Məhkəmə qərarları › İş №2(103)-6323/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6323/2020

27.08.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6323/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İbrahimov Rəşad İbrahimxəlil oğlunun katibliyi ilə, İddiaçının nümaəndəsi (atası) X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxx” ASC-yə qarşı “qanunsuz əmrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2175/20 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı “xxxxxxxxx” ASC-yə qarşı qanunsuz əmrin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, heç bir qanuni əsası olmayan, qanunsuz çıxarılmış xx xxxxxx 2019-cu il tarixli 278/A nömrəli əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ******* nömrəli əmək kitabçasından da göründüyü kimi xx xxxxxxxx 2014-ci il tarixdə “xxxxxxxxxxxx” ASC “Xırdalan” filalı üzrə istehlak kreditləri bölməsinin kiçik eksperti vəzifəsinə qəbul edilmiş, xx xxxxxx 2014-cü il tarixdə “Xırdalan” filalı üzrə istehlak kreditləri bölməsinin eksperti vəzifəsinə keçirilmiş, xx xxxx 2015-ci il tarixdə 'Nəsimi” filalı üzrə istehlak kreditləri bölməsinin eksperti vəzifəsinə keçirilmiş, xx xxxx 2016-cı il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Daha sonra xx xxxx 2016-cı il tarixdə “CRİF Reccivables Management” YMC Kollektor vəzifəsinə təyin edilmişdir. xx xxx 2017-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx xxx 2017-ci i! tarixdə Azfen BM baxım işləri üzrə müfəttiş vəzifəsinə işə qəbul edilmişdir. xx xxx 2018-ci il tarixdə müddətin bitməsi ilə işə xitam verilmişdir. Ən son xx xxxxxx 2019-cu il tarixdə “Cavabdeh İKB” ASC-nin Sumqayıt filialının istehlak kreditləşməsi üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxx 2019-cu il tarixindən etibarən Cavabdeh İKB ASC-nin adı “xxxxxxxxx” ASC-yə dəyişdirilmişdir. xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi ləğv edilir” işdən azad edilmişdir. Qeyd edir ki, yuxarıda bildirdiyi kimi hər bir işdən öz xahişi ilə azad edilmişdir. Bu işdən də öz xahişi ilə çıxmaq istəmiş, çünki irəli getmək üçün daima imtahan verib, daha yaxşı işlərdə işləməyə çalışmışdır. Bu dəfə də “xxxxxxxxxxxxxxx” ASC-yə imtahan verib keçmişdir. Bununla əlaqədar olaraq da yenə də ərizə yazmışdır ki, öz xahişi ilə işdən çıxsın. Bunu iş materiallarına əlavə etdiyi xx xxxxxx 2019-cu il tarixli ərizəsi də sübut edir. Ailəsində həyat yoldaşının səhhəti pisləşdiyindən, pula ehtiyacı olduğundan xx xxxxxx 2019-cu il tarixdə tanıdığı şəxsdən, başqa bir mütəxəssisin müştərisi olan X2 borc pul almaq məcburiyyətində qalmışdır. Həmin pul məbləğini alandan sonra pulu xx xxxxxx 2019-cu il tarixdə saat 18:00-da qaytarmağa söz vermişdir. Lakin elə oldu ki, o pulu saat 21:00-da qaytara bilmişdir. Həmin şəxs də narazı qalaraq işlədiyi banka gedərək, ondan şikayət etmişdir. Pulu qaytarandan sonra isə yenidən ora gedərək izahat vermişdir ki, heç bir problem olmayıb. Pul məsələsi öz şəxsi məsələsi olduğu halda, qanunvericiliyə əsasən “Ç” bəndinin təsir dairəsinə düşmədiyi halda necə ola bilər ki, haqqında belə bir əmr verilərək, mənim kariyerasına belə bir ləkə sala bilərdilər. O, öz xahişi ilə işdən çıxmağı barədə əmri gözləyərkən, 30 dekabrda onu çağırdılar ki, onun əmək müqavilənə bu əsasla xitam verilib. Halbuki, işlədiyi dövrdə heç bir qüsuru və s. olmamışdır. Bircə dəfə baş verən anlaşılmazlıq və işə aidiyyatı olmayan bir hala görə onun bu statya ilə işdən çıxarılmağı qanunvericiliyin kobud pozuntusudur. Onun kimdənsə borc pul götürməyinin, 1 gün ərzində qaytarmağının işəgötürənin və yaxud da mülkiyyətçinin qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması halını sübut etmədən, bunu əsaslandırmadan onu necə bu əsasla işdən çıxara bilərlər? Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. İddiaçı Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının nümayəndəsinin, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan İddiaçı “xxxxxxxxx” ASC-nin idarə heyətinin sədrinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, onun son iş günün xx.xx.2020-ci il tarixi olmaqla öz xahişi ilə olduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan “xxxxxxxxx” ASC-nin İdarə Heyəti sədrinin müavini Fuad Tağıyev tərəfindən verilmiş əmək müqaviləsinin ləğvi haqqında xx.xx.2019-cu il tarixli, 278/A saylı əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) son iş günü xx.xx.2019-cu il tarixi olmaqla ləğv edilməsi əmr edilmişdir. İş materiallarında olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə “Cavabdeh İKB” ASC-nin Sumqayıt filialının istehlak kreditləşməsi üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxx 2019-cu il tarixindən etibarən Cavabdeh İKB ASC-nin adı “xxxxxxxxx” ASC-yə dəyişdirilmişdir. xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi ləğv edilir” işdən azad edilmişdir. Azərbaycan RespublikasıƏmək Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəalarına istinad olunacaq) 70-ci maddəsinin ç) bəndində müəyyən edilmişdir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.(maddə 71.2) Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətini və onun növlərini müəyyən edən 186-cı maddə təsbit edir ki, 1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İşin hallarından görünür ki, iddiaçı ilə əmək müqaviləsinə xx xxxxxx 2019-cu il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, əmək müqaviləsinə xitam verilməzdən əvvəl işəgötürən tərəfindən Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-3-cü hissələrinin tələblərinə əməl edilmiş və iddiaçı son haqq-hesabı və iki aylıq işdən çıxma müavinatını almışdır. Bu baxımdan, iddiaçı ilə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması qanunla müəyyən edilmiş şərtlərə əməl edilmiş və Əmək Məcəlləsinin qeyd edilən normaları pozulmamışdır. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, “xxxxxxxxx” ASC-nin İdarə heyəti sədrinin müavini Fuad Tağıyev tərəfindən verilmiş əmək müqaviləsinin ləğvi haqqında xx.xx.2019-cu il tarixli, 278/A saylı əmri əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə verildiyindən, həmin əmrin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar