Məhkəmə qərarları › İş №2(103)-6280/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6280/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6280/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh QSC-ə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (borcun silinməsi və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdeh QSC BOKT nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(004)-3617/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1."xxxx" ASC-nin Qazax filialı ilə cavabdeh İddiaçı arasında bağlanmış 31 iyul 2013-cü il tarixli 1006 saylı kredit müqaviləsinə əsasən kommersiya məqsədilə İddiaçı 24 ay müddətinə illik 24 %-lə 2500 manat kredit verilmişdir. 2."xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin İddiaçı qarşı 1434 manat əsas borc, 688,29 manat faiz borcu olmaqla, cəmi 2122,29 manat məbləğində problemli borcu üzrə tələb hüququ xx.xx.2018-ci il tarixli S-FK-QAZ-255 saylı təhvil-təslim Aktı əsasında Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. 3.İddiaçı tərəfindən müqavilənin şərtlərinə əməl olunmamış, kredit və ona hesablanmış faiz borcu Cavabdeh QSC-yə qaytarılmamışdır. Son nəticədə Cavabdeh QSC iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Qazax rayon Məhkəməsi İddiaçı iddia müddətinin tətbiqi barədə verdiyi ərizəyə istinad edərək, həmin mübahisəyə iddia müddətini tətbiq edərək iddianı rədd etmək barədə 31 may 2022-ci il tarixli 2(023)-773/2022 saylı qətnamə qəbul etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı Cavabdeh QSC BOKT-a qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC BOKT-da İddiaçı adına olan borcun silinməsi və bununla bağlı məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin Cavabdeh QSC BOKT-un üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ona qarşı kredit borcunun tutulması tələbinə dair iddia icraatı qaydasında məhkəməyə müraciət etmişdir. Qazax Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(023)-773/2022 saylı məhkəmə qətnaməsi ilə iddiaçının iddiası iddia müddəti üzürsüz səbəbdən ötürüldüyündən rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh QSC şikayət vermiş və 08 avqust 2022-ci il tarixli 2(023)-773/2022 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Onun borcunun silinməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlamış olduğu cavab məktubunda bildirilmişdir ki, onunla bağlanmış kredit müqaviləsindəki öhdəliyə əsasən krediti vaxtında ödəmədikləri üçün hər iki borclu barədə 08 aprel 2022-ci il tarixində iddia ərizələri ilə Qazax Rayon Məhkəməsinə müraciət edilmişdir. Qazax Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(023)-773/2022 saylı və 31 may 2022-ci il tarixli 2(023)-774/2022 saylı qətnamələri ilə iddia ərizələri təmin edilməmişdir. Məhkəmənin sözügedən qətnamələri ilə iddia tələbi təmin edilməsə də borcluların kredit borcunun silinməsi barədə vəzifə qoyulmamışdır. Bu səbəbdən borcalanların adlarının kredit reyestrindən çıxarılması mümkün olmadığı qeyd edilmişdir. Vətəndaşların Kredit tarixçələri barədə məlumatlar ancaq onların razılığı əsasında imzalanmış olan ərizə əsasında baxıla bilər. “AqrarKredit" QSC-nin də qeyd etdiyi cavab məktubunda göründüyü kimi mübahisəli kreditinin tarixi xx.xx.2013-cü il 24 ay, məbləği isə 1434 manat əsas, 688 manat faiz borcudur. Cədvəl onun AKB-dan çıxarışa əsasən düzəltmiş olduğu cədvəldir. 6.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 10 sentyabr 2024-cü il tarixli, 2(004)-3617/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Kərim Xudiyev) iddia tələbinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan:

7. "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Qazax filialı ilə İddiaçı arasında bağlanmış 31 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 24 ay müddətinə illik 24 faiz olmaqla 2500 manat məbləğində kredit verilmişdir. 8."Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci tarixli 570 saylı Fərmanının icrası tədbirləri ilə əlaqədar olaraq, X4 "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə olan 1526 manat əsas, 960,91 manat faiz olmaqla, cəmi 2486,91 manat kredit borcunun tələb hüququ 23 aprel 2018-ci il tarixli S-FK-GAZ- 266 saylı təhvil-təslim aktı əsasında, İddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC-yə olan 1434,0 manat əsas, 688,29 manat faiz olmaqla, cəmi 2122,29 manat kredit borcunun tələb hüququ 10 aprel 2018-ci il tarixli S-FK-GAZ-255 saylı təhvil-təslim aktı əsasında Cavabdeh QSC-nin balansına götürülmüşdür. 9.Cavabdeh QSC BOKT-un İddiaçı və Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X6 30 iyul 2013-cü il tarixində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Qazax filialından 983 saylı kredit müqaviləsi əsasında 24 ay müddətinə 3000 manat, İddiaçı 31 iyul 2013-cü il tarixində Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Qazax filialından 1006 saylı kredit müqaviləsi əsasında 24 ay müddətinə 2500 manat kredit götürmüşdür. "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci tarixli 570 saylı Fərmanının icrası tədbirləri ilə əlaqədar olaraq, X4 "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə olan 1526 manat əsas, 960,91 manat faiz olmaqla, cəmi 2486,91 manat kredit borcunun tələb hüququ 23 aprel 2018-ci il tarixli S-FK-GAZ-266 saylı təhvil-təslim aktı əsasında, İddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC-yə olan 1434,0 manat əsas, 688,29 manat faiz olmaqla, cəmi 2122,29 manat kredit borcunun tələb hüququ 10 aprel 2018-ci il tarixli S-FK- GAZ-255 saylı təhvil-təslim aktı əsasında Cavabdeh QSC-nin balansına götürülmüşdür. 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, X5 hesablanmış 16,56 manat kompensasiya əsas borcundan silinmişdir. Onlarla bağlanmış kredit müqaviləsindəki öhdəliyə əsasən krediti vaxtında ödəmədikləri üçün hər iki borclu barədə 08 aprel 2022-ci il tarixində iddia ərizələri ilə Qazax Rayon Məhkəməsinə müraciət edilmişdir. Qazax Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(023)-773/2022 saylı və 31 may 2022-ci il tarixli 2(023)- 774/2022 saylı qətnamələri ilə iddia ərizələri təmin edilməmişir. Məhkəmənin sözügedən qətnamələri ilə iddia tələbi təmin edilməsə də borcluların kredit borcunun silinməsi barədə vəzifə qoyulmamışdır. Bu səbəbdən borcalanların adlarının kredit reyestrindən çıxarılması mumkün deyildir. Hazırki tarixə borclu X4 1509,44 manat əsas, 960,91 manat faiz olmaqla, cəmi 2470,35 manat, İddiaçı 1434 manat əsas, 688,29 manat faiz olmaqla, cəmi 2122,29 manat kredit borcları mövcuddur. 10.“Qazax Rayon Məhkəməsinin 2(023)-773/2022 saylı, 31 may 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh QSC BOKT-un cavabdeh İddiaçı qarşı kredit borcunun tutulması tələbi barədə iddiasının rədd edilməsi qət edilmişdir. 11.Qazax Rayon Məhkəməsinin 2(023)-773/2022 saylı, 08 avqust 2022-ci il tarixli qərardadına əsasən Cavabdeh QSC BOKT tərəfindən Qazax Rayon Məhkəməsinin 2(023)-773/2022 saylı, 31 may 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. 12.Məhkəmə qeyd etmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır və iddia tələbi rədd edilməlidir. 13.Məhkəmə müəyyən etmişdir ki, Qazax rayon Məhkəməsi İddiaçı iddia müddətinin tətbiqi barədə verdiyi ərizəyə istinad edib həmin mübahisəyə iddia müddətini tətbiq edərək iddianı rədd etmək barədə 31 may 2022- ci il tarixli 2(023)-773/2022 saylı qətnamə qəbul etmişdir. Yəni həmin qətnamə ilə Cavabdeh QSC BOKT-un iddiası İddiaçı bank qarşısında hər hansı bir öhdəliyinin olmaması səbəbindən deyil, iddiaçı trəfindən iddia müddətinin ötürülməsi səbəbindən rədd edilmişdir. Bu baxımdan “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarında qeyd edilən mövqedən çıxış edərək məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi özlüyündə İddiaçı bank qarşısında öhdəliyinin xitamına səbəb olmamış, tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olmuşdur. Belə olduğu təqdirdə xitam olunmamış öhdəliyin yəni, Cavabdeh QSC BOKT-da İddiaçı adına olan borcun silinməsi mümkün deyildir. 14.Məhkəmə öz mövqeyini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarındakı mövqe, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi ilə iddia tələbi təmin edilməsə də borclunun kredit borcunun silinməsi barədə vəzifə qoyulmamış, dolayısıyla bir növ iddianı etiraf etmişlər. Lakin məhkəmə Cavabdeh QSC BOKT-un məktubu nəzərə almamışdır. Problemli kreditdən başqa heç bir banka borcu yoxdur. Cavabdeh QSC BOKT vaxtına məhkəməyə müraciət etsə idi borcunu ödəyərdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18.Məhkəmə kollegiyasının iclasında Cavabdeh QSC BOKT nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 19.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəməyə gəlməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 20.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 21.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 22.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 23.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 24.Maddə 82.3.Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 25.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 27.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin apellyasiya şikayətinin dəlilləri həcmində qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 29.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, "xxxx" ASC-nin Qazax filialı ilə cavabdeh İddiaçı arasında bağlanmış 31 iyul 2013-cü il tarixli 1006 saylı kredit müqaviləsinə əsasən kommersiya məqsədilə İddiaçı 24 ay müddətinə illik 24 %-lə 2500 manat kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin İddiaçı qarşı 1434 manat əsas borc, 688,29 manat faiz borcu olmaqla, cəmi 2122,29 manat məbləğində problemli borcu üzrə tələb hüququ xx.xx.2018-ci il tarixli S-FK-QAZ-255 saylı təhvil-təslim Aktı əsasında Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. İddiaçı tərəfindən müqavilənin şərtlərinə əməl olunmamış, kredit və ona hesablanmış faiz borcu Cavabdeh QSC-yə qaytarılmamışdır. Son nəticədə Cavabdeh QSC iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qazax rayon Məhkəməsi İddiaçı iddia müddətinin tətbiqi barədə verdiyi ərizəyə istinad edib həmin mübahisəyə iddia müddətini tətbiq edərək iddianı rədd etmək barədə 31 may 2022- ci il tarixli 2(023)-773/2022 saylı qətnamə qəbul etmişdir. 30.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; -Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur; -Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar); -İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir; -Vurğulanmalıdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır; -Məlum olduğu kimi, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri); -İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz; -Qeyd edilənlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır; -İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı); -Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. 31.Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarında qeyd edilən mövqedən çıxış edərək düzgün olaraq hesab etmişdir ki, iddia müddətinin keçməsi özlüyündə İddiaçı bank qarşısında öhdəliyinin xitamına səbəb olmamış, tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olmuşdur. Belə olduğu təqdirdə xitam olunmamış öhdəliyin yəni, Cavabdeh QSC BOKT-da İddiaçı adına olan borcun silinməsi mümkün deyildir. 32.Buna görə də kollegiya heç bir mötəbər sübuta söykənməyən apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. 33.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 34.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 35.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsininapellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 36.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 37.Kollegiya həmçinin qeyd edir ki, iddiaçının tələbi 2122,29 manat borcun silinməsi ilə bağlı olduğundan, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 38.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(004)-3617/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Günay Axundova

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar