Məhkəmə qərarları › İş №2(103)-6316/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6316/2023

24.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6316/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı mülki iş üzrə (Açar sözlər: məzuniyyət günlərinə görə kompensasiya ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə2, üçüncü şəxs X4 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3cü şəxs qismində cəlb edilməklə) “istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3619/2023 saylı, 14 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1980-ci ildə Sumqayıt Tİ və MHQİ-yə işə qəbul edilmiş, tərəf olduğu əmək müqaviləsinə əvvəl xx.xx.2006-cı il tarixli 342/K nömrəli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən, daha sonra xx.xx.2010-cu il tarixli 208/K nömrəli əmrlə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. Bu tarixdən 5 ay 16 gün keçdikdən sonra, o, xx.xx.2011-ci il tarixli 165/K nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinin Daşınmaz əmlakın texniki inventarlaşdırma şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən yenidən xitam verilmişdir.

2. 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-3/31/2-137/2023 nömrəli məktubunda göstərilir ki, İddiaçı xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək məzuniyyətə çıxması ilə əlaqədar əmrlərdən çıxarışlar, həmçinin həmin dövr üçün ona istifadə edilməmiş məzuniyyət günləri üçün kompensasiyanın ödənilib-ödənilməməsi barədə məlumat “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində aşkar edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya (pul əvəzi) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, o, hazırkı adı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində uzun müddət müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşdən çıxması ilə bağlı qeyd olunan əmrin verilməsi zamanı onun xx.xx.1993cü ildən xx.xx.2006-cı ilədək olan dövrü əhatə edən illər zamanı istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya hesablanaraq ona verilməmişdir. Bu barədə cavabdehə ünvanladığı müraciətə cavab olaraq 19 iyul 2022-ci il tarixli məktubla bildirilmişdir ki, müraciətə baxılmış, lakin qeyd edilən illər üzrə bu məsələ ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. O, xx.xx.1980-ci il tarixdən cavabdehin hüquqi varisi olduğu müəssisədə əmək fəaliyyətinə başlamışdır. Qanunvericiliyə əsasən, xx.xx.1993-cü ildən istifadə edilməmiş əmək məzuniyyətinə görə iddiaçının kompensasiya almaq hüququ yaranmışdır. xx.xx.2006-cı ildən xx.xx.2022-ci ilədək olan dövrə görə cavabdehin iddiaçıya istifadə edilməmiş əmək məzuniyyətinə görə hər hansı borcu yoxdur. Qeyd olunan tələb ancaq xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək olan dövrü əhatə edir. Məhkəməyə müraciət edilməmişdən əvvəl və sonradan mediasiya qurumu tərəfindən ilkin mediasiya sessiyasında cavabdehi iştiraka dəvət etsələr də, cavabdeh mediasiya mərhələsində iştirak üçün dəvətə cavab verməmişdir. Hesab edir ki, cavabdehin müraciətinə edilən cavabı müraciətdən imtina kimi qiymətləndirilməlidir. Onunla bağlanmış əmək müqaviləsinə struktur dəyişikliyi ilə bağlı xx.xx.2010-ci il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verildikdən sonra, o, yeni idarəyə işə qəbul ediləcəyini gözləmişdir və xx.xx.2011-ci il tarixdə yeni idarədə texniki inventarlaşdırma şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. Həmin vaxt yenidən işə qəbul ediləcəyini bildiyi üçün xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək olan dövrü əhatə edən illər zamanı istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya hesablanaraq ödənilməsini tələb etməmişdir. O, xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi müxtəlif vəzifələrdə işləmişdir və xx.xx.2022-ci ildə öz xahiş ilə işdən azad ediləndən sonra, qərara gəlmişdir ki, xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək olan dövrü əhatə edən illər zamanı istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya ödənilməsini tələb etsin. Hesab edir ki, eyni müəssisədə işləməyə davam etdiyinə görə iddia müddətini ötürməmişdir.

3. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-247/2023 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövr ərzində istifadə etmədiyi məzuniyyət günlərinəgörə kompensasiyanın (pul əvəzinin) hesablanaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən İddiaçı ödənilməsi qət edilmişdir.

4. Həmin qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-247/2023 saylı qiyabi qətnaməsinin ləğv edilərək işin mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-247/2023 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-247/2023 saylı qiyabi qətnaməsi ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması xx.xx.2023-cü il tarixə saat 10:10-a təyin edilmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-247/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə cavabdeh əsl cavabdehlə, yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi ilə əvəz edilmiş, 2(060)-247/2023 saylı mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı 1993-2006-cı illər ərzində məzuniyyət hüququndan istifada etmədiyini iddia edir. İddiaçı ilə müxtəlif illərdə ayrı-ayrılıqda bağlanmış əmək müqavilələri 2006, 2010 və 2022-ci illərdə ləğv edilmişdir və işçi ilə hər dəfə son haqq-hesab edilmişdir. Eləcə də, xx.xx.1993-xx.xx.2006-cı illərə aid son haqq-hesab edilmişdir. İşçi bütün illər ərzində məzuniyyətindən istifadə etmiş və istifadə etmədiyi hallarda isə onunla son haqqhesab aparılarkən kompensasiyası ödənilmişdir. Arxiv sənədləri 3 ildən bir məhv edildiyinə görə xx.xx.1993-xx.xx.2006-cı illərə aid sənədlər idarənin arxivində saxlanılmamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə struktur dəyişikliyi ilə bağlı xx.xx.2010-ci il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. Bundan xeyli müddət keçəndən sonra iddiaçı ilə yenidən əmək müqaviləsi bağlanmaqla xx.xx.2011-ci il tarixdə texniki inventarlaşdırma şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2010-ci il tarixdə xitam verilərkən onun son haqq-hesabı ödənilmişdir. Əgər ödənilməmiş olsaydı iddiaçı xx.xx.2010-ci il tarixdə xx.xx.1993- xx.xx.2006-cı illər ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya ödənilməsini tələb edərdi. Hesab edir ki, iddiaçıya xx.xx.1993-xx.xx.2006-cı illər ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya ödənilmədiyi halda, iddiaçının həmin kompensasiyanı tələb etmək hüququ xx.xx.2010-cu il tarixdə yaranmışdır və Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbinə uyğun olaraq bu hüquqdan xx.xx.2011-ci il tarixdək istifadə edə bilərdi. İddiaçı bir illik iddia müddətini buraxaraq 12 ildən sonra xx.xx.2022-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. İddia müddətinin keçməsi iddia tələbinin rədd edilməsi üçün əsasdır.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3619/2023 nömrəli, 14 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə struktur dəyişikliyi ilə bağlı xx.xx.2010-ci il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2010-cu il tarixdə xitam verilərkən onunla son haqq-hesab aparılmışdır. Bundan 5 ay 16 gün keçəndən sonra İddiaçı xx.xx.2011-ci il tarixdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinin daşınmaz əmlakın texniki inventarlaşdırma şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdən 17ci dərəcə vəzifə maaşı ilə 2 saylı Sumqayıt Ərazi İdarəsinin baş mühəndisi vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İşdən azad edilərkən ona son haqqhesabı ödənilmişdir.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı rəhbər vəzifələrdə işləməklə özünün hüquqlarını kifayət qədər yaxşı bilmişdir, əgər iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2010-ci il tarixdə xitam verilərkən onun son haqq-hesabı ödənilərkən, xx.xx.1993xx.xx.2006-cı illər ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya ödənilməsəydi, iddiaçı xx.xx.2010-ci il tarixdə ona kompensasiyanın ödənilməsini tələb edərdi. İddiaçıya xx.xx.1993-xx.xx.2006-cı illər ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya ödənilmədiyi halda, iddiaçının həmin kompensasiyanı tələb etmək hüququ xx.xx.2010-cu il tarixdə yaranmışdır və Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq bu hüquqdan bir il ərzində xx.xx.2011-ci il tarixədək istifadə edə bilərdi. İddiaçı bir illik iddia müddəti bitdikdən sonra, yəni xx.xx.2011-ci ildən 11 il keçəndən sonra xx.xx.2022-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. Cavabdeh iddia müddətinin tətbiqinə dair elektron kabinet vasitəsilə məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə təqdim etmişdir. İddia müddətinin keçməsi iddia tələbinin rədd edilməsi üçün əsasdır.

Apelyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3619/2023 nömrəli, 14 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, uzun müddət cavabdeh qurumda müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləmə xitam verilmişdir. İşdən çıxmağı ilə bağlı qeyd olunan əmrin verilməsi zamanı iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2006- cı ilə qədər dövrü əhatə edən illər zamanı istifadə etmədiyi əmək məzunniyətinə görə kompensasiya hesablanaraq ona verilməmişdir. Onunla bağlanmış əmək müqaviləsinə cavabdeh qurumdakı struktur dəyişikliyi ilə bağlı xx.xx.2010-ci il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərkən, ona yeni yaradılacaq quruma işə qəbul ediləcəyi bildirilmiş və bunun nəticəsi olaraq iddiaçı xx.xx.2011-ci il tarixdə yeni idarədə texniki inventarlaşdırma şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. Həmin vaxt yenidən işə qəbul ediləcəyini bildiyi və nəticə olaraq struktur dəyişkliyi əsasında yeni yaradılmış quruma işə qəbul edildiyi üçün xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək olan dövrü əhatə edən illər zamanı istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya hesablanaraq ödənilməsini tələb etməmişdir. Bundan başqa, "Azərbaycan Respublikası Əmək Məcəlləsinin3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2010-cu il tarixdə xitam verilərkən ona xx.xx.1993xx.xx.2006-cı illər ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya ödənilməsi iş materialları ilə sübuta yetirilməmişdir. Əksinə iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 22 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-3/31/2-137/2023 nömrəli məktubunda göstərilmişdir ki, onun xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək məzuniyyətə çıxması ilə əlaqədar əmrlərdən çıxarışlar, həmçinin həmin dövr üçün ona istifadə edilməmiş məzuniyyət günləri üçün kompensasiyanın ödənilib-ödənilməməsi barədə məlumat “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqişəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində aşkar edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2010cu il tarixdə xitam verilərkən ona xx.xx.1993-xx.xx.2006-cı illər ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya ödənilməsi barədə nəticəyə gəlsə də qətnamədə bununla bağlı heç bir mötəbər sübut göstərliməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı uzun ilər orada işləyib. Yasamal Rayon Məhkəməsində cavabdeh qurumun nümayəndəsi iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmişdir. Məhkəmə qətnaməsinin əsasını da ele həmin ərizə təşkil etdi, yəni iddia müddətinə əsaslanıb iddia təmin eedilməmişdir. İddiaçının çalışdığı qurum bir neçə dəfə struktur dəyişikliyinə məruz qalmışdır, bununla bağlı iş materiallarında müvafiq fərmanlar da vardır. Ən son Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 2010-cu ilin dekabrın 21-də əmək müqaviləsinə struktur dəyişikliyi ilə bağlı xitam vermişdir və heç 6 ay keçmədən 5 ay 16 gün sonra şəxs işinə bərpa olunmuşdur. Şəxs əvvəlcədən bunun struktur dəyişikliyi ilə bağlı olduğunu və işə bərpa olunacağını bilmişdir. Daha sonra şəxs işə bərpa da olmuşdur. Məhkəmənin əsaslandığı əsaslardan biri də guya o vaxt, 2010-cu ilin dekabrında iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən ondan sonra haqq-hesab aparılan zaman istifadə olunmamış məzuniyyətin əvəzi odənilmiş, lakin bununla bağlı iş materiallarında heç bir subut yoxdur. Qurumun verdiyi məktub iş materiallarında mövcuddur. Məktuba əsasən İddiaçı 1 yanvar 1993-cü tarixdən 1 yanvar 2006-cı il tarixinədək məzuniyyətə çıxması ilə əlaqədər əmrdən çıxarışlar askar olunmamış və həmin dövr üçün istifadə edilməmiş məzunniyət günləri üçün kompensasiya ödənilibödənilməməsi barədə məlumat Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsində aşkar olunmamışdır. Həmçinin məzuniyyətlə bağlı əmrlər də aşkar olunmamışdır, çünki bu adam istifadə etməyib, ona görə də nə əmr, nə də kompensasiya aşkar olunmamışdır. Məhkəmə iddia müddəti ilə bağlı ziddiyyət təşkil edən əsaslandırma həyata keçirmişdir. Belə ki, bir tərədən məhkəmə qeyd edir ki, 2010-cu ildə son haqq-hesab ödənilib, son haqq-hesab ödənilməsə idi, 1 il müddətində verilməli idi. Yəni bu əsaslandırma özlüyündə ziddiyət təşkil edir. O da həmin vaxt işin çoxluğu ilə əlaqədər məzuniyyətə çıxmamışdır. Bu adam hüquqşünas deyil və hüquqlarının pozulmasını bilməmişdir və Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, şəxs pul tələbi ilə bağlı mübahisələrdə hüquqlarının pozuldugunu bildiyi andan 1 il müddətində məhkəməyə müraciət etmək hüququna malikdir. Şəxs 2022-ci ildə yekun olaraq işdən çıxan zaman müraciət etmiş və həmin qurumdan imtina almış və onda ona məlum olmuşdur ki, hüquqları pozulmuşdur. 15.Məhkəmə iclasında iştirak edən X4 Xidmətinin nümayəndəsi X3 apellyasiya şikayətini əsassız hesab etdiyini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3619/2023 nömrəli, 14 avqust 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əsas iddia Əmək Məcəlləsinin 135-ci maddəsinə tələblərinə uyğundur. Azerbaycan Respublikasının Əmək Məcəlləsinin 135-ci maddəsində göstərilir ki, əgər hər hansı səbəbdən işçiyə əmək məzuniyyəti verilməmişdirsə, həmin müvafiq iş illəri üçün işəgötürən işçiyə kompensasiya ödənilməlidir. Digər tərəfdən ödənib-ödənilməməsi ilə bağlı fərdi əmək mübahisəsi yarandığına görə bu məsələlərə məhkəmə tərəfindən baxılır. ƏM-nin 135-ci maddəsinin tələblərinə əsasən kompensasiya ödənilməli idi. Əgər şəxs 5 il işləyib və həmin illər üzrə müvafiq iş illərinə gorə əmək məzuniyətindən istifadə etmədiyi halda əgər 5 ildən sonra onun əmək müqaviləsinə xitam verilirsə son haqq-hesabda 5 il üzrə bütün kompensasiyalar ödənilməlidir. Əmək müqaviləsinə xitam verilən gün, yəni işçinin son iş günü bütun haqqhesablar, əmək məzuniyyəti ilə bağlı bütün haqq-hesablar ödənilməlidir. 16.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 18.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Əmək müqaviləsinə xitam verilən günü (xx.xx.2006-cı il tarixi) qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Məcəlləsinin

21.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 22.9-cu maddəsinin “x” bəndinin tələblərinə görə işçinin hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək kimi əmək hüququ vardır. 23.83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 24.113.1-ci və 113.3-cü maddələrinə əsasən, əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrıayrılıqda istifadə edə bilər. 25.135-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş əsas məzuniyyətlərin (21 və ya 30 təqvim günü) bir iş ilindən başqa iş ilinə keçirilməsi, habelə əmək məzuniyyətlərinin dalbadal iki il ərzində verilməməsi qadağandır. Əmək şəraitinə görə əlavə məzuniyyət hüququ olan işçilərə, habelə yaşı 18-dən aşağı olan işçilərə, hamilə qadınlara bir iş ilindən artıq dövrün əmək məzuniyyətinin verilməməsi və ya onun başqa iş ilinə keçirilməsi qadağandır.

26. 143.2-ci maddəsinə əsasən, işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə, ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. 27.144.1-ci və 144.2-ci maddələrinə əsasən, əmək müqaviləsi ləğv edilənədək əmək münasibətlərində olan işçilərə bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətləri faktik olaraq verməyərək həmin məzuniyyətlərin pul ilə əvəz edilməsi qadağandır. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 28.172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdənçıxdığı gün verilir. 29.195-ci maddəsinin d bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 30.296.4 və 296.6-cı maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

31.14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 32.77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 33.77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 34.88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 35.218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlarına görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

37.Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 38.İş materiallarından göründüyü kimi İddiaçı xx.xx.1980-ci ildə Sumqayıt Tİ və MHQİyə işə qəbul edilmiş, tərəf olduğu əmək müqaviləsinə əvvəl xx.xx.2006-cı il tarixli 342/K nömrəli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən, daha sonra xx.xx.2010-cu il tarixli 208/K nömrəli əmrlə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. Bu tarixdən 5 ay 16 gün keçdikdən sonra, o, xx.xx.2011-ci il tarixli 165/K nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinin Daşınmaz əmlakın texniki inventarlaşdırma şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən yenidən xitam verilmişdir.

39. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək olan dövrü əhatə edən illər zamanı istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya hesablanaraq ona verilmədiyinə istinad edir, cavabdeh isə iddiaya verdiyi etirazda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2010-ci il tarixdə xitam verilərkən son haqq-hesabının aparıldığını, əks halda iddiaçının xx.xx.2010-ci il tarixdə xx.xx.1993-xx.xx.2006-cı illər ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya ödənilməsini tələb etmək hüququ 12 ildən sonra xx.xx.2022-ci il tarixdə məhkəmədə iddia qaldırmaqla itirdiyini bildirmişdir. Cavabdeh iddia müddətinin tətbiqinə dair elektron kabinet vasitəsilə məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə təqdim etmişdir.

40. Birinci instnasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı rəhbər vəzifələrdə işləməklə özünün hüquqlarını kifayət qədər yaxşı bilmişdir, əgər iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2010-ci il tarixdə xitam verilərkən onun son haqqhesabı ödənilərkən, xx.xx.1993-xx.xx.2006-cı illər ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya ödənilməsə idi, iddiaçı xx.xx.2010-ci il tarixdə ona kompensasiyanın ödənilməsini tələb edərdi. İddiaçıya xx.xx.1993-xx.xx.2006-cı illər ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya ödənilmədiyi halda, iddiaçının həmin kompensasiyanı tələb etmək hüququ xx.xx.2010-cu il tarixdə yaranmışdır və Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq bu hüquqdan bir il ərzində xx.xx.2011-ci il tarixədək istifadə edə bilərdi. İddiaçı bir illik iddia müddəti bitdikdən sonra, yəni xx.xx.2011-ci ildən 11 il keçəndən sonra xx.xx.2022-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır.

41. Məhkəmə kollegiyası birinci instnasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məzuniyyət hüququndan istifadə edilməməsi ehtimal edilən dövrdə, həmçinin əmək müqaviləsinə xitam verilən (ilk dəfə xx.xx.2006-cı) tarixdə qüvvədə olmuş Əmək Məcəlləsinin redaksiyasına görə bu Məcəllə ilə müəyyən edilmiş əsas məzuniyyətlərin (21 və ya 30 təqvim günü) bir iş ilindən başqa iş ilinə keçirilməsi, habelə əmək məzuniyyətlərinin dalbadal iki il ərzində verilməməsi qadağandır. Əmək müqaviləsi ləğv edilənədək əmək münasibətlərində olan işçilərə bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətləri faktik olaraq verməyərək həmin məzuniyyətlərin pul ilə əvəz edilməsi qadağandır. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir (135ci və 144-cü maddələr).

42. Mübahisə yarandığı zaman qüvvədə olmuş əmək qanunvericiliyinə görə əsas məzuniyyətlərin bir iş ilindən başqa iş ilinə keçirilməsi, habelə əmək məzuniyyətlərinin dalbadal iki il ərzində verilməməsinin qadağan olduğu nəzərə alınsa, iddiaçı hüququnun pozulduğundan əmək münasibətlərinə xitam verilməmişdən daha əvvəl məlumatlı idi. Belə ki, əmək məzuniyyəti verilməsi şərtləri nəzərə alınmaqla, məzuniyyət verilmədiyi halda iddiaçıda onun əmək hüquqlarının pozulması əlamətlərinin mövcudluğu barədə fikir formalaşmalı idi.

43. Nəzərə alınmalıdır ki, İddiaçı tərəfi olduğu əmək müqaviləsinə 2022-ci ildən əvvəl xx.xx.2006-cı il tarixli 342/K nömrəli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən, daha sonra xx.xx.2010-cu il tarixli 208/K nömrəli əmrlə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. Əmək münasibətlərinə xitam verilərkən iddiaçının onunla son haqq-hesabın düzügün aparılmadığını və ya ümumiyyətlə aparılmadığını bilə-bilə hər dəfəsində hüquqlarının müdafiəsindən imtina etməsi də ağlabatan deyildir.

44. Bundan başqa, iddiaçının gələcəkdə tərəf olduğu əmək münasibətlərinə xitam verildikdən sonra ona daha böyük miqdarda kompensasiya ödənilməsini gözləməsi də məntiqli deyildir. Belə ki, qanunverici, istifadə olunmamış məzuniyyətlər üzrə kompensasiya almaq imkanını məzuniyyət əvəzi və pul kompensasiyası toplamaq üsulu kimi deyil, istirahət hüququnun təmin edilməsi zərurəti kimi nəzərdə tutur. Göründüyü kimi iddiaçının irəli sürdüyü dəlillər heç bir sübut növü ilə təsdiq edilməməklə mülahizə xarakter daşıyır və halların mövcudluğu ehtimalı belə ağlabatan deyildir.

45. 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən İddiaçı xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək məzuniyyətə çıxması ilə əlaqədar əmrlərdən çıxarışların, həmçinin həmin dövr üçün ona istifadə edilməmiş məzuniyyət günləri üçün kompensasiyanın ödənilib-ödənilməməsi barədə məlumatların aşkar edilmədiyi də kollegiya iddiaçının illər sonra pozulması ehtimal edilən hüquqların vaxtında müdafiəsində maraqlı olmadığı ilə əlaqələndirir. Belə ki, iddiaçının ağlabatan müddət ərzində müraciət etməməsi hazırki mülki iş üçün əhəmiyyət kəsb edən sübutların toplanmasını və saxlanmasını mümkünsüz edir.

46. Mübahisləndirilən qətnamədən aydın olduğu kimi, birinci instansiya məhkəməsi iddianı rədd edərkən iki hala istinad etmişdir. Belə ki, məhkəmə son haqq-hesabın həyata keçirilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsinin aşkar edilmədiyini, eyni zamanda iddiaçının fərdi əmək mübahisəsinin həll edilməsi üçün müəyyən edilmiş 1 illik iddia müddətini ötürdüyünü göstərərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir.

47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməsinə istinadən rədd edilməli olmasına dair qənaəti ilə əlaqədar qeyd etməyi zəruri sayır ki, yuxarıda qeyd edilənlərə əsasən əmək müqaviləsinə xitam verilərkən iddiaçının subyektiv hüququnun pozulduğu aşkar edilməmişdir. Beləliklə iddiaçının istinad etdiyi hallar müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan iddia müddətinin tətbiqi məsələsi məhkəmə tərəfindən müzakirə edilməli deyildir.

48. Buna baxmayaraq kollegiya qeyd edir ki, iddiaçı, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən istifadə olunmamış məzuniyyət üzrə kompensasiya almaq tələbi ilə əmək müqaviləsinə xitam verildiyi andan qanunvericiliklə müəyyən edilmiş müddətdə (1 il ərzində) məhkəməyə müraciət etməli idi.

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti ümumilikdə düzgündür və mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 50.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 51.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3619/2023 nömrəli, 14 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar