Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6315/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(011)-3617/2024 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh1 40000 manat məbləğində pulun, vəkil xidməti üçün ödənilmiş 300 manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 212 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(011)-3617/2024 saylı qərardadı ilə iddiaçı tərəf məhkəmə iclasında iştirak etmədiyi və cavabdehin nümayəndəsi işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(011)-3617/2024 saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin 19 sentyabr 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddianın baxılmamış saxlanılması üçün heç bir əsas yoxdur. Belə ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq məhkəmənin hazırlıq iclasında iştirak edə bilməməsinin üzrlü səbəblərini göstərmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(011)-3617/2024 saylı qərardadı ləğv edilməli, iş materialaları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə hazırlıq iclasında şəxsi işləri səbəbindən iştirak edə bilməyəcəyini bildirmiş, mülki işin baxış iclasına təyin edilməsini xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 3617/2024 saylı qərardadına əsasən iddiaçı tərəf məhkəmə iclasında iştirak etmədiyi və cavabdehin nümayəndəsi işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil1 həmin qərardaddan şikayət verərək ləğv olunmasını, mülki iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(011)-3617/2024 saylı qərardadına əsasən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3617/2024 saylı, 29 iyul 2024-cü il tarixli qərardadı ləğv edilmiş və işə baxılması xx.xx.2024-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Göstərilən vaxta təyin edilmiş məhkəmə iclasında iddiaçı tərəf iştirak etməmiş, iddiaçının vəkili ərizə ilə müraciət edərək, şəxsi işləri səbəbindən məhkəmə hazırlıq iclasında iştirak edə bilməyəcəyini, bunun nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarından isə görünür ki, iddiaçı tərəf məhkəmə hazırlıq iclaslarında iştirak edə bilməyəcəyini bildirmiş, hətta xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ərizə ünvanlayaraq mülki işin baxış iclasına təyin edilməsini xahiş etmişdir. Bundan sonra xx.xx.2024cü il tarixə təyin edilmiş məhkəmə iclası üçün iddiaçının vəkili ərizə ilə müraciət edərək, şəxsi işləri səbəbindən məhkəmə hazırlıq iclasında iştirak edə bilməyəcəyini, bunun nəzərə alınmasını xahiş etmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı tərəfin məhkəmə iclaslarında iştirak edə bilməyəcəyi barədə məlumat verməsi və mülki işin baxış iclasına təyin edilməsi barədə iradə ifadəsini bildirməsi halında, məhkəmə iddia ərizəsini baxılmamış saxlamaqla prossessual normaların tələbləri pozmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(011)-3617/2024 saylı qərardadı ləğv edilməli, işə yenidən baxılması üçün mülki iş materialları Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(011)-3617/2024 saylı qərardadı ləğv edilsin. İş materialları yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-6315/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6315/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver