Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(103)-6346/2025 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-nə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya icraatına xitam verilməsi) hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı (vəkili və nümayəndəsi nümayəndə2) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, *** nömrəli mənzilin yerində inşa edilən 14 mərtəbəli yaşayış binasının qeyri-yaşayış olan birinci və ikinci mərtəbəsindən hesablanmaqla yaşayışın 1-ci (binanın 3-cü) mərtəbəsində 1 otaqlı 65 kv.m yeni təmirli mənzilin iddiaçı İddiaçı mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, cavabdeh “xxxx” MMC tərəfindən iddiaçı İddiaçı mənzili sökülən vaxtdan yəni ##.##.2024cü ildən hesablanmaqla hər ay 600 manat kirayə haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, *** nömrəli evin ** saylı mənzilinə iddiaçı İddiaçı adına kirayə müqaviləsinin bağlanması haqqında Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən ##.##.2019-cu il tarixli ** saylı sərəncam imzalanmışdır. Həmin sərəncam əsasında iddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin *** saylı Mənzil-Kommunal İstismarı Sahəsi arasında ##.##.2019-cu il tarixli, ** nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinə dair kirayə müqaviləsi bağlanmışdır. Həmin vaxtdan da iddiaçı pasport qeydiyyatına düşməklə həmin mənzildə yaşamışdır. ##.##.2024cü il tarixdə cavabdeh “xxxx” MMC-nin nümayəndələri Azərbaycan Respublikası qanunvericiliyinin mülkiyyət hüququnun toxunulmazlığı ilə bağlı normalarının tələblərini kobud surətdə pozaraq iddiaçıya heç bir xəbərdarlıq etmədən, yeni tikiləcək yaşayış binasında mənzillə təmin olunmaq barədə iddiaçı ilə müqavilə bağlamadan mənzilini söküb içərisindəki əşyaları aparmışlar. Bu özbaşınalıq nəticəsində mənzildə yaşamaq mümkün olmamışdır. 2024-cü il dekabrın əvvəllərində isə yaşadığı yataqxana binasını yerlə bir etmişlər. İddiaçının hazırda yaşamağa yeri yoxdur. İddiaçı bu açıq qanun pozuntusundan sonra cavabdeh “xxxx” MMC-nin rəhbərliyinə dəfələrlə müraciət etmişdir ki, qanunsuzluğa son qoyulsun və yataqxana binasının yerində tikiləcək yeni yaşayış binasında onu mənzillə təmin edilməsi, yaşayış binası təhvil verilən günə kimi yaşamaq üçün aylıq kirayə haqqı ödənilsin. Lakin, bu günə kimi iddiaçı ilə heç bir müqavilə bağlanmamışdır. Halbuki, cavabdeh özü Bakı şəhər İcra Hakimiyyətinə ##.##.2020-ci il tarixdə məktub ünvanlayaraq, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 128, 130 və Ə.Rəcəbli 58 ünvanında yerləşən 1.178 ha ərazidə istismar müddətini keçmiş 5 mərtəbəli, qəzalı vəziyyətdə olan yataqxana binalarını öz vəsaiti hesabına söküb yerində müasir standartlara uyğun hündürmərtəbəli yaşayış evlərinin tikintisinə icazə verilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, həmin müddət ərzində sakinlərin kirayə mənzillərlə təmin olunmasını və həmin ünvanda sakinlərə məxsus yaşayış sahələrinin əvəzinə yeni mənzillərin verilməsi öhdəsinə götürmüşdür.
İş üzrə qəbul olunmuş məhkəmə aktları:
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Cəmiyyətinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsinin rədd edilməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən ümumiyyətlə iddia etdiyi otağın (mənzilin) ona məxsus olması barədə hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. İddiaçının həmin yataqxanaya qeydiyyatı formal xarakter daşımışdır. Təsadüfi deyil ki, cinayət işi üzrə də iddiaçı hazırki mənzilə münasibətdə zərərçəkmiş şəxs qismində tanınmamışdır. Belə olan halda, iddiaçı yataqxana otağını “mənzil”i kimi qiymətləndirilərək ona kompensasiya kimi mənzil verilməsi və kirayə haqqının ödənilməsi barədə iddia irəli sürmək hüququnun sahibi hesab edilə bilməz. Məhkəmə hesab etmişdir ki, iddiaçı müvəqqəti məskunlaşmaq üçün imzaladığı müqaviləyə istinad edərək həmin mənzilə (otağa) dair “gözlənti” hüququnun yaranmasını bildirməyə haqlı deyil.
Apellyasiya şikayətinin dəlilləri:
5. İddiaçı İddiaçı (vəkili və nümayəndəsi nümayəndə2) qətnamədən şikayət verərək, Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsini tamamilə ləğv edib, iddiaçı İddiaçı iddia tələbinin təmin edilməsi, yəni “xxxx” MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi,*** nömrəli mənzilin yerində inşa edilən 14 mərtəbəli yaşayış binasının qeyri-yaşayış olan birinci və ikinci mərtəbəsindən hesablanmaqla yaşayışın 1-ci (binanın 3-cü) mərtəbəsində 1 otaqlı 65 kv.m yeni təmirli mənzilin iddiaçı İddiaçı mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, cavabdeh “xxxx” MMC tərəfindən iddiaçı İddiaçı mənzili sökülən vaxtdan, yəni ##.##.2024-cü ildən hesablanmaqla hər ay 600 manat kirayə haqqı ödənilməsi ilə bağlı iddiaçı İddiaçı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, *** nömrəli evin ** saylı mənzilinə iddiaçı İddiaçı adına kirayə müqaviləsinin bağlanması haqqında Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən ##.##.2019-cu il tarixli ** saylı sərəncam imzalanmışdır. Həmin sərəncama əsasən iddiaçı mənzil kirayəçisi hesab edilmişdir. Həmin vaxtdan da iddiaçı pasport qeydiyyatına düşməklə həmin mənzildə yaşamışdır. Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, *** nömrəli evin ** saylı mənzilinə iddiaçı İddiaçı adına kirayə müqaviləsinin bağlanması haqqında Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən ##.##.2019-cu il tarixli, ** saylı sərəncam imzalanmışdır. Həmin sərəncama əsasən iddiaçı mənzil kirayəçisi hesab edilmişdir. Həmin vaxtdan da iddiaçı pasport qeydiyyatına düşməklə həmin mənzildə yaşamışdır. Məhkəmə bildirir ki, iddiaçı mənzilin olmasını sübut edə bilməmişdir. Əvvəla, mənzil cavabdeh tərəfindən qəsdən, bilərəkdən söküldüyü halda iddiaçı mənzilin mövcud olmasını neçə göstərə bilərdi? İkincisi, üçüncü şəxs özü etiraf edir ki, mövcud sərəncam qüvvədədir və iddiaçının sərəncamda qeyd olunan ünvanda mənzili olmuşdur. Ən mötəbər sübut həmin sərəncam və müqavilə əsasında iddiaçı qeydə alınaraq ona şəxsiyyət vəsiqəsi verilməsidir. Əgər sənədləri olmasaydı, onda iddiaçı hansı hüquqmüəyyənedici sənədlərlə pasport qeydiyyatına alınmışdır? İşə baxan hakim bütün bu sübutlara heç bir əhəmiyyət verməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
8. İddiaçı məhkəməyə EMİS vasitəsilə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh və üçüncü şəxsin nümayəndələri isə məhkəmə iclasında iştiraklarını təmin etməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
9. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
11. İddiaçı İddiaçı elektron kabinet vasitəsilə vəsatətlə məhkəmə kollegiyasına müraciət edərək bildirmişdir ki, onunla cavabdeh arasında məhkəmədənkənar barışıq əldə edilmişdir və buna görə apellyasiya şikayətindən imtina edir.
12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı İddiaçı (vəkili və nümayəndəsi nümayəndə2) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyindən iddiaçı İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilməlidir.
13. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA A L D İ:
İddiaçı İddiaçı (vəkili və nümayəndəsi nümayəndə2) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyindən iddiaçı İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov