Məhkəmə qərarları › İş №2(103)-6338/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6338/2022

24.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6338/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, X5 qarşı, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı, müstəqil tələb irəli sürən 3-cü şəxs X4 İddiaçı, Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: torpaq sahəsinin onun qanuni istifadəsində olmasının müəyyən edilməsi , çıxarışın etibarsız hesab edilməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Üçüncü şəxs X4 vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh1, X5 qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) «torpaq sahəsinin onun qanuni istifadəsində olmasının müəyyən edilməsi və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair və müstəqil tələb irəli sürən 3-cü şəxs X4 İddiaçı, Cavabdeh1 və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı sərəncamın və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-18/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 1 №-li Zeytun sovxozunun direktoru S.Ə.Həsənova tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli 08 nömrəli əmri ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısının 236 saylı sərəncamına əsasən Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində sovxoza məxsus ərazidə yerləşən fərdi ev tikmək üçün fəhlə və qulluqçuların hər birinə (İddiaçı) 1000 kv.m torpaq sahəsi ayrılmışdır.

2. 1 №-li Zeytun sovxozunun direktoru S.Ə.Həsənova tərəfindən təsdiq edilmiş aktı ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısının 236 saylı xx.xx.1996-cı il tarixli sərəncamına əsasən sovxoz həmkarlar təşkilatının 06 №-li xx.xx.1999-cu il tarixli protokoluna əsasən vətəndaş İddiaçı ayrılmış torpaq sahəsi ölçülüb sərhədinə taxta nişangah qoyduqdan sonra vətəndaş İddiaçı təhvil verilmişdir.

3. X3 həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(82)-2154/2019 saylı qərarına əsasən iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iddiası təmin olunmuş, ünvan 1nun ərazisində yerləşən 950 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçı X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

4. Torpaq sahəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2154/2019 saylı, 30 iyul 2019-cu il tarixli qərarı əsasında X7 adına **********20 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi sonradan Bakı şəhəri 24 saylı DNK-da bağlanmış 209 saylı, 28 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Bundan əlavə, müraciətə əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********72 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş döngə nöqtələrinin koordinatları da eyni ilə həmin sahəyə aiddir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2154/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən İddiaçı və X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2154/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8152/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçı X7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (İddiaçı, X8 və Cavabdeh1 üçüncü şəxs qismində cəlb olunmaqla) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və planölçünün verilməsi tələbi barədə inzibati mübahisəyə dair iddia tələbi rədd olunmuşdur. Həmin qərarla müəyyən olunmuşdur ki, məhkəmə araşdırması dövründə İddiaçı iddia etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytun sovxozunda yerləşən 1000 kv.metr torpaq sahəsinin iddiaçı X10 məxsus olan ünvan 1nda yerləşən 950 kv.metr torpaq sahəsi ilə naturada üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi həmin torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən yerləşmə cizgisi təqdim olunmadığı üçün mümkün olmamışdır. İddiaçının ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsi ilə xx.xx.2007-ci il tarixdə MH ******* seriyalı ********* qeydiyyat nömrəli çıxarış əsasında X4 adına qeydiyyata alınmış torpaq sahəsi ilə eynilik təşkil etməklə üst-üstə düşdüyü müəyyən edildiyindən, X4 torpaq sahəsi üzərində mülkiyyət hüququnun daha əvvəl xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını, həmin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan, həmçinin iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 04 iyul 1996-cı il tarixli, 236 saylı sərəncam mübahisəli olmaqla, həmin sərəncam əsasında torpaq sahəsinin yerində təyin etmək mümkün olmadığından cavabdeh tərəfindən həmin daşınmaz əmlakın iddiaçının adına qeydiyyata alınmasından imtina edilmiş və iddia rədd edilmişdir. Həmin qərardan şikayət verilməmişdir.

7. İş üzrə təyin olunmuş ekspertiza rəyindən müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 1 saylı Zeytun sovxozu ərazisində yerləşən 0.0950 ha torpaq sahəsi ilə "xxxx" MMC-nin mühəndisi tərəfindən ölçülən mübahisəli torpaq sahəsinin qismən üst-üstə düşdüyü müəyyən olunur. “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin mühəndisi tərəfindən ölçülən mübahisəli torpaq sahəsinin faktiki koordinatlarına əsasən müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ərazisində yerləşən 0.0950 ha torpaq sahəsindən əlavə 23 kv.m ərazidən istifadə edir və 1 saylı Zeytun sovxozu tərəfindən İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi və 1 saylı Zeytun sovxozu tərəfindən X10 ayrılmış 1000 kv.m torpaq sahəsinin yerləşmə sxemi təqdim edilməməsi səbəbindən, 1 saylı Zeytun sovxozu tərəfindən İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsi ilə 1 saylı Zeytun sovxozu tərəfindən X10 ayrılmış 1000 kv.m torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh1 və X5 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində Zeytun sovxozuna məxsus ərazidə yerləşən daşınmaz əmlaka dair əldə olunmuş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli saxta çıxarışın etibarsız hesab edilməsi, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində Zeytun sovxozuna məxsus ərazidə 1000 kv.m torpaq sahəsinin onun qanuni istifadəsində olmasının müəyyən edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın və X4 əldə etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 34844 nömrəli reyestr kitabında yazılmış 67 nömrəli qeydiyyat vəsiqəsi və ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini, sənədləri saxtalaşdırmaq yolu ilə özgəsinin əmlakına dair saxta sənəd hazırlayan şəxslərin əhatəsinin müəyyən olunması və əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı xüsusi qərardad çıxararaq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini xahiş etmişdir.

9. Suraxanı rayon Məhkəməsinin İş № 2(010)-5548/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə İş № 2(010)-5323/2019 saylı mülki iş birləşdirilmişdir. Həmin birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0950 ha torpaq sahəsindən istifadə etməyinə yaratdıqları maneələrin aradan qaldırılmasını, torpaq sahəsi üzərində tikilmiş tikililərin öz hesablarına sökülməsini və onların torpaq sahəsindən çıxarılaraq ona (iddiaçıya) təhvil verilməsinin cavabdehlərə həvalə olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. Müstəqil tələb irəli sürən 3-cü şəxs X1 Zaur İbrahim oğluna, Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.0957 ha torpaq sahəsininin üzərində iddiaçı X4 hüquqlarından irəli gələn sahiblik, istifadə hüquqlarının tanınması və bərpası barədə və eyni zamanda cavabdeh İddiaçı verilmiş Abşeron rayon İcra Hakimiyyəti başçısının 236 nömrəli sərəncamının və Cavabdeh1 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 236 saylı sərəncamına əsasən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində Zeytun sovxozuna məxsus ərazidə yerləşən 1000 kv.m torpaq sahəsi İddiaçı ayrılmışdır. Bununla bağlı 1 №-li Zeytun sovxozu tərəfindən Akt tərtib olunaraq ayrılmış torpaq sahəsində sxematik planın sərhədlərinə taxta nişangah qoyulduqdan sonra həmin sahə İddiaçı təhvil verilmişdir. İddiaçı məxsus torpaq sahəsində fərdi yaşayış evi tikilmiş, yalnız sadəcə sənədləşmə işlərini dostu X13 adına etmişdir. Dəfələrlə ayrı-ayrı maklerlər gələrək hasardan Murada məxsus torpaq sahəsinə baxan zaman onlara iradını bildirmiş və onlar çıxıb getmişlər. Lakin həmin maklerlərdən birinin qohumu özünü Elnur kimi təqdim edən şəxs yaxınlaşıb çıxarış təqdim edərək Zaurdan torpaq sahəsini boşaltmağını tələb etmişdur. İddiaçı isə Cavabdeh1 onun sənədinin saxta olmasını və həmin çıxarışın etibarsız edilməsi ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir. Görünən odur ki, cavabdeh arxiv məlumatlarını saxtalaşdıraraq Zaura məxsus torpaq sahəsini qanunsuz yolla öz mülkiyyətinə keçirmiş, saxta çıxarış əldə etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, həmin torpaq sahəsi X4 mülkiyyətinə keçmişdir. Təqdim olunmuş qeydiyyat vəsiqəsində X9 adı yazılmış və Safalan Cəfərov torpaq sahəsini M.Qurbanovdan aldığını iddia etmişdir. Həmçinin təqdim olunmuş torpaq sahəsinin planında “A” nöqtəli tikili göstərilmişdir. Bu isə onu təsdiq edir ki, X19 Qurbanov arasında 2007-ci ildə alqı-satqı aparılan zaman qeyd olunan torpaq sahəsində “A” nöqtəsi kimi göstərilən 1 otaqlı, 2.6m x 4.6m=11.96 kv.m-dən ibarət tikili mövcud olmuşdur. Halbuki, İddiaçı məxsus torpaq sahəsində mövcud olan tikilinln ümumi sahəsi 37.1 kv.m-dən ibarətdir. Göstərilən detallar onu sübut edir ki, İddiaçı məxsus torpaq sahəsi ilə Safalan Cəfərova məxsus torpaq sahələri ya fərqli sahələrdir, ya da ki, X2suz olduğunu bilə-bilə saxta sənəd hazırlayaraq İddiaçı məxsus torpaq sahəsini ələ keçirmək istəmişlər.

12. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı iddiası onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı tam mülkiyyət hüququ üzrə ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0950 ha olan torpaq sahəsini onun mülkiyyətinə vermişdir. xx.xx.2019-cu ildə torpaq sahəsinə dair çıxarış almışdır. Tikinti işləri aparmaq üçün qeyd olunan ünvana gedərkən həmin torpaq sahəsi üzərində kiçik bir tikili olduğunu və dəmir darvaza qoyulduğunu müşahidə edib. Daş hasarın üzərində yazılmış nömrə ilə əlaqə saxladıqda həmin şəxslə görüşmüş, Cavabdeh3 torpağın ona məxsus olduğunu bildirərək öz adına sənəd təqdim etmişdir. Sənədləri araşdırdıqda məlum olmuşdur ki, torpaq sahəsinin ayrılması haqqında siyahıda Rahman Qasımovun adı qeyd olunmamışdır və sənədlər saxtadır.

13. 3-cü şəxs X4 iddiası onunla əsaslandırılmışdır ki, o, 2007-ci ildə Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.0957 ha torpaq sahəsini ev tikmək məqsədi ilə rəsmi qaydada əldə etmişdir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli və MH ******* seriyalı Çıxarış verilmiş və eyni zamanda çıxarışla yanaşı, xx.xx.2007-ci il tarixdə mübahisə predmeti olan - Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.0957 ha torpaq sahəsinə dair Texniki Pasport da verilmişdir. Maddi baxımdan imkan olmadığına görə, orada hər hansı tikinti və s. işləri apara bilməmişdir. Onun adına olan torpaq sahəsinə dair məhkəmə mübahisəsinin olması barədə və onun qanunsuz saxta sənədlərlə hər hansı digər üçüncü şəxslərə satılması barədə məlumatı olmamışdır. Həmin torpaq sahəsindəki qonşuları tərəfindən ona torpaq sahəsi ilə bağlı məhkəmədən nümayəndələrin gəlib burada yerli baxış keçirmələri barədə məlumat verilmişdir. Daha sonra o, bütün bu məsələlərdən xəbərdar olmuş və bununla bağlı olaraq Bakı İnzibati Məhkəməsində aparılan məhkəmə mübahisəsinə qoşulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8152/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçı X7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (İddiaçı, X8 və Cavabdeh1 üçüncü şəxs qismində cəlb olunmaqla) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və plan-ölçünün verilməsi tələbi barədə inzibati mübahisəyə dair iddia tələbi rədd olunmuşdur. Həmin qərarla müəyyən olunmuşdur ki, məhkəmə araşdırması dövründə İddiaçı iddia etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytun sovxozunda yerləşən 1000 kv.metr torpaq sahəsinin iddiaçı X10 məxsus olan Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi 1 saylı Zeytun sovxozunda yerləşən 950 kv.metr torpaq sahəsi ilə naturada üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi həmin torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən yerləşmə cizgisi təqdim olunmadığı üçün mümkün olmamışdır. Həmin qərarda X7 ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsi ilə xx.xx.2007-ci il tarixdə MH ******* seriyalı ********* qeydiyyat nömrəli çıxarış əsasında X4 adına qeydiyyata alınmış torpaq sahəsinin eynilik təşkil etməklə üst-üstə düşdüyü müəyyən edildiyindən, X4 torpaq sahəsi üzərində mülkiyyət hüququnun daha əvvəl - xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını, həmin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğunu, həmçinin iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi Abşeron Rayon İcra Başçısının 04 iyul 1996-cı il tarixli, 236 saylı sərəncamı mübahisəli olmaqla, həmin sərəncam əsasında torpaq sahəsinin yerində təyin edilməsinin mümkün olmadığını nəzərə alaraq, cavabdeh tərəfindən həmin daşınmaz əmlakın iddiaçının adına qeydiyyata alınmasından imtina edilməsi əsaslı olduğundan iddia tələbi rədd edilməlidir.

14. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 18/2022 saylı qətnaməsi ilə (hakim L.Talıbova) İddiaçı iddiası rədd, 3-cü şəxs X4 iddiası qismən təmin olunmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Cavabdeh1 adına verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 1 saylı Zeytun sovxozunda yerləşən 0.0950 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi qət edilmiş, eyni tarixli və saylı qərardadla Cavabdeh1 cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.

15. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə sübutlar təqdim edilməmiş, tələbin əsaslı hesab edilməsi üçün iddiaçının mübahisəli torpaq sahəsi üzərində dövlət tərəfindən tanınan hüquqlara malik olmamışdır. Ona görə də iddiaçının hazırki tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilə bilməz.

16. Müstəqil tələb irəli sürən 3-cü şəxs X4 iddia tələbinə münasibətdə məhkəmə hesab etmişdir ki, müstəqil tələb irəli sürən 3-cü şəxs Abşeron rayon İcra Hakimiyyəti başçısının 236 nömrəli sərəncamını mübahisələndirmişdir ki, iş materiallarından da müəyyən olunur ki, həmin sərəncam yalnız İddiaçı aid deyildir. Bu səbəbdən hesab edir ki, həmin sərəncamın ləğv edilməsi digər şəxslərin hüquqlarını pozduğundan iddia tələbi həmin hissədə təmin oluna bilməz.

17. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 6, 18, Torpaq Məcəlləsinin 4, 84, 111, AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

18. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, onun iddiasınnın təmin, üçüncü şəxsin iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 04 №-li qərarına əlavə və dəyişikliklər edilmiş, qeyd olunan qərarın 17-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır...” Bu baxımdan iddia tələblərinə ümumi məhkəmədə baxılması düzgün olmayıb. İkincisi, birinci instansiya məhkəməsi iş üzrə üçüncü şəxsin iddiasıni qismən təmin etməsini belə əsaslandırıb ki, onun torpaq sahəsinə hüquqları dövlət reyestrində daha əvvəl - 30 mart 2007-ci ildə alınıb. Məhkəmə mübahisəli torpaq sahəsinə 3-cü şəxsin hüquqlarının yaranması əsaslarını köklü araşdırmayıb. Hətta həmin mübahisəli torpaq sahəsi barədə daha başqa (inzibati) məhkəmədə baxılarkən müəyyən edilmiş faktlara da birinci instansiya məhkəməsi əhəmiyyətsiz yanaşıb. Hansı ki, həmin məhkəmədə (2-1(112)-8152/2021 №- li inzibati iş üzrə xx.xx.2021-ci il tarixli qərar) mübahisəli torpaq sahəsi ilə əlaqədar müəyyən edilmiş faktlar təkrarən eyni tərəflər arasında, bu dəfə ümumi məhkəmədə mübahisələndirilib ki, bu da MPM-nin 82-ci maddəsinin tələbi baxımından yol verilməzdir. Bundan başqa, birinci instansiya məhkəməsi işə baxarkən bir torpaq sahəsinə dair DƏDRX idarəsində başqabaşqa şəxslərin adlarına hüquqların qeydiyyata alındığını müəyyən etsə də, bunlara düzgün hüquqi qiymətin verilməsi üçün xüsusi qərardad qəbul etməli olduğu halda bunu da etməyib.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Üçüncü şəxs X4 vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

22. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

24. Maddə 4. Torpaq sahəsi dedikdə, dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsi başa düşülür.

25. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

26. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

Apellyasiya baxışının hədləri

30.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 31.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 33.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən yalnız İddiaçı apellyasiya şikayəti verdiyindən, apellyasiya baxışının predmetini qətnamənin İddiaçı iddiasının təmin olunmaması və üçüncü şəxsin iddiasının qismən təmin olunmuş hissəsində yoxlanılması təşkil edir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi 34.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

35. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

36. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

37. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

38. Sadalanan normalar daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad etməklə daşınmaz əmlak əldə edən şəxslərin, yəni vicdanlı əldə edənlərin hüquqlarını qorumaqdadır. Mülki Məcəllənin 140-cı maddəsindəki “prezumpsiya” sözü əksi sübut edilənə qədər, əldə edən şəxsin vicdanlı olmasının qəbul edilməli olmasıdır. Başqa sözlə, əldə edən şəxs özünün vicdanlı əldə edən olmasını isbat etməli deyil, əksinə, şəxsin vicdanlı əldə edən olmadığını iddia edən tərəf sübuta yetirməlidir. Vicdanlı olmama faktının isbatı üçün əldə edən şəxsin əmlakı və ya hüququ əldə etməsinə mane olan halı bilməsi və ya bilmək üçün ondan gözlənilən diqqəti göstərməməsinin sübut olunması tələb edilir.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə etdiyi mövqeyinə görə, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.

40. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-nin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

41. Həmçinin, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında da Plenum qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir.

42. Baxılan iş üzrə İddiaçı iddia etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytun sovxozunda yerləşən 1000 kv.metr torpaq sahəsinin digər şəxslərə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etməyə imkan verən torpaq sahəsinin ölçüsü, planı və yerləşmə cisgisi təqdim olunmamış, bununla bağlı olaraq ekspertiza təyin olunsa da, torpaq sahəsinin İddiaçı istifadəsinə ayrılmış sahə olmasını müəyyən etmək mümkün olmamışdır. İddiaçının həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququna malik olması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır.

43. Halbuki, MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1).

44. Digər tərəfdən, mülki işin materiallarında olan sənədlərdən müəyyən edilir ki, müstəqil tələb irəli sürən 3-cü şəxs X8 mübahisəli torpaq sahəsini 07 fevral 2007-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında X17 adlı şəxsdən əldə etmişdir. Yəni, qeyd edilmiş torpaq sahəsi əvvəllər mülkiyyət hüququ ilə X15 məxsus olmuş və onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, 3-cü şəxs X4 həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları isə 07 fevral 2007-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsi əsasında yaranmışdır.

45. İddiaçı torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olmuş X14 adına dövlət reyestrində qeydin aparılmasına əsas olmuş hüquq müəyyənedici sənədləri mübahisələndirməmişdir.

46. Kollegiya işin müəyyən olunmuş hallarını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda formalaşdırdığı hüquqi mövqeyini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə qərarında əks olunan mövqeyini nəzərə alaraq hesab edir ki, X8 vicdanlı əldə edən olduğundan, ounun adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeyd etibarsız hesab edilə bilməz. Belə ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və ya bilməli olmalı, buna baxmayaraq əqdi bağlamalıdırlar. Hazırkı halda isə Safalan Cəfərov bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış, hüquqlarını qeydə aldırmışdır. Bununla da vicdanlı əldə edən kimi Safalan Cəfərov İddiaçı nisbətdə daha üstün hüquqi mövqedə olmuşdur.

47. Hazırkı işin aidiyyət qaydalarının pozulması ilə baxıldığına dair apellyasiya şikayətinin digər dəlili ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı onun istifadəsinə ayrılmış torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində cavabdehlərin adına aparılmış qeydi mübahisələndirərkən bu qeydlərin məhz cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində aparıldığına istinad etdiyindən, habelə 3-cü şəxsin iddiası torpaq sahəsi üzərində onun sahiblik və istifadə hüquqlarının təmin edilməsi ilə bağlı olduğundan, işə haqlı olaraq aidiyyət qaydalarına uyğun ümumi məhkəmədə baxılmışdır.

48. Xüsusi qərardad çıxarılması üçün əsaslar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Ümumiyyətlə, kollegiya izah edir ki, xüsusi qərardadın çıxarılması məhkəmə tərəfindən yalnız mülki işə baxılması zamanı proses iştirakçılarının və digər şəxslərin hərəkətlərində cinayət əlamətləri aşkara çıxarıldığı halda qəbul edilə bilər. Bu baxımdan həmin məsələ müstəqil surətdə iddia tələbinin predmetini təşkil edə bilməz.

49. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini işin müəyyən edilmiş halları baxımından qiymətləndirərək onları əsassız hesab edir və bu qənaətə gəlir ki, həmin dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir.

50. Qeyd edilənlərdən bu qənaətə gəlmək olur ki, birinci instansiya məhkəməsinin hazırkı mübahisə ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-18/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar