Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6284/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-49/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-359/2018 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, iddiaçı və Cavabdeh4 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh4 cəmi 38016,73 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqı tutularaq İddiaçı İKB ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsində yerləşən 3 otaqlı, 66.01 kv.m, ümumi 38.71 kv.m. yaşayış, 27.3 kv.m yardımçı sahədən ibarət olan 4 nömrəli evin 99 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 73000 manat olmaqla açıq hərracdan satılması və satışdan əldə ediləcək pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti və şikayətlə birlikdə apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-49/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Həmin qərardaddan Cavabdeh3 xx.xx.2023-cü il tarixdə verdiyi apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən 2(008)-49/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Bu Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Qeyd olunanlar kontekstində işin halları ondan ibarətdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-49/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı Cavabdeh3 ünvanına xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Həmin qərardaddan Cavabdeh3 tərəfindən şikayət on gündən artıq müddət keçdikdən sonra, xx.xx.2023-cü il tarixdə verilmişdir. Şikayəti verən cavabdeh tərəfindən şikayətə prosessual müddətin bərpa olunması barədə vəsatət də əlavə edilməmiş, bununla da prosessual müddətin ötürülübötürülmədiyinə, ötürülübsə bunun üzrlü səbəbdən baş verdiyinə və digər bu kimi hallara qiymət vermək mümkün olmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi apelyasiya şikayətini mümkün hesab edərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh3 məhkəmə aktı barəsində həqiqətən məlumatsız olduğu araşdırmalıdır. Belə ki, məhkəmə, prosessual müddətin ötürülüb-ötürülmədiyinə, ötürülübsə bunun üzrlü səbəbdən baş verdiyinə və digər bu kimi hallara qiymət verməməklə yalnışlığa yol vermişdir. Beləliklə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-49/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayət yuxarıda qeyd edilən hallara qiymət verilməsi üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264,366.3 və 402.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-49/2023 saylı 21 iyun 2023-cü il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və şikayət ona geri qaytarılması üçün işlə birlikdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-6284/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6284/2023
27.09.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver