Məhkəmə qərarları › İş №2(103)-6303/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6303/2022

08.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6303/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 29/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sabir küçəsi, keçid 2 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evinə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və X3 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və X3 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sabir küçəsi, keçid 2 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evindən çıxarılmaqla həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi xx.xx.2022-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən Cavabdeh1, Cavabdeh2, X8, Həmidov Zeynal oğlu, X13, X4, X5, Cavabdeh3, X9, X11, X6, X10, X7, X12 və X2 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X8, Həmidov Zeynal oğlu, X13, X4, X5, Cavabdeh3, X9, X11, X6, X10, X7, X12 və X2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaqla həmin mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-29/2022 saylı qərardadı ilə iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququna xitam verilməsi, onların fərdi yaşayış evindən çıxarılmaları və mübahisəli mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən verilmiş iddia tələbinin həcminin artırılmasına dair ərizəsi icraata qəbul edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-29/2022 saylı qərardadından Cavabdeh1 tərəfindən şikayət verilmiş, iddiaçının iddia tələbinin həcminin artırılmasına dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-29/2022 saylı qərardadı ilə cavabdehin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-29/2022 saylı qərardadından şikayəti (elektron kabinet vasitəsilə verilmədiyindən) geri qaytarılmışdır. Cavabdeh1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)- 29/2022 saylı qərardadından şikayət verərək, iddiaçının iddia tələbinin həcminin artırılmasına dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə mülki işin şikayətlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 29/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı şikayət təmin edilməmiş və baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından da göründüyü kimi məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadından verilmiş şikayət MPM-in hazırda qüvvədə olan 363.1.5-ci maddəsində müəyyənləşdirilmiş qaydaya uyğun verilməmişdir. Mülki Prosessual Məcəllənin həmin maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə şikayət geri qaytarılmalıdır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə görə isə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən məsələ üzrə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri məhkəmənin qərardadın ləğv edilməsi üçün əsas deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 29/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar