Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6303/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “mübahisəli mənzilin boşaldılması, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı QSC-yə qarşı “mənzilin təhvil verilməsi və kirayə haqqı” tələbinə dair qarşılıqlı, birləşdirilmiş iş üzrə iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “mübahisəli mənzilin boşaldılması, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizələri üzrə (Açar sözlər: icraatın dayandırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X7 (sədrlik edən və məruzəçi), dan ibarət tərkibdə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı QSC-yə qarşı mənzilin təhvil verilməsi və kirayə haqqı tələbinə dair qarşılıqlı, birləşdirilmiş iş üzrə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizələri barədə iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-1651/2024 nömrəli qərardadından "xxxx" QSC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Cavabdeh İddiaçı QSC-yə qarşı mənzilin təhvil verilməsi və kirayə haqqı tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. Birləşdirilmiş iş üzrə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 1651/2024 nömrəli qərardadı ilə (hakim M.X.Əfəndizadə) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)-4738/2024 saylı mülki işə baxılanadək, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı QSC-yə qarşı mənzilin təhvil verilməsi və kirayə haqqı tələbinə dair qarşılıqlı, birləşdirilmiş iş üzrə iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizələri barədə 2(005)-1651/2024 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
5. İddiaçı QSC həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və mülki işin baxışa təyin edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli **********94 saylı, Azərbaycan Resbublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 02/07- 635 saylı razılıq məktublarını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 mart 2020-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən 8 ədəd 5 mərtəbəli (12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı) binaların (köhnə tipli tikililərin) sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı QSC-yə 2,7520 hektar torpaq sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 hektar torpaq sahəsinin 49 il müddətinə İddiaçı QSC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı QSC arasında 1572 saylı 18 mart 2020ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Həsənoğlu küçəsi 12 ünvanında yerləşən 30 və 60 saylı mənzillərin mülkiyyətçisi olan Cavabdeh ilə də danışıqların aparılmasına baxmayaraq cavabdeh QSC qarşısında əsassız tələblər irəli sürdüyündən onunla razılıq əldə olunması mümkün olmamışdır. Cavabdeh tərəfindən mülkiyyət hüququndan sui-istifadə etməklə əsassız tələblər irəli sürülməsi nəticəsində kəskin qəzalı vəziyyətdə olan binanın söküntüsünün vaxtında həyata keçirilməsini qeyrimümkün edir və mənzillərini ədalətli razılaşma əsasında təhvil vermiş sakinlərin hüquqlarını və qanuni mənafelərini pozur, ona edilən ədalətli təkliflərə baxmayaraq qeyrireal və icrası mümkün olmayan tələblər irəli sürür, qanunsuz üstünlüklər əldə etməyə çalışır və əsassız varlanmaq niyyətindədir. Qeyd edilənlər məhkəməyə təqdim edilmiş qarşılıqlı iddia ərizəsində öz təsdiqini tapmışdır. Beləliklə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülməsi, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə, Cavabdeh İddiaçı QSC-yə qarşı mənzilin təhvil verilməsi və kirayə haqqı tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Mülki iş üzrə başlanılmış məhkəmə prosesi, mübahisə öz həllini tapanadək təxirəsalınmadan davam etdirilməlidir. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyrimümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. “Ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri də hər hansı bir işə məhkəmələr tərəfindən ağlabatan müddətdə hərtərəfli və obyektiv baxılmasıdır. İşə ağlabatan müddətdə baxılması, ilk növbədə, pozulmuş insan hüquqlarının bərpasına imkan yaratmış olur”. Ədalətli məhkəmə araşdırılması hüququ kobud surətdə pozulmuşdur. Cavabdeh vəkili Vəkil xx.xx.2024-cü il tarixli vəsatətində qeyd edildiyi kimi, Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)- 4738/2024 saylı mülki iş üzrə Şudruk Ruslan tərəfindən verilmiş Cavabdeh və İddiaçı QSC-nin üçünçü şəxs qismində cəlb edilməsinə dair vəsatət (icraata qəbul edilmə haqqında 2(005)-1651/2024 saylı xx.xx.2024-cü il tarixli qərardad əlavə edilməklə) hakim Əminə Abbasova tərəfindən qismən təmin edilərək Cavabdeh üçünçü şəxs qismində cəlb edilmiş, lakin İddiaçı QSC üçünçü şəxs qismində cəlb edilməmişdir. Hakim Ə.Abbasova vəsatətin təmin edilməyən hissəsini onunla əsaslandırmışdır ki, hazırki mülki iş üzrə sözügedən iddia tələbi İddiaçı QSCnin hüquqlarına toxunmur, həmçinin Nərimanov rayon Məhkəməsinin icraatında olan 2(005)- 1651/2024 saylı mülki işlə heç bir bağlılığı (əlaqəsi) yoxdur. Digər tərəfdən Cavabdeh vəkili Vəkil tərəfindən 2(005)-1651/2024 saylı mülki iş üzrə keçirilən məhkəmə iclaslarında bir neçə dəfə Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)-4738/2024 saylı mülki işlə bağlı möveyini səsləndirərək bildirmişdir ki, “vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunsa da, X5 ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, sonuncuya verilmiş çıxarışın ləğv edilməsi tələbi təmin oluna bilməz, çünki Cavabdeh vicdanlı alıcıdır”. Göründüyü kimi, Xətai Rayon Məhkəməsinin icraatında olan vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və çıxarışın ləğv edilməsinə dair mübahisə hazırki mülki işə baxilmasına maneə yaratmır və hazırda mülki işin dayandırılması üçün əsaslar mövcud deyil, hazırkı iş üzrə verilmiş vəsatət işin əsassız uzadılması məqsədi ilə təqdim edilmişdir. Belə ki, icraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 mart 2020-ci il tarixli sərəncamın 1-ci və 3-cü bəndlərində qeyd edilmişdir ki, “Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün yararsız (kəskin qəzalı) vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2,7520 hektar torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı QSC-nin (keçmiş İddiaçı MMC) tətəfindən tənzimlənməsi şərti müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı QSC-nin (keçmiş İddiaçı MMC) istifadəsinə verilsin. Yuxarıda qeyd edilən bəndlərin tələbləri yerinə yetirilməsə, bu Sərəncamın ləğv edilməsi məsələsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılacaqdır”. Göründüyü kimi, Cavabdeh mülki iş üzrəicraatı dayandırmaqda məqsədi sözügedən işə qanunvericiliklə müəyyən edilmiş o cümlədən ağlabatan müddət ərzində baxılmasına maneələr yaratmaqla sözügedən sərəncamın tələblərinin (kəskin qəzalı vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası) icrasını mümkünsüz etmək, nəticə etibarı ilə sərəncamın ləğv edilməsinə münbit şərait yaratmaqdır. Digər tərəfdən Cavabdeh İddiaçı QSC-yə qarşı mənzilin təhvil verilməsi və kirayə haqqı tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi (təmin olunacağı təqdirdə) mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqısatqı müqaviləsinin etibarsız hesab edilib-edilməməsinin və çıxarışın ləğv edilibedilməməsinin və ya hazırki iş üzrə əhəmiyyət kəsb edib-etməməsinin müəyyən edilməsinə zərurətin olmadığını dolayısı ilə təsdiq edir.
7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Daha sonra xx.xx.2024-cü il tarixdə İddiaçı QSC tərəfindən şikayətə əlavə verilərək qeyd olunmuşdur ki, 2(005)-1652/2024 nömrəli və 2(005)-1651/2024 nömrəli işlər üzrə iddia ərizələri eyni növlü, eləcədə eyni tərəflər arasında olmasına baxmayaraq Bakı şəhəri Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 saylı binanın fərqli mənzilləri (30 və 60) ilə bağlı olmuşdur. Nərimanov rayon məhkəməsinin icaatında olan birləşdirilmiş 2(005)-1651/2024 saylı işin 60 saylı mənzilə münasibətdə və ümumiyyətlə Xətai rayon Məhkəməsinin icraatında olan e- 2(011)-4738/2024 saylı mülki işlə heç bir bağlılığı, asılılığı yoxdur, icraatının davam etməsinə mane olan hallar meydana çıxmır. Belə olan halda məhkəmə birləşdirilmiş iş üzrə 30 və 60 saylı mənzillərə dair iddia tələblərini yenidən ayrıca icraata ayırmaqla mülki işə baxılmasını davam etdirməli idi. Beləliklə, icraatın dayandırılması nəticəsində kəskin qəzalı vəziyyətdə olan binanın söküntüsünün vaxtında həyata keçirilməsini qeyri-mümkün edir və mənzillərini ədalətli razılaşma əsasında təhvil vermiş sakinlərin hüquqlarını və qanuni mənafelərini pozur. Mənzillərindən köçürülmüş sakinlərə müvəqqəti yaşayış sahəsi ilə təmin olunması üçün nəzərdə tutulmuş müddətdən artıq mütəmadi olaraq kompensasiya (kirayə haqqı) ödənilməsi MTK-ya külli miqdarda maddi zərər vurur. Belə ki, sökülmüş hər binada 60 mənzilin olmasını və hər bir mənzil sahibinə aylıq 300-400 (ortalama 350) manat məbləğində kirayə haqqının ödənilməsi nəzərə alınsa, binanın sakinlərinə 60 x 350 = 21.000 (iyirmi bir min) manat məbləğində aylıq kirayə haqqı ödənilir. Bununla yanaşı, icarəyə götürülmüş texnikadan (qaldırıcının, ekskovatorun və digər nəqliyyat vasitələrinin) müddətdən artıq istifadəsinə görə MTK hər ay 30.000-40.000 (ortalama 35.000) manat məbləğində icarə haqqı ödəmək məcburiyyətindədir. Bundan başqa, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 hektar torpaq sahəsinin 49 il müddətinə İddiaçı QSC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MTK arasında bağlanmış 1572 saylı 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin 7.4-cü bəndinə əsasən icarəçi hər il 87.751,37 manat məbləğində icarə haqqı ödəyir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən şikayətin təmin edilməsi xahiş olunmuşdur.
9. Cavabdeh şikayətə qarşı yazılı etiraz təqdim edərək, belə əsaslandırmışdır ki, icraatın dayandırılmasına əsas ünvan 1 ünvanında yerləşən 30 saylı mənzillə bağlı digər Məhkəmənin, yəni Bakı şəhəri Xətai Rayon məhkəməsinin icraatında olan məhkəmə mübahisəsinin mövcud olması olmuşdur. Belə ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən 30 saylı mənzili X3 alqı-satqı müqaviləsi əsasında satın almışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)-4738/2024 saylı mülki işin isə mahiyyəti ondan ibarətdir ki, X1rdaşı Ruslan Şurduk ünvan 1 ünvanında yerləşən 30 saylı mənzilə vərəsəlik hüququnun olduğunu iddia edir və X4 vərəsəlik işi əsasında 30 saylı mənzilə əldə etdiyi mülkiyyət hüququnu mübahisələndirir. Həmçinin, Şudruk Ruslan tərəfindən verilmiş vəsatət əsasında e-2(011)- 4738/2024 saylı iş üzrə Cavabdeh qismində cəlb edilmiş və X5 ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, sonuncuya verilmiş çıxarışın ləğv edilməsi tələbi irəli sürülmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1652/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin Məhkəmənin icraatında olan 2(005)-1652/2024 nömrəli və 2(005)-1651/2024 saylı mülki işlər eyni növlü, eləcə də eyni tərəflər arasında olduğundan həmin işlər bir icraatda birləşdirilməlidir. Belə ki, hər iki iş üzrə mübahisə İddiaçı MTK (əvvəlki QSC) və Cavabdeh arasında olmaqla, mübahisənin mahiyyəti Cavabdeh məxsus 30 və 60 saylı mənzillərin təhvil verilməsi, sökülməsi, həmin mənzillərə görə kompensasiyanın ödənilməsi və yeni mənzillə təmin edilənədək kirayə xərcinin ödənilməsi ilə bağlıdır. Hər iki mülki iş üzrə icraatın birləşdirilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1652/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı hazırda qüvvədədir və İddiaçı MTK tərəfindən verilən şikayətin mahiyyətindən kənardır. İddiaçı MTK tərəfindən verilmiş “yazılı izahat” mahiyyət etibarə ilə icraatın ayrılması ilə bağlı vəsatətdir. Həmin vəsatət apellyasiya instansiyası məhkəməsi tərəfindən baxıla bilməz. Şikayətin təmin edilməməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
Tətbiq edilən hüquq normaları
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 169.1. Hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır. Maddə 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Maddə 258.2. İş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2004-cü il tarixli Qərarı: Qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin və ona verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-1651/2024 nömrəli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X5 ilə Cavabdeh arasında 30 saylı mənzilə dair bağlanmış alqı-satqı müqaviləsi və sonuncuya verilmiş çıxarış mübahisələndirilir. Həmin alqı-satqı müqaviləsi və çıxarış hazırki iş üzrə əhəmiyyət kəsb etdiyindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)-4738/2024 saylı mülki işə baxılanadək hazırki iş üzrə icraat dayandırılmalıdır.
15. Məhkəmə kollegiyası birinci instansiyanın mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
16. Belə ki, birinci instansiya məhkəməsi qərardadında digər iş üzrə mübahisə həll edilməyincə hazırki işə baxılmasının ümumiyyətlə mümkün olmamasını əsaslandırmamışdır.
17. Yuxarıda istinad olunan Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın.
18. Bununla yanaşı, işdə, icraatın dayandırılmasına əsas olan digər iş üzrə iddia ərizəsi belə mövcud deyildir. Birinci instansiya məhkəməsi öz qərardadını qəbul edərkən yalnız tərəflərin izahatlarına və “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışa əsaslanmışdır. Belə olan halda məhkəmənin nəyə əsasən işlərin bir-birindən asılı olması qənaətinə gəlməsi anlaşılmazdı.
19. Həmçinin qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 169.1-ci maddəsinə əsasən hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır.
20. Hazırki işdə mübahisə iki mənzil (30 və 60 saylı) ilə bağlı olsa da, başqa məhkəmənin icraatında olan iş yalnız 30 saylı mənzil ilə bağlıdır. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən tələblərə ayrıca baxılmasının mümkünlüyü nəzərdən keçirilməmişdir.
21. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırlması hüququna malikdir.
22. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 1651/2024 nömrəli qərardadı ləğv edilsin, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: