Məhkəmə qərarları › İş №2(103)-63/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-63/2025

19.03.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-63/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası üzrə QƏTNAMƏ İş № 2(103)-63/2025 (Açar sözlər: mənzildən çıxarılma və əmlakın qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X14 və X8 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı “evdən çıxarılma və əmlakın qaytarılması” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3037/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 19 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mərhum əri X19 ilə birgə nikahı dövründə əldə edilmiş torpaq sahəsi və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə özünün və qızları – xx.xx.2008-ci il təvəllüdlü X23 və xx.xx.2020-ci il təvəllüdlü X2 və həmin mənzildən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1978-ci ildə Astara rayonu, Telman kəndində doğulmuş, Qazaxıstan Respublikası vətəndaşı X19 ilə faktiki nikaha daxil olmaqla dini kəbinlə ailə həyatı qurmuşdur. Birgə evliliklərindən iki qız övladları vardır. Rəsmi nikahları olmadığı üçün övladları üçün atalığın müəyyən olunması ilə bağlı şəhadətnamə alaraq hüquqları rəsmiləşdirmişlər. Həyat yoldaşı X19 ilə birlikdə ailələrinin yaşaması üçün pulunu ödəməklə 600 m2 torpaq sahəsi almışlar və həmin torpaq sahəsi üzərində birlikdə ikimərtəbəli ev inşa etmişlər. Hövsan südçülük sovxozunun ərazisi kənd şəraitində olduğu üçün toyuq-cücə, qoyun-keçi və inək saxlayaraq ehtiyaclarını ödəməyə çalışmışlar. Ancaq həyat yoldaşı X13 vaxtsız olaraq 14 dekabr 2021-ci ildə vəfatından sonra qayınatası Cavabdeh, qaynanası X18, qayınları X20, X21 əlbir olmuş, öncədən plan qurmuş, mütəşəkkil dəstə şəklində onun və azyaşlı övladlarının ataları ilə birgə evlilikləri dövründə aldıqları torpaq sahəsi üzərində inşa etdikləri yeganə yaşayış yerlərini zorla və hədə-qorxu ilə əllərindən almağa çalışırlar. Ona görə də iddiaçı və mərhum həyat yoldaşı X10 pulunu ödəyərək aldıqları torpaq sahəsini aldıqdan sonra qaynatası onların torpağına saxta sənədlər almaqla öz adına keçirmişdir. Qaynatası 09 dekabr 2000-ci il tarixdə yaşadığı kəndin məktəbində təsərrüfat müdiri işləmişdir. İddiaçı həyat yoldaşı Anar Əliyev ilə torpaq sahəsini 2017-ci ildə pulunu ödəyərək almışdır və yüzlərlə şahidləri var. Ona görə də pulunu ödəyərək aldıqları və ev inşa etdikləri 600 m2 torpaq sahəsi üzərində olan öz evlərinə köçürülmələri, onun və azyaşlı qızları xx.xx.2008ci il təvəllüdlü X23, xx.xx.2020-ci il təvəllüdlü X17 istifadə hüquqlarının tanınmasına zərurət vardır.

3. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “evdən çıxarılma və əmlakın qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ilk iddianın rədd edilməsini, İddiaçı himayəsində yaşayan xx.xx.2008-ci il təvəllüdlü X23 və xx.xx.2020-ci il təvəllüdlü X27 ilə birlikdə ona məxsus Abşeron rayon İcra Hakimiyyəti xx.xx.2000-ci il tarixli, 171 saylı sərəncamı əsasında Abşeron südçülük sovxozu direktorunun xx.xx.2000-ci il tarixli, 16 saylı əmri ilə fərdi evin inşa edilməsi üçün ona ayrılmış Hövsan Südçülük sovxozunun yaşayış massivində yerləşən 0.06 sot torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş iki mərtəbəli yaşayış evindən çıxarılması, torpaq sahəsinin və evin onun sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

4. Qarşılıqlı iddiaçı qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilk iddiaçının iddia ərizəsində göstərdiyi halların heç biri həqiqətə uyğun deyil. X40 xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra ilk iddiaçı ona məxsus Hövsan südçülük sovxozunda yerləşən Abşeron rayon İcra Hakimiyyəti xx.xx.2000-ci il tarixli, 171 saylı sərəncamı əsasında Abşeron südçülük sovxozu direktorunun xx.xx.2000-ci il tarixli, 16 saylı əmri ilə fərdi evin inşa edilməsi üçün ona ayrılmış 0.04 ha torpaq sahəsini və həmin torpaq sahəsində inşa etdiyi ikimərtəbəli evi içindəki avadanlıqları ilə birlikdə ələ keçirmək məqsədilə ona qarşı belə bir iddia irəli sürmüşdür. Həqiqət isə ondan ibarətdir ki, oğlu X19 1997-ci ildən Qazaxıstan Respublikasında yaşamış, xx.xx.2000-ci ildən Qazaxıstan Respublikasının vətəndaşı X7 ilə rəsmi nikaha girməklə evlənmiş, onların həmin nikahdan üç övladları olmuş, 2014-cü ildə Qazaxıstan Respublikasının vətəndaşlığını almış və ailəsi ilə birlikdə 2017-ci ilədək Qazaxıstan Respublikasında yaşamışdır. 2017-ci ildə həyat yoldaşı ilə aralarında baş vermiş narazılıqlar üzündən Anar Əliyev Azərbaycana qayıtmış, Cavabdeh məxsus mübahisə predmeti olan evdə sonuncu ilə birlikdə yaşamağa başlamış, 2018-ci ildə ilk iddia üzrə iddiaçı ilə faktiki nikah münasibətlərinə girməklə evlənmiş, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən onlara özlərinə münasib yaşayış yeri əldə edənədək evində müvəqqəti yaşamalarına icazə verilmiş və onların faktiki nikah münasibətlərindən xx.xx.2020-ci il təvəllüdlü X27 adında bir övladları anadan olmuşdur. İlk iddiaçı onun oğlu ilə evlənərkən onun Astara rayonu, Kolatan kəndində yaşayan xx.xx.1979-cu il təvəllüdlü X11 ilə faktiki nikah münasibətlərindən xx.xx.2008-ci il təvəllüdlü X24 adında bir övladları olmuş, Astara Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(108)-1716/2017 saylı qətnaməsi ilə ilk iddiaçının X6 qarşı qaldırdığı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddiası təmin edilərək, X3 X12 atası olması faktı müəyyən edilmiş və sonuncudan hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq ilk iddiaçıya ödənilməsi qət edilmişdir. Odur ki, iddia ərizəsində iddiaçının qarşılıqlı iddia üzrə iddiaçının X39 xx.xx.2008-ci il təvəllüdlü X15 atası olması, nikahları olmadıqlarında atalığın müəyyən olunması haqqında şəhadətnamə aldığını göstərməsi tamamilə yalandır. X39 vəfatından 40 gün keçdikdən sonra ilk iddiaçı onu ailə üzvləri ilə birlikdə evdən qovmuş, nə onu, nə də ki, ailə üzvlərini evə buraxmamışdır. Hətta bu haqda polis orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisəli evin və həmin evin yerləşdiyi torpaq sahəsinin ona məxsus olması faktı qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 171 saylı sərəncamı əsasında ona fərdi evin inşa edilməsi üçün 0.04 ha torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon südçülük sovxozunun direktorunun xx.xx.2000- ci il tarixli, 16 saylı əmri ilə həmin torpaq sahəsində inşa etdiyi ikimərtəbəli evdə xx.xx.2014-cü ildən **********50016 saylı işıq, 2015-ci ildən qaz sayğaclarının onun adına quraşdırılması və o vaxtdan da xx.xx.2022-ci ilədək işıq və qaz istifadəçisi kimi müvafiq ödənişlərin onun tərəfindən ödənilməsi müvafiq idarələrdən verilmiş çıxarışlarla, o cümlədən həmin evə 2016-cı ildə çəkilmiş (012)-515-54-38 nömrəli telefonun onun adına olması ilə sübuta yetirilir. Eyni zamanda, ilk iddiaçının məhkəməyə təqdim etdiyi X16 notariat qaydasında təsdiq edilmiş ərizəsindən də məlum olur ki, ona təqdim etdiyi xx.xx.2014-cü il tarixli ərizəsindən də məlum olur ki, X25 qonşuluqda yerləşən, özünə məxsus 0.02 ha torpaq sahəsini də 2014-cü ildə satmışdır. Belə olduğu halda ilkin iddiaçı hansı hüquqi əsasla mübahisə edilən torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş evin ona aid olduğunu iddia edə bilər? Məlum məsələdir ki, yaşayış sahəsinə köçürülməsi və istifadə hüququnun tanınması üçün ən azından ilkin iddiaçının həmin sahəyə hüquqmüəyyənedici sənədləri olmalıdır. Nə ilkin iddiaçı, nə də onun himayəsində yaşayan uşaqları onun ailə üzvləri deyillər. Bu əsasla da onlar ona məxsus evdən çıxarılmaqla həmin evin və evin yerləşdiyi torpaq sahəsinin onun sahibliyinə qaytarılması haqqında qətnamə çıxarılmalıdır.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3037/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3.1, 180.1, 180.2, 180.3, 228.1-ci maddələri, MPM-nin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən qarşılıqlı iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı ddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə məlum qətnaməni çıxararkən mübahisəli evin yerləşdiyi 0,04 ha torpaq sahəsinin Abşeron rayon İcra Hakimiyyəti xx.xx.2000-ci il tarixli,171 saylı sərəncamı əsasında fərdi evin inşa edilməsi üçün Abşeron rayon südçülük sovxozun direktorun xx.xx.2000-ci il tarixli 16 saylı əmri ilə ona tam qanuni əsaslarla ayrıldığını, həmin sərəncam əsasında mübahisə edilən torpaq sahəsində şəxsi vəsaiti hesabına fərdi yaşayış evi inşa etdiyini qəbul etdiyi halda həmin torpaq sahəsinə və fərdi yaşayış evinə sərəncam vermək, sahiblik etmək və istifadə etmək kimi huquq və azadlıqlarının pozulması ilə nəticələnən qətnamə çıxartmaqda haqlı olmamış, bununla da AR Konstusiyasının 26-cı maddəsi ilə qorunan hüquqlarını pozmuşdur

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 verilmiş şikayətinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, inzibati icraat qaydasında olan iddialarını barışıq əldə edilməsi üçün geri götürmüşlər.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən lk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilmiş şikayətin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

12. Maddə 43. (İİ hissə). Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 6.1.1. Mülki qanunvericiliyin prinsiplərindən biri mülki hüquq subyektlərinin bərabərliyidir.

14. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

17. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

18. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

19. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

20. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

21. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

22. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

23. Maddə 30.2 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

24. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

29. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

30. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının qarşılıqlı iddiaya münasibətdə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, lakin iddia tələbi həmin hissədə yenidən təmin edilməməlidir.

35. Birinci instansiya məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir iş üzrə ətraflı araşdırma aparılmamışdırki, bu da qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır.

36. Belə ki, işə baxmış müvafiq instansiya məhkəməsi iddianı rədd edərkən qarşılıqlı iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ olmasını, lakin “Bakıda da bir evim olsun” istəyi bu evə uşaqları ilə birlikdə yeganə yaşayış yeri kimi ehtiyacı olan ilk iddiaçının evdən çıxarılmasının ədalətli olmadığını bildirmişdir.

37. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, məhkəmə qarşılıqlı iddiaçının bu barədə iddia qaldırmağa subyektiv hüquqa sahib olub-olmamasını düzgün müəyyənləşdirməmişdir.

38. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

39. İlk növbədə qeyd edilməlidir ki, hər iki tərəfin izahatlarından və işin hallarından göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdeh 2017-ci ildən sonra mübahisəli evdə məskunlaşmağa başlamışdır. Bu isə o deməkdir ki, tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri xx.xx.2009-cu ildən sonra yarandığından, hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normalarının tətbiq edilməli və mübahisə 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun həll edilməlidir.

40. Azərbaycan Respublikası Konstitusiyasının “Dövlətin əsasları” fəsilində (13-cü maddə) mülkiyyətə ayrıca yer ayrılması ölkə qanunvericiliyinin bu seqmentə olan əhəmiyyətli yanaşmasının təzahürüdür. Həmçinin ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) mülkiyyət hüququ nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur.

41. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində qeyd hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

42. “R. Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməməsi halından asılı edir. Lakin bu maddədə həmin istifadənin qaydası, o cümlədən onun hansı şərtlər və hüdudlar daxilində həyata keçirilməsi müəyyən olunmamışdır. Eyni zamanda bu maddə və ümumiyyətlə Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur.

43. Avropa insan hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikasında isə mülkiyyət və yaşayış sahəsindən istifadə etmək hüquqlarının həyata keçirilməsi ilə bağlı yaranmış mübahisələrin həlli zamanı həm beynəlxalq hüquq normaları, həm də milli qanunvericiliyin müddəaları nəzərə alınmalıdır.

44. Bu zaman yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi yuxarıda adı çəkilən qərarında həmçinin vurğulamışdır ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

45. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

46. Kollegiya yuxarıda qanunvericiliyin yuxarıda göstərilən normalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, mənzildən və ya digər bu kimi yerlərdən məcburi çıxarılmaya dair iddialar həll edilərkən, araşdırılmalı olan digər məsələ şəxsin yaşadığı yerdən məhrum edilməsinin qanuni olub-olmamasıdır. Məhrumetmə o halda qanuni ola bilərdi ki, məhrumetmə ilə nəticələrə yol verən şəxsin mənzilə və ya digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüquqi və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır.

47. Hazırki iş üzrə birinci instansiya məhkəməsi qarşılıqlı iddiaçıya evin yerləşdiyi sovxozun ərazisində, evin yerləşdiyi torpaq sahəsinin ölçüsü qədər torpaq sahəsi verildiyini təsdiq edən Abşeron rayon İcra Hakimiyyəti xx.xx.2000-ci il tarixli, 171 saylı sərəncamı, evin kommunal xidmətlərinin qarşılıqlı iddiaçının adına olması, evin qarşılıqlı iddiaçı tərəfindən tikildiyini təsdiq edən şahid ifadələrini əsas götürərək sonuncunun hazırki iddianı qaldırmağa subyektiv hüququnun olması qənaətinə gəlmişdir.

48. Halbuki iş materiallarındakı Abşeron rayon İHB-nin xx.xx.2008-ci il tarixli, 705 nömrəli sərəncamından və ona əlavə edilmiş plan-sxemdən görünür ki, X9 adlı şəxsə sahibkarlıq tikinti məqsədilə Abşeron rayonu, Hövsan qəsəbəsi 20000.76 kv.metrlik torpaq sahəsi ayrılmışdır.

49. Hazırda mübahisə olunan, yəni qarşılıqlı iddia üzrə cavabdehin yaşadığı və çıxarılması tələb olunan torpaq sahəsinin yuxarıda X9 adlı şəxsə ayrılmış torpaq sahəsinin hüdudları içərisində olub-olmamasını müəyyənləşdirmək məqsədilə apellyasiya baxışı zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron ərazi idarəsinə müraciət olunmuşdur. Sonuncu tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sənəd üzrə X4 verilmiş torpaq sahəsinin koordinatları daxilində yerləşir.

45. O cümlədən eyni məqsədlə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/9675 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyində də eyni nəticə öz təsbitini tapmışdır.

46. Beləliklə, iş üzrə aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh adına 0,06 ha torpaq sahəsi ayrılmasına daor Abşeron rayon İcra Hakimiyyəti xx.xx.2000-ci il tarixli, 171 saylı sərəncamına istinad etsə də, Abşeron rayon İHB-nin xx.xx.2008-ci il tarixli, 705 nömrəli sərəncamından və ona əlavə edilmiş plan-sxemdən, o cümlədən aparılmış mütəxəssis və ekspert təqdiqatlarından göründüyü kimi həmin sahə X4 məxsus olan təxminən 2 ha sahənin hüdudları içərisində yerləşmişdir və qarşılıqlı iddia üzrə iddiaçının bu halı təkzib edən hər hansı digər sübutu, o cümlədən ona məxsus olduğunu iddia etdiyi mübahisəli torpağa dair plan-sxem sənədləri də iş materiallarına əlavə edilməmişdir.

47. Bundan əlavə apelyator tərəfindən X1 2 ha sahənin ayrılmasına dair Abşeron rayon İHB-nin xx.xx.2008-ci il tarixli, 705 nömrəli sərəncamının mübahisələndirilməsinə dair inzibati icraat qaydasında iddia irəli sürülsə və bu səbəbdən apelyasiya baxışı üzrə icraat dayandırılsa da, sonuncu tərəfindən iddia geri götürülmüş və nəticədə həmin sərəncam qüvvədə olmağa davam etmişdir.

48. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisəli torpaq sahəsi və onun üzərində inşa edilmiş ev üzərində mülkiyyət hüquqlarını təsdiq edən mötəbər sübutlar olmadığından, qarşılıqlı iddia üzrə iddiaçının cavabdehə qarşı irəli sürdüyü mənzildən çıxarılma tələbinin hər hansı qanuni və ya hüquqi əsası mövcud deyildir.

49. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və ona münasibətdə tətbiq edilməli olan hüquq normalarına düzgün qiymət vermədiyindən apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və qarşılıqlı iddia tələbi yenidən rədd edilməlidir.

50. Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir.

51. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

52. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

53. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

54. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Kollegiya hesab edir ki, qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxsin özünə aid edilməlidir.

56. O cümlədən ekspert tədqiqatının aparılması üçün ödənilməli olan ümumilikdə 100 manat məbləğində pul qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutulmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3037/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxsin özünə aid edilsin. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci olan ümumilikdə 100 (yüz) manat pul qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X5 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar