Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6283/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Nümayəndə3, Cavabdeh9, Cavabdeh11 və Cavabdeh12 qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X12 (sədrlik edən və məruzəçi), X20 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə4, Cavabdeh11 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Nümayəndə3, Cavabdeh9, Cavabdeh11 və Cavabdeh12 qarşı pul tələbi barədə mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e- 2(007)-461/2023 nömrəli qətnaməsindən Cavabdeh11 tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyəti iclasının 28 iyun 2022-ci il tarixli 01/2 saylı protokolundan görünür ki, binaya tam və hərtərəfli baxış keçirilib tədbirlər planı hazırlanaraq müzakirə olunmaq və təsdiqlənmək üçün "xxxx" MMMC-nin idarə heyətinə həvalə etmək, binanın idarə olunmasının “X32” MMC-yə həvalə etmək, kommunal xidmət haqlarının 01 iyul 2022-ci il tarixdən Bakı şəhərindəki təcrübə nəzərə alınaraq satış müqaviləsindəki hər m2 üçün 0,40 qəpik təyin edilməsi, kommunal xidmət haqqını ödəməyən mənzil mülkiyyətçiləri ilə sonuncu danışıqlar aparmağın Aşur Ağayeva həvalə edilməsi, sanitar epidemioloji vəziyyət nəzərə alınaraq mərtəbələrdən zibil toplanan qabların yığışdırılması və həmin xidmətin dayandırılması qərara alınmışdır.
2. Sifarişçi Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 40A ünvanında yerləşən yaşayış kompleksi ümumi yığıncağın qərarı əsasında fəaliyyət göstərən 11 nəfərdən ibarət idarə heyətinin üzvləri ilə icraçı İddiaçı arasında bağlanmış 01 may 2021-ci il tarixli “xidmətlərin göstərilməsi haqqında” müqavilədən görünür ki, icraçı sifarişçinin tapşırığına əsasən sifarişçinin göstərdiyi və Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 40 A ünvanında yerləşən sifarişçiyə aid yaşayış kompleksinə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində qeyd edilən kommunal və digər xidmətlərin göstərilməsini və sifarişçiyə təhvil verilməsini həyata keçirir. Sifarişçi isə icraçıya bu müqavilə ilə razılaşdırılmış xidmət haqqı ödəməyi öhdəsinə götürür. Sifarişçi icraçıdan bu müqavilədə göstərilməyən xidmətlərin və/və ya işlərin həyata keçirilməsini yalnız əlavə razılaşma ilə və bu müqavilənin 4.1-ci maddəsində qeyd edilən xidmət haqqından əlavə olaraq ödəniləcək xidmət haqqı müqabilində tələb edə bilər. Kommunal xidmət haqqının dəyəri satış müqavilələri əsas götürülərək bir m2 üçün 0,50 manat təyin edilir.
3. Sifarişçi Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 40A ünvanında yerləşən yaşayış kompleksi, ümumi yığıncağın qərarı əsasında fəaliyyət göstərən 11 nəfərdən ibarət idarə heyətinin üzvləri ilə icraçı İddiaçı arasında bağlanmış “xidmətlərin göstərilməsi haqqında” müqaviləyə edilmiş 01 may 2021-ci il tarixli 1 saylı Əlavədən görünür ki, tərəflər razılaşır və qəbul edirlər ki, yaşayış kompleksinin saxlanılması, kommunal və digər xidmətlərə görə haqqın miqdarı aylıq olaraq hər bir m2 üçün 0,07 qəpik müəyyən edilir və sifarişçi icraçı tərəfindən ona təqdim edilmiş aylıq təhvil-təslim aktı və/və ya elektron qaimə və/və ya hesab faktura təqdim edildiyi andan bu müqavilənin 4-cü maddəsinə uyğun olaraq ödənilməlidir. Tərəflər razılaşır və qəbul edir ki, yaşayış kompleksində aylıq kommunal ödəniş hər bir m2 üçün 0,50 qəpik müəyyən olunur. Bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 saylı Əlavəsində kommunal xidmətlərin tarif cədvəli müəyyən olunur. Tərəflər razılaşır və qəbul edirlər ki, icraçı tərəfindən sifarişçiyə göstərilən xidmət və işlərin siyahısı aşağıdakı və bu Əlavəyə uyğun olaraq həyata keçiriləcəkdir: su nasosxanasına xidmətə nəzarət; liftlərə texniki xidmətə nəzarət; elektrik otaqlarına nəzarət; yanğından mühafizə sistemlərinə nəzarət; usta xidmətləri; 24 saat ərazidə ümumi əmlakın mühafizənin təşkili və nəzarət; binanın giriş - çıxışına video nəzarət; əraziyə buraxlış işinin düzgün təşkili və nəzarət; abadlıq işləri; ümumi həyətyanı sahələrin, blok və mərtəbələrin təmizlənməsinə nəzarət; məişət tullantılarının vaxtlı-vaxtında daşınmasına nəzarət; içməli su hovuzunun yuyulması və dezinfeksiyası işlərinin təşkili və nəzarət; binada dezinfeksiya və deratizasiya işlərinə nəzarət; idarəetmə xidmətlərinin düzgün təşkili və nəzarət; kommunal ödənişlərin yığımının təşkili, yığımına nəzarət və sifarişçiyə lazımi kömək və dəstəyin göstərilməsi.
4. Sifarişçi "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (idarə heyətinin sədri xanım X17) ilə icraçı İddiaçı arasında bağlanmış 01 iyul 2022-ci il tarixli, 01/22 saylı “xidmətlərin göstərilməsi haqqında” müqavilədən görünür ki, icraçı sifarişçinin tapşırığına əsasən sifarişçinin göstərdiyi və Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 40 A ünvanında yerləşən sifarişçiyə aid yaşayış kompleksinə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində qeyd edilən kommunal və digər xidmətlərin göstərilməsini və sifarişçiyə təhvil verilməsini həyata keçirir, sifarişçi isə icraçıya bu müqavilə ilə razılaşdırılmış xidmət haqqı ödəməyi öhdəsinə götürür. Sifarişçi icraçıdan bu müqavilədə göstərilməyən xidmətlərin və/və ya işlərin həyata keçirilməsini yalnız əlavə razılaşma ilə və bu müqavilənin 4.1-ci maddəsində qeyd edilən xidmət haqqından əlavə olaraq ödəniləcək xidmət haqqı müqabilində tələb edə bilər. Kommunal xidmət haqqının dəyəri satış müqavilələri əsas götürülərək bir m2 üçün 0,40 qəpik təyin edilir. Bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 2 il müddətinə qüvvədə olacaqdır.
5. Sifarişçi "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə icraçı İddiaçı arasında bağlanmış “xidmətlərin göstərilməsi haqqında” müqaviləyə edilmiş 01 iyul 2022ci il tarixli 1 saylı Əlavədən görünür ki, tərəflər razılaşır və qəbul edirlər ki, yaşayış kompleksinin saxlanılması, kommunal və digər xidmətlərə görə haqqın miqdarı aylıq olaraq hər bir m2 üçün 0,0625 qəpik müəyyən edilir və sifarişçi icraçı tərəfindən ona təqdim edilmiş aylıq təhvil-təslim aktı və ya elektron qaimə və ya hesab faktura təqdim edildiyi andan bu müqavilənin 4-cü maddəsinə uyğun olaraq ödənilməlidir. Tərəflər razılaşır və qəbul edir ki, yaşayış kompleksində aylıq kommunal ödəniş hər bir m2 üçün 0,40 qəpik müəyyən olunur. Bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 saylı Əlavəsində kommunal xidmətlərin tarif cədvəli müəyyən olunur. Tərəflər razılaşır və qəbul edirlər ki, icraçı tərəfindən sifarişçiyə göstərilən xidmət və işlərin siyahısı aşağıdakı və bu Əlavəyə uyğun olaraq həyata keçiriləcəkdir: su nasosxanasına xidmətə nəzarət; liftlərə texniki xidmətə nəzarət; elektrik otaqlarına nəzarət; yanğından mühafizə sistemlərinə nəzarət; usta xidmətləri (elektrik, santexnik, boya və s.); 24 saat ərazidə ümumi əmlakın mühafizənin təşkili və nəzarət; binanın giriş - çıxışına video nəzarət; əraziyə buraxlış işinin düzgün təşkili və nəzarət; abadlıq işləri; ümumi həyətyanı sahələrin, blok və mərtəbələrin təmizlənməsinə nəzarət; məişət tullantılarının vaxtlı-vaxtında daşınmasına nəzarət; içməli su hovuzunun yuyulması və dezinfeksiyası işlərinin təşkili və nəzarət; binada dezinfeksiya və deratizasiya işlərinə nəzarət; idarəetmə xidmətlərinin düzgün təşkili və nəzarət; kommunal ödənişlərin yığımının təşkili, yığımına nəzarət və sifarişçiyə lazımi kömək və dəstəyin göstərilməsi. Bu Əlavə 01 iyul 2022-ci il tarixli çoxmənzilli binanın idarə edilməsi üzrə xidmət müqaviləsinin ayrılmaz tərkib hissəsidir və tərəflərin hər birində 1 (bir) nüsxə olmaqla eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli, 2(103)-2894/2021 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(004)-2808/2020 nömrəli qətnaməsi ilə ilkin iddia ərizəsinin təmin edilməsi, Cavabdeh11 "xxxx" Mənzil Tikinti Koorperativinin xeyrinə 3030,48 manat məbləğində pulun və 20 manat dövlət rüsumunun tutulması, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, yaşayış sahəsinin verilməsi barədə "xxxx" Mənzil Tikinti Koorperativinin üzvlərinin ümumi yığıncağının qərarının Cavabdeh11 təqdim olunması və 30 manat dövlət rüsumunun "xxxx" Mənzil Tikinti Koorperativindən tutularaq Cavabdeh11 ödənilməsi, qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh11 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(004)-2808/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş, iddiaçı "xxxx" MTK-nın Cavabdeh11 qarşı kommunal xidmət haqları üzrə borc tələbinə dair ilkin iddiası təmin edilməmişdir.
7. İddiaçı tərəfindən tərtib edilmiş məlumatdan görünür ki, sahəsi 173 m2 olan 46 saylı mənzilin sahibi X6r (satış müqaviləsinin tarixi və nömrəsi: 22 dekabr 2008, 92); sahəsi 187 m2 olan 61 saylı mənzilin sahibi Cavabdeh1dur (satış müqaviləsinin tarixi və nömrəsi: 08 iyul 2011,154); sahəsi 303 m2 olan 64-65 saylı mənzilin sahibi Cavabdeh6 Seydisarı oğludur (satış müqaviləsinin tarixi və nömrəsi: 22 dekabr 2010, 142, 144); sahəsi 116 m2 olan 74 saylı mənzilin sahibi X10r (satış müqaviləsinin tarixi və nömrəsi: 07 dekabr 2005, 16); sahəsi 187 m2 olan 82 saylı mənzilin sahibi Cavabdeh12dır (satış müqaviləsinin tarixi və nömrəsi: 02 avqust 2013, 206); sahəsi 151 m2 olan 90 saylı mənzilin sahibi Cavabdeh2dır (satış müqaviləsinin tarixi və nömrəsi: 26 aprel 2013, 204); sahəsi 187 m2 olan 94 saylı mənzilin sahibi X13r (satış müqaviləsinin tarixi və nömrəsi: 20 noyabr 2013, 216); sahəsi 140 m2 olan 131 saylı mənzilin sahibi Cavabdeh11dır (satış müqaviləsinin tarixi və nömrəsi: 27 oktyabr 2005, 2); sahəsi 160 m2 olan 136 saylı mənzilin sahibi Cavabdeh3dır (satış müqaviləsinin tarixi və nömrəsi: 24 fevral 2012, 169); sahəsi 163 m2 olan 140 saylı mənzilin sahibi Nümayəndə3dur (satış müqaviləsinin tarixi və nömrəsi: 01 aprel 2022); sahəsi 160 m2 olan 148 saylı mənzilin sahibi Cavabdeh5dur (satış müqaviləsinin tarixi və nömrəsi: 26 noyabr 2005, 12).
8. İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 40A ünvanda yerləşən yaşayış binasının 131 saylı mənzilinin sahibi Cavabdeh11 ünvanlanmış 07 iyul 2022-ci il tarixli bildirişdən görünür ki, onun 01 iyul 2022-ci il tarixə kommunal xidmətlər üzrə 911,95 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsini və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin 28 iyun 2022-ci il tarixli qərarını əsas götürərək ondan yaranmış borc məbləğininin 15 gün müddətində ödənilməsi xahiş olunmuşdur.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X3 Dövlət Qeydiyyatı haqqında Şəhadətnamənin surətindən görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 21 iyun 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 876 manat, Cavabdeh9 Fariz oğlundan 728,3 manat, Cavabdeh1 1608,2 manat, X4 243,6 manat, Cavabdeh6 Seyidsarı oğlundan 1582,3 manat, Cavabdeh12 1421,2 manat, Cavabdeh4 1234,2 manat, Cavabdeh8 997,6 manat, Cavabdeh11 1136,43 manat, Cavabdeh3 1206,58 manat, Nümayəndə3 151,08 manat, Cavabdeh13 290,7 manat, Cavabdeh5 1376 manat, X14 324,8 manat, X1 833,28 manat məbləğində kommunal xidmətin göstərilməsinə dair, cəmi 14010,27 manat məbləğində pul vəsaitinin, ödənilmiş 132,03 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin ünvan 3 ünvanındakı 16 mərtəbəli (+ mansarda) 3 girişli yaşayış binasının (1-ci mərtəbəsi 2 səviyyəli qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi yeraltı qaraj) mövcud (məskunlaşdırılmış) vəziyyətdə istismara 2015-ci il tarixdə istismara qəbul edilmiş və Bakı şəhər İcra Hakimiyyətinin başçısının 11 fevral 2015-ci il tarixli sərəncamı ilə dövlət qəbul komissiyasının aktı təsdiq edilmişdir. Bina istismara qəbul edildikdən sonra, sözü gedən binanın mənzilləri müxtəlif şəxslərə satılmış və sakinlər də mənzilləri aldıqdan sonra onlar tərəfindən özəlləşdirilmişdir. Bundan sonra 28 mart 2022-ci ildə "xxxx" sakinlər könüllü olaraq Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaradaraq müvafiq olaraq qeydiyyata aldırmışlar. "xxxx" MMMC 01 iyul 2022ci il tarixində müvafiq xidmətlərin göstərilməsi ilə bağlı İddiaçı MMC ilə müqavilə imzalamışlar. "xxxx" MMMC-nin 28 iyun 2022-cı il tarixli 01-22 saylı iclas protokolundan görünür ki, sakinlər mənzilin hər kvadrat metrinə görə 0,40 qəpik xidmət haqqı ödəməlidirlər. Həmin xidmət haqqında binanın təmiz və abad saxlanılması, cari təmir xərcləri, liftin təmiri, işçilərin əmək haqları, mərkəz istilik sistemi, mühafizəçilərin əmək haqları və s. daxildir. İddiaçı MMC öz üzərinə düşən vəzifələri vicdanla yerinə yetirmiş, lakin cavabdehlər öhdəliklərini icra etmirlər. Cavabdehlər uzun müddətdir ki, həmin xidət haqlarını ödəmirlər. Onların aşağıdakı miqdarda kommunal borcları qalmışdır. Cavabdeh2- 876 manat, Cavabdeh9 Fariz oğlunun-728,3 manat, Cavabdeh1-1608,2 manat, X7-243,6 manat, Cavabdeh6 Seyidsarı oğlunun-1582,3 manat, Cavabdeh12-1421,2 manat, Cavabdeh4-1234,2 manat, Cavabdeh8-997,6 manat, Cavabdeh11-1136,43 manat, Cavabdeh31206,58 manat, Nümayəndə3-151,08 manat, Cavabdeh13 290,7 manat, Cavabdeh5-1376 manat, X15-324,8 manat, X2-833,28 manat. Dəfələrlə cavabdehlərə borclarınnın qaytarılması ilə bağlı müraciət edərək xəbərdarlıq edilsə də, onlar kommunal borclarını ödəməkdən boyun qaçırmışlar. Beləliklə, hesab edirlər ki, iddia ərizəsi qanuni və əsaslıdır. İşin faktiki halları və yuxarıda göstərilən hüquq nomaları iddia ərizəsinin təmin edilməsi üçün əsasdır. Cavabdehlər şüurlu şəkildə öhdəlikləri üzərlərinə götürmüşlər, həmçinin həmin öhdəliklərin icrası eyni zamanda özlərinin yaşayışlarının rahatlığlarını təmin edir. Onların davranışları isə digər sakinlərin hesabına öz rahatlıqlarını təmin edirlər, yəni vəziyyətdən sui-istifadə edirlər.
12. Cavabdeh11 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbini ona qarşı olan hissədə tamamilə əsassız hesab edir. O, 2005-ci ildə "xxxx" MTK tərəfindən Bakı şəhəri Xətai prospekti 40A ünvanında inşasına başlanmış çoxmənzilli binada 131 saylı mənzili almışdır. 2008-ci ilin dekabr ayında pay haqqını tam şəkildə ödəyib qurtardığına baxmayaraq (pay haqqının tam şəkildə ödənilməsi barədə kassa mədaxil orderlərinin qəbzləri və maliyyə arayışı mövcuddur), yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı bu günə qədər ona təqdim olunmamışdır. Ona görə də, onun yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi Mənzil Məcəlləsinin 135.2-ci maddəsinə əsasən yaranmamış hesab edilir. İddiaçı MMC tərəfindən kommunal xidmətlərə görə 1136,43 manat borcunun olduğu, öhdəliyini icra etmədiyi iddia edilsə də, mənim MMC qarşısında heç bir öhdəliyi yoxdur. Çünki, MMC ilə onun arasında kommunal xidmətlərin göstərilməsinə dair hər hansı bir müqavilə yoxdur. Mənzil Məcəlləsinin 142.1-ci maddəsində göstərilir ki, “çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında xöstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır”. Tərəflər arasında kommunal xidmətlərə dair müqavilə imzalanmadığı halda onun üzərinə hər hansı öhdəliklərin qoyulmasının hüquqi əsası mövcud deyil. Bu, öhdəlik anlayışının ruhuna zidd olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanılması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. İddia ərizəsində göstərilir ki, "xxxx" MMMC 01 iyul 2022-ci il tarixdə müvafiq xidmətlərin göstərilməsi ilə bağlı İddiaçı MMC ilə müqavilə imzalamışdır. Mənzil Məcəlləsinin 141.3-cü maddəsinə əsasən “Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər”. Bunun üçün isə sahə mülkiyyətçilərinin yarıdan çoxunun iştirakı ilə keçirilən ümumi yığıncağın qərarı zəruridir. Ancaq, sahə mülkiyyətçilərinin ümumi yığıncağı keçirilməmiş və binanın idarə edilməsi üsulu seçilməmişdir. Lakin, "xxxx" MMMC-nin İdarə Heyətinin 28 iyun 2022-ci il tarixli, 01/22 saylı iclasının protokolundan çıxarışdan görünür ki, idarəedici təşkilat qanunsuz olaraq idarə heyəti tərəfindən təyin olunmuşdur. Bundan sonra isə daha bir qanunsuzluğa yol verilmiş, İddiaçı MMC ilə hər bir sahə mülkiyyətçisi arasında idarəetmə müqaviləsi bağlanmalı olduğu halda, Mənzil Məcəlləsinin 142.1-ci maddəsinin bu tələbinə də əməl olunmamış və müqavilə "xxxx" MMMC ilə bağlanmışdır. Sahə mülkiyyətçilərinin ümumi yığıncağı keçirilmədən kimlərsə tərəfindən "xxxx" MMMC yaradılmış və 21 iyun 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMMC-nin qanunsuz yaradılması və ona görə də qeydiyyatının ləğv edilməsi ilə bağlı sahə mülkiyyətçiləri tərəfindən Ədliyyə Nazirliyinə müraciət edilmişdir. "xxxx" MTK tərəfindən Bakı şəhəri Xətai prospekti 40A ünvanında 2005-ci ildə inşasına başlanmış çoxmənzilli bina 2015-ci ildə istismara qəbul edilmiş və həmin vaxtdan 01 iyul 2021-ci il tarixədək dövrdə bina çoxsaylı qanun pozuntuları ilə "xxxx" MTK tərəfindən idarə olunmuşdur. Hazırki iddia tələbi ilə eyni, yəni “kommunal xidmət haqları üzrə borc” tələbinə dair "Bəm- Bəyaz” MTK-nın ona qarşı iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(004)-2808/2020 nömrəli qətnaməsi ilə təmin edilmişdir. Lakin o, həmin qətnamədən apellyasiya şikayəti verərək ilkin iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası apellyasiya şikayətinin dəlillərini haqlı hesab edərək, 03 mart 2021-ci il tarixli, 2(103)- 2894/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayətini təmin etmişdir. Birinci instansiya məhkəməsinin ilkin iddia tələbini təmin edərkən mübahisənin faktiki halları, tərəfələrin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyi, habelə tərəflər arasında kommunal xidmətlərə dair müqavilə mövcud olmadığı halda cavabdehin üzərinə hər hansı öhdəliklərin qoyulmasının hüquqi əsasının mövcud olmadığı qənaətinə gəlinərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Eyni zamanda bildirmək istəyir ki, "xxxx" Mənzil Tikinti Kooperativi onunla eyni binada, 100 saylı mənzildə yaşayan kooperativin üzvü X21 və X26 və qeyrilərinə qarşı da eyni iddia tələbi ilə, yəni “kommunal xidmət haqları üzrə borc” tələbinə dair iddia ərizələri ilə müvafiq olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. X27 ilə "xxxx" MTK arasında kommunal xidmətlərin ödənilməsinə dair hər hansı bir müqavilə bağlanmadığına görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 noyabr 2019-ci il tarixli, 2(001)-403/2019 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir. "xxxx" MTK həmin qətnamədən apellyasiya şikayəti verərək ilkin iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2(103)-5313/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlindiyi hesab edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X26 və qeyriləri ilə "xxxx" MTK arasında kommunal xidmətlərin ödənilməsinə dair hər hansı bir müqavilə bağlanmadığına görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(006)-1146/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir. "xxxx" MTK həmin qətnamədən apellyasiya şikayəti verərək ilkin iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2(103)-972/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlindiyi hesab edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, təkcə onların binası üzrə tərəflər arasında kommunal xidmətlərə dair müqavilə mövcud olmadığına görə "xxxx" MTK-nın kommunal xidmət haqları üzrə borc tələbinin rədd edilməsi barədə bir halda Binəqədi Rayon Məhkəməsinin, bir halda Nəsimi Rayon Məhkəməsinin və üç halda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnamələri olmaqla, beş məhkəmə qətnaməsi mövcuddur. Qeyd edilənlərə əsasən, İddiaçı MMC-nin “Kommunal xidmətlər göstərilməsinə görə pul tələbi əsassız olduğuna görə ona qarşı olan hissədə rədd edilməsini xahiş etmişdir.
13. İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, tərəflərindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi verildikdən sonra cavabdehlərdən Cavabdeh13 336,3 manat kommunal borcu tam olaraq ödəmişdir və həmin şəxsin artıq heç bir kommunal borcu qalmamışdır. Lakin adları aşağıda göstərilən sakinlərin kommunal borcları bir qədər artmış və aşağıda göstərilən məbləğləri təşkil etmişdir: Cavabdeh2-996,8 manat, Cavabdeh9 Fariz oğlunun-866,7 manat, Cavabdeh1 Hüsein oğlunun-1757,8 manat, X8-336,4 manat, Cavabdeh6 Seyidsarı oğlunun-1672,4 manat, Cavabdeh12-1570,8 manat, X11-1383,8 manat, Cavabdeh8-1089,8 manat, Cavabdeh11-1248,67 manat, Cavabdeh3-1318,82 manat, Nümayəndə3-195,8 manat, Cavabdeh5-1504 manat. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh2-996,8 manat, Cavabdeh9 Fariz oğlundan-866,7 manat, Cavabdeh1-1757,8 manat, X5-336,4 manat, Cavabdeh6 Seyidsarı oğlundan-1672,4 manat, Cavabdeh12-1570,8 manat, X9-1383,8 manat, Cavabdeh8-1089,8 manat, Cavabdeh11-1248,67 manat, Cavabdeh3-1318,82 manat, Nümayəndə3-195,8 manat, Cavabdeh5-1504 manat məbləğində kommunal xidmətin göstərilməsinə dair pul vəsaitinin, bundan əlavə ödənilmiş 132,03 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəmə müraciət edərək qeyd etmişdir ki, 31 yanvar 2023-cü il tarixə adları aşağıda göstərilən cavabdehlərin bir hissəsi kommunal borclarından ödənişlər etmiş, lakin digər cavabdehlərin İddiaçı MMC-yə olan borcları bir qədər artmışdır. Belə ki, Cavabdeh2- 1057.2 manat, Cavabdeh9 Fariz oğlunun-935,9 manat, Cavabdeh1-1832,6 manat, X7- 185,6 manat, Cavabdeh6 Seyidsarı oğlunun-1793,6 manat, Cavabdeh12-1645,6 manat, Cavabdeh4-1458,6 manat, Cavabdeh8-452 manat, Cavabdeh11-1304,7 manat, Cavabdeh31374,92 manat, Nümayəndə3-151,05 manat, Cavabdeh5 1568 manat məbləğində müəyyən edilir. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh2 1057,2 manat, Cavabdeh9 Fariz oğlundan-935,9 manat, Cavabdeh1-1832,6 manat, X5-185,6 manat, Cavabdeh6 Seyidsarı oğlundan-1793,6 manat, Cavabdeh12-1645,6 manat, X9- 1458,6 manat, Cavabdeh8-452 manat, Cavabdeh11, 1304,7 manat, Cavabdeh3-1374,92 manat, Nümayəndə3-151,05 manat, Cavabdeh51568 manat məbləğində kommunal xidmətin göstərilməsinə dair pul vəsaitinin, bundan əlavə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, X16 və Cavabdeh8 kommunal borclarını tam ödəmişlər. Göstərilən şəxslər barəsində icraata xitam verilməsini xahiş etmişdir.
16. Məhkəmənin 27 fevral 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Nümayəndə3, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 qarşı pul tələbinə dair mülki işin icraatına “X5 185,6 manat, və Cavabdeh8 452 manat məbləğində kommunal xidmətin göstərilməsinə dair pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi” dair hissədə xitam verilmişdir.
17. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e-2(007)- 461/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
18. Qətnamə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 40A ünvanında yerləşən yaşayış kompleksi, ümumi yığıncağın qərarı əsasında fəaliyyət göstərən 11 nəfərdən ibarət idarə heyətinin üzvləri ilə İddiaçı ilə 01 may 2021-ci il tarixli “xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlamış, iddiaçı su nasosxanasına xidmətə nəzarət, liftlərə texniki xidmətə nəzarət, elektrik otaqlarına nəzarət, yanğından mühafizə sistemlərinə nəzarət, usta xidmətləri, 24 saat ərazidə ümumi əmlakın mühafizənin təşkili və nəzarət, binanın giriş - çıxışına video nəzarət, əraziyə buraxılış işinin düzgün təşkili və nəzarət, abadlıq işləri, ümumi həyətyanı sahələrin, blok və mərtəbələrin təmizlənməsinə nəzarət, məişət tullantılarının vaxtlı-vaxtında daşınmasına nəzarət, içməli su hovuzunun yuyulması və dezinfeksiyası işlərinin təşkili və nəzarət, binada dezinfeksiya və deratizasiya işlərinə nəzarət, idarəetmə xidmətlərinin düzgün təşkili və nəzarət, kommunal ödənişlərin yığımının təşkili, yığımına nəzarət və sifarişçiyə lazımi kömək və dəstəyin göstərilməsinə dair kommunal və digər xidmətlərin göstərilməsini və sifarişçiyə təhvil verilməsini həyata keçirmişdir. Müqaviləyə əsasən kommunal xidmət haqqının dəyəri satış müqavilələri əsas götürülərək bir m2 üçün 0,50 qəpik müəyyən edilmişdir. Bundan sonra isə 21 iyun 2022-ci ildə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılaraq müvafiq olaraq qeydiyyata alınmışdır. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə iddiaçı arasında 01 iyul 2022-ci il tarixli, 01/22 saylı “xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlanmış və həmin müqavilə ilə iddiaçı həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində qeyd edilən kommunal və digər xidmətlərin göstərilməsini və sifarişçiyə təhvil verilməsini həyata keçirmişdir. Müqavilə ilə kommunal xidmət haqqının dəyəri satış müqavilələri əsas götürülərək bir m2 üçün 0,40 qəpik müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi daha sonra qəbul etdiyi 22 sentyabr 2020-ci il tarixli qərarında isə göstərmişdir ki, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələrinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir. Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən cavabdehlərin ödənilməmiş xidmət haqqı borcları müəyyən ediləkən bəzi cavabdehlərin borcları iddia tələbinə nisbətdə daha yüksək olduğu müəyyən edilmişdr ki, bu hal həmin cavabdehlər tərəfindən müəyyən miqdarda ödəniş edildiyi halını istisna etmir. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərdən tutulacaq məbləğ müəyyən edilərkən 01 may 2021-ci il tarixli (satış müqavilələri əsas götürülərək hər kvadrat metr üçün 0,50 qəpik) və 01 iyul 2022-ci il tarixli (satış müqavilələri əsas götürülərək hər kvadrat metr üçün 0,40 qəpik) müqavilələr ilə kommunal xidmət haqqının dəyəri nəzərə alınmışdır.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38.1, 38.2, 43.1, 43.2.4, 109.5, 119.1, 119.2, 121.1, 122.3, 122.4, 125.1, 125.2.4, 125.4, 135.1, 135.2, 136.2, 137-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli Qərarına, “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh11 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin Cavabdeh11 1304,7 manat pulun İddiaçı MMC-yə ödənilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Şikayətin dəlillərinə görə, İddiaçı MMC tərəfindən kommunal xidmətlərə görə Cavabdeh11 1304,70 manat borcunun olduğu, öhdəliyini icra etmədiyi iddia edilsə də, onun MMC qarşısında heç bir öhdəliyi yoxdur. Çünki, MMC ilə cavabdehin arasında kommunal xidmətlərin göstərilməsinə dair hər hansı bir müqavilə bağlanmamışdır. Bu fakt, yəni məhkəmə araşdırması zamanı İddiaçı MMC ilə "xxxx" MMMC-nin sahə mülkiyyətçiləri arasında müqavilə bağlanmadığı faktı, iddiaçının nümayəndəsi və vəkili tərəfindən etiraf olunmuş və bu hal qətnamədə də öz əksini tapmışdır. Lakin məhkəmə həmin xüsusata əhəmiyyət verməmiş, onu nəzərə almamışdır. Mənzil Məcəlləsinin 142.1-ci maddəsinin mahiyyətinə rəğmən, tərəflər arasında kommunal xidmətlərə dair müqavilə imzalanmadığı halda cavabdehin üzərinə kommunal xidmət haqqı ödənilməsi öhdəliyinin qoyulması tamamilə əsassızdır. Belə ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin 11 nəfərdən ibarət idarə heyəti üzvlərinin seçildiyi 02 may 2021-ci il tarixli yığıncağın qərarı və iştirakçıların siyahısı tərəfimizdən təqdim edilərək bildirilmişdir ki, yığıncaq cəmi 29 nəfərin iştirakı ilə keçirilmiş və qərar qəbul edilmişdir. Hansı ki, çoxmənzilli binanın iki yüzə yaxın sahə mülkiyyətçisi vardır və göründüyü kimi, Mənzil Məcəlləsinin 44.3-cü maddəsinin tələbi (həmin maddəyə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir) pozulmaqla qərar qəbul edilmiş, lakin məhkəmə həmin halı nəzərə almayaraq göstərilən qərara istinad etmişdir. Eləcə də qeyd edilməlidir ki, səlahiyyətli olmayan yığıncaqda 11 nəfərdən ibarət idarə heyətinin üzvləri və sədr seçilmişdir. Lakin idarə heyətinə üzv seçilmiş şəxslərin heç biri coxmənzilli binada sahə mülkiyyətçisi olmamışdır. Digər tərəfdən, idarə heyətinin üzvləri 02 may 2021-ci il tarixdə seçildikləri halda, müqaviləni 01 may 2021-ci il tarixdə imzalamışlar. Belə olan halda 11 nəfərdən ibarət idarə heyətinin üzvləri ilə İddiaçı MMC arasında bağlanmış 01 may 2021-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilənin, ümumiyyətlə hüquqi qüvvəsi mövcud deyildir. Həmçinin, yuxarıda göstərildiyi kimi, Mənzil Məcəlləsinin 142.1-ci maddəsinə əsasən həmin müqavilə 11 nəfərlə deyil, hər bir sahə mülkiyyətçisi ilə bağlanmalı idi. Göründüyü kimi, məhkəmənin öz qətnaməsində ümumi yığıncağın qərarı əsasında fəaliyyət göstərən 11 nəfərdən ibarət idarə heyətinin üzvləri ilə İddiaçı MMC arasında bağlanmış 01 may 2021-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqaviləyə istinad etməsi tamamilə əsassız və qanunsuzdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Cavabdeh11 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
24. İddiaçının nümayəndəsi Nümayəndə4 apellyasiya şikayəti ilə razı olmadığını bildirərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir; Maddə 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir; Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır; Maddə 43.2.4. Çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir; Maddə 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir; Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir; Maddə 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil; Maddə 121.1. Bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır; Maddə 122.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; Maddə 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; Maddə 125.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır; Maddə 125.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququ vardır; Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün - mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan; Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq; Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər; Maddə 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər; Maddə 137.8. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər; Maddə 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər; Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli Qərarı: .... Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli Qərarı: .... Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. ... Lakin apellyasiya instansiyası məhkəməsi "xxxx" MMMC tərəfindən 2012-2016-cı illər ərzində hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməməsinə, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməməsinə və bununla da mənzil qanunvericiliyinin normalarına riayət edilib-edilməməsinə hüquqi qiymət verməmişdir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayəti ilə qətnamənin yalnız Cavabdeh11 1304,7 manat pulun İddiaçı MMC-yə ödənilməsi hissəsində ləğv edilməsi hissədə dəyişdirilməsi xahiş edildiyindən, məhkəmə aktı yalnız həmin hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – yoxlanılan iddia təmin edilən hissədə ləğv elilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi bu hissədə maddi hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir.
32. Cavabdeh apellyasiya şikayətinin dəlillərindən biri kimi Mənzil Məcəlləsinin 142.1-ci maddəsinə istinad edərək şəxsən onunla iddiaçı arasında müqavilənin olmamasına istinad etmişdir.
33. Lakin birinci instansiya məhkəməsinin nəticəyə gələrkən istinad etdiyi, həm də apellyasiya şikayətində qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir.” Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə razılaşmır və qeyd edir ki, qərardan irəli gələn hüquqi mövqeyə görə nəinki müqavilənin bağlanmaması, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması da mülkiyyətçini ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir.
34. Birinci instansiya məhkəməsi iddianın təmin olunması barədə nəticəyə gələrkən ümumiyyətlə iddiaçının subyektiv hüququnun olub – olmaması məsələsinə qiymət verməmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin qərarlarında dəfələrlə vurğulanan mövqeyə əsasən işə baxan məhkəmə ilk növbədə iddiaçının subyektiv hüququnun olub – olmamasını aydınlaşdırmalıdır.
35. Mənzil Məcəlləsinin 122.1 və 122.1.1-ci maddələrinə əsasən qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüququ kimi müəyyən olunmuş, həmin Məcəllənin 125.2 və 125.2.12-ci maddələrinə əsasən çoxmənzilli binanın ümumi əmlakının icarəyə verilməsi və ya bu əmlaka dair digər hüquqların verilməsi haqqında, həmçinin bu Məcəllənin 122.2.1.-122.2.4-cü maddələrində nəzərdə tutulmuş məsələlər üzrə qərarlar qəbul etmək ümumi yığıncağın səlahiyyətinə aid edilmişdir. Yəni, idarəçinin seçilməsi yalnız ümumi yığıncağın səlahiyyətində olan məsələdir və Məcəllənin 127.2-ci maddəsində də qeyd olunmuşdur ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər istisna olmaqla, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə qərarlar qəbul edə bilər.
36. Lakin işin hallarından görünür ki, bu barədə yümumi yığıncağın qərarı mövcud deyildir, binanın idarə olunmasının “X32” MMC-yə həvalə olunması Mənzil Məcəlləsinin 127.2-ci maddəsinin tələbinə zidd olaraq MMMC-nin İdarə Heyəti iclasının 28 iyun 2022-ci il tarixli 01/2 saylı protokolu əsasında həyata keçirilmişdir. Halbuki, bu barədə ümumi yığıncağın qərarı olduqdan sonra Mənzil Məcəlləsinin 128.0.4-cü maddəsinə müvafiq olaraq idarə heyəti həmin qərara uyğun olaraq çoxmənzilli binanı (binaları) idarə etmək və ya idarə olunmasına dair müqavilə bağlaya bilərdi. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, “X32” MMC hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir.
37. Bundan başqa, işin hallarından görünür ki, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarı ümumi yığıncağın deyil, idarə heyətinin qərarı ilə müəyyən olunmuşdur. Halbuki, Mənzil Məcəlləsinin 125.2.4-cü maddəsinə əsasən cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın səlahiyyətinə aid olunmuşdur. Birinci instansiya məhkəməsi qətnamədən bu normaya istinad etsə də, ödənişlərinin və haqlarının miqdarının ümumi yığıncağın deyil, idarə heyətinin qərarı ilə müəyyən olunmasına diqqət yetirməmiş və iddianın təmin olunması barədə nəticəyə gəlmişdir.
38. Həmçinin, yuxarıda qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Ali Məhkəmənin qərarının qüvvədən düşmüş hesab edilməsi üçün əsaslardan biri də bundan ibarət olmuşdur ki, “... Lakin apellyasiya instansiyası məhkəməsi "xxxx" MMMC tərəfindən 2012-2016-cı illər ərzində hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməməsinə, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməməsinə və bununla da mənzil qanunvericiliyinin normalarına riayət edilib-edilməməsinə hüquqi qiymət verməmişdir.”
39. Məhkəmə işin faktiki hallarını məhz bu istiqamətdə də araşdıraraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən məhkəməyə hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməsi, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməsi barədə hər hansı bir sübut təqdim olunmamışdır.
40. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin bu hissədə ləğvinə əsas verir. Bununla bağlı olaraq, apellyasiya şikayəti təmin olunmalı, qətnamə maddi hüquq normalarının düzgün tətbiq olunmaması baxımından qismən – qeyd olunan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və eyni hissədə iddia rədd olunmalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(007)-461/2023 nömrəli qətnaməsindən Cavabdeh11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(007)-461/2023 nömrəli qətnaməsi qismən - Cavabdeh11 1304,7 manat pulun tutulması hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh11 1304,7 manat pulun tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev