Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6336/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-55/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən cavabdehlər - Cavabdeh2 və X4 çıxarılmaları, həmin fərdi yaşayış evinin önündə və arxasında cavabdeh X7 tərəfdən inşa edilmiş özbaşına tikililərin, o cümlədən fərdi yaşayış evinin arxasında inşa edilmiş daş hasarın onun hesabına sökülməsi, evinin arxasına giriş çıxış yolunun açılması, sökülən inşaat materiallarının X4 hesabına ərazidən yığışdırılaraq çıxarılması, evinin arxasında ona məxsus qarajın cavabdehlər - Cavabdeh2 və X3 alınaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Cavabdeh X7 İddiaçı qarşı qarşılıqlı iddia verərək ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin onun istifadəsində olan açıq eyvanla üzbə-üz cavabdehin mülkiyyətində olan evin pəncərələrinin mişar daşı ilə bağlanması, 8 №-li evin istifadəsinə verilmiş həyətyanı torpaq sahəsinin sərhədi boyunca hasarın tikintisinin başa çatdırılmasına cavabdeh tərəfindən maneçilik törədilməsinə qadağan qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-55/2024 nömrəli qərardadı ilə "8 №-li evin istifadəsinə verilmiş həyətyanı torpaq sahəsinin sərhədi boyunca hasarın tikintisinin başa çatdırılmasına cavabdeh tərəfindən maneçilik törədilməsinə qadağan qoyulması" barədə qarşılıqlı iddia üzrə iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-55/2024 nömrəli qətnaməsi ilə ilkin iddia ilə qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı xx.xx.2024-cü ildə apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)- 55/2024 nömrəli qətnaməsini dəyişdirərək, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən cavabdehlər X7 və Cavabdeh2 çıxarılmaları, həmin yaşayış evinin önündə və arxasında X7 tərəfindən inşa edilmiş özbaşına tikililərin və yaşayış evinin arxasında inşa edilmiş daş hasarın onun hessabına sökülməsi, evinin arxasına giriş-çıxış yolunun açılması, sökülən inşaat materiallarının X4 hesabına ərazidən yığışdırılaraq çıxarılması, evin arxasında qarajın cavabdehlər X7 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-55/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyindən, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmış. Həmin qərardad iddiaçının elektron kabinetinə xx.xx.2024- cü il tarixdə yerləşdirilmişdir. Bundan sonra İddiaçı xx.xx.2024-cü ildə apellyasiya şikayəti verərək, Baki şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-55/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsini dəyişdirərək, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən cavabdehlər X7 və Cavabdeh2 çıxarılmaları, həmin yaşayış evinin önündə və arxasında X7 tərəfindən inşa edilmiş özbaşına tikililərin və yaşayış evinin arxasında inşa edilmiş daş hasarın onun hessabına sökülməsi, evinin arxasına giriş-çıxış yolunun açılması, sökülən inşaat materiallarının X4 hesabına ərazidən yığışdırılaraq çıxarılması, evin arxasında qarajın cavabdehlər X7 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa iddiaçı müddətin bərpa edilməsinə dair ərizə verərək ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-55/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə müddətin buraxılma səbəbi üzürsüz hesab edildiyindən, ərizə təmin edilməmişdir. İddiaçı xx.xx.2024-cü ildə şikayət verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-55/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-55/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən şikayət verilmə müddətini bərpa edib şikayətə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-55/2024 nömrəli qərardadından verilmiş şikayəti təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, iş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 133.1-ci maddəsində göstərilir ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddəsinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3-cü maddəsinə görə, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) Kollegiya qeyd edir ki, qanunun məzmunundan göründüyü kimi buraxılmış müddətin bərpası üçün əsas həmin müddətin üzürlü səbəbdən buraxılması və bunun məhkəmə tərəfindən üzrlü hesab edilməsidir. Apellyasiya şikayəti verməsi üçün kifayət qədər müddəti olmuş və iddiaçı həmin müddəti üzrsüz səbəbdən buraxmışdır. İddiaçı qətnaməni xx.xx.2024-cü il tarixdə almış, bu barədə məhkəmə qəbzini həmin tarixdə imzalamışdır. Həmin qətnamədən verilən apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadın iddiaçını elektron kabinetinə xx.xx.2024-cü ildə yerləşdirilməsinə baxmayaraq o, xx.xx.2024-cü ildə məhkəməyə yenidən apellyasiya şikayət ilə müraciət emişdir. Birinci nstansiya məhkəməsi də düzgün olaraq hesab etmişdir ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-55/2024 nömrəli qərardadını aldıqdan dərhal sonra, ən azından ağlabatan müddətdə yenidən apellyasiya şikayəti verə bilərdi. İddiaçı isə qərardadı aldıqdan 25 gün sonra apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş və bununla bağlı heç bir üzrlü səbəb göstərməmişdir. Beləliklə, qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü xx.xx.2024cü il hesab edilir. Lakin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti xx.xx.2024-cü ildə "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuş, yəni qətnamə iddiaçı tərəfindən nəzərdə tutulmuş müddət keçdikdən sonra verilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmaqla şikayətin dəlilləri onun ləğv edilməsinə əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq,i rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-55/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6336/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6336/2024
06.11.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver