Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6311/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddiaçı Quliyeva(Orucova) Fəxriyyə Fazil qızı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-205/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-205/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş apellyasiya şikayəti, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5472/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixili qərardadı ilə qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-205/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş və bu qərardadın qəbul edilməsinə əsas olmuş (geri qaytarılan) şikayətin mümkünlüyünə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-205/2023 saylı işi üzrə ləğv edilmiş (mövcud olmayan) xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayətə birinci instansiya məhkəməsi tərəfindən yenidən baxılmışdır. Kollegiya, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-205/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 – 269 maddələrinə müvafiq, şikayət vermə və ona baxılma tələblərinə riayət edilməsi baxımından mövcud olmayan qərardaddan şikayətin mümkünlüyü üçün əsasların olmadığını müəyyən edir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Şərh olunanlara, Azərbaycan Respublikası Konstitusiyasının 2 4 (İİİ) X3 haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 269, 357, 360-366, 395-397, 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-205/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qəbul olunmamış hesab edilsin və mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6311/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6311/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver