Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-634/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X19 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi X10, Cavabdehlər Cavabdeh3 və X6, Cavabdeh4 nümayəndəsi və vəkili X20, X18 Səfər qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Nikonoroviçə, X7, Cavabdeh2, X4, Cavabdeh4, X9, X14 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Nikolayeviçə, X8, Cavabdeh2, X2, Cavabdeh4, X9, X14 və Cavabdeh3 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin yetkinlik yaşına çatmayan X16 və X17 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, V.Balandin küçəsində yerləşən 14 saylı evin, 1 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 Nikonoroviçin, X5, Cavabdeh2, X3, Cavabdeh4, X6, X12 və Cavabdeh3 yetkinlik yaşına çatmayan X16 və X17 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, V.Balandin küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Cavabdeh4 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya məhkəməsinin icraatında olarkən, Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Suraxanı rayon Məhkəməsindən məktub daxil olmuş, məktubda İddiaçı cavabdehlər Cavabdeh1 Nikonoroviçə və digərlərinə qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti və müddətin bərpası barədə ərizəyə münasibət bildirilməsi üçün mülki işin Suraxanı rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kolegiyası tərəfləri dinləyib, iş materiallarını və məhkəmə kollegiyasına daxil olan məktubu nəzərdən keçirərək, hesab edir ki, hazırki mülki iş apellyasiya baxışından çıxarılmalı və İddiaçı cavabdehlər Cavabdeh1 Nikonoroviçə və digərlərinə qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi” tələbinə dair mülki iş Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti və müddətin bərpası barədə ərizəyə münasibət bildirilməsi üçün Suraxanı rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Nikonoroviçə və digərlərinə qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılaraq, Suraxanı rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(010)-850/2018 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti və müddətin bərpası barədə ərizəyə münasibət bildirilməsi üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-634/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-634/2021
19.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver