Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6347/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X5, X6 və vəkili X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft X2rşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-6786/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft X2rşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək,onunla Azərbaycan Respublikası Dövlət X23 İxrac İdarəsi arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, Hacıqabul MQKS-də tutmuş olduğu peşəyə yenidən qaytarılması və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,xx.xx.2006-cı il tarixdə «xxxxxxxxnəql» İBnin X13 Kəmərləri İdarəsində işə qəbul olmuşdur, xx.xx.2013-cü il tarixdə işlədiyi müəssisə SOCAR X21 tərkibinə verilərək, X13 Kəmərləri Sahəsi adlandırılmışdır. xx.xx.2019-cu il tarixində adı idarədə baş vermiş qanun pozuntusuna görə hallandığından Sahə rəhbərliyinin ona qarşı hədə qorxusu nəticəsində güclü ruhi həyəcan və psixoloji təsir altında işdən çıxma barədə ərizə yazmağa məcbur edilmişdir. Belə ki, rəis onunla X8 birlikdə iş otağına çağırtdırmış, onlara hədə qorxu gəlmiş, işdən könüllü çıxmayacaqları təqdirdə onun tərəfindən işdən qovulacaqlarını və onlara cinayət işi qaldıracağını bildirmişdir. Rəis onların yanında hüquqşünasa və kadrların rəisinə göstəriş vermişdir ki, hər ikisinin ərizəsini alıb yola salsın, həmçinin ona bildirmişlər ki, ərizə verdikdən dərhal sonra işə bərpa barədə müraciət edəcəyi təqdirdə onu işlə təmin edəcəkdir. Həmin vaxt olduqca həyəcanlı olduğundan hadisələrə düzgün reaksiya verə bilməmiş, həmçinin rəisin onun işə bərpa olması barədə vədinə inanmışdır. Nəticədə xx.xx.2019-cu il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən Hacıqabul MQKS tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilənləri evdə atasına danışmış, belə qərara gəlmişlər ki, dərhal ərizə yazıb işə bərpa olunsun, bu məqsədlə də həmin günün sabahısı, yəni xx.xx.2019-cu il tarixdə Hacıqabul MQKS-nin rəisinə müraciət edib xx.xx.2019-cu il tarixdə güclü ruhi həyəcan vəziyyətində və anlaqsız olduğunu əsas gətirərək işə bərpa olunmağını xahiş etmişdir. Hacıqabul MQKS tərəfindən ərizəsinə xx.xx.2019-cu il tarixdə cavab verilərək, işə qəbulla bağlı Socar.az saytına daxil olaraq SOCAR X3 vakansiyalar bölməsi üzrə müraciət edilməsi tövsiyə olunmuşdur, hesab edir ki, Hacıqabul MQKS-nin rəhbərliyi onun Əmək Məcəlləsinin 69.4-cü maddəsinə uyğun olaraq işə bərpa olunmaq hüququnu məhdudlaşdırmışdır, işdən azad edilmə ilə bağlı verilmiş əmr əsassız və qanunsuzdur, işdən çıxmasına işəgötürən tərəfindən məcbur olunmuşdur, onun işdənçıxması barədə verilmiş əmr ləğv edilməli və işə bərpa edilmə ilə bağlı tələbi təmin edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir, öhdəsində 4 nəfər ailə üzvü vardır, ondan başqa heç kim ailəyə qazanc gətirmir, işdən çıxması onun həyat səviyyəsinə ciddi təsir edər, ailəsinin yaşamasını sual altında qoyar. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması zahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)- 6786/2019 saylı qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia təmin olunmuş, «Qaz İxrac» İdarəsinin Hacıqabul MQKS-in bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında 48/k saylı xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsi, İddiaçı «Qaz İxrac» X4 X14 tutduğu vəzifəyə bərpa olunması və ona xx.xx.2019-cu il tarixdən işə bərpa olunduğu günədək əmək haqqı ödənilməsi, həmçinin 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması,maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi, mübahisələndirilən əmrin qanuni olması, iddiaçının öz iradəsi əsasında işdən çıxma barədə ərizə yazması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını,birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını,iddianın rədd olunmasını xahiş etmişlər. Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək,iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun, eyniməzmunlu izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını,birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra,MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası hazırki mübahisə ilə bağlı apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiyanın, əmək qanunvericiliyinin və beynəlxalq müqavilələrin müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Belə ki, işdə olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdən X13 Kəmərləri İdarəsi-«Azərinəql» İB-də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən, 86/k saylı əmr əsasında 1 aylıq sınaq müddəti ilə Təsərrüfat Sahəsinə 2-ci dərəcəli bağban olaraq qəbul edilmiş, xx.xx.2007-ci il tarixdə 58/k saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən QKX-də NÖC və A üzrə 3-cü dərəcəli çilingər vəzifəsinə keçirilmiş, xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 366 nömrəli sərəncamına əsasən, «xxxxxxxx» QSC ARDNŞ-nin tabeliyinə verilmiş, ARDNŞ-nin xx.xx.2009-cu il tarixli 100 saylı əmrləri ilə «xxxxxxxxnəql» İB ləğv edilərək onun bazasında X24 yaradılmış, xx.xx.2009-cu il tarixdə Hacıqabul MQKİ ləğv edilərək onun bazasında X13 Kəmərləri Sahəsi yaradılmış, İddiaçı xx.xx.2009-cu il tarixdə 15/k saylı əmrlə Təsərrüfat Xidmətinə 4-cü dərəcəli dəmirçi çilingər peşəsinə təyin edilmiş, xx.xx.2010-cu il tarixdə 893-K saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün onunla bağlanmış əmək müqaviləsi ləğv edilərək işdən azad edilmiş, xx.xx.2010-cu ildə 83/k saylı əmrlə «xxxxxxxx» İstehsalat Birliyi HMQKS sahə aparatına 4-cü dərəcəli gözətçi peşəsinə təyin edilmiş, xx.xx.2010-cu il tarixdə sahə aparatına 4-cü dərəcəli təmirçi çilingər peşəsinə təyin edilmiş, xx.xx.2013-cu il tarixdə ARDNŞ-nin xx.xx.2013-cü il tarixli 05 saylı əmrinə əsasən «xxxxxxxx» İB-nin tərkibində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən HMQKS mövcud təşkilati hüquqi forması saxlanılmaqla ona aid əmlakla birlikdə ARDNŞ-nin X21 tabeliyinə verilmiş, xx.xx.2018 ci il tarixdə 123/k saylı əmrlə yeni ştat cədvəlinə uyğun olaraq sahə aparatında 5-ci dərəcəli təmirçi çilingər peşəsinə keçirilmişdir, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçinin təşəbbüsü ilə əlaqədar olaraq onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İşdə olan xx.xx.2010-cu il tarixli 82 saylı əmək müqaviləsinə əsasən, İddiaçı ilə «xxxxxxxx» İB HMQKS arasında xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək 1-ci ay sınaq müddəti hesab edilməklə əmək müqaviləsi bağlanmışdır. İşdə olan xx.xx.2014-cü il tarixli, 2YZ97UD000100 saylı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən İddiaçı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Qaz İxrac» İdarəsi arasında xx.xx.2010-cu il tarixdə təmirçi-çilingər vəzifəsinə təyin olunmaq barədə müddətli əmək müqaviləsi bağlanmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Qaz İxrac» İdarəsinin Hacıqabul MQKS-in rəisinə İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı işdən azad olunmasını xahiş etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, 48/k saylı əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı və SOCAR «Qaz İxrac» X10 X22 arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü maddəsi əsasında ləğv edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, 2YZ97UD0002X0 saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair Məlumatdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Qaz İxrac» İdarəsi və İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi xx.xx.2019-cu il tarixli 2YZ97UD0002X0 saylı «əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi» ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İşdə olan İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilərək, onun yenidən öz işinə bərpa olunması xahişi ilə işəgötürən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Qaz İxrac» İdarəsinin Hacıqabul MQKS-ə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. İşdə olan SOCAR «Qaz İxrac» X10 X22 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019cu il tarixli, NH-01-04/725 saylı məktubdan görünür ki, iddiaçıya işə qəbulla bağlı Socar.az saytına daxil olaraq SOCAR X3 vakansiyalar bölməsi üzrə müraciət etməsi tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsi iddianın əsaslı olması nəticəsinə gələrkən göstərmişdir ki, İddiaçı M.Umbayev ilə birlikdə idarənin inzibati binasında xx.xx.2019-cu il tarixdə sonuncunun törətdiyi əməldə aidiyyətinin müəyyən olunmasının aydınlaşdırılması məqsədilə həmin gün işəgötürən tərəfindən çağırılaraq dindirilmiş, bundan sonra dərhal idarənin hüquqşünası Elnur Cəfərovun qəbulunda və kadrlar şöbəsində olmuş, işdən çıxması barədə ərizə ilə cavabdehə müraciət etmiş, xx.xx.2019-cu il tarixdə isə iddiaçının atası X9 məsələyə aydınlıq gətirməsi və oğlu İddiaçı işə bərpa olunması məqsədilə inzibati binada idarə rəisinin, sonra isə hüquqşünas E.Cəfərovun qəbulunda olmuşdur. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən hallar tərəflər arasında mübahisələndirilmiş və cavabdeh tərəfindən etiraf edilir. Məhkəmə hesab edir ki, iddiaçının iradə ifadəsində cavabdehin təsiri istisna olunmur, həmçinin xx.xx.2019-cu il tarixdə işdən çıxma barədə iddiaçı tərəfindən verilmiş ərizə, onun sərbəst iradə ifadəsinin təcəssümü kimi deyil, iş yerində baş vermiş hadisənin nəticəsi kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). Belə ki, ƏM-nin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. ƏM-nin 69-cu maddəsinin 7-ci hissəsinin tələbinə görə işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Qanunvericiliyin qeyd edilən normalarının təhlilindən aydın olur ki, işçi öz təşəbbüsü ilə əmək müqaviləsini ləğv etmək hüququna malikdir. Lakin, bu işçinin öz iradəsini ifadə etməsinin nəticəsi olmalıdır. İşçinin iradəsinin əleyhinə onu hər hansı vasitə və ya üsulla əmək müqaviləsini ləğv etməyə məcbur etmək qadağandır. Bu hal, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında» 1993-cü il 23 dekabr 5 nömrəli qərarının 8-ci bəndində də xüsusi olaraq vurğulanmışdır. Belə ki, həmin bəndə əsasən əmək müqaviləsinin işçinin təşəbbüsü ilə pozulmasına o halda yol verilə bilər ki, işdən çıxarma haqqında ərizənin verilməsi onun öz iradəsini könüllü ifadə etməsinin nəticəsi olsun. Əgər iddiaçı işəgötürənin onun öz ərizəsi ilə işdən çıxmaq barəsində ərizə verməyə məcbur edildiyini bildirirsə, məhkəmə iddiaçının bu dəlillərini ciddi yoxlamalıdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X11 göstərmişdir ki, artıq 2 aydır ki, X13 Kəmərləri İdarəsində işləmir, xx.xx.2019-cu il tarixində idarədən lazımsız əşya və dəmir götürmüşdür, onları idarədən çölə çıxartmaq istəmişdir. Əllərində əşya olduğu üçün qapını açmaq imkanı olmadığından Faiqdən xahiş etmişdir ki, qapını açsın.Faiq də qapını açmış, lakin Faiq onun əlində nə olduğundan xəbəri olmamışdır. Bir iş yoldaşı kimi qapını açmaqda ona kömək etmişdir, qapıdan çölə çıxdığı zaman rəhbərlikdən olan şəxs onun nə apardığı ilə maraqlanmışdır. Apardığı lazımsız əşyaların idarənin əmlakı olduğunu ona bildirərək geri qaytarılmasını bildirmiş, o da götürdüyü əşyaları qaytararaq yerinə qoymuşdur. Bundan sonra sahə rəisinə məlumat verilmiş, sahə rəisi həmin vaxt idarədə olmadığından gəldikdən sonra məsələyə aydınlıq gətirəcəyini demişdir. Bir neçə saatdan sonra sahə rəisi idarəyə gəlmiş, onu və Faiqi birlikdə yanına çağıraraq onları polisə verəcəyini bildirmiş, işdən çıxaracağı ilə hədələmişdir, ona bu işdə Faiqin heç bir təqsirinin olmadığını bildirmiş, lakin rəis onları eşitmək istəmədiyini demiş, hər ikisinin işdən çıxmalarını təkidlə tələb etmişdir. Onların yanında hüquqşünasa və kadrların rəisinə göstəriş vermişdir ki, bu şəxslərdən ərizə alıb işdən çıxartsın, həmçinin rəis onlara bildirmişdir ki, bir müddətdən sonra onları işə qəbul edə bilər. Bundan sonra hər ikisi Elnurun yanına getmiş, o da öz növbəsində bildirmişdir ki, rəis tapşırmışdır ki, onların ərizələrini alsın, bundan sonra onlar kadrlar şöbəsinə yaxınlaşaraq ərizə vermişlər. Faiqin işdən çıxarılması ona görə olmuşdur, əslində isə Faiqin bu işdə heç bir günahı yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X9 göstərmişdir ki, oğlu Faiq 15 il Hacıqabul MQKS-də işləmiş, xx.xx.2019-cu il tarixdə Faiq ona günahsız yerə işdən çıxarıldığını bildirmiş, növbəti gün əsas səlahiyyətli şəxslərlə görüşmək məqsədi ilə oğlu ilə birlikdə idarəyə getmişlər. Orada onun yanında sənəd üzərində adı Məhərrəm olan Maşallah adlı şəxs köhnə, istifadəyə yararlı olmayan dəmir parçalarını götürməyə cəhd etməsini etiraf etmişdir. İdarədə işləyən Namiq adlı səlahiyyətli şəxs ona onların doğru əsaslarla işdən çıxarıldıqlarını söyləmiş, həmçinin hüquqşunas Elnur Cəfərovun qəbulunda olmuşdur. O isə İddiaçı artıq işdən çıxma ərizəsini yazdığını və barəsində lazımi tədbirlərin görüldüyünü bildirmişdir. Həmin vaxt onun ürək nahiyyəsində ağrılar olduğundan və səhhəti pisləşdiyindən idarəni tərk etmək məcburiyyətində olmuşdur. Oğlundan başqa ailədə heç kim qazanc gətirmir, ailə Faiqin himayəsindədir, həm də Faiqin təqsiri olmadığından mübahisəni məhkəmə qaydasında həll etmək istəmişdir. Göründüyü kimi,şahid ifadələri ilə iddiaçının bildirdikləri öz təsdiqini tapır. Bununla yanaşı, işdən çıxima barədə ərizənin məzmunundan görünür ki, orada yalnız bir cümlə, yəni konkret olaraq iddiaçının xx xxxx 2019-cu il tarixdən işdən azad olunması barədə xahişi göstərilmiş, lakin hansı xüsusi hala görə əmək müqaviləsinin məhz qeyd edilən tarixdə ləğv olunması barədə hər hansı qeyd olmamışdır. Halbuki, ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinin tələbinə görə işçi müəyyən üzrlü hallarda, yəni yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi, əmək müqaviləsi ərizədə göstərildiyi gün o halda ləğv oluna bilər ki, yuxarıda qeyd edilən hallardan hər hansı biri mövcud olmuş olsun, işçi həmin hallardan hər hansına konkret olaraq istinad etmiş olsun və bu işəgötürənə tərəfindən müəyyən edilsin. Çünki, qanunverici həmin hallarda məhz işəgötürənin üzərinə əmək müqaviləsinin ləğv olunub-olunmaması (diskresion səlahiyyət) öhdəliyini qoymuşdur. Yəni, işçinin konkret günü göstərməsi özü-özlüyündə əmək müqaviləsinin işəgötürən tərəfindən məhz həmin günü ləğv edilməli olması anlamına gəlmir. Bu hallar ya aşkar olmalı (məsələn, işçinin yaşa, əlilliyə görə təqaüdə çıxması, başqa işəgötürənlə əmək müqaviləsi bağlaması və s.) ya da işəgötürən tərəfindən müəyyən olunmalıdır (seksual qısnamaya məruz qalma və s.). Yalnız bundan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsi işəgötürən tərəfindən ləğv oluna bilər (məsələn, əgər işçi seksual qısnamaya məruz qalmışsa, onun həmin iş yerində işləməkdə davam etməməkdə və konkret günü göstərməklə əmək müqaviləsinin ləğv olunmasını tələb etməkdə müstəsna hüquqları yaranmış olur və bu hüquq müdafiə edilməlidir. Əks hal, işçinin əlavə olaraq mənəvi və psixoloji əzaba düçar olması ilə nəticələ bilər. Və ya maddədə göstərilən digər üzrlü hallar, hansı ki, işçiyə məhz özünün seçdiyi konkret gün işdən azad olunmasını tələb etmək hüququ verir). Hazırki halda isə, iddiaçı ərizədə ümumiyyətlə hər hansı üzrlü hal göstərməmişdir. Belə olan halda isə, işəgətürənin (cavabdehin) iddiaçının nəyə görə məhz ərizəsində göstərilən günü işdən azad olunmasını tələb etməsini (həqiqi iradə ifadəsini) aydınlaşdırmaması, ən azından müvafiq əmrin verilməsi üçün qanunvericiilkdə nəzərdə tutulmuş 1 aylıq müddəti gözləməməsi anlaşılmaz olmaqla, əsaslandırılmamışdır. Halbuki, iddiaçı ərizədən bir gün sonra, yəni xx xxxx 2019-cu il tarixli digər ərizəsi ilə işəgötürənə müraciət edərək – əvvəlki ərizəni öz sərbəst irədəsi ilə yazmamasını, işləmək istəməsini və s. göstərmişdir. Cavabdehin nümayəndələri bu istiqamətdə hər hansı araşdırmanın aparılmamasını təsdiq etmişdir. Eyni zamanda, iddiaçının izahatından da görünür ki, o, ailəsində yegənə gəlir gətirən olmaqla maddi durumu aşağıdır və onun birdən-birə öz xahişi ilə çıxmasına sağlam məntiqə sığmır. Beləliklə, işin faktiki halları və araşdırılmış sübutlardan göründüyü kimi, iddiaçı tərəfindən imzalanmış xx xxxx 2019-cu il tarixli mübahisələndirilən ərizə onun həqiqi iradə ifadəsinin nəticəsi olmamış, ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinin dispozitiv şərtlərinin mahiyyətinə zidd olmaqla, onunla uzlaşmamışdır. Belə olan halda isə, həmin ərizə etibarlı sayıla bilməzdi. Dolayısı ilə, iddiaçının iradəsi əleyhinə «öz təşəbbüsü» adı altında işdən azad edilməsinə nail olunması halı əmək qanunvericiliyinin tələblərinə ziddir. Halbuki, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir (ƏM-nin 12-ci maddəsi). Cavabdeh tərəf bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazının əsası kimi göstərdiyi halları sübut edə bilməmişdir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. ƏM-nin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, qeyd edir ki, işdə olan və araşdırılmış sübutlarla cavabdehin mübahisələndirilən əmrinin qanunsuz olması, bunun nəticəsində iddiaçının əmək hüquqlarına müdaxilə baş verməsi halı müəyyən edilmişdir. Bu səbəbdən də, iddia ərizəsi iddiaçının əvvəlki işinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsində də əsaslıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft X2rşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-6786/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)- 6786/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti veilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6347/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6347/2020
22.09.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver