd təqdim etmir. Heç kəsdən icazə almadan işi tərk edib. Müavinlər onunla danışmağa gedəndə "gedin, işiniz ilə məşğul olun" deyib. İddiaçı heç bir qanuna riayət etmək istəmir, digər tərəfdən də kollektivin 99%-i iddiaçı ilə danışmır. Bu baxımdan onunla ünsiyyət qurmaq çox çətindir. Məktəbdə ünsiyyət quracağı bir adam yoxdur ki, iddiaçını düzgün yola dəvət etsin. Onlar Həmkarların iclasını 4 dəfə təxirə salıblar ki, iddiaçı gəlib iştirak etsin. Halbuki, bu onların borcu deyildi. 1-ci iclas keçirildi, ora bütün müəllim heyətini dəvət ediblər. 2-ci iclası təyin ediblər, gəlmədi və onlar təxirə salıblar. 3-cü iclasa Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Anar müəllim və Sabunçu Rayon Həmkarlar Təşkilatının sədri Tağı müəllim gəlib iştirak etdi. Anar müəllim gedib iddiaçı ilə söhbət etdikdən sonra dedi ki, iddiaçı, hətta onu belə eşitmir. O dördüncü dəfə Həmkarlar Təşkilatına müraciət ediblər. Onlar löhvədən elanları çıxarmamışıq, hal-hazırda da qalıb. İctimai lövhə məllimlər otağının qarşısında, göz önündədir. Əgər müəllim jurnalı götürmək üçün müəllimlər ortağına gəlirsə və dərs keçirsə,o lövhəni neçə dəfə görür. Orada elanlar və töhmətlər hamısı var. Həmkarlar Təşkilatının 5 idarə heyətinin 5-də iddiaçının iclasın olması barədə məlumat verib, telefonuna mesaj göndərilib. İddiaçı iclasın olduğunu bildiyi təqdirdə iclasda iştirak etməyib. Məhkəməni də aldadıb ki, guya məlumat verilməyib. İddiaçı ona müavinlərə qarşı şər atıb. Maşını məktəbin girişində saxlayır. İddiaçı islah edilmədiyi üçün müəllimlərin etik qaydalarını kobud şəkildə pozduğu üçün, qanunlara əməl etmədiyi üçün və sosial şəbəkələrdə təhsilin nüfuzuna xələl gətirdiyi üçün işdən azad edilib. "Məktəblinin dostu" layihəsinin əməkdaşları gəlib araşdırma aparan zaman iddiaçı onu ölümlə hədələdi. Buna görə də şiddətli töhmət yazıldı, məhkəməyə müraciət edib. Məhkəmə olan zaman ondan barışmağı, birdə belə etməyəcəyini, onu dəstəkləyəcəyini dedi və onun məhkəməyə getməməyimi xahiş etdi. Sonda barışıq elan edildi. Ona barışıq elan etməyini və ərizəni geri götürməyi yazılı yazmasını bildirib. İddiaçı yazılı heç kimə heç nə verməyəcəyini və məhkəmədə bunu həll edəcəyini dedi və o da ona inanıb. Sonra da ona məhkəmədən zəng vuraraq onu yenə aldatdığını, məhkəmədə onun əleyhinə ifadə verdiyini və iddianın təmin edildiyini dedilər. İddiaçı bütün məhkəmələri aldadıb. Sonra yenidən ona dəymiş zərərin ödənilməsi barədə iddia qaldırıb. Bütün bunlara rəğmən yenə humanistlik edib. İddiaçı məktəbin divarında ona qarşı təhqirəramiz ifadələr yazıb, guya ki, onu şagirdlər yazıb. Ekspert rəyi də var ki, iddiaçının xətti olması sübut olunub. Töhmətlə bağlı izahat yazmağını tələb etsələr də, yazmayıb. Bu məsələləri sülhlə həll etmək üçün dəvət etdikdə belə gəlməyib. İddiaçıya məktəbi dəyişməsini təklif edib ki, psixoloji mühitini dəyişsin Əmək müqaviləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işindən məhrum olmasın. Cavab olaraq burada işləyəcəyini bildirdi. Kollektivin ondan narazı olan 120-ə qədər müəllimi var. Bu adam məktəbdən gedəndə bütün şagirdlər sevinc içərisində idi. Şagirdlərdən Məhəmmədin valideyni ona zəng edir ki, məhkəmədə iştirak etmək istədiyini bildirir. Müavinlər, müəllimlər, bütün valideynlərin ağsaqqallar da məhkəmə iclasında iştirak etmək istəyir. Ümumiyyətlə onlar iddiaçı məktəbə qayıdacağı təqdirdə məktəbin qarşısında dayanaraq onu içəri buraxmayacaqlarını bildirilər. Tərəfin əlilliyi də saxtadır, bununla bağlı məhkəmə mübahisəsi də olub. Bu adam ona məhkəmə prosesində audio video diskin yazılmasını nəzərə almayaraq şər böhtan atır. Onun atdığı şər-böhtanı sübut etmək üçün sənədləri məhkəməyə təqdim etməyinə icazə verin. Şahidlər məhkəməyə gəlib, amma hakim ifadələrini almamışdır. “Tiktok" sosial şəbəkəyə və “Xəzər” TV-ə yerləşdirdiyi videoların diski rayon məhkəməsinə təqdim edilmişdir. Gah sanitar qovşaqda kamera quraşdırılması barədə video çəkərək “Xəzər” TV kanalına təqdim edib, gah da idman zalının təmirsiz olması barəsində video çəkərək kütləvi informasiya vasitələrində paylaşıb. Müəllimin etik davranış qaydalarını, müəllim adına, məktəbin nüfuzuna xələl gətirən çoxsaylı addımlar həyata keçirir. 2019-cu ildə Elm və Təhsil Nazirliyinin əməkdaşı olan məktəblinin dostuna fiziki zorakılıq edərək kobud davranmış və müəllimin etik davranış qaydalarını xuliqancasına pozmuşdur. Həmin Elm və Təhsil Nazirliyinin əməkdaşları məktəbə gələrək araşdırma aparmış və nəticədə ona iddiaçıya şiddətli töhmət verilməsi və işdən azad edilməsi tövsiyə olunmuşdur. Araşdırmada həmin iddiaçı otaqda onu bıçaqla hədələmişdir. İddiaçı ona həbsdən çıxan adam olduğunu, heç nədən qorxmadığını bildirərək araşdırma yerini tərk etmişdir. 2018-ci ildən bəri o iddiaçı onu məhkəmələrə verib. İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bunun da səbəbi şəxsə qarşı bıçaqla xəsarət yetirməsi olmuşdur. İdman dərsində futbolda uşaq bir-birilə toqquşub və ayağı zədələnib. Onlar həmişə uşağın sağlamlığını öz mənafelərindən üstün tutduğuna görə təcili tibbi yardım çağırıblar. Təcili tibbi yardım uşağın ayağında ciddi zədə olduğuna görə stasionar müalicəyə cəlb olunmalı qərarına gəldi. Həmin zaman uşağı video çəkib və guya ki, direktor uşağa əsassız şəkildə "2" qiyməti yazdırdığına görə uşaq intihar edib. Təhsil sistemində intihar hadisələri birbaşa Prezident Adminstrasiyasının kurasiyasındadır. Onlara geri dönüşlər oldu ki, məktəbdə kim və nəyə görə intihar edib. Polis əməkdaşları gəldi və onlara orada heç bir intihar hadisəsinin olmadığını izah ediblər. Həmin uşağın valideyni müəllimin bu hərəkətini biləndə çox qəzəbləndiyinə görə iddiaçı ilə mübahisə etmək istəyirdi, onu güclə saxlayıblar. Valideyn onlara məhkəməyə şikayət edəcəyini bildirdi, onlar da ilk öncə məktəbə ərizə yazmalı olacağını deyiblər. Onlara və polis bölməsinə ərizə yazıblar. Orada intihar hadisəsinin olmadığın əmin olmağına baxmayaraq onlar işi araşdırıblar. Orada heç bir intihardan söhbət gedə bilməzdi. Məktəbdə "2" qiyməti yazılan uşaq belə yoxdur. “Xəzər” TV nin əməkdaşı gəlib və bu məsələ yayılır. Orada jurnalın şəkli göstərilir ki, uşağa aid olan "2" qiyməti yoxdur. Uşağın atası da ” “Xəzər” TV -ə hər hansı bir intihar hadisəsinin olmadığını deyib. İddiaçıya töhmət barədə məlumat vermək üçün kimsə yaxınlaşanda "gedin işiniz ilə məşğul olun" deyib. Mən isidiciləri satmayıb, bu böhtandır.Töhmətlərin hamısı müəllimlər otağının qarşısında elektron lövhədə yazılıb. Onun video görüntüsü var və onlar məhkəməyə təqdim ediblər. İddiaçının vəsatəti ilə məhkəməyə Həmkarlar Təşkilatının sədri əvəzi və katibi dəvət edilmişdi. Onlar iddiaçıya iclasın keçirilməsini əvvəlcədən də xəbər verdiklərinə və iclasa az qalmış da dəvət etdiklərini, amma o gəlməkdən imtina etdiyini bildirdilər. İclas 4 dəfə təxirə salınıb. Son məqama qədər o da fikirləşirdi ki, işdən çıxmasın, başqa iş tapsın. O müavin Tağı müəllimi iddiaçının başqa yerə keçməsi üçün yanına göndərib, çünki kollektiv onu orada istəmirdi. İddiaçı da imtina cavabı verdi. Alov müəllim iddiaçı ilə fərdi söhbət apardıqda heç bir nəticə olmadığına görə təqdimatın Həmkarlar Təşkiltına verməyini və iclası çağırmağını bildirdi. 4 iclasın onda protokolu var, bu protokollara 134 nəfər imza çəkib. Kollektiv məktub yazıb. Müəllimlərlə və şagirdlərlə pis münasibət yaratmışdır, bəzi qadın müəllimlərə nalayiq sözlər işlədib. Valideynlərdən uşaqların qiymətinə görə pul tələb etmişdir, eyni hal davam edib. Məktəbdə kriminal halların yaradılmasına cəhd göstərmişdir. Məktəbin yuxarı sinif şagirdlərinə qarşı qeyri-etik davranışlar etmişdir. Kollektiv tələb edir ki, bu məktəbdən uzaqlaşdırılsın. Məktəb 6 günlük, iki rejimli şəkildə fəaliyyət göstərir, iddiaçı isə 13:00-da məktəbdən gedir. Həmçinin, nazirlik isidicini gətirib təhvil verir. Direktor bununla məşğul olmur. Məhkumluq haqqında arayış Penitensiar Xidmətin səlahiyyətindədir. Ağır Cinayətlər dair işlər Üzrə azərbaycan Respublikası Məhkəməsinin 5 fevral 2008-ci il tarixli hökmü var, dərs yükünə görə öz iş yoldaşını bıçaqlamışdır. X1 3-4 nəfəri ölümlə hədələyib. İddiaçı kriminal təzyiqlər edir. Valideynləri qorxudur, qiymət qarşılığında pul tələb edir. 2013-cü ildə 191 nömrəli məktəbin direktoru iddiaçının məktəbdən çıxarılmasını xahiş etmişdir. Bakı Təhsil İdarəsinin müdiri Nailə xanım məktub göndərir ki, iddiaçının əmək kitabçası saxtadır və araşdırılsın. Cavab olaraq deyilir ki, iddiaçı 3-4 məktəbdən çıxarılıb. Əmək kitabçasını saxtalaşdırıb. 2015-ci il 27 aprel 22 nömrəli məktəbin Həmkərlar Təşkilatının 6 nömrəli protokolu tərtib edilib, o zaman da orada direktor olmayıb. Protokolda yazılıb ki, iddiaçı Əmək Məcəlləsinin 70-ci maddənin "ç" bəndi ilə işdən azad edilməsinə razılıq verilmişdir. Məktəbin ilk direktoru Rəfiqə Abuzarovna da Bakı Təhsil İdarəsinə iddiaçı barədə yazıb və onun məktəbdən kənarlaşdırılmasını istəyib. O qanunu sevən və qanunpərəst bir insandır. İclas keçirilib. Töhmətin verilməsi iclasda müzakirə olunub. İddiaçı iştirak etməyib. Aygül xanım ona otaqda ağlayaraq dedi ki, iddiaçı onu təhdid edir və bir dəfə uşaqların içində çölə atıb, o iddiaçıdan qorxur. 27 mart 9-cu sinif şagirdi Minəxanım Kazımova 2 yazmasına görə ona şikayət edilib. Bakı Təhsil İdarəsinin hüquqi müavini Xəyalə xanım ona məktub göndərdi ki, bu hal araşdırılsın. Bu işi araşdırıraq iddiaçıya töhmət verdilər. Bakı Təhsil İdarəsinin tapşırığını yerinə yetiriblər, ona töhmət veriblər. Hər bir töhmətin aktı var və bunları işə əlavə ediblər. O Sabunçu Rayon Məhkəməsinə özü ilə heç kimi də aparmayıb. "Youtube" sosial şəbəkəsinə keçmiş müavinin şəklini qoymuşdur. O Təhsil Nazirliyi ilə dəfələrlə bu məsələni məsləhətləşib. Yenə də fikirləşiblər ki, insana möhlət versiblər və gedib işləsin. Amma o Sabunçu Rayon Məhkəməsində onu və oğlunu ölümlə hədələyib, müəllimlərin bəzilərini şərəfsiz adlandırıb.
12. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, məhkəmə qətnamələrini, Əmək Məcəlləsini, Əmək Qanunvericiliyini, rəsmi sənədləri kənara qoyub yenə onu ləkələmək üçün eyni fikirlər ifadə edir. O ikinci qrup əlildir, o məktəbdə əlillik tapıb. Onun əlilliyini təsdiq edən qərar da var. Ali Məhkəmənin qərarı ilə əlilliyi təsdiq edilib. Cavabdehin nümayəndəsi Nümayəndə 2017-ci ildən məktəbə direktor təyin edilib. 2017-ci ildə məhkəmədə prosesində, işə çıxmayıb. 3 il məhkəmə prosesi olub, töhmətlər verilib və ləğv edilib. 1 il yarım məhkəmə gedib və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edib, o Ali Məhkəməyə şikayət edəndə apellyasiya məhkəməsinin qərarı ləğv edildi. Sonra apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı. Direktor onu tanımadan, işçi kimi iş bacarığını bilmədən apellyasiya məhkəməsi qətnaməsindən kassasiya şikayəti verib. Hansı ki, onu tanımırdı və bir dəfə də aralarında danışıq olmayıb. Cavabdeh hazırda yalan danışır. Tərəf kassasiya şikayəti verib və Ali Məhkəmədə işə baxılıb və iddia təmin edilməyib. O azərbaycan Respublikasının Əməkdar məşqçidir, azərbaycanın bayrağını müxtəlif ölkələrdə qaldırıb, iş materiallarına əlavə edib. O həmin məktəbdə dəfələrlə işinə görə Fəxri fərmanla, tərifnamə və diplomla təltif olunub. O cümlədən, azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin arayışına əsasən onun məhkumluluğununun olmaması təsdiq edilmişdir. Direktorun dedikləri hamısı böhtandır. Direktor onu ləkələmək üçün keçmişdə onun məhkumluğunun olduğunu bildirir. Birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Kollektivin 80%-nin onunla münasibəti yaxşıdır. Bu məsələ 2014-cü ildən ona qarşı olan təzyiqlərin davamıdır. 4 direktor dəyişilib və onlar Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxarılıb. Direktorların dördü də onunla münasibətləri yaxşı deyildi. Direktorlardan Elxan Kazımov və Safura xanım onu heç üzdən tanımırdılar. Cavad Səfərov onunla 6 ay ünsiyyətdə olub və onun özünü Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə çıxardıblar. O 27 ilin müəllimidir. O işdən ayrılanda 4 uşağı və 1 nəvəsi ac qalacaqdır. Heç bir yerdə kimisə çəkib, ictimailəşdirməyin vəzifəli şəxsin işdən çıxarılmasına əsas verdiyi yazılmır. O 2008-ci ildə Bakı Şəhər Təhsil İdarəsinin 3381 nömrəli məktubuna əsasən o məktəbə fiziki tərbiyə müəllimi vəzifəsinə təyin edilib. Onu 2008-ci ildə sənədləri təqdim edib və yoxlayıblar. Məqsədə müvafiq hesab edildikdən sonra işə daxil olunub. 15 ildir ki, direktorlar tərəfindən hüquq mühafizə orqanlarına barəsində şikayətlər edilmişdir. Direktorun dedikləri yalandır. Ona qanunsuz işlər etməyi tələb edəndə yerinə yetirmədiyinə görə, onu işləməyə qoymurlar. Onun töhmətlərdən xəbəri olmayıb. Rəsmi akt ona verilməlidir, ünvanına göndərilməlidir. Töhmətlərdən xəbəri olsa idi, o dərhal məhkəməyə verərdi.4 töhmətin tarixi-26 dekabr,11 yanvar,9 fevral, 7 mart, 2-ci töhmət ard-arda verilib. O işdən çıxarılma barədə əmr veriləndən sonra məhkəmədə iddia qaldırdı və ona töhməti 20 iyun tarixində verdilər. Necə ola bilər ki, keçən illərdə heç bir əmək funksiyası pozuntusu etməyən müəllim, 4 ay ard-arda əmək funksiyası pozuntusu edə bilər. Məktəbdə direktor uşaqlara qəddar rəftar edib və işkəncələr verib. Diskdə də valideynin özünü yandırması var. O niyə başqa məktəbə getməlidir, onun o kollektivdə heç bir nöqsanı yoxdur. Başqa məktəbə keçmək məsələsi direktora təklif edilsin. Onun o kollektivdə alnı açıq, üzü ağdır. Hamı onu dəstəkləyir. Cavabdehin kollektivin imzalarını gətirdiyi sənədlərin hamısı özləri tərəfindən tərtib edilən və heç bir əsası olmayan sənədlərdir. Birinici instansiya məhkəməsində iş araşdırılmışdır. 726 saylı Əmrdə onun işdən çıxarılmağına 3 əsassız arqument göstərilib. Onun məhkum olmağı göstərilib, o məhkəməyə məhkumluğunun olmaması barəsində məhkəməyə arayış təqdim edib. 20 il bundan öncə məhkum olunmaq neçə il sonra işdən çıxarılmağma səbəb ola bilməz. O 15 il o məktəbdə fəaliyyət göstərib. İşlədiyi dövrdə intizam məsuliyyətinə cəlb olunmayıb. O sakit bir şəkildə işinə gedib-gəlib. Cavabdeh tərəfindən dəfələrlə hüquq mühafizə orqanlarına barəsində müraciət olunub. Orada da araşdırılıb və heç bir nöqsanı aşkar olunmayıb. Cavabdeh, onun qanunsuz əməllərini ictimailəşdirdiyini bildirib. Cavabdeh tərəf belə olduğu təqdirdə məhkəməyə müraciət edə bilərdi. Mülki məsuliyyətə cəlb edilə bilərdi. Bu barədə məhkəmə qərarı yoxdur. Töhmətlərin heç birindən onun xəbəri olmayıb, bu töhmətlər formal xarakter daşıyır. Birinci instansiya məhkəməsində də təsdiq edilib, qarşı tərəf töhmətlə bağlı məhkəməyə heç bir sənəd təqdim edə bilməyib. O Əmri alarkən hansı tarixlərdə töhmət aldığını bilib. Əmək Məcəlləsinin 186,187,188,189-cu maddələri kobud sürətdə pozulub. Töhmət verilərkən birinci növbədə işçi çağırılmalı, iş araşdırılmalı, izahat alınmalı, izahat verilmədiyi halda aktlaşdırılmalı, akt işçiyə təqdim edilməli və digər prosessual mərhələlər edilməlidir. Aktlardan, əmrdən də imtina etsə belə ünvanına göndərilməli idi. Töhmətlərdən xəbəri olsa idi, şikayət edərdi. Töhmətləri yazmaqda məqsəd onu işdən çıxarmaq olub. Məhkəmədə də qarşı tərəf əmrləri onun götürməyəcəyini güman etdiyinə görə təqdim edilmədiyini bildirib. 2019-cu ildə verilən Əmr məhkəmə tərəfindən 2020-ci ildə ləğv edildi. Əmrdən onun xəbəri olmayıb. 4 ardıcıl Əmr verilib, məqsəd də onu işdən çıxarmaq olub. Əmək müqaviləsinin pozulması haqqında Əmr verilərkən yenə də Əmək Məcəlləsinin 70-ci maddəsi, Həmkarlar İttifaqının qəbul etdiyi qərarlar kobud surətdə pozulub. Həmkarlar İttifaqı 10 gün müddətində araşdırma aparmalı idi. Ona rəsmi məlumat verilməli idi, ondan izahat tələb olunmalı idi. İclas keçiriləndə də onun xəbəri olmayıb, iş materiallarında da var. Həmkarlar İttifaqının onu işdən çıxarmaq üçün təyin olunan müvəqqəti sədri və katibi Sabunçu Rayon Məhkəməsində özləri etiraf etdilər ki, həqiqətən də Müşfiq müəllimi rəsmi qaydada xəbərdar etməyiblər. Onun 13:00-da iş vaxtı bitir, ayın 19-u 13:00-da qəsdən iclas keçiriblər. Həmkarlar İttifaqının sədri özü də iclasın saat 13:00-da keçirilməsini məhkəmədə etiraf edib, bununla bağlı səs yazısı və iclas protokolu da var. Həmkarlar təlimatında yazılıb ki, azərbaycan Respublikası azad Həmkarlar İttifaqı Komitəsinin 19 noyabr 2022-ci il tarixli ikinci məclisində təsdiq olunmuş işəgötürənin təşəbbüsü ilə işçinin əmək müqaviləsinə rədd edilməsi sahəsində Həmkarlar İttifaqının hüququ və vəzifələrinə dair təlimatın tələblərinə ziddir. Yəni, həmin təlimatda iclasa işəgötürənin nümayəndəsi əmək müqaviləsinə xitam verilmiş işçi əvvəlcədən rəsmi dəvət olunmalıdır. İclasın keçirilməsi barəsində işçi vaxtında xəbərdarlıq edilməmişdirsə, habelə üzrlü səbəbdən iclasda iştirak etmirsə, iclas başqa vaxta keçirilməli və bu barədə işçiyə rəsmi məlumat verilməlidir. Əmək Məcəlləsinin 70-ci maddəsin əsasən 10 gün müddətində işçiyə məlumat verilməli və izahatın tələb olunmalı olması qeyd edilib. Ona məlumat verilməyib və ondan izahat tələb edilməyib. O idarə dövlət müəssisəsidir, ona rəsmi məlumat verilməli idi. 13:00-da iclas keçirilib və iclasın hansı səbəbdən keçirilməsindən xəbəri olmayıb. 13:00-da xanım yaxınlaşaraq iclas keçiriləcəyini bildirib. O şəkər xəstəsidir və hər gün o vaxt dərman qəbul etməlidir. Özləri də iclasda etiraf etdi ki, direktor haqqında video paylaşdığına görə və onların haqqında təlimat verildiyinə işdən çıxarılır. Sabahısı gün də heç nədən xəbəri olmadan işə gəlib. Onu çağırıb dedilər ki, işdən çıxarılıb. Keçən iclas cavabdeh 4 dəfə iclas keçirildiyini bildirdi, bu tamamilə yalandır. 4 dəfə iclas keçirilibsə, bunun 4 protokolu olmalıdır. 4 iclas arasında 10 gün vaxt olsa, qanunvericiliyin tələbinə əsasən bu 40 gün edir. Sonra təqdimat olmalıdır, iş materiallarında bunların heç biri yoxdur. Bir təqdimat və bir iclas protokolu var. O 9 gün öncə X3 Rayon İdarəsinə sorğu ilə müraciət edib ki, belə hal ola bilər. Heç bir iclas barəsində heç bir məlumatının olmadığını və onlara direktorun təqdimat vermədiyini və onun işdən çıxarılmağına razılıq vermədiklərini cavab olaraq bildirdi. Töhmətləri verəndə Həmkarlar Təşkilatına ona töhmət verilməsi barəsində müraciət etməli idi. Rəsmi sayılmasa belə onun ünvanına göndərilməli idi. Onun bütün hüquqları məhdudlaşdırılıb. Sonda da onu işdən çıxardıqlarını və əmək müqaviləsinə xitam verdiklərini bildiriblər. Xanədan adlı bir idman müəllimi var, işdən xəbəri yoxdur. Xanədan müəllimdən o soruşanda ona sadəcə imza çəkdirdiklərini dedilər, Zemfira müəlliməyə də imza çəkdiriblər. Sabunçu Rayon Təşkilatının sədri Alı müəllimin yanında o ağlamağa başladı ki, Müşviq müəllim məcbur olub. 2019-cu ildə şiddətli töhmət verilməsini, gizli şəkildə töhmətləri, gizli şəkildə onu 3 cəhdlə işdən çıxarmağı nəzərə alsalar direktorun məqsədi onu işdən çıxarmaq olduğu aydın olar. Onun guya içkili işə gəldiyini bildiriblər. Məktəbdə əvvəlki direktorlar ona diplomlar, fəxri fərmanlar, təşəkkürnamələr veriblər. Şagirdləri yarışa aparıb, əməkdar məşqçidir, 27 illik təcrübəsi var. Heç bir əmək funksiyasını pozmadığı halda, onun haqqında məhkum olunmağını yazaraq şərəf və ləyaqəti alçaldılıb. Birinci instansiya məhkəməsində qarşı tərəf heç bir sübut təqdim edə bilmədi. Birinci instansiya məhkəməsi ədalətli qərar çıxarıb. azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən sübutetmə vəzifəsi qarşı tərəfin üzərinə düşür. Qarşı tərəf töhmətləri verərkən,əmək müqaviləsinin pozulması haqqında Əmri verərkən,Həmkarlar Təşkilatının iclasını keçirərkən pozuntulara yol verib, məhkəməyə də heç bir sübut təqdim etməyib, ancaq onu ləkələməyə çalışır. Birinci instansiya məhkəməsinin gedişatına təsir etmək üçün şəhid ailələrini,qaziləri məhkəmə iclasına dəvət edib. 120 nəfərin adından imza təqdim edildi, 120 nəfər müəllimi iclasa dəvət etsə, hamısının aldadıldığını və iclas tələbi adı ilə onlaraa imza çəkdiklərini etiraf edəcəklər. Aygün müəllim, Çingiz müəllim,Vəsilə müəllim və digər müəllimlər narazılığını bildiriblər.Onların hamısını ağ vərəqdə imza çəkdiriblər və imza çəkəndən sonra onun leyhinə olduğunu bildiriblər. Sonra onlar imtina ediblər, vərəqlər cırılıb. Yenidən müavin işləyən Araz və Novruz bir-bir siniflərə girərək müəllimlərə imza çəkdiriblər. Bu inandırıcı deyil. 120 müəllimə nə edə bilər. Hüquqları pozulubsa niyə hüquq mühafizə orqanlarına müraciət etməyiblər. 120 müəllimin əksəriyyəti ilə yaxşı münasibəti var. Qadın müəllimlər var ki,direktora qarğış edirlər, “Whatsap” yazışmaları da var. İnsanlara zülm edir. Hansı orqana şikayət edilsə də,bir dəyişiklik olmadığına görə video çəkərək ictimailəşdirirlər. 14 iyun tarixində şagirdləri polisə verib və polislər şagirdləri aparanda video çəkilib. Son zəng günü orada böyük hadisə olub, şagirdlər və valideynlər aksiya keçiriblər. Şagirdlər və müəllimlər şikayətlər ediblər. Dərs ilinin ortasında şagirdlər məktəbi tərk edir. Gənc kadrlar məktəbdən qaçır. Disklərdəki videoda valideyn özünü yandırmaq istəyir. Direktor 228 nömrəli tam orta məktəbdən kənarlaşdırılaraq onların məktəbinə göndərilib. 9.10,11-ci sinif şagirdlərini polisə verib. Şagirdi və müəllimi polisə verir. Onu dəfələrlə polisə verib. Müəllimlərdən birini 14 iyunda baş verən hadisəni ictimailəşdirdiyinə görə narahat edir. X8 nümayəndəsi məhkəmələrdə iştirak etmir. O divara direktor haqqında pis sözlər yazmayıb və orada nə yazıldığını belə bilmir. Töhmətləri o bilsəydi, mübahisələndirərdi və töhmətlər də məhkəmə tərəfindən ləğv oluna bilərdi idi. Çünki tam əsassızdır və orada yazılanlar şərböhtandır.Töhmət yanvarın 9-u verildiyi yazılıb və ayın 7-si işdə olmadığı yazılıb. Ayın 7-si o Bakı Apellyasiya Məhkəməsində iclasda olub, işdə olub. Müavinə “Whatsap ”vasitəsilə məlumat verib, amma məktəbə gəlib və 2-3 dərs keçdikdən sonra qaça-qaça gəlib. Onun təqaüd məsələsi var idi və çox vacib məsələ idi. Ümumitəhsil məktəblərinin nümunəvi Əsasnaməsinin 35-ci maddəsində deyilir ki, əgər şagird və valideynləri şagirdin qiymətindən razı deyilsə, müraciət əsasında direktor tərəfindən məktəbdə komissiya təşkil edilə bilər və o şagirdin biliyi yoxlanıla bilər. Onun dərsinə hörmət etməyən şagirdlərə 2 yazıb. Zeynəb adında şagird dindar olduğuna görə forma geyinmirdi. Qazi və şəhid ailələrinə hörmət edib, deyib ki, dərsə gəlmə, gələcəkdə atanın davamçısı ola bilərsən. Özündən razılıq edən şagirdlərə, hörmətsizlik edənlərə 2 yazıb. Kimsə yaxşı yerdə işlədiyini deyəndə bu zalda çox əziyyət çəkdiyini və onun fənninə heç kəsin hörmətsizlik edə bilməyəcəyini deyib. Ona töhmət verilməmişdən əvvəl komissiya təşkil edilərək şagirdin biliyi yoxlanıla bilərdi. O demir ki, normativlərin hamısını etsinlər. Qarşı tərəfin vəsatətləri ona görə təmin edilməyib ki, hər hansı bir əhəmiyyəti olmayıb. Cavabdeh tərəf özü də etiraf etdi ki, onun qanunsuz əməllərini ictimailəşdirdiyinə görə onu işdən çıxarıb. Şəxsi istəyi ilə direktor bəzi müəllimlərə dərsi az verir. Dəfələrlə müəllim və şagirdləri polisə verib. Direktor hətta isidiciləri də satıb. Əmək Məcəlləsinin 189-cu maddəsinə əsasən kimisə qisqançılıq zəminində işdən çıxarmaq olmaz. Ona maaşı dövlət verir. 2015-ci ildə işdən çıxarıldıqdan sonra yenidən işə bərpa olunub, cavabdehin dedikləri məhkəmədə öz təsdiqini tapmayıb. Əmək kitabçasını, möhür hər şeyi araşdırılıb. 2019-cu ildə 424 saylı Əmrdə məhkəmələr tərəfindən qarşı tərəfin dediyi halların hamısı ləğv edilib. Töhmətlərdən onun xəbəri yoxdur. Onun xahişi ilə məhkəmədə hakim ona təqdim edib. Ona rüşvət aldığını deyib, bu məsələlər araşdırılıb. Qarşı tərəf onun kiminsə bıçaqladığını deyib, o heç kəsi bıçaqlamayıb. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi qanunidir, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir, çünki o işdən qanunsuz çıxarılıb. Həmkarlar Təşkilatına ünvanladığı sorğu iclasın keçirilməsindən bir neçə gün öncə olub. ********** nömrə onundur, amma mesaj ona çatmayıb. Amma ”Whatsap”-da mesaj olaraq göndərmək rəsmi xəbərdarlıq sayılmır. Hökmdə bıçaqlama yoxdur. Hökm onu döydüklərinə görə çıxıb, onu şüşə ilə döyüblər. Hökmdə zərərçəkmiş kimi qeyd edilib. Əgər o hökmdə bıçaqlama varsa, o iddianı geri götürər. 2008-ci ildə müqavilə ilə 30 saat dərs saatı ilə işə qəbul olub. Bu barədə Əmr və məktub da var. Peşəkar müəllimlərə həmişə yüksək dərs saatı verilir.
13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq azərbaycan Respublikası Əmək və Sosial Müdafiə Nazirliyi yanında X8 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
14. azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
Maddə 70.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 80. 1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
15. azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş X12 Qaydaları
Loyallıq – müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.
16. azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsi əsaslı olmuşdur.
22. Belə ki, İddiaçı barəsində cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 698 №-li (yazılı müqavilə imzalamaqdan, sənədləri təqdim etməkdən imtina etdiyinə görə xəbərdarlıq edilməsi barədə), xx.xx.2023-cü il tarixli 704 №-li (əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 8/1 Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması qaydalarının», azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2021ci il tarixli 03-08-681/13 nömrəli «Məktəbdaxili qiymətləndirmənin təşkilinə dair tövsiyyələr»in, azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli 600 №-li əmri ilə təsdiq edilmiş «X12 qaydaları»nın tələblərini kobud surətdə pozduğuna görə Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi X15 azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə intizam tənbehi olan töhmətin verilməsi barədə), xx.xx.2023-cü il tarixli 713 №-li (xx.xx.2023-cü il tarixdə üzrsüz səbəbdən iş yerini tərk etdiyinə görə xəbərdarlıq edilməsi barədə), xx.xx.2023cü il tarixli 721 №-li (məktəbin 29 №-li sinif otağının divarında məktəbin direktoru Nümayəndə haqqında qeyri-etik, nəlayiq ifadələrdən və təhqirdən ibarət olan yazıları icra etdiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi barədə) əmrlər qəbul edilmişdir.
23. xx.xx.2023-cü il tarixli ərizədən müəyyən olunur ki, 9 f sinif şagirdi M.Bəhlulovun valideyni etiraz edərək qeyd edir ki, övladı futbol oynadığı zaman yıxılmış, İddiaçı icazə almadan bu hadisəni ictimailəşdirmiş və şagirdin 2 aldığına görə özünü ikinci mərtəbədən atması barədə yalan məlumat vermişdir.(i.v. 138)
24. 30 mart 2023-cü il tarixli aktan da müəyyən olunur ki, qeyd edilən hadisənin təhrif olunmuş şəkildə kütləvi informasiya vasitələrinə ötürülməsini məktəbin direktoru, müəllimi, xadimə və gözətçi imzaları ilə təsdiq etmişdir. (i.v.141)
25. 8 c sinfinin 24 nəfər valideyni direktora ərizə ünvanlayaraq İddiaçı sinif rəhbəri və müəllimi olaraq etiraz etdiklərini qeyd etmişlər.(i.v.147)
26. 8 c sinif şagirdi S.İsmayılova izahatında qeyd edir ki, İddiaçı ona və digər iki nəfərə qarşı əxlaqsızlıq edərək əllərinə toxunmuş, nömrə istəmiş, idman forması geyinməyin, sizə 5 yazacam demiş, sonda 2 qiyməti yazmışdır (i.v.149)
27. xx.xx.2023-cü il tarixli aktdan müəyyən olunur ki, İddiaçı onunla əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsi barədə izahat verməkdən imtina etmişdir (i.v.159).
28. xx.xx.2023-cü il tarixli aktdan müəyyən olunur ki, Açıq qapı günündə iştirak etməmiş, izahat yazmaqdan imtina etmişdir.(i.v.160)
29. X4 28 fevral 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən tədqiqata təqdim edilmiş A4 formatlı vərəqdə azərin adına yazılmış etik normativ qaydalara uyğun olmayan əlyazma mətnli sözlər və qiymətləndirmələr cədvəlində icra edilmiş əlyazma mətnli sözlər eyni bir şəxs tərəfindən yazılmışdır. (i.v.164-165)
30. İddiaçı sosial şəbəkədə “hörmətli Ceyhun Bayramov sizə kənd təsərrüfatı naziri vəzifəsi çox yaraşar” yazısını paylaşmışdır.
31. İddiaçı məhkəməyə Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışını təqdim edərək qeyd edir ki, onun işdən azad edilməsi barədə əmrdə əsassız olaraq onun məhkum olunduğu qeyd edilmişdir.
32. Lakin işdə olan Ağır Cinayətlərə dair işlər üzrə azərbaycan Respublikası Məhkəməsinin 05 yanvar 2008-ci il tarixli hökmün surətindən müəyyən olunur ki, 17 sentyabr 2007-ci il tarixdə Xətai rayonu 221 saylı orta məktəbin fiziki tərbiyə müəllimləri Rövşən Məmmədov və İddiaçı arasında dərs saatlarının bölgüsü ilə əlaqədar baş vermiş mübahisə zəminində məktəbin idman müəllimləri otağında sonuncular bir birlərinə xəsarət yetirmiş və nəticədə məsuliyyətə cəlb edilmişlər. İddiaçı törətdiyi cinayət əməlinə görə azərbaycan Respublikasının CM-nin 127.1 –ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.
33. Bundan əlavə, iddiaçı azərbaycan Təhsil İşçiləri X13 rayon komitəsinin 10 aprel 2023cü il tarixli məktubuna istinad edərək qeyd edir ki, onun işdən azad edilməsi ilə bağlı razılıq verilməmişdir.
34. Lakin iddiaçının istinad etdiyi məktub 10 aprel 2023-cü il tarixlidir. 22 saylı tam orta məktəbin X11 19 aprel 2023-cü il tarixli iclasında İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə ləğv edilməsinə razılıq verilmişdir.
35. Məhkəmə kollegiyası işə baxan rayon məhkəməsinin həmkarlar təşkilatının iclasının vaxtı barədə iddiaçının məlumatlandırılmaması barədə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının istifadəsində olan ********** saylı əlaqə nömrəsinə həmkarlar təşkilatının 12 aprel 2023-cü il tarixli və 19 aprel 2023-cü il tarixli iclasları barədə lazımı məlumat verilmişdir. Belə ki, məlumatın göndərildiyi nömrə işlək nömrə olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, 12 aprel 2023-cü il tarixli məktub iki oxla işarələndiyi halda ondan qısa müddət sonra göndərilən məktubun iddiaçıya çatmadığı qənaətinə gələn məhkəmənin sadəcə onun bir oxla işarələnməsinə istinad etməsi əsassız olmuşdur.
36. Bununla yanaşı, məhkəmə iclas protokolundan müəyyən olunur ki, məktəbin ilk həmklarlar təşkilatının sədri vəzifəsinə əvəz edən Vüsalə Hüseynova şahid olaraq ifadəsində təsdiq etmişdir ki, iddiaçıya iclasın vaxtı barədə məlumat verilmişdir. O cümlədən, digər şahid Mehparə Rzayeva da iclas barədə məlumatın məktəbin ictimai lövhəsində yerləşdıyini qeyd etmişdir (i.v.233-234).
37. İşdə olan fotoşəkillərdən müəllimlər otağının qapısından sol tərəfdə divarda ictimai lövhənin yerləşdiyi müəyyən olunur. (i.v. 196-199).
38. xx.xx.2023-cü il tarixli aktdan da müəyyən olunur ki, ilk həmklarlar təşkilatının xx.xx.2023, xx.xx.2023 , xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə sayca 4 iclası keçirilmiş və iclaslar barədə İddiaçı şəxsən, şəxsi mobil telefonuna, məktəbin votsap qrupuna məlumat göndərməklə, habelə ictimai lövhədə yerləşdirməklə məlumat verilmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı davranışının X12 qaydalarına uyğun olmaması, onun əmək qanunvericiliyinin tələblərinə əməl etməməklə iş yerində işin, əmək intizamının normal ahəngini pozması hallarını işə baxan rayon məhkəməsi düzgün qiymətləndirməyərək səhv nəticəyə gəlmişdir.
40. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdeh azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Firuz Bayramov adına 22 №-li tam orta məktəbinin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən və azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Firuz Bayramov adına 22 №-li tam orta məktəbinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4310/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Firuz Bayramov adına 22 №-li tam orta məktəbə qarşı xx.xx.2023-cü il tarixli, 726 №li əmək müqaviləsinin pozulması barəsində əmrinin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa edilməsi, vəzifəsinə bərpa müddətinin xx.xx.2023-cü il tarixdən hesablanması və vəzifə maaşlarının xx.xx.2023-cü il tarixdən hesablanaraq xeyrinə tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev