Məhkəmə qərarları › İş №2(103)-6320/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6320/2021

02.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6320/2021 02.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə Cavabdeh2, İlkin iddia üzrə cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxslər X8 və X9 nümayəndəsi (eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 hüquqi varisi) Cavabdeh4, Cavabdeh4 vəkili X36, Müstəqil tələb irəli sürən üçüncü şəxs X10, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs, eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 nümayəndəsi X27 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MTK və Bakı şəhəri İcra Hakimiyyəti cəlb olunmaqla “mənzildən məcburi çıxarılması, mənzilə köçürülmə, maneələrin aradan qaldırılması və qeyri-qanuni hərəkətlərinə son qoyulması tələbinə dair” ilkin iddia ərizəsinə, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “miras əmlakda payların müəyyən edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsinə, müstəqil tələb irəli sürən üçüncü şəxslər X10, X14 və X9 cavabdeh İddiaçı qarşı “çıxarışın ləğv edilməsi və paylarının tanınması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli 2(009)-35/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs – "xxxx" MTK və Bakı şəhəri İcra Hakimiyyəti cəlb olunmaqla) qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Yasamal rayonu, Üzeyir Hacıbəyov küçəsi, 27 saylı evin, 107 saylı mənzildən məcburi çıxarılması, onun həmin mənzilə köçürülməsi, maneələrin aradan qaldırılması və qeyri-qanuni hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 21 mart 1975-ci il tarixdə Bakı Sovetinin 133599 saylı order əsasında Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 711-ci kvartalda yerləşən 27 saylı evin 107 nömrəli kooperativ mənzil məhrum atası X20 verilmiş və həmin ili onlar 5 nəfər ailə üzvü ilə birlikdə həmin mənzilə köçüb yaşamağa başlamışlar. 15 avqust 1975-ci il tarixdə atası rəhmətə gedəndən sonra 2014-cü il tarixdə ailə üzvləri öz paylarından imtina edərək həmin mənzilin özəlləşməsinə etiraz etməyərək onun adına özəlləşdirilmiş və 10 may 2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına Çıxarış verilmişdir. 2011-ci il tarixdə cavabdehlərin Banka borcları olduqlarından öz mənzillərini satdıqlarına görə o, ailəsi ilə birlikdə qaynanasının evinə köçmüş və öz mənzilini müvəqqəti yaşamaq üçün onlara vermişdir. 2018-ci il tarixdə o, cavabdehlərə mənzilindən çıxmağı təklif edəndə cavabdehlər xüsusi mülkiyyətində olan mənzilini boşaltmaq istəməmişlər və onu mülkiyyətində olan mənzilinə buraxmamışlar. Hal-hazırda cavabdehlər ona məxsus həmin mübahisəli mənzildə yaşayırlar, onu həmin mənzilə buraxmırlar və onlardan mənzildən çıxmalarını tələb etsə də, onlar buna məhəl qoymamışlar. Cavabdeh4 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi, daha sonra isə qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə bir neçə ərizə ilə məhkəməyə müraciət edərək, nəticə etibarı ilə, ilk iddia tələbinin rədd edilməsi, İddiaçı "xxxx" MTK-ya üzv qəbul edilməsi, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 27, y/sahəsi 49,34 kv.m olan 107 saylı 3 otaqlı mənzilin və payın onun adına rəsmiləşdirilməsi barədə Cavabdeh4 və X9 razılıq ərizələrinin, "xxxx" MTK-nın müvəkkilləri iclasının 08.12.2007-ci il tarixli, 4 saylı protokolunun, protokol əsasında qəbul edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ təsərrüfatı İdarəsinin 130 nömrəli, 17.12.2007-ci il tarixli sərəncamının, Bakı şəhəri, Səbail rayonu, Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilinin İddiaçı adına qeydiyyata alınmasına dair İsayeva (Abdullayeva) Həqiqət Əsədulla qızı, X28, X37 və X15 tərəfindən verilmiş razılıq ərizələrinin etibarsız hesab edilərək ləğv edilməsi, İddiaçı adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 10.05.2014cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* olan çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi, həmin mənzilin 1/6 hissəsinə İddiaçı, 1/6 hissəsinə Cavabdeh4, 1/6 hissəsinə Cavabdeh1 paylarının müəyyən olunması və mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh4 və Cavabdeh1 qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzili 1975-ci ilin əvvəllərində Bakı Sovetinin 133599 saylı Orderi əsasında ataları X20 verilmişdir. Mənzil verildikdən dərhal sonra bütün ailə üzvləri həmin mənzilə köçüb yaşamağa başlamışlar. Belə ki, onlar dörd bacı və beş qardaş olmuşlar. Bacıları - 23.05.1947-ci il təvəllüdlü X14, 28.11.1951-ci il təvəllüdlü X10, xx.xx.1953-cü il təvəllüdlü Cavabdeh1 və xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh4, qardaşları - 1945-ci il təvəllüdlü X23, 1949-cu il təvəllüdlü X29, 1958-ci il təvəllüdlü X24, 1956-cı il təvəllüdlü İddiaçı 1966-cı il təvəllüdlü X15 olmuş, qardaşlarından Bayram 2005-ci il tarixdə, Aydın 2002-ci il tarixdə və Füzuli 2003-cü il tarixdə vəfat etmişdir. Hazırda qanun üzrə birinci növbəli vərəsələrin sayı 6 nəfər - Mətanət, Həqiqət, Xanımana, Fəridə, Vaqif və Firdovsi olmuşdur. Ataları 1975-ci ilin avqustunda, anaları 1998-ci il tarixdə vəfat etmişdir. Sözügedən mənzil Azərbaycan SSR Yazıçılar İttifaqının "xxxx" mənzil inşaatı kooperativi üzvülüyünə əsaslanan kooperativ mənzil olduğu üçün ataları həmin mənzilə görə pay haqqı ödəmişdir. Ataları vəfat etdikdən sonra mənzilin pay haqqının ödənişləri atalarının adına olsa da anaları X33 tərəfindən həyata keçirilmişdir. Sonuncu ödəniş 1988-ci ilin aprel ayında olmuş, bununla da, yəni kooperativ pay haqqı tam şəkildə ödənildiyi üçün yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzili qanunvericiliyə müvafiq qaydada X16 mülkiyyətinə keçmişdir. Başqa sözlə, ilk iddia üzrə İddiaçı onları çıxarmaq istədiyi mübahisəli mənzil ataları X11 miras qalmış əmlakdır və həm vərəsəlik açılana qədər, həm də vərəsəlik açıldıqdan sonra, yəni X30 vəfat etdikdən sonra, o cümlədən ilk 6 ay ərzində və mənzilin kooperativ pay haqqı ödənilib qurtaranadək onlar həmin mənzildə yaşamışlar, miras əmlakı faktiki olaraq idarə etmişlər və bununla da mirası qəbul etmişlər. Mirası qəbul etdikləri vaxtdan miras əmlak onların mülkiyyətindədir. Qeyd etdiyi faktiki münasibətlərin rəsmiləşməməsi, yəni miras əmlaka vərəsəlik şəhadətnaməsi alınması ilə bağlı notariat kontoruna müraciət etməməkləri yaşadıqları ailə-mental dəyərlərlə bağlı olmuşdur. Zaman gələcək və ailələrində, qardaş bacılar arasında ata mülkünün mübahisəsi gedəcək düşüncəsi onların ailə dəyərlərinə yad olmuşdur. Digər tərəfədən, mirası faktiki qəbul etdiklərindən və hər biri mənzilə sahiblik etdiklərindən, yəni ona öz əmlakları, mülkiyyətləri kimi yiyələndiklərindən fərqli düşüncəyə yer qalmamışdır. İlk iddia üzrə iddiaçı iddia ərizəsində qeyd edir ki, “15 avqust 1975-ci il tarixdə atası rəhmətə gedəndən sonra 2014-cü il tarixdə ailə üzvləri öz paylarından imtina edərək həmin mənzilin özəlləşməsinə etiraz etməyərək onun adına özəlləşdirilmiş və 10 may 2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən onun adına Çıxarış verilmişdir”. Bununla bağlı ilk növbədə onu bildirmək istəyir ki, ilk iddia üzrə iddiaçının “öz paylarından imtina edərək” ifadəsi miras əmlakda paylarının mövcudluğunun etirafı kimi qiymətləndirilməlidir. Digər tərəfdən ilk iddia üzrə iddiaçının “ailə üzvləri... mənzilin özəlləşməsinə etiraz etməyərək” ifadəsi ilə bağlı bildirirlər ki, altı bacı-qardaşdan yalnız ikisi, Həqiqət və Firdovsi tərəfindən ərizələr verilmişdir ki, onlar da mənzilin gələcəkdə satılması və onlara, o cümlədən hər bir vərəsəyə çatan payın əldə edilməsi məqsədilə ərizə verdiklərini bildirirlər. İlk iddia üzrə iddiaçının onların mübahisəli mənzildən çıxarılmaqları ilə bağlı məhkəməyə müraciəti onun onları aldadaraq evi ələ keçirmək kimi pis niyyətini ortaya qoymuşdur. O da qeyd olunmalıdır ki, Həqiqət beyin qan dövranın kəskin pozğunluğu işemik insult xəstəliyindən əziyyət çəkir. Maraqlıdır, səhhətində belə bir ciddi problemi olan bir xəstənin imzası nə qədər etibarlı ola bilər və daha maraqlısı odur ki, ilk iddia üzrə iddiaçı onun vərəsəlik hüququna hörmət etməməyi azmış kimi, belə bir ağır xəstəliyə düçar olmuş doğma bacısını bütün vərəsələrə məxsus ata mülkündən çıxarmağı da göz önünə almışdır. Hesab edir ki, ilk iddia üzrə iddiaçının bu hərəkətləri nə hüquqa, nə də mənəvi-etik normalara adekvat deyildir. Bu mənada Cavabdeh1 tərəfindən sözügedən mənzilin İddiaçı adına rəsmiləşdirilməsi ilə bağlı verilmiş razılıq ərizəsi etbarlı hesab edilə bilməz. Digər tərəfdən, miras əmlak hər iki vərəsə, yəni həm Həqiqət, həm də Firdovsi tərəfindən faktiki qəbul edilmişdir. Buna görə də qanunvericiliyin tələbinə əsasən miras qəbul edildikdən sonra ondan imtina etməyə yol verilmir. Mirası qəbul etmiş vərəsələrin sayına (altı nəfər) uyğun olaraq sözügedən miras əmlakdan vərəsələrin hər birinin payı 1/6 hissədə müəyyən olunmalıdır. Müstəqil tələb irəli sürən üçüncü şəxs X15 cavabdeh İddiaçı qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı "xxxx" MTKya üzv qəbul edilməsi, Bakı şəhəri, Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi, ev 27, y/sahəsi 49,34 kv.m olan 107 saylı 3 otaqlı mənzilin və payın onun adına keçirilməsi barədə Cavabdeh4 və X9 ərizələrinin, "xxxx" MTK-nın müvəkkilləri iclasının 08.12.2007-ci il tarixli, 4 saylı protokolunun, həmin protokol əsasında qəbul edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 130 nömrəli, 17.12.2007ci il tarixli sərəncamının, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilinin İddiaçı adına qeydiyyata alınmasına dair İsayeva (Abdullayeva) Həqiqət Əsədulla qızı, X28, X37 və X15 tərəfindən verilmiş razılıq ərizələrinin etibarsız hesab edilməsi, İddiaçı adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən 10.05.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* olan çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi və həmin mənzilin 1/6 hissəsinə onun payının müəyyən olunması və mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X9 iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 25.02.1966-cı il tarixdə Cəlilabad rayonunun Maşlıq kəndində anadan olmuşdur. Belə ki, mübahisəli mənzil olan Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzili atası X11 miras qalmış əmlakdır. Miras qoyan X30 15.08.1975-ci il tarixdə vəfat etmiş, atası vəfat etməzdən əvvəl və vəfat edən vaxt, o cümlədən ilk altı ay müddətində və sonrakı uzun illər ərzində o, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır. Hal-hazırda da pasport qeydiyyatı sözügedən mənzilədir. Hesab edir ki, o da digər vərəsələr kimi həmin vaxt həmin ünvanda yaşamaqla miras əmlakı qanunla müəyyən edilmiş müddətdə qəbul etdiyindən qeyd edilən miras əmlakda onun da vərəsə kimi payı müəyyən edilməlidir. Əlavə olaraq bildirir ki, mübahisəli mənzil 2014-cü il tarixdə İddiaçı adına rəsmiləşəndə mənzilin gələcəkdə satılaraq bütün ailə üzvlərinin payının verilməsi məqsədilə onun tərəfindən belə bir razılıq verilmişdir. İddiaçı məhkəməyə hazırki iddiasından sonra bilmişdir ki, sonuncu onunla belə bir razılığa gələndə heç də verdiyi sözdə səmimi olmamışdır. Başqa sözlə, mənzili pis niyyətlə, bütün bacı və qardaşları ata mülkündən uzaqlaşdırmaqla mənzli ələ keçirmək niyyəti ilə öz adına sənədləşdirmişdir. Hesab edir ki, bu yolverilməzdir, buna görə də həmin razılıq etibarsız hesab edilməklə mübahisəli mənzilə dair İddiaçı adına verilmiş Dövlət Reyestr Xidmətindən Çıxarış ləğv edilməli və həmin mənzilin 1/6 hissəsinə onun payı müəyyən olunmalı və mülkiyyət hüququ tanınmalıdır. Müstəqil tələb irəli sürən üçüncü şəxs X14 cavabdeh İddiaçı qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı "xxxx" MTKya üzv qəbul edilməsi, Bakı şəhəri, Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi, ev 27, y/sahəsi 49,34 kv.m olan 107 saylı 3 otaqlı mənzilin və payın onun adına keçirilməsi barədə Cavabdeh4 və X9 ərizələrinin, "xxxx" MTK-nın müvəkkilləri iclasının 08.12.2007-ci il tarixli, 4 saylı protokolunun, həmin protokol əsasında qəbul edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 130 nömrəli, 17.12.2007ci il tarixli sərəncamının, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilinin İddiaçı adına qeydiyyata alınmasına dair İsayeva (Abdullayeva) Həqiqət Əsədulla qızı, X28, X37 və X15 tərəfindən verilmiş razılıq ərizələrinin etibarsız hesab edilməsi, İddiaçı adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən 10.05.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* olan çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi və həmin mənzilin 1/6 hissəsinə onun payının müəyyən olunması və mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 23.05.1947-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuşdur. Həmin mülki işlə əlaqədar bildirmək istəyir ki, mübahisəli mənzil olan Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzili atası X11 miras qalmış əmlakdır. Miras qoyan X30 15.08.1975-ci il tarixdə vəfat etmişdir. Həmin mənzil onların ailəsinə verilən vaxt onlar ailəlikcə köçüb sözügedən mənzildə yaşamağa başlamışlar. Belə ki, o da ailənin bir üzvü kimi mübahisəli mənzildə yaşamışdır. Həm o zaman qüvvədə olmuş, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələbinə görə, o da digər vərəsələr kimi miras qoyanın birinci növbəli vərəsələrindəndir, buna görə də qeyd edilən miras əmlakda onun da vərəsə kimi payı müəyyən edilməlidir. Əldə etdiyi məlumata görə mübahisəli mənzilin 2014-cü il tarixdə İddiaçı Əsəd oğlunun adına sənədləşdirilməsi üçün İsayeva (Abdullayeva) Həqiqət Əsədulla qızından, X12, X25 və X5 razılıq ərizələri alınmışdır. Hesab edir ki, həmin razılıq ərizələri onun vərəsəlikdən irəli gələn mülkiyyət hüququnu pozduğu üçün etibarsız hesab edilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X10 cavabdeh İddiaçı qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı "xxxx" MTK-ya üzv qəbul edilməsi, Bakı şəhəri, Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi, ev 27, y/sahəsi 49,34 kv.m olan 107 saylı 3 otaqlı mənzilin və payın onun adına keçirilməsi barədə Cavabdeh4 və X9 ərizələrinin, "xxxx" MTK-nın müvəkkilləri iclasının 08.12.2007-ci il tarixli, 4 saylı protokolunun, həmin protokol əsasında qəbul edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 130 nömrəli, 17.12.2007ci il tarixli sərəncamının, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilinin İddiaçı adına qeydiyyata alınmasına dair İsayeva (Abdullayeva) Həqiqət Əsədulla qızı, X28, X37 və X15 tərəfindən verilmiş razılıq ərizələrinin etibarsız hesab edilməsi, İddiaçı adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən 10.05.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* olan çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi və həmin mənzilin 1/6 hissəsinə onun payının müəyyən olunması və mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 28.11.1951-ci tarixdə Cəlilabad rayonunda anadan olmuşdur. Həmin mülki işlə əlaqədar bildirmək istəyir ki, mübahisəli mənzil olan Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzili atası X11 miras qalmış əmlakdır. Miras qoyan X30 15.08.1975-ci il tarixdə vəfat etmişdir. Həmin mənzil onların ailəyə verilən vaxt onlar ailəlikcə köçüb sözügedən mənzildə yaşamağa başlamışlar. Belə ki, o da ailənin bir üzvü kimi mübahisəli mənzildə yaşamışdır. Həm o zaman qüvvədə olmuş, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələbinə görə o, da digər vərəsələr kimi miras qoyanın birinci növbəli vərəsələrindəndir, buna görə də qeyd edilən miras əmlakda onun da vərəsə kimi payı müəyyən edilməlidir. Əldə etdiyi məlumata görə mübahisəli mənzilin 2014-cü il tarixdə İddiaçı Əsəd oğlunun adına sənədləşdirilməsi üçün İsayeva (Abdullayeva) Həqiqət Əsədulla qızından, X12, X25 və X5 razılıq ərizələri alınmışdır. Hesab edir ki, həmin razılıq ərizələri onun vərəsəlikdən irəli gələn mülkiyyət hüququnu pozduğu üçün etibarsız hesab edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli 2(009)-35/2021 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 27 saylı evin, 107 saylı mənzilinə köçürülməsi, ilkin iddianın qalan hissələrdə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4 və Cavabdeh1 qarşılıqlı iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxslər X8, X9, X4 iddialarının qismən təmin edilməsi, İddiaçı "xxxx" MTK-ya üzv qəbul edilməsi, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 27, yaşayış sahəsi 49,34 kv.m olan 107 saylı 3 otaqlı mənzilin və payın onun adına rəsmiləşdirilməsi barədə Cavabdeh4 və X9 razılıq ərizələri, "xxxx" MTK-nın müvəkkilləri iclasının 08.12.2007-ci il tarixli, 4 saylı protokolu, həmin protokol əsasında qəbul edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ təsərrüfatı idarəsinin 130 nömrəli, 17.12.2007-ci il tarixli sərəncamı, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilinin İddiaçı adına qeydiyyata alınmasına dair İsayeva (Abdullayeva) Həqiqət Əsədulla qızı, X28, X37 və X15 tərəfindən verilmiş razılıq ərizələrinin etibarsız hesab edilməsi, İddiaçı adına olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 10.05.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, seriya RX ******* çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilə dair 2/14 hissədə İddiaçı payının müəyyən olunması və həmin paya mülkiyyət hüququnun tanınması, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilə dair 2/14 hissədə Cavabdeh4 payının müəyyən olunması və həmin paya mülkiyyət hüququnun tanınması, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilə dair 2/14 hissədə Cavabdeh1 payının müəyyən olunması və həmin paya mülkiyyət hüququnun tanınması, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilə dair 2/14 hissədə X8 payının müəyyən olunması və həmin paya mülkiyyət hüququnun tanınması, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilə dair 2/14 hissədə X4 payının müəyyən olunması və həmin paya mülkiyyət hüququnun tanınması, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilə dair 2/14 hissədə X9 payının müəyyən olunması və həmin paya mülkiyyət hüququnun tanınması, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4 və Cavabdeh1 qarşılıqlı iddia ərizəsi və müstəqil tələb irəli sürən üçüncü şəxslər X8, X9, X4 iddialarının qalan hissələrdə təmin edilməməsi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-xəttşünaslıq ekspertizalarının dəyəri 126 manat və 140 manat olmaqla, cəmi 266 manat pulun İddiaçı, cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1, Cavabdeh4 və müstəqil tələb irəli sürən üçüncü şəxslər X2, X6 və X5 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin qismən ilkin iddianın təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilməsi, ilkin iddia tələbinin tam təmin edilməsi və qarşılıqlı iddia tələbinin tam təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində işin faktiki halları sadalanmaqla, göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2, Cavabdeh4 və onun vəkili, X10 və X38 apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər. X38 bildirdi ki, atası Bakı şəhərində oxuyub, işlədiyi üçün mənzil 1971-ci ildə atasına verilmiş, 1973-cü ildə isə atası babasının xeyrinə imtina etmişdir. Əvvəllər mübahisəli evdə yaşamışlar, sonra bu evdən köçmüşlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər tərəflər məhkəməyə gəlməmiş və bunun səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 02.08.2021-ci il tarixli qərardadı ilə ilkin iddia tələbi üzrə Cavabdeh1 2021-ci il martın 23-də öldüyündən, həmin tələb üzrə prosessual hüquq varisliyinə isə yol verilmədiyindən, qətnamə ilkin iddia tələbi üzrə Cavabdeh1 aid hissədə ləğv edilib, həmin hissədə iş üzrə icraata xitam verilmiş, qarşılıqlı iddia tələbinə aid hissədə isə Cavabdeh1 hüquq varisi – bacısı Cavabdeh4 ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi və müstəqil tələb irəli sürən üçüncü şəxslərin tələbi isə təmin edilməməlidir. Tərəflərin valideynləri olan X30 ilə X21 nikahlarından 9 uşaq anadan olmuşdur: 23.05.1947-ci il təvəllüdlü X14, 28.11.1951-ci il təvəllüdlü X10, xx.xx.1953-cü il təvəllüdlü Cavabdeh1 və xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh4, qardaşları - 1945-ci il təvəllüdlü X23, 1949-cu il təvəllüdlü X29, 1958-ci il təvəllüdlü X24, 1956-cı il təvəllüdlü İddiaçı, 1966-cı il təvəllüdlü X15. Həmin övladlardan İsayev Aydın 2002-ci il tarixdə, İsayev Füzuli 2003-cü il tarixdə və İsayev Bayram 2005-ci il tarixdə vəfat etmişlər. Tərəflərin ataları X30 1975-ci ilin avqust, anaları X33 isə 1998-ci ilin aprel ayında vəfat etmişlər. İşdə olan sənədlər və tərəflərin izahatı ilə müəyyən edilir ki, mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 3 otaqlı 107 saylı mənzili ilkin olaraq Bakı şəhəri 26 Bakı Komissarları rayonu İcrayyə Komitəsinin 27.12.1971-ci il tarixli 19 saylı sərancamına əsasən, 107481 nömrəli order əsasında 7 nəfər ailə üzvü ilə (özü, atası, anası, 4 qardaşı) X17 verilmiş, mənzil "xxxx" Mənzil Tikinti Kooperativinə (bundan sonra MTK) məxsus olmuşdur. X48 Sovet Ordusunda xidmətdə olması ilə əlaqədar olaraq MTK-ya müraciət edərək kooperativ mənzildəki payının atası Əsədulla İsayevin adına keçirilməsini xahiş etmişdir. MTK-nın ümumi yığıncağının 19.11.1972-ci il tarixli qərarına əsasən Bayram İsayev kooperativ üzvlüyündən xaric edilmiş, Əsədulla İsayev isə kooperativə üzv qəbul olunmuşdur. Bakı şəhər İK-nin Mənzilkooperativ təsərrüfatının 02.03.1973-cü il tarixli 23/8-435 nömrəli vəsatətinə əsasən, Bakı şəhəri 26 Bakı Komissarları rayonu XDS İK-nin 16.03.1973-cü il tarixli 58/5036 nömrəli sərancamı ilə "xxxx" MTK-nın Ümumi Yığıncağının protokolu təsdiq edilmiş və Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 3 otaqlı 107 saylı mənzilinə X20 7 nəfər ailə üzvü ilə (özü, arvadı, 5 oğlu) order verilməsi, 107381 nömrəli orderin ləğv edilməsi qərara alınmışdır. Adıçəkilən sərancam əsasında X20 7 nəfər ailə üzvü ilə (özü, arvadı Sədirə, uşaqları Füzuli, Vaqif, Mətanət, Firdovsi və Bayram) 21.03.1973-cü il tarixli 133599 nömrəli order verilmişdir (c.1, i.v.111-112). X16 vəfatından sonra onun MTK-dakı üzvlüyünə xitam verilsə də, onun varisi ilə əvəz edilməsi üçün heç bir addım atılmamış, mübahisəli mənzilin pay haqqının ödənişləri isə mərhumun adına olmaqla arvadı X33 tərəfindən həyata keçirilmiş (tərəflərin izahatına əsasən), sonuncu ödəniş 1988-ci ilin aprel ayında olmuşdur, belə ki, "xxxx" MTK-nın 1988ci il aprel tarixli 107 saylı ödəniş qəbzinin surətindən (həmin sənədin mötəbərliyini tərəflər mübahisələndirməmişlər) görünür ki, mübahisəli mənzilə dair sonuncu pay haqqı ödənişi 1988-ci il tarixdə olmuşdur (c.1, i.v.71). Müəyyən edilmişdir ki, Aydın və Füzuli 1975-ci ildə Rusiyaya köçüb daimi olaraq orada yaşamış, mübahisəli mənzillə bağlılıqları olmamışdır, hazırda da məhkəmə tərəfindən işə cəlb olunmuş vərəsələrinin hər hansı tələbi yoxdur (c.3, i.v.7; c.2, i.v.250- 264). X14 1974-cü ildə, X10 1979-cu ildə ailə quraraq mübahisəli mənzildən köçmüşlər. Cavabdeh4 1988-ci ildə mübahisəli mənzildən çıxmış və 2009-cu il tarixdə öz evi satılandan sonra ailəsi ilə birlikdə mübahisəli mənzilə qayıtmışdır və hazırda həmin mənzildə yaşayır. Cavabdeh1 2000-ci ildə ailə qurub mübahisəli mənzildən çıxmış, 2001ci il tarixdə Moskvaya köçmüşdür, 2009-cu ildə isə həmin mənzilə geri qayıtmışdır. X15 1996-ci il tarixdə mübahisəli evdən köçmüşdür (c.2, i.v.128-134). Həmçinin müəyyən olunur ki, İddiaçı 2007-ci ildə MTK-ya müraciət edərək, atasının vəfatı ilə əlaqədar olaraq, 107 saylı mənzilin və payın onun adına keçirilməsini xahiş etmiş, MTK-nın 08.12.2007-ci il tarixli 4 saylı qərarı ilə mənzil və pay İddiaçı adına keçirilmiş, həmin qərar əsasında Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 17.12.2007-ci il tarixli 130 nömrəli sərancamı ilə Əsədulla İsayevin vəfatı ilə əlaqədar olaraq MTK-nın üzvülüyündən çıxarılması və İddiaçı MTK-ya üzv qəbul edilməsi, 107 saylı mənzilin və payın 5 nəfər ailə tərkibi ilə (özü, qardaşı X15, bacısı X7, oğlu X31, qardaşı oğlu X28) onun adına keçirilməsi haqqında MTK müvəkkillərinin iclasının 08.12.2007-ci il tarixli 4 saylı protokoluna razılıq verilmişdir. Mənzilin və payın İddiaçı adına keçirilməsinə Firdovsi İsayev və Cavabdeh4 MTK-ya yazılı razılıq ərizələri vermişlər (c.2, i.v.33-54, 145-146). Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin 20 may 2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 27 saylı evin 107 saylı mənzili İddiaçı adına 10.05.2014-cü il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir (c.2, i.v.110-115). Həmin idarənin 3 saylı Vəkil bürosuna 24 may 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 27 saylı evin 107 saylı mənzili İddiaçı adına Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 25.12.2013-cü il tarixli İ-2189 nömrəli arxiv arayışına, Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 130 nömrəli, 17.12.2007-ci il tarixli sərancamına, 11.01.2014-cü il tarixli Foma-2 arayışı, X3, X18, X32, X9 razılıq ərizələrinə əsasən 10.05.2014-cü il tarixdə ilkin qeydiyyata alınmışdır və onun adına ********** qeydiyyat nömrəli RX seriyalı ******* saylı çıxarış tərtib edilmişdir (c.2, i.v.162). X28 tərəfindən yazılmış ərizədən görünür ki, o, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 27 saylı evin 107 saylı mənzili İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişdir. Bakı şəhəri Səbail VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 24.05.1995-ci il tarixdə anadan olmuş, ata qrafasında X15 qeyd edilmişdir. X15 tərəfindən yazılmış 08.12.2007-ci il tarixli ərizədən görünür ki, o, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 27 saylı evin 107 saylı mənzilinin və payının İddiaçı adına keçməsinə etiraz etməmişdir. Cavabdeh4 tərəfindən yazılmış 06.12.2007-ci il tarixli ərizədən görünür ki, o, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 27 saylı evin 107 saylı mənzilinin və payının qardaşı - İddiaçı adına keçməsinə etiraz etməmişdir. X19 tərəfindən yazılaraq notariat qaydada təsdiq olunmuş 11.12.2007-ci il tarixli ərizənin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 27 saylı evin 107 saylı mənzilinin İddiaçı tərəfindən özəlləşdirilməsinə razılıq vermiş, qeyd olunan mənzilin özəlləşdirilməsində özünün iştirak hüququndan imtina etmişdir. Göründüyü kimi, Həqiqət Abdullayeva (İsayeva) tərəfindən mübahisəli mənzilin qardaşı İddiaçı özəlləşdirilməsinə razılıq verilməsi və mənzilin özəlləşdirilməsində özünün iştirak hüququndan imtina etməsi barədə ərizə 11.12.2007-ci il tarixdə, yəni MTK-dakı payın və 107 saylı mənzilin İddiaçı adına keçirilməsi zamanı verilmiş razılıq ərizəsidir (c.2, i.v. 156). İşə birinci instansiya məhkəməsində baxılarkən Firdovsi İsayev və Cavabdeh4 yuxarıda qeyd olunan ərizələrin onlar tərəfindən yazılıb imzalanmadığını bildirmiş, bununla bağlı məhkəmə tərəfindən iki dəfə məhkəmə-xətşünaslıq ekpertizası keçirilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 09 iyun 2020-ci il tarixli 4/279 nömrəli və 03 dekabr 2020-ci il tarixli, 4/990 nömrəli rəyləri ilə müəyyən olunmuşdur ki, Cavabdeh4 adından olan 06 dekabr 2007-ci il tarixli ərizədə imza qrafasında “Cavabdeh4Ə” yazılar və imza - Cavabdeh4 tərəfindən, X9 adından olan 08.12.2007-ci il tarixli ərizədə imza qrafasında “X15” yazılar və imza X15 tərəfindən icra olunmuşdur. Beləliklə, işin araşdırılan halları ilə müəyyən olunur ki, mübahisəli mənzil 1971-ci ildə Bayram İsayevə verilmiş, lakin 1972-ci ildə ərizəsi əsasında hərbi xidmətdə olması ilə əlaqədar olaraq MTK üzvlüyündən xaric olunaraq, MTK-dakı pay və 107 saylı mənzil atası Sədulla İsayevin adına keçirilmiş, sonuncuya 1973-cü ildə mənzilə dair yeni order verilmiş, orderdə ailə üzvləri kimi özü, arvadı Sədirə, uşaqları Füzuli, Vaqif, Mətanət, Firdovsi və Bayram qeyd olunmuşdur. 1975-ci ildə Sədulla İsayev vəfat etsə, bununla da MTK-dakı üzvlüyünə qanunla xitam verilsə də, 2007-ci ilədək onun varisi ilə əvəz edilməsi məsələsi açıq qalmışdır. MTK-dakı pay haqqı tam olaraq 1988-ci ilin aprel ayında ödənilib qurtarmışdır. 1998-ci ildə Sədirə, 2002-ci ildə Aydın, 2003-cü ildə Füzuli və 2005-ci ildə Bayram vəfat etmişlər. 2007-ci ildə İddiaçı müraciəti əsasında mərhum Sədulla İsayevin MTK-dakı üzvlüyünə xitam verilmiş və Firdovsi, Mətanət və Həqiqətin razılıq ərizələri nəzərə alınaraq, İddiaçı MTK-ya üzv qəbul olunmuşdur. 2014-cü ildə isə İddiaçı mübahisəli mənzil üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Hazırda İddiaçı iddia ilə məhkəmə müraciət edərək, mülkiyyətində olan mənzili 2011-ci ildə cavabdehlərin müvəqqəti istifadəsinə verdiyini, 2018-ci ildə isə mənzili boşaltmağı tələb etsə də, cavabdehlərin mənzili boşaltmaq istəməyərək, onu mənzilə buraxmadıqlarını bildirmişdir. Cavabdehlər və müstəqil tələb irəli sürən iddiaçılar isə hesab edirlər ki, mübahisəli mənzil valideynlərindən qalmış miras əmlakdır və onlar həmin əmlakı faktiki qəbul etmişlər, qəbul edilmiş mirasdan imtinaya isə yol verilmir, ona görə də 2007-ci ildə və 2014-cü ildə verilmiş razılıq ərizələrinin qüvvəsi yoxdur. Mübahisəli mənzil mərhum anaları tərəfindən kirayə verilərək, kirayə haqqı ailənin bütün üzvlərinin ehtiyaclarına sərf olunmuşdur. Mənzilin kirayə haqqını ölənədək, yəni 1996-1998-ci illərdə anaları Sədirə, sonra Həqiqət, sonuncu ailə qurub Moskvaya köçəndən sonra isə (2001-ci ildən sonra) Vaqif alıb ailə ehtiyaclarına sərf etmişdir. Eləcə də mənzilin Vaqifin adına rəsmiləşməsinə o şərtlə razılıq verilmişdir ki, Vaqif mənzili adına keçirəndən sonra sataraq, əldə etdiyi vəsaiti bütün ailə üzvləri arasında bölmək barədə vəd vermiş, lakin hazırki iddia ilə məhkəməyə müraciət etdikdən sonra onları aldatması məlum olmuş, ona görə də onlar da qarşılıqlı və müstəqil iddialar vermək qərarına gəlmişlər. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mənzilin X21 adına rəsmiləşdirilməməsinə baxmayaraq mübahisəli mənzil onunla mərhum ərinin birgə nikah dövründə əldə etdikləri kooperativ əmlak olduğundan və həmin mənzili "xxxx" MTK-ya üzv olmaq (pay haqqı ödəmək) yolu ilə əldə etmələri nəzərə alınmaqla ərinin vəfatından sonra ödənilməmiş qalan pay haqqlarını tam ödədikdən sonra faktiki olaraq mənzilin sahibi X33 olmuşdur, tərəflərə münasibətdə vərəsəlik atalarının 1975-ci ildə vəfatından deyil (pay haqqı tam 1988-ci aprel ayında ödənilmişdir), X21 1998-ci ilin aprel ayında vəfatından sonra açılmışdır. Məhkəmə apardığı araşdımaya əsaslanaraq belə müəyyən etmişdir ki, mübahisəli mənzilin ilk iddiaçının adına özəlləşdirilməsi (buna dair yazılı sübut olmamasına, qeydiyyatda olan qardaş və bacı, eləcə də onların övladlarının buna yazılı razılıq vermələrinə baxmayaraq) şərtləndirilmişdir. Şərt mənzilin ilk iddiaçının adına rəsmiləşdirilməsi və gələcəkdə satılaraq bütün ailə üzvlərinin (digər bacı-qardaşlar) payının verilməsindən ibarət olmuşdur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, hələ X1 mübahisəli mənzil kirayəyə verilmişdir. Onun ölümündən sonra da 2001-2009-cu illər ərzində mübahisəli ev kirayəyə verilmişdir. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddiaçılar və müstəqil tələb irəli sürən 3-cü şəxslərin izahatlarından bəlli olur ki, kirayədən əldə edilən puldan bütün ailə üzvlərinə köməklik edilirdi, başqa sözlə, mənzilin kirayəsindən əldə olunan gəlirdən ehtiyacı olan bütün vərəsələr yararlanırdı. Mənzil ikinci dəfə kirayəyə verilən vaxt qardaşlardan Aydın 2002-ci il, Füzuli 2003-cü il, Bayram isə 2005-ci ildə vəfat etmişlər. Həmçinin bu müddət ərzində bacılardan Fəridə, eləcə də qardaş Bayramın (sağlığında) evlərində təmir işləri aparılıb. Digər bacı olan Xanımanaya isə borc pul lazım olmuş, həmin kirayə pulundan ona da (öz izahatına görə) az məbləğdə də olsa pul verilib. Məhkəmə ilk iddiaçı tərəfin ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddiaçılar və müstəqil tələb irəli sürən 3-cü şəxslərin iddialarının və izahatlarının dəlili ilə razılaşmaması ilə əlaqədar qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Yəni, vərəsəlik hüququ Mülki Məcəllədə nəzərdə tutulmuş və qayda olaraq imperativ xarakter daşıyan normalarla müəyyən olunur və bu qaydalardan kənara çıxılması yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iş üzrə tərəflər anaları X21 1998-ci ilin aprel ayında vəfatından sonra miras əmlakın idarə edilməsində faktiki iştirak etməklə mirası qəbul etmişlər. Başqa sözlə, vərəsələrdən hamısı miras açılandan sonra orada yaşamasalar da, mənzilin kirayə pulundan faktiki olaraq bütün vərəsələr yararlanmışdır. İlk iddiaçı isə bu faktların mövcud olmasını təkzib edən hər hansı sübutlar təqdim etməyərək yalnız mübahisəli mənzilin qanuni əsaslarla İddiaçı mülkiyyətinə keçməsinə və qarşı tərəflərin iddia müddətini buraxmalarına istinad etməklə kifayətlənmişdir. Məhkəmə hesab etmişdir ki, ilk iddiaçı tərəf qarşılıqlı iddiaçıların və müstəqil tələb irəli sürən 3-cü şəxslərin iddia tələblərinin təkzib edilməsinə dair heç bir mötəbər və tutarlı sübutlar təqdim etmədiyi üçün, qarşılıqlı iddiaçılar və müstəqil tələb irəli sürən 3-cü şəxslərin analarının ölümündən sonra miras qalmış mübahisəli mənzilin bütün vərəsələr tərəfindən qəbul edilməsi ilə bağlı etdikləri hərəkətlərinə baxmayaraq, ailənin bir üzvü kimi mənzilin sənədinin İddiaçı adına müəyyən şərtlər daxilində rəsmiləşdirilməsinə dair verdiyi izahatları inandırıcı sayır və bununla bağlı buna dair izahatlarında göstərilənləri sübut kimi qiymətləndirir. Məhkəmə qarşılıqlı iddialara və 3-cü şəxslərin iddialarına qiymət verməkdə davam edərək həmçinin hesab etmişdir ki, ilk iddiaçı tərəfin 2014-cü il tarixdə ailə üzvləri öz paylarından imtina edərək həmin mənzilin özəlləşməsinə etiraz etməyərək hətta bu barədə həmin vaxt mənzildə qeydiyyatda olan Abdullayev (İsayeva) Həqiqət Əsədulla qızının, X18, X32, X9 razılıq ərizələrinin də mövcudluğuna istinad etməklə bu iddiaların əsassız olmasına dair etirazının dəlilləri əsassızdır. Belə ki, işin materiallarından görünür ki, X37, X28, X31 faktiki olaraq vərəsələr dairəsinə daxil olmadıqları üçün onların razılıq ərizələri yalnız qeydiyyatda olduqlarına görə formal olaraq alınmışdır. Lakin vərəsələr dairəsinə daxil olan Cavabdeh1 Əsdulla qızı, X15 və Cavabdeh4 razılıq ərizələri alınsa da, məhkəmə bu razılıqları əhəmiyyətsiz sənəd kimi qiymətləndirir. Belə ki, işin araşdırılmış hallarından tam aydın olmuşdur ki, sözügedən şəxslər vərəsələr kimi analarının ölümündən sonra mirasın qəbul edilməsi baxımından yuxarıda sadalanan müəyyən hərəkətləri etmiş və bununla da mirası faktik qəbul etmələrini nümayiş etdirmişlər. İstər 01.09.2000-ci il tarixə kimi qüvvədə olan, istərsə də hazırda qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən isə qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir (1269-cu maddə). Belə olan halda, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 27, yaşayış sahəsi 49,34 kv.m olan 107 saylı 3 otaqlı mənzilin və payın onun adına rəsmiləşdirilməsi barədə "xxxx" MTK-ya müraciəti və bununla bağlı digər vərəsələrin, eləcə də mənzildə qeydiyyatda olan şəxslərin razılıq ərizələrini alması kimi hərəkətləri əhəmiyyətsiz və qanunsuz olmuşdur. Məhkəmə həmçinin İddiaçı mübahisəli mənzili öz adına rəsmiləşdirdikdən xeyli müddət sonra mülkiyyətçi hüquqlarından istifadə etməklə mənzilə vərəsəlik hüququ olan şəxsləri oradan çıxarmasına dair iddia qaldırmasını hüquqdan sui-istifadə kimi qiymətləndirmişdir. Qeyd olunanlara əsasən məhkəmə 01.09.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəliyə aid normalarına istinad edərək, ilkin, qarşılıqlı və müstəqil tələb irəli sürən şəxslərin iddialarını qismən təmin etmişdir. Kollegiya qeyd edir ki, hazırki mübahisənin həlli zamanı vərəsəliyə aid normaların tətbiq edilməsi və bunun əsasında nəticəyə gəlinməsi yolverilməzdir. 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 115-ci maddəsinə görə, mənzil-tikinti kooperativi üzvlüyünə qəbul edilmiş şəxsə kooperativ üzvlərinin ümumi yığıncağının rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq olunan qərarı əsasında ailə üzvlərinin sayına, onun verdiyi pay haqqının məbləğinə və mənzil-tikinti kooperativinin Nümunəvi nizamnaməsində nəzərdə tutulmuş ən yüksək mənzil sahəsi həddinə uyğun olaraq bir və ya bir neçə otaqdan ibarət ayrıca mənzil verilir. Mənzil-tikinti kooperativi evində mənzillərə köçmək üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi order verir. Order verməkdən imtina edildikdə məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 117-ci maddəsinə görə, mənzil-tikinti kooperativi üzvünün, habelə onun ailə üzvlərinin hüquq və vəzifələri, yaşayış sahəsindən istifadə şərtləri və istifadəyə xitam verilməsi əsasları kooperativin nizamnaməsi ilə müəyyən edilir. Mənzil-tikinti kooperativi nizamnaməsində aşağıdakılar nəzərdə tutulur: yaşayış sahəsinin kirayəyə verilməsi və yaşayış sahəsindən müvəqqəti sakinlər köçürülməsi qaydası; müvəqqəti başqa yerə getmiş kooperativ üzvünün və onun ailə üzvlərinin mənzil hüququnun saxlanması şərtləri; pay yığımı bölüşdürülərkən yaşayış sahəsindən istifadə qaydası və mənzil-tikinti kooperativi evində yaşayış sahəsindən istifadənin başqa şərtləri. Kollegiya qeyd edir ki, MTK-dakı mənzilin vərəsəlik qaydasında keçməsi üçün həmin mənzilin MTK üzvünün hələ sağlığında adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. Pay haqqının tam ödənilməsi MTK üzvünə həmin mənzildən istifadə və sahiblik hüququ verir, sərancam hüququ isə yalnız dövlət qeydiyyatından sonra əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair" 25.10.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Hazırki iş üzrə isə 1988-ci il tarixdə pay haqqı tam ödənilmiş olsa da, mübahisəli mənzil üzərində hüquqlar heç kəsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, belə olan halda 1998-ci ildə X33 öldükdən sonra həmin mənzil barəsində miras açılması barədə məhkəmənin gəldiyi nəticə əsassız olmuşdur, çünki sonuncu öldüyü zaman onun mənzil üzərində hüquqları qeydə alınmadığından o, həmin mənzilə dair sərəncam hüququ əldə etməmişdir. Həmin vaxt mirasın predmeti mənzil yox, ödənilmiş pay haqqı ola bilərdi. 1998-ci ildə X21 öldüyü zaman mübahisəli mənzil kooperativin mülkiyyətində olmuş, mənzilə olan pay haqqı isə tərəflərə aid olmuşdur. 17 iyun 2003-cü il tarixədək qüvvədə olmuş «Kooperasiya haqqında» 07 fevral 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə müvafiq olaraq kooperativ nizamnamə əsasında fəaliyyət göstərir. Kooperativin nizamnaməsində digər məsələlərlə yanaşı kooperativin üzvlüyünə daxil olmaq, kooperativdən çıxmaq və xaric edilmək qaydaları göstərilir. Həmin Qanunun 13-cü maddəsinə əsasən kooperativin üzvü öldükdə kooperativdə üzvlüyə xitam verilir. Kooperativin üzvlərindən biri (bir neçəsi) öldükdə, hüquqi şəxs olan üzv isə ləğv edildikdə onun (onların) varisi kooperativə üzv qəbul edilə bilər. 2007-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin 112.4-ci maddəsinə görə, kooperativin üzvü öldükdə onun vərəsələri, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativ üzvlüyünə qəbul edilə bilərlər. Əks halda kooperativin ölmüş üzvünün payının dəyəri kooperativ tərəfindən onun vərəsələrinə ödənilir. Göründüyü kimi, kooperativ üzvü olmuş Əsədulla İsayevin ölümü ilə onun kooperativdə üzvlüyünə qanunla xitam verilmiş, uzun müddət onun varisi ilə əvəz edilməsi məsələsi açıq qalmış, nəhayət 2007-ci ildə İddiaçı kooperativə üzv qəbul olunmuş, bu hüquqa malik olan digər vərəsələr - Həqiqət, Mətanət və Firdovsi də rəsmi ərizə verərək, buna razılıqlarını bildirmişlər. Aydın, Füzuli və Bayram həmin vaxt sağ olmamış, Fəridə və Xanımana isə özlərinə məxsus ünvanlarda yaşamış, mübahisəli mənzillə bağlılıqları olmamışdır (nə orderdə adları olmuş, nə də qeydiyyatda olmuşlar). Hər bir halda 2007-ci ildə İddiaçı MTK-ya üzv qəbul olunması bütün ailə üzlərinə, vəfat etmiş şəxslərin isə vərəsələrinə məlum olmuş, lakin onlar bunu hazırki vaxtadək mübahisələndirməmişlər. İddiaçı 2014-cü ildə mübahisəli mənzil üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Kollegiya onu da qeyd edir ki, MTK mənzilinə münasibətdə özəlləşdirmə yox, qeydə alma baş verir, yəni MTK üzvünün pay haqqını tam ödəməsi onun həmin mənzil üzərində hüquqlarının qeydə alınması üçün kifayət edir və kiminsə buna razılığı tələb olunmur («Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 10cu maddəsi). Özəlləşdirmə zamanı isə dövlətə məxsus mənzil əvəzsiz olaraq həmin mənzilə hüququ olan, yəni özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilir (həmin Qanunun 5-ci maddəsi). Göründüyü kimi, dövlət mənzil fondunun özəlləşdirilməsi hüququna yuxarıda göstərilən tələblərə cavab verən bütün ailə üzvləri malik olduğu halda, MTK-dakı mənzilə münasibətdə pay haqqı tam ödənildikdən sonra yaşayış sahəsinə mülkiyyət hüququnu yalnız MTK üzvü əldə edə (qeydə aldıra) bilər. Yəni, hazırki halda 1975-ci ildə Sədulla İsayevin ölümündən sonra ailə üzvlərindən heç biri MTK-ya üzv qəbul olunmaq üçün səy göstərməmiş, yalnız 2007-ci ildə İddiaçı digər varislərin razılığı ilə mərhum atasının yerinə MTK-ya üzv qəbul olunmuşdur ki, bu da ona 2014-cü ildə maneəsiz olaraq (kiminsə razılığının olub-olmamasından asılı olmayaraq) mübahisəli mənzili adına qeydə aldırmağa qanuni imkan vermişdir. Odur ki, Kollegiya «mübahisəli mənzilin miras əmlak hesab edilərək bütün vərəsələr tərəfindən faktiki qəbul edilməsi, qəbul edilmiş mirasdan isə imtinaya yol verilməməsi, mənzilin şərtlə özəlləşdirilməsi və iddiaçının da bunun əksini sübut edə bilməməsi və s. barədə» birinci instansiya məhkəməsinin gəldiyi nəticəni tamamilə qanunsuz və əsassız hesab edir. Qeyd olunan proseslərin baş verməsindən tərəflər məlumatlı olmuş, razılıq ərizələri verilmiş, bu hal qanunauyğun şəkildə olmuş, hər hansı pozuntuya yol verilməmişdir. Digər tərəfdən, həmin vaxt məlumatlı olmalarına baxmayaraq, maraqlı şəxslər 10 illik ümumi iddia müddətini ötürmüşlər. İş materiallarında olan iddiaçının nümayəndəsi-vəkili tərəfindən birinci instansiya məhkəməsində işə baxılarkən təqdim edilmiş ərizəsindən görünür ki, həmin ərizə ilə o, qarşılıqlı və müstəqil tələblərə iddia müddətinin tətbiq edilərək, həmin iddiaların rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə isə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.» Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.» Hazırki iş üzrə iddiaçının MTK üzvlüyünə qəbul edilməsi 2007-ci ildə baş verdiyi halda, qarşılıqlı iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən 10 il müddətində bu hərəkətlər mübahisələndirilməmişdir. Bununla da onlar qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşlər ki, iddia müddətinin ötürülməsi də iddianın rədd olunması üçün əsasdır. Birinci instansiya məhkəməsi əsassız olaraq Mülki Məcəllənin 384.0.4-cü maddəsini tətbiq edərək, qarşılıqlı iddiaçıların və müstəqil tələb irəli sürən iddiaçıların tələblərinə iddia müddətinin tətbiq edlməməsi qənaətinə gəlmişdir. Mülki Məsəlləninin 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır (Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli Qərarı). Məhkəmə Kollegiyası qarşılıqlı və müstəqil iddia tələblərinin bir hissəsini 2007-ci ildə və 2014-cü ildə verilmiş razılıq ərizələrinin etibarsız hesab edilməsi ilə bağlı olduğunu nəzərə alaraq, bu tələbin qanuni əsasına da qiymət verib aşağıdakıları qeyd edir. Artıq qeyd olunduğu kimi, 2014-cü ildə mübahisəli mənzilin MTK üzvü kimi iddiaçının adına qeydə alınmasından söhbət getdiyindən, bu qeydə alma üçün kiminsə razılığı tələb olunmamışdır. Ona görə həmin vaxt qeydiyyat orqanına verilmiş razılıq ərizələrinin heç bir əhəmiyyəti olmamışdır. Odur ki, məhkəmə yalnız 2007-ci ildə Cavabdeh4, Həqiqət Abdullayeva və Firdovsi İsayev tərəfindən verilmiş yazılı razılıq ərizələrinə, habelə digər vərəsələrin (ölmüş qardaşların isə varislərinin) MTK-dakı payın və mənzilin iddiaçının adına keçirilməsinə şifahi verdikləri razılığa qiymət verməyi əsaslı hesab edir. Mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi əqd hesab olunur. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (Mülki Məcəllənin 324.1, 324.2-ci maddələri). Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (324.3, 324.4, 324.5-ci maddələr). Birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər (326-cı maddə). Birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin (327-ci maddə). Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır (329-cu maddə). Göründüyü kimi, Cavabdeh4, Həqiqət Abdullayeva və Firdovsi İsayev tərəfindən verilmiş yazılı razılıq ərizələri, habelə digər vərəsələrin (ölmüş vərəsələrin isə varislərinin) şifahi razılığı özü-özlüyündə əqd olmasa da, birtərəfli iradə ifadəsidir, ona görə də şəxsin həmin ərizəni əqdlərin etibarsızlığına səbəb olan halların baş verməsi (məsələn, aldadılması) nəticəsində yazması halında ərizənin etibarsız hesab edilməsi üçün əqdlərin etibarsızlığına aid müddəaların tətbiq olunması da mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmişşərtləri pozmaqla bağlanmışəqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.2-ci maddəsinin tələbinə görə isə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirməəqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, İddiaçı 2007-ci ildə mərhum atasının əvəzinə MTK-ya üzv qəbul olunmasına və atasından qalmış payın və mənzilin onun adına keçirilməsinə verilmiş razılıqlar (yazılı və şifahi) birtərəfli iradə ifadəsi olmaqla, həmin razılıqların aldatma nəticəsində əldə olunması əsası ilə etibarsız hesab olunması üçün nəzərdə tutulmuş bir illik kəsici müddət də ötürülmüşdür. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, qarşılıqlı iddia tələbi və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbləri rədd edilməlidir. İlkin iddia tələbinə münasibətdə isə Kollegiya aşağıdakıları qeyd edir. Belə ki, mübahisəli mənzil 2014-cü ildə İddiaçı adına qeydə alınmışdır və hazırda o, mülkiyyətçi kimi cavabdehlərin həmin mənzildən çıxarılmasını tələb edir, bildirir ki, 2011-ci ildə cavabdehlərə müvəqqəti yaşamaq üçün icazə vermiş, 2018-ci ildə isə mənzili boşaltmalarını tələb etsə də, cavabdehlər mənzildən çıxmır və onun özünü mənzilə buraxmırlar. Kollegiya hesab edir ki, ilkin tələblə bağlı mübahisənin qanuni həlli üçün ilk növbədə mübahisəli mənzilin statusu və mübahisə tərəflərinin qarşılıqlı münasibətləri müəyyən olunmalıdır. 2014-cü ilədək mənzil MTK-ya aid olmaqla, iddiaçının istifadə və sahibliyində olmuş, məhz iddiaçı tərəfindən cavabdehlər həmin mənzilə buraxılmışlar. 2014-cü ildə mənzil iddiaçının adına qeydə alındıqdan sonra isə həm mənzilin statusunda, həm də tərəflərin hüquqi vəziyyətində dəyişikliklər baş vermiş, tərəflər arasında yeni mənzil münasibətləri yaranmışdır. «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11.07.2014-cü il tarixli Qərarında aşağıdakı mövqe müəyyən edilmişdir: «Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi evin M.Bəylərovun adına dövlət qeydiyyatına məhz 2011-ci ildə alınmasına diqqət yetirməmiş, nəticədə isə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir.» Konstitusiya Məhkəməsinin verdiyi rəsmi şərhdən belə aydın olur ki, mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra mülkiyyət hüququnu əldə etmiş şəxslə (mülkiyyətçi ilə) həmin mənzildə yaşayan (yaşamaqda davam edən) şəxslər arasında yeni münasibətlər yaranır, yəni onların arasındakı hüquq və vəzifələrin həcmi dəyişir. Həmin münasəbətlərdən irəli gələn mübahisələrdə isə tətbiq edilən norma mənzilə istifadə hüququnun yarandığı vaxt yox, mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı vaxt qüvvədə olan norma olmalıdır. Hazırki işdə mübahisəli mənzil İddiaçı adına 2014-cü ildə qeydə alınmış və həmin qeydəalmadan sonra onunla cavabdehlər arasında yeni mənzil münasibətləri yaranmışdır ki, bu münasibətlər də artıq qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə tənzimlənməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 30.4-cü maddəsinin tələbinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsində «digər qohumlar» dedikdə, qanun yaşayış sahəsi mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan bacı, qardaş, baba, nənə, nəvə, tərbiyəçi, ogey oğul və qızlarını nəzərdə tutmuşdur («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarı). İddiaçılə Cavabdeh4 qardaş-bacı olduqları üçün sonuncunun Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulmuş «digər qohumlar» kateqoriyasına aid olduğu aydın olur. Lakin, 2018-ci ildə İddiaçı Cavabdeh4 mülkiyyətində olan mənzili boşaltmasını tələb etməsi ilə sonuncunun «digər qohumlar» statusunda qalması, bununla da mübahisəli mənzildən istifadə etməyə davam etməsi üçün hüquqi əsaslar aradan qalxmış olur, çünki Mənzil Məcəllənin 30.4-cü maddəsinə görə, mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Buna görə də Kollegiyanın qənaəti ondan ibarətdir ki, Cavabdeh4 mübahisəli mənzildən istifadə etməsi üçün hər hansı əsaslar qalmadığı üçün o, həmin mənzildən çıxarılmalıdır. Həmçinin, Cavabdeh4 İddiaçı mülkiyyətində olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılmasına Kollegiya heç bir əsas görmür, nə də onun özü belə bir təşəbbüslə çıxış etməmişdir. Digər cavabdehlər – Cavabdeh2 və Cavabdeh3la bağlı isə Kollegiya qeyd edir ki, həmin cavabdehlər Cavabdeh4 ailə üzvləridir (əri və oğlu), buna görə də onlar Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulmuş «mülkiyyətçinin ailə üzvləri», nə də «digər qohumlar» kateqoriyasın aid deyillər, bu səbəbdən də onların mübahisəli yaşayış sahəsindən istifadə etmək hüquqları da qalmamışdır. Beləliklə, aydın şəkildə müəyyən olunur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mənzil iddiaçının adına qeydə alındığı (2014-cü ildə), Cavabdeh4 isə ona qarşı belə bir tələb irəli sürüldüyü vaxtdan (2018-ci ildə) həmin mənzildən istifadə hüquqlarını itirmişlər və bu səbəbdən hər üç cavabdeh mənzildən çıxarılmalıdır. Eyni zamanda müəyyən olunur ki, cavabdehlər iddiaçının mülkiyyətində olan mənzilə köçməsinə razı deyillər və qeyri-qanuni hərəkətlərlə buna maneə olurlar. Göstərilən xüsusat cavabdehlərin davranışından aşkar şəkildə müşahidə olunur. İddiaçı ilkin iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 27 saylı evin, 107 saylı mənzilindən məcburi çıxarılmalı və İddiaçı həmin mənzilə köçürülməli və qeyri-qanuni hərəkətlərə son qoyulmaqla buna qarşı cavabdehlər tərəfindən törədilən maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli 2(009)-35/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilindən məcburi çıxarılsınlar, İddiaçı həmin mənzilə köçürülsün və qeyri-qanuni hərəkətlərə son qoyulmaqla buna qarşı cavabdehlər tərəfindən törədilən maneələr aradan qaldırılsın. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4 və Cavabdeh1 qarşılıqlı iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxslər X8, X9, X4 iddiaları təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-xəttşünaslıq ekspertizalarının dəyəri 126 manat və 140 manat olmaqla, cəmi 266 manat pul cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4 və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar