Məhkəmə qərarları › İş №2(103)-6336/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6336/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6336/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(007)-617/2018 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Borclu Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(007)-617/2018 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(007)- 617/2018 saylı qərardadı ilə borclu Cavabdeh ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan borclu Cavabdeh şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(007)-617/2018 saylı qərardadı ilə apelyasiya şikayətini vermə müddəti ötürüldüyündən şikayət geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə poçt vasitəsilə qəbul etdiyi qərardaddan qanunla müəyyən edilmiş müddət ərzində, yəni xx xxxxxx 2020-ci il tarixdə şikayət vermişdir. Beləliklə, o, şikayəti vaxtında vermiş, lakin məhkəmə müddəti səhvən ötürülmüş hesab etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(007)-617/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə şikayətin təmin edilməməsini xahiş edərək izahatında bildirdi ki, cavabdeh tərəfin əsas məqsədi qətnamənin icrasını uzatmaqdır. Buna görə də o, qərardadın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyinə görə məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(007)-617/2018 saylı qərardadı ləğv edilməli, qətnamədən şikayət vermə müddəti buraxılmamış hesab edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(007)-617/2018 saylı qərardadının müzakirə edilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İş materiallarından görünür ki, borclu Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(007)-617/2018 saylı qərardadını xx xxxxxx 2020-ci il tarixdə əldə etmiş (i.v.208) və xx xxxxxx 2020-ci il tarixdə qərardaddan şikayət vermişdir. Birinci instansiya məhkəməsi isə qərardadın cavabdehə göndərildiyi xx xxxxxx 2020-ci il tarixini əsas götürərək xx xxxxxx 2020-ci il tarixli 2(007)-617/2018 saylı qərardaddan (qərardadda tarix səhvən xx xxxxxx 2020-ci il kimi göstərilmişdir) cavabdehin şikayətini geri qaytarmışdır. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, cavabdeh qərardadı rəsmi qaydada əldə etdiyi müddətdən 10 gün keçməmiş qərardaddan şikayət verdiyindən, qərardaddan şikayət vermə müddəti buraxılmamış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(007)-617/2018 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(007)- 617/2018 saylı qərardadındancavabdehin şikayət vermə müddəti buraxılmamış hesab olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(007)- 617/2018 saylı qərardadının müzakirə edilməsi üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar