Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-633/2025 07.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Georgiyevna və Cavabdeh4 qarşı “mənzillərin sökülməsi, yeni təmirli mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi, mənzillərdən çıxarılma və sair tələbi barədə” ilk iddiasına, Cavabdeh2 İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı "mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, razılaşma əldə edilmədən və müqavilə bağlanılmadan mülkiyyət hüququ əsasında ona məxsus mənzilin və onun yerləşdiyi binanın sökülməsinin qadağan edilməsi tələbi barədə” qarşılıqlı iddiasına, Cavabdeh1 İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı "söküləcək mənzillərin əvəzinə yeni mənzillərin və qarajların verilməsi, kirayə haqqının ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 sentyabr 2024-cü il tarixli qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, İddiaçı Mənzil Tikinti Kooperativinin vəkili (nümayəndəsi) Vəkil1, Cavabdeh2 və onun vəkili (nümayəndəsi) Vəkil2, tərcüməçi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat
1. İddiaçı MTK-nın buna səlahiyyəti olan nümayəndəsi MTk-nın adından iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət edərək, aşağıdakı tələblərin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir: - Cavabdeh1 məxsus olan və Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 43 saylı binada (bundan sonra – “köhnə bina”) yerləşən, sahəsi 56,5 kv.m olan 23 nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi və Nəsimi küçələrinin kəsişməsindəki 2519 saylı məhəllədə inşa ediləcək 3 nömrəli çoxmərtəbəli yaşayış binasının (bundan sonra – “yeni bina”) 3-cü mərtəbəsində 20% sahə əlavə edilməklə 79 kv.m sahəsi olan 2 otaqlı 2B12 nömrəli təmirsiz mənzilin və həmin 3 nömrəli binanın 12-ci mərtəbəsində 20% sahə əlavə edilməklə 52 kv.m sahəsi olan 2 otaqlı 1A88 nömrəli təmirsiz mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi; - Cavabdeh1 məxsus olan və həmin "xxxx" yerləşən sahəsi 44,8 kv.m olan 24 nömrəli mənzilin əvəzində 3 nömrəli “yeni binanın” 9-cu mərtəbəsində 20% sahə əlavə edilməklə 94 kv.m sahəsi olan üç otaqlı 3B63 nömrəli təmirli mənzilin və həmin binada 1 ədəd qarajın Cavabdeh1 mülkiyyətinə verilməsi; - yeni mənzillər ilə təmin edilənədək MTK tərəfindən Cavabdeh1 hər ay hər mənzilə görə 500 manat (cəmi 1.000 manat) kirayə haqqının ödənilməsi, Cavabdeh1 "xxxx" yerləşən mənzillərdən çıxarılması və həmin mənzillərin sökülməsi; - cavabdeh Diana Andreyevnaya məxsus olan və "xxxx" yerləşən sahəsi 51,6 kv.m olan 28 nömrəli mənzilin əvəzində həmin ünvanda inşa ediləcək 2 nömrəli “yeni binanın” C blokunun 4-cü mərtəbəsində 20% sahə əlavə edilməklə 94 kv.m sahəsi olan üç otaqlı 3C19 nömrəli təmirli mənzilin cavabdeh Diana Andreyevnanın mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək MTK tərəfindən cavabdeh Diana Andreyevnaya hər ay 600 manat kirayə haqqının ödənilməsi, cavabdeh Diana Andreyevnanın "xxxx" yerləşən mənzildən çıxarılması və həmin mənzilin sökülməsi; - Cavabdeh3 məxsus olan və “əvvəlki binada” yerləşən sahəsi 43,9 kv.m olan 17 nömrəli mənzilin əvəzində həmin ünvanda inşa ediləcək 2 nömrəli çoxmərtəbəli yaşayış binasının C blokunun 8-ci mərtəbəsində 20% sahə əlavə edilməklə 94 kv.m sahəsi olan 3 otaqlı 3C51 nömrəli təmirli mənzilin Cavabdeh3 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun "xxxx" yerləşən mənzildən çıxarılması və həmin mənzilin sökülməsi; - Cavabdeh4 məxsus olan və "xxxx" yerləşən sahəsi 41,40 kv.m olan 21 nömrəli mənzilin əvəzində həmin ünvanda inşa ediləcək 3 nömrəli “yeni binanın” B blokunun 5-ci mərtəbəsində 20% sahə əlavə edilməklə 79 kv.m sahəsi olan 2 otaqlı 2B28 nömrəli təmirli mənzilin Cavabdeh4 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun "xxxx" yerləşən mənzildən çıxarılması və həmin mənzilin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhər Nizami Rayon İcra Hakimiyyəti iddia ərizəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli qərarına və Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə ötən əsrin əvvəllərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, qəzalı, yararsız binaların sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 338 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində 6,02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında iddiaçı MTK tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün MTK-nın icarə əsasında istifadəsinə verilmişdir. Qeyd olunan sərəncama əsasən həmin ünvanda yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün həmin ərazidə yaşayan sakinlərin qarşılıqlı razılaşması əsasında köçürülməsi MTK-ya həvalə edilmişdir. Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsi ünvanında yerləşən evlər köhnə və istifadəyə yararsızdır, evlərin istismar müddəti bitmiş, qəzalı vəziyyətdədir, həmin evlərdə yaşamaq həyat və səhhət üçün təhlükəlidir və həmin evlərdə istifadə olunan kommunikasiya xətləri də təmirə yararsızdırlar, hər an uça və bədbəxt hadisələr baş verə bilər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2021-ci il tarixli, “Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə” rəydən görünür ki, binaların yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulun tökülməsi, döşəmələrin ağac elementlərində müxtəlif deformasiyalar, bioloji zədələmələr, yaranmış, pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcud olduğu, dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qalmış, dam örtükləri yararsız vəziyyətdədir. Şiferlər sınmış, köhnəlmiş, müəyyən sahələrdə yerdəyişmələr, çardağın ağac elementlərində çatlar, əyintilər, yumşaq örtüklü damlarda çoxsaylı zədələr yaranmışdır. Texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlılığı yolverilməzdir. Tikililərin mövcud texniki vəziyyəti bugünkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarı ilə qərara alınmışdır ki, müvafiq icra hakimiyyətləri aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: 1.1) qəzalı vəziyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi; 1.2) mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 1.3) qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını. Sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Bu və binanın qəzalı vəziyyətdə olması səbəbindən həmin binada yaşayan əksər mənzillərin sakinləri öz əşyalarını çıxarmış və mənzillərini boşaltmışlar. Cavabdehlərlə dəfələrlə danışıqlar aparılmış, evlərinin qəzalı vəziyyətdə olması halı nəzərə alınaraq sökülməsinə icazənin verilməsi, yeni tikiləcək çoxmənzilli binada əmlak ilə əvəz edilməsi təklif edilmişdir. Lakin cavabdehlər əmlaklarını söküntüyə təhvil verməmişdir. Bunun nəticəsində iddiaçı MTK ilə mənzillərini təhvil vermiş mülkiyyətçilər arasında bağlanmış müqavilənin şərtləri ondan asılı olmayan səbəblərdən kooperativ tərəfindən icra edilməsinə cavabdehlər tərəfindən məhdudiyyətlər yaradılır. Bu səbəbdən tikinti işləri dayanmış, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi MTK-nın vəzifəli şəxslərinin iradəsindən asılı olmayaraq pozulmaqdadır. Eyni zamanda, MTK köçürülmüş sakinlərə kirayə haqqlarını ödəməyə başlamış, itirilmiş vaxta görə də binanın təhvil tarixi məcburi şəkildə uzanır. Bu da mənzillərindən köçən sakinlərin mənafeyinə ciddi xələl gətirir və hüquqları məhdudlaşır. Bundan başqa, tikinti işinin dayandırılması şəhərin mərkəzində böyük bir ərazinin yarı sökülmüş, görkəmi pozan şəkildə qalması qaçılmaz olacaqdır. Bu da haqlı narazılıqlar yaradacaqdır. Cavabdehlərin mülkiyyətdə olan mənzillərinin əvəzinə MTK həmin ünvanda inşa ediləcək binada mülkiyyətlərində olan mənzillərinin ümumi sahəsindən 20 kv.metrdən də artıq sahəsi olan təmirli yeni mənzil verir, mənzilindən köçən şəxslərə digər yaşayış yeri ilə təmin etmək üçün hər ay mülkiyyətçilərə kirayə haqqı ödəyəcəkdir. Sərəncamın icra edilməsi üçün həmin ünvanda yerləşən cavabdehlərin mülkiyyətində olan mənzillər də sökülməli, cavabdehlər oradan müvəqqəti çıxarılmalıdır.
4. Cavabdeh2 iddiaçı MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, MTK tərəfindən onun mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, MTK-ya onun icazəsi və razılığı olmadan, onunla razılaşma əldə etmədən və müqavilə bağlamadan ona mülkiyyət hüququ əsasında məxsus və "xxxx" yerləşən 28 saylı mənzilin və ümumiyyətlə binanın sökülməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh2 qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" yerləşən 28 saylı mənzilinin mülkiyyətçisidir. İlk iddia üzrə iddiaçı olan MTK Cavabdeh2 icazəsi və razılığı olmadan, onunla razılaşma əldə etmədən və müqavilə bağlamadan ona məxsus mənzili sökmək niyyətindədir. MTK, Cavabdeh2 məxsus mənzilinin yerləşdiyi binadakı bəzi mənzilləri artıq sökməyə başlamışdır. Bununla da MTK, Cavabdeh2 və onun ailə üzvlərinin rahat yaşamaq hüquqlarını pozur. MTK Cavabdeh2 məxsus mənzili qəsdən məhv etmək istəyir, bu isə yolverilməzdir. Bütün məsələlər yalnız tərəflərin qarşılıqlı razılığı əsasında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl etməklə həll oluna bilər.
6. Cavabdeh1 iddiaçı MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, MTK tərəfindən onun mülkiyyətində olan "xxxx" yerləşən və sahəsi 48 kv.m olan 24 saylı mənzilinin əvəzində 3 otaqlı, sahəsi 94 kv.m olan təmirli mənzil, 1 ədəd avtomobil üçün qaraj və mənzil təhvil verilənədək hər ay üçün 600 manat məbləğində kirayə haqqının verilməsi, MTK tərəfindən onun mülkiyyətində olan və "xxxx" yerləşən sahəsi 56 kv.m olan 23 saylı mənzilinin əvəzində 2 otaqlı, sahəsi 74 kv.m olan təmirli mənzil və 1 ədəd sahəsi 65 kv.m olan 2 otaqlı təmirsiz mənzil, 1 ədəd avtomobil üçün qaraj və mənzil təhvil verilənədək hər ay üçün 600 manat məbləğində kirayə haqqının verilməsi və qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin MTK-dan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bu qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" yerləşən 23 və 24 saylı mənzillərinin mülkiyyətçisidir. MTK onun icazə və razılığı olmadan, onunla heç bir razılaşma əldə etmədən və müqavilə bağlamadan, ona mülkiyyət hüququ əsasında məxsus mənzilləri sökmək niyyətindədir. MTK Cavabdeh1 mənzillərinin yerləşdiyi “köhnə binadakı” bəzi mənzilləri sökməyə başlamışdır. Bununla da MTK, Cavabdeh1 və onun ailə üzvlərinin rahat yaşamaq hüquqlarını pozur. MTK ona mülkiyyət hüququ əsasında məxsus mənzili qəsdən məhv etmək istəyir, bu isə yolverilməzdir. Bütün məsələlər yalnız tərəflərin qarşılıqlı razılığı əsasında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl etməklə həll oluna bilər. MTK tərəfindən söküntü nəticəsində bugün mülkiyyətində olan mənzillərin müqabilində təklif etdikləri mənzillərin necə hansı qaydada ölçülüb verilməsi onunla razılaşdırılmamışdır. Beləliklə də, MTK-nın onun mülkiyyətində olan mənzillərin müqabilində hələ dəqiq olmayan ölçülərdə vermək istədiyi mənzillər MTK-nın əsassız varlanmaq məqsədi kimi qiymətləndirilməlidir. b) birinci instansiya məhkəməsində verilmiş izahatlar barədə məlumat
8. İddiaçı MTK-nın vəkili (nümayəndəsi) ilk iddia tələbini müdafiə edib, qarşılıqlı iddialara etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 qarşılıqlı iddia tələbini qismən qəbul edir. Cavabdeh1 “yeni binada” təklif edilən mənzillər binanın “A” və “B” blokunda yerləşir. Aralarındakı mübahisəli məsələlərin qarşılıqlı razılıq əsasında həlli mümkündür. Cavabdeh2 məxsus olan və "xxxx" yerləşən 2 otaqlı mənzilin əvəzində “yeni binadan” 3 otaqlı 94 kv.m sahəsi olan mənzil təklif edilir. Hansı ki, Cavabdeh2 mənzilinin sahəsi 51 kv.m-dir. Mənzil verilərkən tərəflərindən minimum gözlənilən şərt vətəndaşın öz mənzilinin sahəsindən 20 faiz artıq olmasıdır. Cavabdeh4 verilən mənzilin sahəsi onun mənzilinin sahəsindən iki qat artıqdır. Belə ki, Cavabdeh4 41.kv.m sahəsi olan mənzilin əvəzinə 79 kv.m sahəsi olan 2 otaqlı mənzil və 600 manat kirayə haqqı təklif edilir. Cavabdeh4 mənzilinin 58 kv.m sahəsi olduğunu bildirsə də, ona 58 kv.m sahənin 20 faiz artıq sahəsi olan mənzil verilsə belə bu əlavə 12 kv.m sahə edir. Göründüyü kimi vətəndaşlara malik olduqları sahədən az olmayan sahə verilməklə mülkiyyətini əvəzləşdirirlər. MTK tərəfindən mənzilin bazar qiyməti ödənilmir, mənzillərin əvəzinə yeni mənzili tikilib verilir. Həmçinin, təhvil verəcəkləri binanın ümumi həyətində maşınların saxlaması üçün geniş yer kimi qaraj nəzərdə tutulub. Bundan əlavə, icra hakimiyyəti tərəfindən verilmiş sərəncama uyğun olaraq MTKnın məqsədi köhnə binaların sökülərək yerində yeni binaların tikilməsidir. Vətəndaşların yaşadıqları binalar dövlət proqramına əsasən sökülməlidir. Binanın bütün sakinləri köçürülmədən dayanıqlığına xələl gətirən fundamental söküntü işləri aparılmır. Söküntü işləri məhkəmə qərarı əsasında dayandırılmışdır. Bu işin həllində "xxxx" MTK ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında göstərilən hüquqi mövqe nəzərə alınmalı və qarşılıqlı iddialar rədd, ilk iddia isə təmin edilməlidir.
9. Cavabdeh2 və onun vəkili (nümayəndəsi) ilk iddiaya etiraz edərək, özləri tərəfindən MTK-ya qarşı irəli sürülmüş qarşılıqlı iddianı müdafiə edərək, Rayon Məhkəməsinə verdiyi izahatlarda əlavə olaraq bildirmişlər ki, MTK, hazırkı mülki işin icraatının başlanmasına əsas olmuş ilk iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların yaradılması nəticəsini doğurur. Buna görə də onlar hesab edirlər ki, ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir.
10. Cavabdeh3 və onun nümayəndəsi ilk iddiaya etiraz edərək, Rayon Məhkəməsinə verdikləri izahatlarda bildirmişlər ki, "xxxx" sökülməsi barədə iddiaçı MTK tərəfindən Cavabdeh3 rəsmi və ya yazılı şəkildə məlumat verilməmidir ki, bu da onun məlumat əldə etmə hüququnun pozulması deməkdir. Bundan başqa Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 30cu maddəsi kobud şəkildə pozularaq, mülkiyyətçilər və digər maraqlı şəxslərlə ictimai müzakirələr aparılmamışdır. MTK-nın ilk iddia ərizəsində istinad edilən Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli qərarı xx.xx.2019-cu il tarixli, 482 nömrəli qərarla ləğv edilmişdir. Ona iddiaçının öz tələblərini əsaslandırdığı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 338 nömrəli sərəncamı, FHN-nin Tikintidə X2 Agentliyinin xx.xx.2021-ci il tarixli, “Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İmadəddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə” rəyi, K.Balakişiyev, 43 ünvanında yerləşən binanın qəzalı vəziyyətdə olması və sökülməsi barədə müvafiq orqanın qərarı və ya digər sənəd təqdim olunmamışdır. Cavabdeh3 MTK tərəfindən müqavilənin nümunəsi təqdim olunmamışdır ki, bu da onun köçürülmə şərtlərini və hüquqlarının müdafiəsini dəyərləndirməyə imkan vermir. Həmçinin tikintinin müddətləri və bu müddətlərin pozulması halında cərimələrin ödənilməsi şərtləri heç bir yerdə göstərilməmişdir. İddiaçı MTK öz ərizəsində Cavabdeh3 öz mülkündə olan mənzildə yaşaması ilə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 15-ci maddəsinin tələblərini pozmasına dair heç bir qanuni əsaslı dəlil göstərə bilməmişdir ki, cavabdehin öz qanuni mülkündə yaşaması Mənzil Məcəlləsinin 15-ci maddəsinin tələblərini heç bir şəkildə pozmur. İddiaçı MTK tərəfindən Cavabdeh3 qarşı irəli sürülən tələblər Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsini pozur. Əmlakın dövlət ehtiyacları üçün alınması yalnız əvvəlcədən ədalətli kompensasiya ödənilməsi və məhkəmə qərarı əsasında mümkündür. Bundan əlavə, iddiaçı MTK tərəfindən təqdim edilən sənədlərdə yalnız “Azərdövlətlayihənin” vizual müayinə aktı mövcuddur ki, burada onların binanın təhlükəli vəziyyətdə olduğuna dair heç bir ayrıca qeyd yoxdur. Bundan əlavə, onların kvartalda bütün binalar texniki cəhətdən məhdud işlək vəziyyətdədir. Həmçinin Baki Şəhər İH başçısının rəsmi qərarında tikinti işlərinə başlamaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə alınmalıdır. Bu sənədlər olmadan MTK-nın iddiasının qanuniliyi şübhə altındadır. MTK-nın iddiası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9 və 152-ci maddələrini pozur. Bu maddələrdə göstərilir ki, mülkiyyət yalnız dövlət ehtiyacları üçün və ultimativ yox, layiqincə kompensasiya ilə alına bilər. MTK binanın konstruktiv elementlərini pozmuşdur, pəncərə və qapı boşluqlarını çıxarmışdır. Bu, sakinlərin təhlükəsizliyini təhdid edir və binanın yanğın təhlükəsizliyini pozur.
11. Cavabdeh1 və onun vəkili (nümayəndəsi) özləri tərəfindən MTK-ya qarşı irəli sürülmüş qarşılıqlı iddianı müdafiə edərək, ilk iddianı qismən qəbul etdiklərini Rayon Məhkəməsinə bildirmiş və verdikləri izahatlarda göstərmişlər ki, mübahisəli "xxxx" yerləşən mənzillərinin birində Cavabdeh1, digərində onun oğlu yaşayır. MTK ilə aralarında olan rəsmi qaydada olmasa da şifahi danışıqlar əsasında dördüncü binanın 12-ci mərtəbəsində iki mənzilin təmirsiz, bir mənzilin təmirli olmaqla 3 mənzilin yan-yana verilməsi və iki mənzilə görə 1.200 manat kirayə haqqı ödənilməsi ilə bağlı razılaşma əldə etmişlər. Mənzillərin hamısının eyni blokda və eyni mərtəbədə olmasını və 2 ədəd təmirli mənzil verilməsini istəyirlər. Çünki Cavabdeh1 mənzillərinin hər ikisi təmirlidir və ev hazır olandan sonra mənzilin birində o özü, digərində isə oğlu yaşayacaqdır. Bununla bağlı Cavabdeh1 ilə MTK arasında olan şifahi danışıqlar əsasında ilkin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd olunan bina da deyil, dördüncü binanın 12-ci mərtəbəsində iki mənzilin təmirsiz, bir mənzilin təmirli olmaqla 3 mənzilin yan-yana verilməsi və iki mənzilə görə 1.200 manat kirayə haqqı ödənilməsi ilə bağlı tərəflər aralarında razılaşma əldə edilmişdir. Lakin bununla bağlı rəsmi heç nə yoxdur.
12. Cavabdeh4 ilk iddia tələbini qəbul etməyərək Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, MTK-nın təklifi ilə razı deyil, ona mənzilinə görə 220.000 manat pul veilməsini istəyir. Mənzilin çıxarışı onun adına olsa da mənzili sahibi onun atasıdır. O, onsuzda bina söküləndən sonra gedəcəkdir. Atası yaşlı adamdır, bir az xəstədir. Artıq məsələlərə görə əsəblərini pozmaq istəmir. Valideynləri burada yaşamır, başqa ölkədə yaşayır, amma ölkəyə gələndə burada qalırlar. Onun mənzilin ölçüsü Cavabdeh2 məxsus mənzilin ölçüsü ilə eynidir, ancaq Cavabdeh2 94 kv.m sahəsi olan mənzil, ona isə 79 kv.m sahəsi olan mənzil verilir. Mənzilin çıxarışında yazılan sahəyə tualet, balkon daxil deyildir. MTK-dan adamlar gəlib onun mənzilini ölçmüş və mənzilin sahəsi 58 kv.m olaraq müəyyən olunmuşdur. Onun mənzili 2 otaqlı mənzildir və 3-cü mərtəbədə yerləşir. Ona MTK tərəfindən məhkəmədən kənar 3 otaqlı 94 kv.m sahəsi olan mənzil və aylıq 400 manat kirayə haqqı təklif edilmiş, o da bu təkliflə razılaşmışdır. Həmin söhbətdə MTK-nın hazırkı iş üzrə vəkili (nümayəndəsi) Vəkil1 olmamışdır. Həmin vaxt hətta Cavabdeh2 da verilən təkliflə razı olmuşdur. Bundan sonra o, kirayə ev axtarmağa başlamış, MTK-nın əməkdaşları onun üçün kirayə ev axtardıqlarını bildirdikləri üçün gözləmişdir. İndi isə təkliflə razılaşdığı halda onu məhkəməyə veriblər. Məhkəmə prosesi başlayandan sonra ona bildirilmişdir ki, 3 otaqlı mənzil və 600 manat kirayə haqqı verəcəklər. O da onu niyə məhkəməyə verdiklərini soruşmuş, məhkəmədə cavabdehlər siyahısından çıxarmalarını, sonra bu barədə aralarında danışıq aparmalarını bildirmişdir. Ona MTK-dan hansı mənzili istəyirsə verəcəklərini bildirmişlər. Lakin o, MTK-ya yaxınlaşıb 8-ci, 9-cu, 14-cü mərtəbədən mənzil istədiyini bildirmiş, onlar da həmin mərtəbədə olan mənzillərin artıq satıldığını demişdirlər. Əgər dedikləri mənzillər satılıbsa bunu sübut etsinlər. O, iddiaçı tərəflə söhbət etməmiş, müqavilə bağlamamış, lakin onlar tərəfindən artıq haradasa yerləşdirilmişdir. Ona əgər razılıq əsasında 3 otaq verilirsə, tələbdə niyə 2 otaq yazılır? O, MTK-dan 240.000 manat pul istəyir, onlar isə çox pul istədiyini bildirir. Halbuki, ona mənzil verilmir, mənzil təmir edilmir, üstəlik kirayə haqqı da istəmir. Belə olan halda ümumi məbləğ elə 240.000 manat edir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
13. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilk iddianın və Cavabdeh1 qarşılıqlı iddiasının qismən təmin edilməsini, Cavabdeh1 məxsus olan və "xxxx" yerləşən, sahəsi 56.5 kv.m olan 23 nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki 2519 saylı məhəllədə inşa ediləcək 3 nömrəli “yeni binanın” 3-cü mərtəbəsində 79 kv.m sahəsi olan iki otaqlı 2B12 nömrəli təmirli mənzil və həmin “yeni binanın” 12-ci mərtəbəsində 52 kv.m sahəsi olan iki otaqlı 1A88 nömrəli təmirsiz mənzilin, "xxxx" yerləşən, sahəsi 44,8 kv.m olan 24 nömrəli mənzilin əvəzində inşa ediləcək 3 nömrəli “yeni binanın” 9-cu mərtəbəsində 94 kv.m sahəsi olan üç otaqlı 3B63 nömrəli təmirli mənzil və həmin binada 1 ədəd qarajın verilməsini, yeni mənzillər ilə təmin edilənədək ona hər ay hər mənzilə görə 600 manat olmaqla, 1.200 manat kirayə haqqı ödənilməklə həmin mənzillərdən çıxarılmasını və mənzillərin sökülməsini, Cavabdeh2 məxsus olan və "xxxx" yerləşən, sahəsi 51.6 kv.m olan 28 nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki 2519 saylı məhəllədə inşa ediləcək 2 nömrəli “yeni binanın” “C” blokunun 4-cü mərtəbəsində 94 kv.m sahəsi olan üç otaqlı 3C19 nömrəli təmirli mənzilin verilməsini, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılmasını və mənzilin sökülməsini, Cavabdeh3 məxsus olan və "xxxx" yerləşən, sahəsi 43,9 kv.m olan 17 nömrəli mənzilin əvəzində inşa ediləcək 2 nömrəli “yeni binanın” “C” blokunun 8-ci mərtəbəsində 94 kv.m sahəsi olan üç otaqlı 3C51 nömrəli təmirli mənzilin verilməsini, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılmasını və mənzilin sökülməsini, Cavabdeh4 məxsus olan və "xxxx" yerləşən, sahəsi 41.4 kv.m olan 21 nömrəli mənzilin əvəzində inşa ediləcək 3 nömrəli “yeni binanın” “B” blokunun 5-ci mərtəbəsində 79 kv.m sahəsi olan iki otaqlı 2B28 nömrəli təmirli mənzilin verilməsini, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılmasını və mənzilin sökülməsini, ilk iddianın və Cavabdeh1 qarşılıqlı iddiasının qalan hissədə, Cavabdeh2 qarşılıqlı iddiasının isə tam həcmdə təmin edilməməsini, məhkəmə xərcləri qismində iddiaçı və cavabdehlər tərəfindən ayrı-ayrılıqda ödənilmiş 100 manat dövlət rüsumunun onların özlərinə aid edilməsini qət etmişdir.
14. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddia üzrə MTK tərəfindən, Bakı ŞİH başçısının xx.xx.2021-ci il tarixli 338 saylı sərəncamına uyğun olaraq Azərbaycan Respublikası müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi ilə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasına uyğun olaraq həyata keçirilir. Bu məqsəd ilə MTK söküləcək "xxxx" əksər sakinləri ilə razılığa gəlsə də, ilk iddia üzrə cavabdehlərlə razılıq əldə olunmadığından məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, MTK-nın "xxxx" yerləşən mənzillərin sökülməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququ mövcuddur. MTK-nın irəli sürdüyü təklifdən də görünür ki, təkliflər günün tələblərinə uyğundur, kifayət qədər ədalətli və ağlabatandır, təkliflərin icrasının dərhal həyata keçirilməsinə müvafiq sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MTK tərəfindən hər hansı maneə yoxdur. İlkin iddia üzrə iddiaçı tərəfindən vaxtında bu sərəncamla üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi, yəni köhnə binaların sökülərək yerində yeni binaların tikilməsinin gecikdirilməsi onun əlavə maliyyə itkilərinə məruz qalması ilə nəticələnə və həmin binada yaşayan digər sakinlərin də yeni mənzilə dair gözlənti hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər. Cavabdeh2 MTK tərəfindən görülən tədbirlərin onların mülkiyyət hüquqlarını pozmasına yönəldildiyini bildirərək mülkiyyətlərinə qanunsuz müdaxilələrin aradan qaldırılmasını tələb etmişdir. Halbuki, məhkəmə araşdırılması zamanı MTK tərəfindən müvafiq sərəncamın icrası ilə bağlı ilkin iddia üzrə cavabdehlərin mülkiyyət hüququnun pozulması hallarına yol verilməmiş, onlara mülkiyyətlərində olan əmlakın müqabilində onlara ədalətli təkliflər edilmişdir. Belə olan halda MTK-nın üzərinə düşən öhdəlikləri icra etməsi və sakinlərə ədalətli mənzil sahələrinə dair təklifləri onların öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Göründüyü kimi mübahisəli mənzillərin əvəzinə 20 faizdən artıq sahəsi olan təmirli mənzil verməklə, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə kirayə haqqı ödənilməklə, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi məqsədilə ilkin iddia üzrə cavabdehlərin mülkiyyətlərində mənzillərindən çıxarılması mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi nəzərdə tutulmamalıdır. Belə ki, ilkin iddia üzrə iddiaçı MTK ilkin iddia üzrə cavabdehlərin mülkiyyətində olan mənzillərini satın almaq deyil, sadəcə həmin mənzillərin yerləşdiyi yaşayış binasını söküb yerində yeni yüksək mərtəbəli yaşayış binası tikmək, tikiləcək binada isə onlara müvafiq yeni, tam təmirli əlavə sahəsi olan mənzil vermək, mənzillər tikilib təhvil verilənədək onlara müvəqqəti yaşamaq üçün yaşayış yerlərinə görə aylıq kirayə haqqı ödəmək niyyətindədir d) apellyasiya şikayəti barədə məlumat
15. Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ona aid hissədə ləğv olunmasını və ilk iddianın ona münasibətdə rədd edilməsi, onun qarşılıqlı iddiasının isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Əsasları Cavabdeh2 verdiyi qarşılıqlı iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən bu apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq ona münasibətdə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışının hədləri barədə məlumat
17. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, ilk iddia və Cavabdeh1 tələbləri qismən təmin olunsa da, onlar qətnamədən apellyasiya şikayəti verməmiş, iddialarının bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışlar.
18. İş üzrə digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan Bakı Şəhər Nizami RİH qətnamədən apellyasiya şikayəti verməmiş, Rayon Məhkəməsinin qətnaməsini mübahisələndirməmişlər.
19. Qətnamədən apellyasiya şikayəti vermiş Cavabdeh2 isə qətnamədən verdiyi apellyasiya şikayətində qətnaməni qismən, yəni ona aid hissədə mübahisələndirmişdir.
20. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin əsaslılığını yalnız Cavabdeh2 aid hissədə yoxlamış, qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır f) apellyasiya şikayətinə və qarşılıqlı iddia tələbinə əlavə barədə məlumat
22. İşə apellyasiya qaydasında baxılan zaman Cavabdeh2 apellyasiya şikayətinə və qarşılıqlı iddia tələbinə əlavə verərək bildirmişdir ki, iş üzrə Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə Bakı Şəhər Nizami Rayon İcra Şöbəsinin icra məmurları Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və həmin vaxt qüvvədə olan xx.xx.2024-cü il tarixli, 16(007)-270/2024 saylı qərardadın icrası ilə əlaqədar onu və ailə üzvlərini ona məxsus mənzildən çıxarmışlar. Bundan sonra iddiaçı MTK-nın fəhlələri mənzildəki əşyaları mənzildən çıxararaq əşyaları ona məlum olmayan istiqamətdə aparmış, mənzildəki kommunikasiya xətlərini, döşəməsini, qapı və pəncərələrini sökmüş, bununla da mənzili yaşayış üçün yarasız vəziyyətə salmışlar. Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(007)- 270/2024 saylı qərardadı sonradan ləğv edilsə də, artıq ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Buna görə də o xahiş edir ki, Rayon Məhkəməsinə verdiyi qarşılıqlı iddia ərizəsində qeyd etdiyi tələblər ilə yanaşı aşağıdakı yeni tələbləri də apellyasiya icraatı qaydasında təmin olunsun: - mülkiyyət hüququ əsasında ona məxsus olan və "xxxx" yerləşən 28 saylı mənzilin, mənzildə və evdə olan bütün kommunikasiya xətlərinin, evin damının, blokdakı pilləkənlərın tam bərpa etməsi öhdəliyi MTK-nın üzərinə qoyulsun; - həmin bərpa işləri tam icra edilənədək onun özünün və ailə üzvlərinin (cəmi 3 nəfər) müvəqqəti yaşayışını təmin etmək məqsədi xx.xx.2024-cü il tarixindən hesablanmaqla hər ay 1.000 manat məbləğində kirayə pulu MTK-dan tutularaq ona ödənilsin; - ona, onun ailə üzvlərinə məxsus əşyalarının kirayə mənzillə daşınması, bərpa işlər başa çatdıqdan sonra isə kirayə mənzildən çıxarılaraq daşınması ilə bağlı 3.000 manat məbləğində xərclər birdəfəlik olaraq MTK-dan tutularaq ona ödənilsin; - xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədar onun və ailə üzvlərinin əmlakına dəymiş maddi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar 15.000 manat məbləğində pul vəsaiti birdəfəlik olaraq MTK-dan tutularaq ona ödənilsin; - MTK hərəkətləri nəticəsində ona və ailə üzvlərinə dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 150.000 manat məbləğində pul vəsaiti birdəfəlik olaraq MTK-dan tutularaq ona ödənilsin. g) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
23. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh2 və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətini, qarşılıqlı iddianı və onlara verilmiş əlavələri müdafiə edərək, onların məzmununa uyğun izahat verdilər. Cavabdeh2 əlavə olaraq bildirdi ki, ona məxsus mənzilin yerləşdiyi bina 3 mərtəbəli, 4 bloklu binadır. Onun mənzili həmin binanın 3-cü mərtəbəsində yerləşir. Binada 30 mənzil var. MTK, 27 mənzilin sahibləri ilə razılığa gəlmiş, o özü daxil olmaqla 3 mənzilin sahibi ilə razılaşmamışdır. O daha sonra bildirdi ki, MTK tərəfindən hər hansı bir mənzilin alınıb, ona verilməsinə razı deyil. Əgər MTK tərəfindən ona 450.000 manat ödənilərsə, o, MTK ilə razılığa gələ bilər. Cavabdeh2 vəkili (nümayəndəsi) isə əlavə olaraq bildirdi ki, təmsil etdiyi şəxs iddiaçı MTK-ya inanmır və hesab edir ki, əgər o, MTK ilə razılaşıb binadan çıxaraq kirayə mənzilə köçərsə MTK kirayə mənzilin haqqını bir müddət ödədikdən sonra, dayandıra bilər. Kirayə götürüləcək mənzilin sahibi də, bu və ya istədiyi hər hansı başqa səbəbdən kirayə minasibətlərinə vaxtında əvvəl xitam verə bilər. Belə olan halda Cavabdeh2 və ailə üzvləri çətin vəziyyətdə qala bilərlər. O eyni zamanda bildirdi ki, Məhkəmə nəzərə almalıdır ki, MTK-nın mübahisəli həmin ərazidə tikinti işlərini aparmaq üçün icazəsi yoxdur. Bundan başqa o bir neçə müqaviləni Məhkəməyə təqdim edərək bildirdi ki, MTK ayrı seçkiliyə yol verir. Belə ki, təqdim etdiyi müqavilələrdən görünür ki, MTK, sökülməsi nəzərdə tutulan binanın bir neçə sakini ilə razılığa gələrək həmin sakinlərin sökülməsi üçün MTK-ya təhvil verdikləri mənzillərin ölçüsündən daha çox ölçüdə yeni mənzilin verilməsini öhdəsinə götürmüşdür. Həmin ölçülərə diqqət yetirildikdə müəyyən olunur ki, MTK tərəfindən Cavabdeh2 təklif olunan əlavə sahə həmin sakinlərə təklif olunan sahədən çox azdır.
24. İddiaçı MTK-nın vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, mübahisəli binada yerləşən 30 mənzil sahiblərindən 28-zi ilə MTK arasında artıq razılıq əldə olunmuş, 2 mənzilin sahibi, Cavabdeh2 daxil olmaqla MTK ilə razılığa getmirlər (o, bununla bağlı MTK-nın sədri tərəfindən Məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunu təqdim etdi). Cavabdeh2 hazırkı iş üzrə cavabdehdir, digər mənzilin sahibi – Sevil Məmmədova ilə ayrıca danışıqlar gedir, razılıq əldə olunmasa həmin şəxsə qarşı da iddia qaldırılacaq. Cavabdeh2 bu kimi hərəkətlərinə görə MTK mübahisəli binanı söküb, yerində yeni binanı inşa edə bilmir, bunun nəticəsində söküntü-tikinti işləri yubanır, MTK da binanın söküntüsünə razılıq verib, binadan çıxmış sakinlərə görə hər ay xeyli miqdarda kirayə pulları ödəmək məcburiyyətində qalır. Bundan başqa o bildirdi ki, Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş (və həmin vaxt qüvvədə olan) xx.xx.2024-cü il tarixli, 16(007)-270/2024 saylı qərardadı Nizami Rayon İcra Şöbəsinin icra məmurları tərəfindən icra edilmişdir. Həmin qərardadın icrasında, Daina Andreyevaya məxsus mənzildəki əşyaların çıxarılmasında, mənzildə aparılmış söküntü işlərində MTK-nın işçilərinin iştirakı olmamışdır. O, Cavabdeh2 vəkilinin (nümayəndəsinin) Məhkəməyə təqdim etdiyi və MTK ilə sökülməsi nəzərdə tutulmuş binanın digər sakinləri ilə bağlanmış müqavilələr ilə bağlı bildirdi ki, binanın bir neçə sakini MTK tərəfindən onlara təklif olunan yeni mənzillərin ölçüsü ilə kifayətlənməyərək, MTK-ya əlavə vəsait ödəməklə daha geniş sahəyə malik olan mənzillərin əldə edilməsi barədə MTK-a ilə razılığa gəlmişlər. Bununla bağlı həmin şəxslər tərəfindən MTK-ya əlavə ödənişlər olmuşdur. Bu hal heç bir halda “ayrı seçkilik” kimi qəbul edilə bilməz. Əgər Cavabdeh2 da istəsə MTK-ya əlavə vəsait ödəməklə sahəsi daha geniş olan mənzil əldə edə bilər.
25. İş üzrə digər cavabdehlər və üçüncü şəxs olan Nizami RİH-nin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
26. Məhkəmə ilk növbədə qeyd edir ki, MPM-in “Apellyasiya instansiya məhkəməsində işə baxılmanın hədləri” adlı 372-ci maddəsinin tələblərinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2.). Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır (maddə 372.4.). Cavabdeh2 tərəfindən verilmiş “apellyasiya şikayətinə və iddia ərizəsinə əlavədə” ifadə olunmuş tələblərə diqqət yetirdikdə müəyyən edilir ki, onun irəli sürdüyü tələblərin kökündə duran məsələ (hal) Rayon Məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edildikdən təxminən 1 ay keçdikdən sonra baş vermişdir. Bununla da müəyyən edilir ki, həmin hal MPM-in 372.2-ci maddəsində nəzərdə tutulmuş hal deyil, MPM-in 372.4-cü maddəsində nəzərdə tutulmuş haldır. Buna görə də, Məhkəmə “apellyasiya şikayətində və iddia ərizəsinə əlavədə” göstərilən tələblərə MPM-in 372.4-cü maddəsinə əsasən baxmır və onlara hüquqi qiymət vermir.
27. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə bildirir ki, işdə olan xx.xx.2022-ci il tarixli, 1704 saylı “Torpaq icarə müqaviləsindən” görünür ki, “icarəverən” olan Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllə ünvanında yerləşən sahəsi 64.600 kv.m olan torpaq sahəsini 49 il müddətinə çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi üçün "xxxx" olan iddiaçı MTK-ya icarəyə vermişdir. Həmin müqavilənin 7.4-cü bəndinə görə, MTK hər il həmin torpaq sahəsinə görə 146.729,86 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.
28. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə xx.xx.2021-ci il tarixli rəydən görünür ki, ərazidə (Q.Qarayev prospekti, İmaməddin Nəsimi, Kamil Balakişiyev və Şirin Mirzəyev küçələrinin kəsişməsindəki məhəllə) 36a, 38, 42, 44,46, Qara Qarayev prospektinə paralel, 19/48, 15, 35, 54, 56 nömrəli 5 mərtəbəli yaşayış binaları, 39, 41, 43, 45, 47/13 nömrəli 3 mərtəbəli yaşayış binaları, 2 mərtəbəli uşaq bağçası, 2 mərtəbəli qeyri-yaşayış, 1 mərtəbəli qazanxana və kiçik daş tikililər mövcuddur. Tikililər 1960-cı illərdə inşa edilmişdir. Vizual texniki baxış zamanı binaların yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi müşahidə olunmuş, döşəmələrin ağac elementlərində müxtəlif deformasiyalar, bioloji zədələnmələr yaranmışdır. Pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcud olduğu, dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qalmışdır. Dam örtükləri yararsız vəziyyətdədir. Şiferlər sınmış, köhnəlmiş, müəyyən sahələrdə yerdəyişmələr, çardağın ağac elementlərində çatlar, əyintilər, yumşaq örtüklü damlarda çoxsaylı zədələr yaranmışdır. Atmosfer sualarının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olunmuşdur. Sakinlər tərəfindən yaşayış binalarına bitişik və söykənmiş primitiv tikililər inşa edilmiş, tikililər əsasən balkonların üstündə və baş fasadın konstruktiv elementlərinə bağlandığından binalar əlavə yüklənmişdir. Texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlılığı yolverilməzdir. Tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. Tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. Yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən məhdud işlək vəziyyətdədir.
29. Bakı ŞİH başçısının xx.xx.2021-ci il tarixli 338 saylı sərəncamından görünür ki, Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 11-13/468 nömrəli MTK-nın xx.xx.2021-ci il tarixli, 1/14 nömrəli müraciətlərini, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli, XO-xx-xx-2021-07818 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********06 nömrəli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun xx.xx.2021-ci il tarixli, xx/xx-01239 nömrəli razılıq məktublar nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələbləri rəhbər tutularaq Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha torpaq sahəsi ərazisində qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında iddiaçı MTK tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi üçün MTK-nın icarə əsasında istifadəsinə verilmişdir.
30. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarışdan” görünür ki, ünvan 4-də yerləşən və ümumi sahəsi 51.60 kv.metr olan 28 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınmışdır.
31. İddiaçı MTK tərəfindən tərtib edilmiş bildirişdən görünür ki, Bakı ŞİH başçısının xx.xx.2021-ci il tarixli, 338 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, 2519-cu məhəllə ünvanında yerləşən 47/13, 43, 41 və 39 nömrəli binaların istismar müddəti bitdiyinə görə və yaşayışa yararsız vəziyyətdə olduğu üçün, sakinlərin müqavilə əsasında köçürülməsi, binaların söküntüsü nəzərdə tutulmuş və bu məqsədlə həmin binaların sakinlərində 47/13 saylı binanın 1-ci mərtəbəsində, 10 saylı mənzildə yerləşən ofisə yaxınlaşmaları xahiş olunmuşdur.
32. Apellyasiya icraatı zamanı Məhkəmənin tapşırığına əsasən MTK-nın vəkili (nümayəndəsi) tərəfindən Məhkəməyə inşa edilməli olan “yeni binaya” aid “Layihədən” çıxarı təqdim etmişdir. Həmin çıxarışdan görünür ki, MTK tərəfindən iddiaçıya təklif edilən, binanın “C” blokunun 4-cü mərtəbəsində yerləşən 3 otaqlı 94 kv.metr sahəsi olan (3C19) mənzilin inşa edilməsi "xxxx" nəzərdə tutulmuşdur.
33. İddiaçı MTK-nın Məhkəməyə ünvanlandığı 117 saylı, xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir ki, Bakı ŞİH başçısının xx.xx.2021-ci il tarixli sərəncamına əsasən MTK-ya ayrılmış və Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki ərazidə yerləşən 43 saylı yaşayış binası 4 bloklu olmaqla 30 mənzildən ibarətdir. Həmin 30 mənzildən 28-nin mülkiyyətçisi ilə MTK arasında qarşılıqlı razılaşma əldə edilmiş, həmin mənzillər boşaldılaraq sökülməsi üçün MTK-ya təhvil verilmişdir. Yalnız 2 mənzilin mülkiyyətçisi ((hazırkı iş üzrə cavabdehlərdən biri olan) Cavabdeh2 və (hazırkı iş üzrə tərəf olmayan) Sevil Məmmədova) ilə razılaşma əldə edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərdövlətlayihə” İdarəsinin Dövlət Baş Layihə İnstitutu tərəfindən həmin binanın istismarının dayandırılması tələb edilmiş və buna müvafiq olaraq aidiyyəti qurumlar tərəfindən həmin binanın qaz, su, istilik və elektrik təchizatı dayandırlmışdır.
34. Cavabdeh2 və onun vəkili (nümayəndəsi) bildirirlər ki, MTK-nın mübahisəli həmin ərazidə tikinti işlərini aparmaq üçün icazəsi yoxdur.
35. Bununla bağlı Məhkəmə bildirir ki, Bakı ŞİH başçısının xx.xx.2021-ci il tarixli, 338 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha torpaq sahəsi ərazisində qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında iddiaçı MTK tərəfindən tənzimlənməsi şərti ilə “köhnə binaların” sökülməsi və "xxxx" tikintisi üçün MTK-yə icazə verilmişdir (daha ətraflı məlumat üçün bax hazırkı qətnamənin 29-cu bəndinə). Göründüyü kimi cavabdeh tərəfin bildirdiyi bu dəlil əsassızdır.
36. Göstərilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı MTK, Bakı ŞİH başçısının xx.xx.2021-ci il tarixli, 338 saylı sərəncamına uyğun olaraq, Azərbaycan Respublikası müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında MTK tərəfindən yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi ilə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasına uyğun olaraq həyata keçirilir. Bu məqsəd ilə MTK söküləcək binanın əksər sakinləri ilə razılığa gəlsə də, hazırkı iş üzrə ilkin iddia üzrə cavabdehlərlə razılıq əldə olunmadığından məhkəməyə müraciət etmişdir.
37. Bu səbəbdən də qəbul edilməlidir ki, iddiaçı MTK-nın qeyd olunan mənzillərin sökülməsi barədə iddia qaldırmaq üçün subyektiv hüquqa malikdir.
38. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin hazırkı apellyasiya baxışının predmeti olan hissəsinin əsaslılığı və qətnamənin həmin hissəsindən Cavabdeh2 verdiyi apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13; hissə İ.).
39. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz (maddə 43; hissə İ.).
40. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.
41. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə görə, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli, 392İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır.
43. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Cavabdeh2 məxsus mənzilin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan binadan çıxarılması ilk növbədə onun özü üçün həyati vacib məsələdir. Hansı ki, binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında onun mənzilinin sahəsindən 20 faizdən də artıq əlavə sahə olmaqla yeni mənzil verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onunla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilmələri üçün 600 manat məbləğində kirayə haqqı ödənilməsi öhdəliyini MTK öz üzərinə götürür.
44. Apellyasiya araşdırılması ilə müəyyən olunur ki, tikinti işlərini aparan MTK tərəfindən Cavabdeh2 edilən həmin təkliflər, MTK-nın üzərinə müvafiq sərəncamla qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MTK bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, ilkin və qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, Cavabdeh2 əlverişli təkliflər etmiş və apellyasiya baxışı zamanı da etməkdə davam edir.
45. Cavabdeh2 nümayiş etdiyi mövqedən (bax: hazırkı qətnamənin 23-cü bəndinə) isə görünür ki, o, hüquqdan sui-istifadə edir, nəticə də isə MTK-nın, (MTK qalsın bir kənara) "xxxx" yerləşən və MTK ilə razılığa gəlmiş digər mənzillərin sahiblərinin (28 mənzil sahibinin və onların ailə üzvlərinin) qanunla qorunan hüquqlarını pozur.
46. İşin müəyyən edilmiş bu halını nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar (maddə 5.3.). Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (maddə 16.1.). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (maddə 560.1.).
47. Bunlardan başqa Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir, mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir.
48. Avropa İnsan Hüquqları Məhkəməsi “Axverdiyev Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmusdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmusdur, Dövlətlərin, digər məsələlərlə yanası, mülkiyyətdən ictimai maraga uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə baglıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər (bax: “Kozacıoglu Türkiyəyə qarsı” iş üzrə qəbul edilmiş xx.xx.2009-cu il tarixli və “Vistins və Perepyolkins Latviyaya qarsı” iş üzrə qəbul edilmiş xx.xx.2012-ci il tarixli qərarlar).
49. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər işlər üzrə gəldiyi hüquqi mövqeyindən irəli gələrək diqqətə çatdırılmalıdır ki, mülkiyyətçiyə istismar müddətini bitirmiş, texniki vəziyyətinə görə yolverilməz hesab edilən yaşayış sahəsinin əvəzinə ona daha üstün şəraitli, təmirli yeni tikilmiş və bütün kommunikasiya ilə təchiz edilmiş yaşayış sahəsinin verilməsi heç də onun mülkiyyət hüququna müdaxilə kimi qəbul edilməməli və qiymətləndirilməməlidir.
50. İşdə olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə verdiyi xx.xx.2021-ci il tarixli rəydə qeyd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən yaşayış evinin texniki vəziyyəti qeyriqənaətbəxşdir, şəhərsalma və tikinti normalarına cavab vermir (daha ətraflı məlumat üçün bax hazırkı qətnamənin 28-ci bəndinə).
51. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, texniki vəziyyəti qeyriqənaətbəxş olan, mövcud vəziyyəti texniki cəhətdən məhdud işlək vəziyyətdə olan və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşayan şəxslər (o cümlədən Cavabdeh2) üçün gələcəkdə binada baş verə biləcək bədbəxt hadisə nəticəsində yarana biləcək arzuolunmaz nəticələrin meydana çıxmasına zəmin yaratmış olacaqdır.
52. MTK-nın irəli sürdüyü təklifdən də görünür ki, təkliflər günün tələblərinə uyğundur, kifayət qədər ədalətli və ağlabatandır, təkliflərin icrasının dərhal həyata keçirilməsinə müvafiq sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MTK tərəfindən hər hansı maneə yoxdur. İlkin iddia üzrə iddiaçı tərəfindən vaxtında bu sərəncamla üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi, yəni köhnə binaların sökülərək yerində yeni binaların tikilməsinin gecikdirilməsi onun əlavə maliyyə itkilərinə məruz qalması ilə nəticələnə və həmin binada yaşayan digər sakinlərin də yeni mənzilə dair gözlənti hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər.
53. Cavabdeh2 MTK tərəfindən görülən tədbirlərin onların mülkiyyət hüquqlarını pozmasına yönəldildiyini bildirərək mülkiyyətlərinə qanunsuz müdaxilələrin aradan qaldırılmasını tələb etmişdir. Halbuki, məhkəmə araşdırılması zamanı MTK tərəfindən müvafiq sərəncamın icrası ilə bağlı cavabdehin mülkiyyət hüququnun pozulması hallarına yol verilməmiş, ona mülkiyyətində olan əmlakın müqabilində ədalətli təkliflər edilmişdir.
54. Belə olan halda MTK-nın üzərinə düşən öhdəlikləri icra etməsi və sakinlərə ədalətli mənzil sahələrinə dair təklifləri onların öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz.
55. Mübahisəli mənzillərin əvəzinə 20 faizdən artıq sahəsi olan təmirli mənzil verməklə, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə kirayə haqqı ödənilməklə, mənzil fondunun yenilənməsi, sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi məqsədilə cavabdehin mülkiyyətlərində mənzilindən çıxarılması mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi nəzərdə tutulmamalıdır. Belə ki, MTK cavabdehin mülkiyyətində olan mənzilini satın almaq deyil, sadəcə həmin mənzilin yerləşdiyi yaşayış binasını söküb yerində yeni yüksək mərtəbəli yaşayış binası tikmək, tikiləcək binada isə ona müvafiq yeni, tam təmirli əlavə sahəsi olan mənzil vermək, mənzillər tikilib təhvil verilənədək onlara müvəqqəti yaşamaq üçün yaşayış yerlərinə görə aylıq kirayə haqqı ödəmək niyyətindədir. Lakin yuxarıda (bax: hazırkı qətnamənin 43-45-ci bəndlərinə) artıq qeyd edildiyi kimi, Cavabdeh2 hüquqdan sui-istifadə edir.
56. Məhkəmə bildirir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Avropa İnsan Hüquqları Məhkəməsinin “Sporronq və Lonnrot İsveçə qarşı” işi üzrə qəbul etdiyi qərar), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Papachelas Yunanıstana qarşı” iş üzrə qəbul etdiyi qərar). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Scordino İtaliyaya qarşı” iş üzrə qəbul etdiyi qərar). Hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Avropa İnsan Hüquqları Məhkəməsinin “Papachelas Yunanıstana qarşı” iş üzrə qəbul etdiyi qərar).
57. Sökülməsi nəzərdə tutulan binanın bir neçə sakini ilə iddiaçı MTK arasında bağlanmış və surətləri Cavabdeh2 vəkili (nümayəndəsi) tərəfindən apellyasiya icraatı zamanı Məhkəməyə təqdim edilmiş müqavilələr və bildirdiyi “MTK tərəfindən Cavabdeh2 münasibətdə ayrı seçkiliyə yol verilməsi barədə” dəlil ilə bağlı Məhkəmə bildirir ki, apellyasiya baxışının nəticəsi ilə artıq müəyyən olunmuşdur ki, iddiaçı MTK-nın isə üzərinə düşən öhdəlikləri icra edərək, "xxxx" sakinlərə ədalətli təkliflər vermiş, 30 mənzil mülkiyyətçilərdən 28 mənzilin mülkiyyətçisi MTK-nın təklifini qəbul etmişlər. Cavabdeh2 MTK-nın ağlabatan və ədalətli təklifini qəbul etməməklə hüquqdan sui-istifadə edir, bununla da digər sakinlərin hüquqlarını pozur.
58. Məhkəmənin fikrincə Cavabdeh2 yaranmış vəziyyətdən istifadə edərək, MTKnın hesabına daha çox nemət əldə etmək niyyətindədir ki, bu da yolverilməzdir. Əgər o, MTK-nın ona təklif etdiyi əlavə mənzil sahəsindən də artıq sahə əldə etmək istəyirsə onda o, MTK-ya əlavə vəsait ödəməklə sahəsi daha geniş olan mənzil əldə edə bilər.
59. Bu baxımdan müəyyən edilir ki, Cavabdeh2 və onun vəkilinin (nümayəndəsinin) bildirdikləri dəlil əsassızdır.
60. Cavabdeh2 və onun vəkilinin (nümayəndəsinin) bildirirlər ki, iddiaçı MTK-nın istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli qərarı Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 482 nömrəli qərar ilə ləğv edilmişdir. Buna görə də, MTK-nın iddia əsaslı hesab edilə bilməz.
61. Bununla bağlı Məhkəmə qeyd edir ki, “Bakı şəhərinin Nərimanov və digər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı Qərarının 1.2-ci bəndinə əsasən, İcra Hakimiyyətlərinə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını həyata keçirmələri tapşırılmışdır.
62. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli qərarı ilə, Nazirlər Kabinetinin qeyd edilən xx.xx.2016-cı il tarixli 86 saylı Qərarı ləğv edilmişdir. Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə aşağıdakıları həyata keçirsinlər: mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını (4.1); qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini (4.2).
63. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən verilmiş qərardan və yuxarıda qeyd edilən sərəncamlardan bəlli olur ki, cavabdehlərin mülkiyyətində olan tikililərin və ərazidə yerləşən digər binaların sökülməsi iddiaçı MTK-ya həvalə edilsə də, MTK-ya tapşırılmışdır ki, həmin ərazidə yerləşən yaşayış sahələrinin sökülməsi mövcud qanunvericilik əsasında və sahələrin mülkiyyətçilərinin razılığının alınması şərti ilə həyata keçirilməlidir. İş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən isə müəyyən edilir ki, MTK, sökülməsi nəzərdə tutulmuş binada yerləşən 30 mənzildən 28 mənzilin mülkiyyətçiləri ilə razılığa gəlmiş, razılığa gələ bilmədiyi 2 mülkiyyətçidən bir hazırkı iş üzrə tərəf deyil, digəri isə hazırkı iş üzrə cavabdeh Diana Andreyavadır ki, o da subyektiv səbəblərdən MTK ilə razılığa gəlmək istəmir (subyektiv səbəblər yuxarıda açıqlanıb).
64. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli qərarı ləğv edilsə də, həmin qərarı ləğv edən Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli qərarının mövcud olması və iddiaçı MTK-nın bu qərarın tələblərinə əməl etməsi kifayət edir ki, MTK-nın iddiası əsaslı hesab edilsin. Cavabdeh tərəfin müzakirə edilən bu dəlili də əsassızdır. i) apellyasiya baxışının nəticəsi
65. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
66. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
67. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
68. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.
69. Məhkəmə həmçinin bildirir ki, apellyasiya şikayəti təmin edilməyən Cavabdeh2 hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
70. Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, həmin qətnaməni mübahisələndirməmiş işdə iştirak edən digər şəxslər isə hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
71. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405 maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 sentyabr 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh2 hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı Mənzil Tikinti Kooperativi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 Georgiyevna, Cavabdeh4 və iş üzrə üçüncü şəxs olan Bakı Şəhər Nizami Rayon İcra Hakimiyyəti hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.