Məhkəmə qərarları › İş №2(103)-6335/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6335/2020

07.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6335/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-245/2020 nömrəli qəraradadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-245/2020 saylı qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddiası təmin edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-245/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-245/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)- 245/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVİD- 19) yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günlərinin müəyyən edilməsinə dair qərar qəbul etmişdir. Buna görə də xx xxxxx 2020-ci ilə qədər olan günlər qeyri-iş günləri hesab edilmişdir. xx xxxxx 2020-ci il şənbə gününə təsadüf etdiyindən, xx xxxxx 2020-ci ildə, həftənin 1-ci günü mən poçt vasitəsi ilə apellyasiya şikayətini göndərmişdir. Buna görə də onun tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan müddət ötürülməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-245/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh şikayətin şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçı tərəfə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. MPM-nin 363.1.3-cü maddəsinə əsasən, apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə məhkəmə apelyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarır. MPM-nin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə görə isə, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 363.3-cü maddəsinə görə, apelyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Belə ki, iş materiallarında olan xəbərnamədən (i.v 84) görünür ki, İddiaçı sözügedən qətnaməni xx.xx.2020-ci il tarixdə poçt xəbərnaməsini imzalamaqla rəsmi qaydada almışdır. Kollegiya qeyd edir ki, İddiaçı sözügedən qətnamədən apelyasiya şikayətini xx.xx.2020-ci il tarixdə poçt xidmətinə vermiş və xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda, şikayət vermə müddətinin sonuncu günü xx.xx.2020-ci il tarixi olmuş, həmin tarix qeyri-iş gününə təsadüf etdiyindən şikayətin sonrakı ilk iş günü olan xx.xx.2020-ci il tarixində poçta təqdim edilməsi zərurəti yaranmış, lakin şikayət poçta xx.xx.2020-ci il tarixində verilmişdir. Odur ki, iddiaçı, apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddəti ötürdüyündən və həmin müddətin bərpa edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmədiyindən, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən, birinci instansiya məhkəməsinin qərardadına əsasən apellyasiya şikayətinin geri qaytarılması qanuni və əsaslı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, Kollegiya hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 245/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-245/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər: imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar