Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6331/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X5, Cavabdeh2 Eldar qızı, onun və Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Eldar oğlu, Cavabdeh2 Eldar qızı və Cavabdeh3 qarşı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və X10 olmaqla maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-222/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasənişə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Eldar oğlu, Cavabdeh2 Eldar qızı və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək evin tikintisinə çəkilmiş xərclərə görə 30000 manat maddi ziyan, 2000 manat mənəvi ziyanın cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-222/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz qətnaməsində göstərmişdir ki, iddiaçı məhkəmədə ona dəymiş maddi ziyanın ödənilməsini tələb etsə də, ziyanın konkret olaraq nədən ibarət olmasını, evin tikintisi üçün xərc çəkdiyini, onun tərəfindən çəkilən xərcə dair hər hansı ödənişlər edilməsi barədə qəbzlər və ya bu kimi sübutlar məhkəməyə təqdim etməmişdir. Göstərilən bu hal ilə bağlı qeyd edir ki, məhkəmə öz qətnaməsində Ramana Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 22 nömrəli arayışına istinad edərək, İddiaçı südçülük sovxozu ərazisində yerləşən 2,5 sot torpaq sahəsi və 200 kv.m yaşayış sahəsi üçün torpaq və əmlak vergisi ödəyərək Ramana Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçməsini, X4 bildirişinə istinad edərək, Südçülük sovxozu ərazisində İddiaçı adına 2018-ci il üçün 111 manat vergi hesablanmağını, həmin məbləği İddiaçı tərəfindən ödənilməsini, xx.xx.2013-cü il tarixdə verilmiş və Bakı şəhərinin notariusu A.K.Məmmədov tərəfindən təsdiq olunmuş etibarnamənin məzmununa istinad edərək, X15 Rzayevaya icarəsində olan Abşeron rayonu Ramana Südçülük sovxozu ərazisində yerləşən 1 ha torpaq sahəsindən ona etibar edilmiş 3000 kv.m torpaq sahəsindən 270 kv.m sahəsinə yüklülüyünə dair arayışı və lazımi sənədləri aldıqdan sonra icarə hüququnun üzərində sərəncam verməyi, alqı-satqı etməyi, ipoteka qoymağı, bağışlamağı, dəyişməyi, pulunu almağı, imza etməyi və bu tapşırığın yerinə yetirilməsi zamanı ortaya çıxa biləcək digər zəruri hərəkətlərin yerinə yetirilməsini etibar etməsini və etibarnamə xx.xx.2092-ci il tarixədək qüvvədə olmasını göstərsə də iddiaçının cavabdeh ilə səbəbli əlaqəni müəyyən etməmişdir. Nə üçün məhz iddiaçı tərəfindən təmir xərclərinin çəkilməsi zərurətinin yarandığını araşdırmamışdır. Belə ki, həmin sənədlər iddiaçının birbaşa cavabdeh ilə səbəbli əlaqəni müəyyən edir. Məhkəmə qətnaməsindən də görünüdüyü kimi iddiaçının qızı Vüsalə Rzayeva ilə Cavabdeh1 nikaha daxil olmuşlar. Təbii ki, bu nikah tərəflərdən birinin razılığı olmasada valideynlər arasında rəsmiləşdirilmişdir. İddiaçı isə öz qızının gələcəyi naminə cavabdeh ilə birlikdə ev tikdirmək qərarınna gəlirlər. Həmin ərazidə tikilmiş iki mərtəbəli evin 30000 manat xərci iddiaçı tərəfindən çəkilmişdir. Belə ki, həmin evin təmiri üçün iddiaçı qeyd olunan xərci çəkmişdir. Mülki iş materiallarına əlavə edilmiş ******* saylı, MH seriyalı çıxarışdan görünür ki, Dilbər Mahmudovanın adına Abşeron rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazsində yerləşən 1.0 ha torpaq sahəsi 99 il müddətinə icarəyə verilmişdir. Eyni zamanda mülki iş materiallarına əlavə edilmiş xx xxxxx 2018-ci il tarixli arayışdan görünür ki, Ramana Südçülük sovxozu ərazsində yerləşən 2.5 sot torpaq sahəsi və 200 kv.m yaşayış sahəsi üçün İddiaçı torpaq və əmlak vergisi ödəyərək Ramana bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Həmçinin, həmin tikiliyə çəkilmiş işıq sayğacı belə iddiaçının adınadır. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə yanaşı, əlavə olaraq bildirmişlər ki, iddiaçı Zinyət ilə qonşu olmuşlar. 2016-cı ildə Zinyət onlara gələrək iddiaçının qızının öz oğlu üçün istəmiş, onlar da bu təklifə razı olmuşlar. Sonradan Zinyət onlara Bakıda kirayə qaldıqlarını və oğluna ev tikdirmək üçün torpaq sahəsinə ehtiyyaclarının olduğunu bildirmişdir. İddiaçı ona 99 illik icarə əsasında verilmiş mübahisəli torpağı cavabdehə övladları üçün ev tikilməsi məqsədilə vermişdir. Sonradan iddiaçı həmin torpaq sahəsində evin tikilməsi üçün cavabdehə kömək etmək fikrinə gəlmiş və mənzilin tikilməsi üçün ümumilikdə 30 000 manat məbləğində pul vəsaiti xərcləmişdir. İddiaçının yoldaşı Rusiya Federasiyasında çalışır və onların 2-3 evləri və 1 mağazaları var. Bu hal da həmin vəsaitin iddiaçılar tərəfindən rahat ödənilməsinə imkan verir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2, onun və digər cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək izahatlarında bildirmişlər ki, Cavabdeh2 2006-cı ildə Bakı şəhərinə gəlmiş və Neftçilər ərazisində iddiaçının qonşuluğunda kirayədə qalmışdır. O, mübahisəli torpaq sahəsini 2013-cü ildə almış lakin Gürcüstan Respublikası vətəndaşı olduğu üçün burada torpaq almaq hüququ olmadığından torpaq sahəsini Zinyətin qızının qayınanasının adına almışlar. İddiaçı həmin torpaq sahəsinin alınmasına və orada ev inşa edilməsinə heç bir vəsait xərcləməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki,şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-nin MH seriyalı ******* nömrəli Çıxarışından görünür ki, Hüququ yüklü edilən şəxs Abşeron rayon İcra Hakimiyyəti, xeyrinə hüquq yüklü edilən şəxs X3 yüklü edilən əmlak Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsi xx.xx.2009-cu ildən başlayaraq 99 il müddətinə xx.xx.2009cu il tarixli 081 nömrəli icarə müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində 91 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009). İş materiallarında olan Ramana Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 22 nömrəli Arayışından görünür ki, İddiaçı südçülük sovxozu ərazisində yerləşən 2,5 sot torpaq sahəsi və 200 kv.m yaşayış sahəsi üçün torpaq və əmlak vergisi ödəyərək Ramana Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan X4 bildirişindən görünür ki, Südçülük sovxozu ərazisində İddiaçı adına 2018-ci il üçün 111 manat vergi hesablanmış, həmin məbləğ İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixdə verilmiş və Bakı şəhərinin notariusu tərəfindən təsdiq olunmuş etibarnamənin məzmunundan görünür ki, X15 Rzayevaya icarəsində olan Abşeron rayonu Ramana Südçülük sovxozu ərazisində yerləşən 1 ha torpaq sahəsindən ona etibar edilmiş 3000 kv.m torpaq sahəsindən 270 kv.m sahəsinə yüklülüyünə dair arayışı və lazımi sənədləri aldıqdan sonra icarə hüququnun üzərində sərəncam verməyi, alqı-satqı etməyi, ipoteka qoymağı, bağışlamağı, dəyişməyi, pulunu almağı, imza etməyi və bu tapşırığın yerinə yetirilməsi zamanı ortaya çıxa biləcək digər zəruri hərəkətlərin yerinə yetirilməsini etibar edir. Etibarnamə xx.xx.2092-ci il tarixədək qüvvədədir. İş materiallarında olan xx.xx.2013-cü il tarixdə verilmiş və Bakı şəhərinin notariusu tərəfindən təsdiq olunmuş Etibarnamənin məzmunundan görünür ki, X10, İddiaçı icarəsində olan Abşeron rayonu Ramana Südçülük sovxozu ərazisində yerləşən 1 ha torpaq sahəsindən ona etibar edilmiş 3000 kv.m torpaq sahəsindən 270 kv.m sahəsinə yüklülüyünə dair arayışı və lazımi sənədləri aldıqdan sonra icarə hüququnun üzərində sərəncam verməyi, alqı-satqı etməyi, ipoteka qoymağı, bağışlamağı, dəyişməyi, pulunu almağı, imza etməyi və bu tapşırığın yerinə yetirilməsi zamanı ortaya çıxa biləcək digər zəruri hərəkətlərin yerinə yetirilməsini etibar edir. Etibarnamə xx.xx.2092-ci il tarixədək qüvvədədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 15 saylı xüsusi notariat kontorunun xx.xx.2016-cı il tarixli 1259 nömrəli məktubundan görünür ki, X1 xx.xx.2016-cı il tarixli ərizəsinə əsasən X7 xx.xx.2012-ci il tarixli 7E31/26503 reyestrli Abşeron rayonu, Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinə dair verdiyi etibarnamə ləğv edilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və X6 arasında xx.xx.2017-ci ildə rəsmi nikah bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 13845 nömrəli Rəyindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, Ramana südçülük sovxozunda yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində müxtəlif növ və eləcə də qizli təmir işləri aparıldığından və eləcə də həmin evin inşasına və təmirinə dair mülki iş materiallarında layihə və smeta sənədləri olmadığından yaşayış evinin inşasına və təmirinə sərf olunan materialların və həmin materialların həcmlərini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Qeyd olunur ki, tədqiq olunan tikililərə dair layihə və smeta sənədləri əlavə olunduqdan sonra tikiliyə sərf olunan materialların dəyərinin müəyyən edilməsi mümkün ola bilər. İş materiallarında olan Qiymətləndirmə və Audit MMC-nin xx.xx.2019-cu il tarixli 62 nömrəli Mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük sovxozu ərazisində yerləşən 0.027 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 132,87 kv.m tikilinin (fərdi yaşayış evinin) tikintisinə çəkilmiş xərcin xx.xx.2019-cu il tarixinə olan bazar dəyəri 61000 manat təşkil edir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X11 ifadəsində göstərmişdir ki, torpaq sahəsini iddiaçıya satmış, torpağın bölgüsünü aparmışdır. Torpaq heç kimin balansında deyil. Həmin torpaq sahəsində yerləşən evi Zinyət xanım tikmişdir. Evləri yan-yanadır. Şahid özü 2009-cu ildən həmin evdə yaşayır, Dilbər onun anasıdır. Özünün barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə torpaq sahələrinə görə cinayət işi olmuşdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X12 ifadəsində göstərmişdir ki, o, Zinyətin qonşusudur. Zinyət 3 ildir ki, orada yaşayır. Evlərinin tikiliməsinin şahidi olmuşdur. Kəkliyi görməmişdir. Ev tikili idi, sonradan nişan mərasimi olmuşdur. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X14 ifadəsində göstərmişdir ki, o, iddiaçının uzaq qohumudur. Mübahisəli evdə dam örtüyünü, üzlüyü, astar və elektrik sistemini o çəkmişdir. Pulları 2 il bundan əvvəl Məhəmməd ona vermişdir. O, cavabdehi tanıyır. Cavabdeh özünü ev sahibi kimi təqdim etmiş, evin sahibi də o olmuşdur. Ev 2 mərtəbəli idi. Yuxarıda çıxışla birlikdə 4 otaq var idi. Təmir üçün Kəklik xanımın həyat yoldaşı Məhəmməddən cəmi 4800 manat pul almışdır. Təmir üçün materialları özü almış, pulu isə Məhəmməd vermişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X13 ifadəsində göstərmişdir ki, o, mübahisəli evdə usta kimi işləmişdir. 2017-ci ildə 2100 manat evinpilləkənlərini tikmişdir. Evin kimə məxsus olduğuni bilməmiş, lakin pulu Məhəmməddən almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməməsi barəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, İddiaçı Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.027 ha torpaq sahəsini Dilbər Mahmudovadan almasını, həmin torpaq sahəsində 200 kv.m ev tikməsini bildirsə də, iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, yalnız şahid ifadələri ilə həmin halın təsdiq olunduğu qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi şəxslər də iddiaçının qohumları olmaqla bir birinə zidd ifadələr vermişlər. Həmçinin apellyasiya baxışı zamanı cavabdeh tərəfindən məhkəmə təqdim edilmiş cavabdehlərin qonşuları olan Sevda Qurbanova, Müşfiqə Hacıyeva, Qalib Hacıyev, Afət Həsənov, Asəf Həsənov və Kəmalə Hüseynova tərəfindən imzalanan xx.xx.2019-cu il tarixli “Akt”da qeyd olunmuşdur ki, “Biz, aşağıda imza edən qonşular Bakı şəhəri, Yeni Ramana, 2-ci sahə ünvanında X8 ilə yaxın qonşu olaraq yaşayırıq. Biz hamımız məlum torpağın Zinyət Salahova tərəfindən öz vəsaiti ilə satın aldığını və həmin torpaq sahəsi üzərində evin tikintisini öz şəxsi vəsaiti ilə apardığını bilir, buna şahidlik edirik. İddiaçı qaldırdığı iddia əsassızdır.” Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation(sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür və o, mübahisəli torpaq sahəsinin onun tərəfindən və onun vəsaiti hesabına alınmasını, həmin torpaq sahəsinin üzərində inşa edilən evin tikintisinə və təmirinə onun tərəfindən xərc çəkildiyini sübut edə bilməmişdir. Kollegiya iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi əsas yəni maddi zərər hissəsindən törəmə tələb olduğundan və maddi zərər tələbi təmin edilmədiyindən birinci instansiya məhkəmsi iddia tələbinin mənəvi zərər hissəsi də təmin etməməkdə haqlı olmuşdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tətbiq olunacaq hüquq, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-222/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6331/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6331/2020
16.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver