Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6311/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və “xxxx” MMC-yə qarşı “mənzil sahəsi üzərində sərəncam və istifadə hüquqlarının tanınması öhdəliyinin qoyulması barədə” ilk iddiasına, iddiaçı Cavabdeh1 MTK-nın cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-ya qarşı “müqavilənin ləğv edilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli qərardadından Cavabdeh2 MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddiaçı tərəfindən verilmiş “iddianı təmin etmə tədbiri barədə” ərizə təmin edilsin, hazırkı işə mahiyyəti üzrə baxılıb həll edilənədək ünvan 1 ünvanında inşa olunan, 3 girişli 21 mərtəbəli yaşayış evinin “B” blokunun 19-cu mərətəbəsində yerləşən, ümumi sahəsi 98,43 kv.m, yaşayış sahəsi 87,90 kv.m olan 2 otaqlı mənzilin özgəninkiləşdirilməsi qadağan edilsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin oluna bilməz. Belə ki, həmin mənzil mübahisə predmetidir, mübahisə həll edilənə qədər mənzilin özgəninkiləşdirilməsi imkanı var, bu imkanın qarşısı alınmayacağı təqdirdə mübahisə daha da mürəkkəbləşəcək, mübahisəyə yeni şəxslər cəlb ediləcək, əlavə mübahisələr yaranacaq, nəticədə isə qətnamənin icrası çətinləşəcək. Belə vəziyyətdə mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi Mülki-Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin göstərişlərinə uyğundur. Odur ki, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət rədd olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6311/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6311/2021
18.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver