Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6355/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3858/2022 saylı 17 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Dövlət Neft Şirkəti İddiaçı Bakı X4 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı” barədə xx.xx.2020-ci il tarixli, D-4513 saylı müqavilə bağlanmış və həmin müqavilə paylayıcının müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götümüşdür.
2. Həmin ünvana İddiaçı İB-nın Bakı X4 Departamenti tərəfindən cavabdehə **********00610 nömrəli abonent kodu verilmişdir.
3. Cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsinə dair iddiaçı tərəfindən aşağıdakı aktlar tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır: - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 540 manat, - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, akt üzrə yaranmış 1425,60 manat zərərin, 14,64 manat cari borc və yeni tarifə keçidlə əlaqədar 16,10 manat olmaqla, ümumilikdə 2142,24 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və 41,43 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə isə 2483,67 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Birlik ilə abonent arasında xx.xx.2020-ci il tarixdə D-4605 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana **********00017 nömrəli abonent kodu verilmişdir. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və «Qaz təchizatı haqqında Qanun»un 62.-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni təbii qazı qeyri-qanuni talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 iyun 2022-ci il tarixli 2(008)-3858/2022 saylı qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçıya vurulmuş 540 manat zərər, 14,64 manat cari borc və yeni tarifə keçidlə əlaqədar 16,10 manat borc, 41,43 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçının Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən ödənişlərin edilməməsi onun tərəfindən kənar xətdən istifadə etməsinə dəlalət edir. Lakin, iddiaçı olan İddiaçı İB də buna görə məsuliyyət daşıyır. İddia xx.xx.2020-ci il tarixli ******* saylı akt hissəsində təmin, digər akt üzrə iddia rədd edilməlidir. Belə ki, iddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar üçün şərait yaratmaqla hər ay akt tərtib edib məhkəmədə iddia qaldırır. Eyni zamanda, bu abonentin məsuliyyətini aradan qaldırmır. Qeyd edildiyi kimi, cavabdeh tərəfindən ödənişlər edilməmişdir, bu səbəbdən məhkəmə cavabdeh tərəfindən kənar xətdən istifadə etdiyi qənaətinə gəlmişdir. Bundan başqa, iddiaçı cavabdehdən faktiki istifadə edilmiş qaz sərfiyyatı üzrə 14,64 manat cari borcun və yeni tarifə keçidlə əlaqədar 16,10 manat borcun tutulmasını istəyir. İddiaçı tərəfindən təqdim olunmuş abonentin saldosundan görünür ki, cavabdehin faktiki istifadə edilmiş qaz sərfiyyatı üzrə 14,64 manat cari borcu və yeni tarifə keçidlə əlaqədar 16,10 manat borcu mövcuddur.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 425.1, 442, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №- li qərarı ilə təsdiq edilmiş «X3», Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apelyasiya şikayətində göstərilmişdir ki, tərtib edilmiş aktlar iddiaçı tərəfindən vurulmuş zərərləri sübut edir. Aktlar tərtib edilərkən çəkilən fotoşəkillərdən görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. Kollegiya tərəfindən üçüncü şəxs qismində işə cəlb edilmiş Maraqlı şəxs bildirdi ki, Bakı şəhəri, Maştağa qəsəbəsi, H.Abbasov küçəsi, 64 saylı ev ona məxsusdur və həmin evdə yaşayır. Həmin evə dair qaz sayğacı üzrə yaranmış borc tələbi ilə bağlı İddiaçı İB tərəfindən ona qarşı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldırılmışdır. Cavabdeh adlı şəxsi tanımır.
14. İş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh ünvanı iddiaçı tərəfindən iddia ərizəsində düzgün göstərilmədiyindən, onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 21.Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 385.1. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
18. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
19. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
23. MAddə 387.2.2. İşə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.
Apelyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
28. Əvvəla Kollegiya qeyd edir ki, iddia ərizəsində cavabdehin ünvanı olaraq ünvan 2ömrəsi olaraq isə ***-***-**-** göstərilmişdir.
29. Lakin iş materiallarında olan Cavabdeh məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, sonuncunun ünvanı ünvan 3k arasında bağlanmış müqaviləyə əsasən isteklakçının ünvanı Maştağa qəsəbəsi 341Z saylı bağ evi göstərilmişdir. Tərtib edilmiş aktlarda isə Maştağa qəsəbəsi, Nizami küçəsi göstərilmişdir.
30. İddia ərizəsində göstərilmiş ünvan və telefon nömrəsi isə hazırki iş üzrə üçüncü şəxs kimi cəlb olunan Maraqlı şəxs məxsusdur. Müəyyən edilmişdir ki, göstərilən ünvan üzrə ev onun yaşadığı evdir və Cavabdeh tanımır.
31. Göründüyü kimi, işə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş cavabdehin iştirakı olmadan baxılmışdır ki, bu da şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır.
32. İddia tələbinə münasibətdə Kollegiya hesab edir ki, əsassız olduğundan rədd edilməlidir.
33. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli akt tərtib edilməklə 540 manat borc X1 məxsus abonent kodu üzrə hesablanmış, sonradan sonuncunun müraciətindən sonra texniki səhv olduğu göstərilərək, həmin borcun Cavabdeh məxsus hesaba keçirilmişdir.
34. Göründüyü kimi xx.xx.2020-ci il tarixli akt başqa şəxsin adına məxsus abonent kodu üzrə hesablanmış, həmin akt iddiaçı təşkilatın əməkdaşları tərəfindən tərtib edilib imzalanmış, sonradan həmin akt üzrə olan borc Cavabdeh hesabına keçirilmişdir.
35. Təbii X3nın pozulması haqqında digər akt isə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş, həmin akt da yalnız iddiaçı təşkilatın əməkdaşları tərəfindən tərtib olunub imzalanmış, cavabdehin adı qeyd edilsə də, akt cavabdeh tərəfindən imzalanmamışdır, “imtina” qeyd edilmişdir.
36. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, həmin aktların mötəbərliyi şübhə doğurur. Ona görə də həmin aktlar əsasında tələb edilən borc məbləğinin cavabdehdən tutulması əsassız hesab edilir.
37. Faktiki istifadə edilmiş təbii qazın dəyəri kimi tələb olunan məbləğlə bağlı isə qeyd olunmalıdır ki, əvvəla həmin məbləğ iddia ərizəsinin mətnində və xahiş etdi hissəsində fərqli göstərilmişdir, digər tərəfdən isə cavabdehin ünvanı səhv göstərilməklə onun həmin tələbə münasibətinin öyrənilməsi, ümumiyyətlə borcun düzgün hesablanıbhesablanmamasını müəyyən etmək mümkün olmamışdır. Ona görə də iddiaçı həmin hissədə dəqiqləşdirilmiş iddia ilə düzgün ünvan üzrə düzgün cavabdehə qarşı (o cümlədən Cavabdeh qarşı) yeni iddia qaldıra bilər.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3858/2022 saylı iş üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.