Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6314/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(004)-4501/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5rşı işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-4501/2023 saylı qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5rşı işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hüquqi ünvanı ünvan 1nə aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs ayrıca hüquqi şəxs olmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin strukturuna daxil olmayan tabeliyində olan qurumdur. İddiaçı tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(004)-4501/2023 saylı qərardadından verilmiş şikayəti həmin məhkəməninin xx.xx.2023-cü il tarixli qərardadlı ilə təmin edilməmiş, şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətinin onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsi cavabdeh təşkilatın hüquqi ünvanını araşdırmdan, dəqiqləşdirmədn iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Belə ki, iddia ərizəsinə əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsidir. İş materiallarına əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında Əmr məhz AR İN yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş, onun vəzifəli şəxsi tərəfindən imzalanmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestripublik hüquqi şəxsin Nizamnaməsinin 1.8-ci bəndinə əsasən “DƏDKR məhkəmədəiddiaçı və ya cavabdeh qismində çıxış edə bilər”. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin rəsmi internet saytından (https://dedkr.gov.az/az), Nizamnaməsindən (1.9-cu bənd) və iş materiallarına əlavə edilmiş rəsmi sənədlərdən müəyyən olunur ki, cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, X4, 135-dir. Lakin Yasamal rayon Məhkəməsi iddia ərizəsini geri qaytarmaq barədə qərardad qəbul edərkən işin bu halallarını MPM-nin 35-ci, 40-cı və 152-ci maddələrinin tələblərinə əsasən yoxlamalı olduğu halda bunları yoxlamadan prosesual pozuntuya yol vermişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(004)- 4501/2023 saylı qərardadı ləğv edilməli, mülki iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.5-ci maddəsinə əsasən hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası qanununun 2.2-ci maddəsinə əsasən publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixliF-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 1.1-ci bəndəində qeyd olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra-Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Nizamnamənin 1.6-cı bəndində qeyd olunur ki, DƏDKR-in müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. Nizamnamənin 1.8-ci bəndində qeyd olunur ki, DƏDKR-in əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. DƏDKR məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər. Nizamnamənin 1.9-cu bəndinə əsasən DƏDKR Bakı şəhəri, Yasamal rayonu, X4, 135 ünvanında yerləşir. Qeyd olunanlardan göründüyü kimi iş üzrə cavabdeh olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən, müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, həmçinin hüquqi ünvanı olan publik hüquqi şəxsdir. Buna görə də kollegiya məhkəmənin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, cavabdehin hüquqi şəxs olmaması və qeyd olunan səbəbdən iddia ərizəsinin geri qaytarılması ilə bağlı məhkəmənin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmamaqla əsassız hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(004)-4501/2023 saylı qərardadı ləğv edilməli, mülki iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(004)-4501/2023 saylı qərardadı ləğv edilsin. Mülki iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayətə verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-6314/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6314/2023
11.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver