Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6344/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X15 oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları X5 və X7 ilə birlikdə cavabdehin qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri Yasamal rayonu Ə.Əİəkbərov küçəsində yerləşən 79/35 saylı evdən istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və 2003-cü ildən xx.xx.2019-cu il tarixə kimi gəlin köçdüyü Xətai rayonu H.Aslanov qəsəbəsi Mahmud İbrahimov küçəsində yerləşən 24 saylı evdə qeydiyyatsız olaraq yaşamışdır. Həmin nikahdan iki uşaqları - xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X7 doğulmuşlar. X1 onların yaşadığı evi xx.xx.2019-cu il tarixdə sökərək, əşyalarını çölə atmışdır. Hal-hazırda yaşamağa heç bir yeri yoxdur. Uşaqları ilə birlikdə məcbur olub Göygöl şəhərində yaşayan valideynlərinin yanında qalır. Onu da məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, öhdəsində olan azyaşlı uşaqlarından xx.xx.2004-cü il təvəllüdlü X6 anadangəlmə epilepsiya xəstəsidir və mülayim kəmağıllıq, kobud nitq və davranış pozuntuluğu diaqnozu qoyulmuşdur. Cavabdeh Bakı şəhəri Yasamal rayonu Ə.Əİəkbərov küçəsi ev 79-35-də qeydiyyatdadır və həmin evdə yaşayır. Hesab edir ki, iki azyaşlı uşaqları ilə birlikdə həmin evə istifadə hüquqları tanınmalı və həmin evə köçürülməlidirlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Ə.Əİəkbərov küçəsində yerləşən 79/35 saylı evə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)1530/2020 saylı qətnaməsindən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə ətraflı araşdırılma aparmamış, yalnız iddiaçının əsassız olaraq məhkəmə iclasında verdiyi izahatlar və formal mülahizələr əsasında qətnamə qəbul edilmişdir. Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsi, 79/35 saylı mübahisəli ev ona məxsus deyildir. Onlar 2004-cü il tarixdə nikaha daxil olduqdan sonra atasına məxsus olan ünvan 2 saylı evdə yaşamışlar. İddiaçı da məhz nikaha daxil olduqdan sonra cavabdehin atasına məxsus olan evə gəlin köçmüşdür. 2017-ci ildə ailədaxili münasibətlərində gərginlik olması səbəbindən iddiaçı azyaşlı uşaqları ilə birlikdə ünvan 2 saylı evi tərk edib getmişdir. Bu günədək də valideynlərinin evində yaşamışdır. ünvan 3 saylı ev babasının mülkiyyətində olmuş, özü və İddiaçı bir gün də olsa, orada yaşamamışlar. Cavabdeh ünvan 3 saylı mübahisəli evdə yalnız pasport qeydiyyatında olmuşdur və 2019-cu ildə ünvan 2 saylı evin sökülməsindən sonra bugünədək atasının yaşadığı ünvan 1 mənzil 6 ünvanda yaşamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X4 apelyasiya şikayətini tam müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, Cavabdeh anası və atasının nikahları təxminən 30 il bundan əvvəl pozulmuş, bundan sonra cavabdehin anası X11 rayon məhkəməsinin qətnaməsi əsasında mübahisəli mülkə istifadə hüququ əldə etmiş və orada yaşamağa başlamışdır. Cavabdehin atası isə təkrar nikaha daxil olaraq ailə qurmuş və Xətai rayonunda özünə məxsus olan evdə yaşamışdır. Tərəflər 2003-cü ildə ailə qurduqdan sonra 2019-cu ilədək cavabdehin atasına məxsus olan və Xətai rayonu Həzi Aslanov qəsəbəsi Mahmud İbrahimov küçəsi 24 saylı evin həyətində inşa edilmiş bir otaqda yaşamışlar. Sonradan iddiaçı evi tərk edərək getmiş, həmin ünvan isə söküldüyündən cavabdeh atası ilə birlikdə Xətai rayonunda başqa ünvana köçərək orada yaşamağa davam edirlər. Cavabdeh də hazırda atası ilə bir ünvanda yaşamaqdadır. İddiaçı bundan əvvəl Xətai rayon məhkəməsində də iddia qaldıraraq cavabdehin atasına məxsus evə köçürülməsini xahiş etmiş, lakin məhkəmə həmin iddianı təmin etməmişdir. İndi isə iddiaçı cavabdehin anasının yaşadığı, özünün isə heç vaxt yaşamadığı və ona heç bir aidiyyatı olmayan evə köçürülməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarına əlavə edilmiş nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmış və həmin nikahdan tərəflərin xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X7 adlı uşaqları vardır. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X2 adına Bakı şəhəri, Yasamal rayonu, Ə.Əİəkbərov küçəsi, 79 saylı fərdi yaşayış evinin 1/8 hissəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan Bakı şəhəri, Yasamal rayonu, Ə.Əİəkbərov küçəsi, 79/35 saylı mənzildə Cavabdeh və digər şəxlərin qeydiyyatda olduğu müəyyən olunur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materialları ilə, həmçinin tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən olunur ki, tərəflər nikaha daxil olduqdan sonra ünvan 2 saylı ünvanda yerləşən və iddiaçının qayinatasına məxsus olan evin həyətindəki 1 otağa köçmüşlər və 2019-cu ilədək fasiləsiz olaraq həmin ünvanda yaşamışlar. xx.xx.2019-cu il tarixdə iddiaçı yaşadığı həmin ünvanı tərk edib getmiş, bundan sonra həmin otaq sökülmüş və iddiaçının qayınatası həmin ünvanı tərk edərək ailəsi ilə birlikdə yeni ünvana köçmüşdür. İddiaçı mübahisəli ünvan 3 saylı ünvanda əvvəllər heç vaxt yaşamamışdır. Həmçinin, İddiaçı hazırda köçmək istədiyi ünvan 3 saylı ünvanda yerləşən yaşayış sahəsinin mülkiyyətçisinin iddiaçının qayınanası X8 olduğu müəyyən olunur. Beləliklə, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisinə münasibətdə Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsində nəzərdə tutulmuş “digər ailə üzvü” statusuna malikdir. Kollegiya izah edir ki, qanunvericiliyin mənasına görə mülkiyyətçinin ailə üzvlərinin (ərinin, arvadının, valideynlərinin və uşaqlarının) yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün onunla yalnız ailə əlaqələrinin mövcud olması zəruri olduğu halda, digər ailə üzvlərinin (o cümlədən gəlinin və nəvələrin) mənzildən istifadə hüququnun yaranması üçün mülkiyyətçinin razılığı, həmin razılığın notariat qaydasında təsdiq olunması və daşımaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirilən mənzilə istifadə hüququ yaranmadığından, onun azyaşlı övladları ilə həmin mənzilə köçürülməsi və istifadə qaydasının müəyyən edilməsi qeyri-mümkündür və bu tələbin hüquqi əsası yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Ona görə də, həmin qətnamə lağv edilməklə, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)1530/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-6344/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6344/2020
08.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver