Məhkəmə qərarları › İş №2(103)-6345/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6345/2021

10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6345/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(005)-397/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı kommunal xidmətlərə görə ödənilməmiş pulun tutulması tələbinə dair və müstəqil tələb irəli sürən 3-cü şəxs "xxxx" MTK Cavabdeh qarşı kommunal xidmətlərə görə ödənilməmiş pulun tutulması tələbinə dair iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(005)- 397/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı-nin xeyrinə 2018-ci il aprel – 2021-ci il aprel ayları üzrə ödənilməmiş kommunal xidmət haqqları tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(005)- 397/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən Vüsal Qurbanov 16 iyun 2021-ci il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, İddiaçı-nin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 aprel 2021ci il tarixli 2(005)-397/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün həmin mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 362 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(005)- 397/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əməl edilməsi ilə əlaqədar mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar