Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-636/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Kərimli İlham Əziz oğlundan və https://courts.gov.az/az/bakuappeal/judge/Bayramov-mir- Novruz-oglu_178X3 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə cavabdeh “xxxxxxxxxx” MTK-nın nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İlk iddia üzrə İddiaçı1 Zəkəryayevnanın cavabdeh “xxxxxxxxxx” MTK-ya qarşı “Bakı şəhəri, X.Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli ərazi PD-057 saylı yaşayış binasının 1ci blokunun 12-ci mərtəbəsində yerləşən, sahəsi 190 kv.m. olan 4 otaqlı 50 saylı mənzilin ona təhvil verilməsi”nə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxx” MTK-nın cavabdeh İddiaçı1 Zəkəryayevnaya qarşı “Bakı şəhəri, X.Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli ərazi PD- 057 saylı yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən, sahəsi 190 kv.m. olan 4 otaqlı 50 saylı mənzilə dair bağlanmış 22 saylı xx.xx.2014-cü il tarixli müqavilənin əhəmiyyətsiz olması səbəbindən bağlandığı gündən etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddia tələbinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin qəbul etdiyi 2(011)-529/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnamədən ilk iddia üzrə cavabdeh “xxxxxxxxxx” MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdeh “xxxxxxxxxx” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 22 saylı xx.xx.2014-cü il tarixli müqavilənin 1.1 bəndi ilə üzərinə götürdüyü öhdəliyin icrasına, yəni Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsində inşa etdiyi 20 mərtəbəli binada yerləşən mənzilin (bina-ərazi PD-057, 1-ci blok, 12-ci mərtəbə, 50 saylı, 4 otaqlı, sahəsi 190 kv.m. olan mənzilin onun mülkiyyətinə verməyə məcbur edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilərək, “onunla cavabdeh arasında 22 saylı xx.xx.2014-cü il tarixli müqavilənin 1.1 bəndi ilə üzərinə götürdüyü öhdəliyin icrasına, yəni Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsində inşa etdiyi 20 mərtəbəli binada yerləşən mənzilin (bina-ərazi PD-057, 1-ci blok, 12-ci mərtəbə, 50 saylı, 4 otaqlı, sahəsi 190 kv.m. olan mənzilin ona təhvil verməyə məcbur edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh MTK qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ərazi PD-057, 1-ci blok, 12-ci mərtəbə, 50 saylı, 4 otaqlı, sahəsi 190 kv.m. olan mənzilə dair 22 saylı xx.xx.2014-cü il tarixli müqavilənin əhəmiyyətsiz olması səbəbindən bağlandığı andan etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-529/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli ərazi PD-057 saylı yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 190 m2 olan 4 otaqlı 50 saylı mənzilin İddiaçı1 Zəkəryayevnaya təhvil verilməsinin Cavabdeh1-ya həvalə edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin tamamilə ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 50 saylı mənzilə dair tərəflər arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 22 saylı müqaviləyə istinad etməklə, həmin müqavilənin dəyəri olan 323.000 manat pulun MTK-ya ödənildiyini iddia edir, bunun təsdiqi kimi də «xxxxxxxxxx» MTK-nın tərtib etdiyi AM seriyalı 60 saylı xx xxxxxx 2015-ci il tarixli mədaxil orderinə istinad edir. Bununla da iddiaçı məhkəməni yanıltmaq yolu ilə, dəyərini ödəmədiyi mənzilə sahiblənmək istəməkdədir. xx xxxxx 2014-cü il tarixli 22 saylı müqaviləyə əsasən mənzilin dəyəri tam ödənildikdən sonra 55 saylı mənzilin İddiaçı1 təhvil verilməsi müəyyən edilmişdir. Alıcı tərəfindən 55 saylı mənzilin dəyəri AM seriyalı 60 saylı xx xxxxxx 2015-ci il tarixli mədaxil orderi ilə tam ödənilmiş, Ağ şəhər yaşayış kompleksində adına kart açılmış və mənzil ona təhvil verilmişdir. Lakin iddiaçı dəyərini ödədiyi və ona təhvil verilmiş 55 saylı mənzilin ödəniş mədaxil orderinə istinad etməklə dəyərini ödəmədiyi 12-ci mərtəbədə olan 50 saylı mənzilə də sahiblənmək istəyir. İddiaçı hansı formadasa əlinə keçmiş seriya 60 olan xx xxxxxx 2015-ci il tarixli mədaxil orderinin ikinci nüsxəsindən istifadə etməklə artıq təhvil aldığı 13-cü mərtəbə 55 saylı mənzillə kifayətlənməmiş, 12-ci mərtəbə 50 saylı mənzilə sahiblənmək istəmişdir. Alıcının mübahisəsini etdiyi mənzilə dair heç bir ödəniş aparmadığını və müqavilənin 5.3-cü bəndini əsas gətirərək alıcının yaşayış ünvanına göndərilmiş xx xxxxxx 2017-ci il tarixli rəsmi bildiriş ilə müqavilənin pozulduğuna dair sənəd 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi araşdırma zamanı dəfələrlə bildirmələrinə baxmayaraq məhkəmə mübahisə predmeti mənzilə dair xx xxxxx 2014-cü il tarixli 22 saylı müqavilənin təsdiq olunmuş ödənişlərə dair əlavəsində «tam ödənilib» yazısı və qarşısındakı möhürlə təsdiqlənməyən, mənşəyi bilinməyən imza ilə əlaqədar işin halına qətnaməsində heç bir münasibət bildirmədən saxlamış, işin bu halını diqqətdən kənarda saxlamışdır. Mübahisə predmeti mənzilə dair müqavilənin alıcıda olan nüsxəsinin ödənişə dair əlavəsində açıq şəkildə, sonradan sahibi bilinməyən imza atmış, həmin imza möhürlə təsdiqlənməmiş, qarşısında da tam ödənilib ifadəsi yazılmışdır. Halbuki mübahisə predmeti olmayan və adına kart açılmış, iddiaçıya təhvil verilmiş 13-cü mərtəbə 55 saylı mənzilin dəyərinə dair əlavəsində ödəniş aparılmış, xx xxxxxx 2015-ci il tarixdə 323000 manat ödənişin edildiyi direktor imzası və möhürü ilə təsdiqlənmişdir. Bu həmin ödənişdir ki, iddiaçı ikinci nüsxəsinə istinad etməklə dəyərini ödəmədiyi mənzilə sahiblənmək istəyir. Birinci instansiya məhkəməsi araşdırma zamanı İddiaçı1 və onun həyat yoldaşı məhkəmədə bildirmişlər ki, mübahisə predmeti mənzilə dair alqı-satqı müqaviləsindəki alıcı qrafasındakı imza İddiaçı1 məxsus deyil, imzanı həyat yoldaşı atmışdır. Amma eyni tarixli 13-cü mərtəbə 55 saylı mənzilə dair müqaviləni iddiaçı özü imzalamışdır. İddiaçı məhkəməyə 2009-cu il tarixdə həyat yoldaşı üçün verilmiş baş etibanaməni təqdim etmişdir ki, yoldaşı onu təmsil edə bilərdi. Amma mübahisə predmeti mənzilə dair müqavilədə iddiaçının həyat yoldaşının, alıcı etibarnamə ilə təmsil etdiyinə dair heç bir qeyd olmamışdır. Müqavilədə bütün rekvizitlər, şəxsiyyət vəsiqəsi məlumatları, hamısı alıcı İddiaçı1 aid olmuşdur. Yəni, əgər imzanın İddiaçı1 həyat yoldaşına məxsus olduğunu düşünsək, həyat yoldaşı ona verilmiş etibranaməyə ilə deyil, birbaşa İddiaçı1 yerinə imza atmışdır. İddiaçı və həyat yoldaşının məhkəmədə verdiyi izahatlardan da anlaşılır ki, müqavilələr fərqli günlərdə bağlanmışdır. Mübahisə predmeti mənzilə dair müqavilədə təmsilçiliyə dair heç bir məlumatın olmaması, etibarnaməyə dair heç bir məlumatın olmaması, alıcı İddiaçı1 adının altında onun özünə aid olmayan imzanın olması, iddiaçı tərəfindən təhvil verilmiş 55 saylı mənzilin mədaxil orderinə əsaslanmaqla, dəyəri ödənilməmiş mənzilə sahiblənmək istədiyi rahat bir şəkildə deməyə əsas verir ki, həmin müqavilə bağlandığı andan əhəmiyyətsiz olmuşdur. Həmçinin iddiaçı və həyat yoldaşı şahidin bildirməsinə görə alıcı qrafasındakı imza İddiaçı1 özünün yox, ərinin imzası olmuşdur. Məhkəməyə bununla əlaqədar, yəni imzanın ekspertizasının aparılması üçün yazılı vəsatət, həmçinin dəfələrlə şifahi xahişlər edilməsinə baxmayaraq məhkəmə heç bir səbəb olmadan vəsatəti təmin etməmiş, bir şahidin sözü ilə imzanın ona məxsus olmasını qəbul etmişdir. Məhkəmə qətnaməsində 13-cü mərtəbə 55 saylı mənzilin də satın alındığı məlumatı iddiaçının nümayəndəsini izahatında bildirməsini qeyd etsə də, əslində bu məlumat iddiaçı tərəfindən gizlədilmiş, həmin məlumatı cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim etmişdir. Məhkəmə qətnaməsində cavabehin nümayəndəsinin izahatında «əvvəlki rəhbərlik tərəfindən alıcılara müqavilə üzrə ödənişlərə dair qəbzin əslinin iki nüsxədə verildiyindən iddiaçıda qəbzin iki ədədi vardır» dediyi yazılıb. Halbuki MTK-nın nümayəndəsi belə bir izahat verməmişdir. Məhkəmənin qətnaməsindən anlaşılır ki, işdəki tək şahid ifadəsi də təhrif olunmuşdur. Məhkəmə iclası zamanı həm iddiaçı, həm də şahid hər iki müqavilənin ayrı-ayrı günlərdə imzalandığını bildirsə də, məhkəmə bu ifadəni qətnamədə qeyd etməmiş, həm iddiaçı, həm də şahidin dilindən müqavilənin eyni gündə fərqli zamanlarda imzalandığını bildirdiklərini qeyd etmişdir. Qarşılıqlı iddia tələbinin əsası budur ki, alıcı qrafasındakı imza, alıcıya məxsus olmadığından müqavilə etibarsız hesab edilsin. Məhkəmə qətnaməsinə iki halda eyni alıcının seriya AM seriyalı 60 saylı xx xxxxxx 2015-ci il tarixli mədaxil orderi ilə 323000 manat ödədiyi qeyd olunur. Daha sonra 13-cü mərtəbə 55 saylı mənzilin alıcıya verilməsi qeyd olunur. Belə olan halda məhkəməyə aydın olmalı idi ki, bu ödəniş, bu qəbz, bu order 50 saylı mənzilin, yoxsa 55 saylı mənzilin ödənişidir. İddiaçıya münasibətdə inşa edilmiş binada alıcı kimi dəyərini ödədiyi 55 saylı mənzil ona təhvil verilmiş və adına kart açılmışdır. Dəyəri ödənilmiş mənzilin inşa edilərək alıcıya təhvil verilməsi MTK-nin vəzifə və öhdəliyidir. Kooperativdə ödənişə dair mədaxil orderləri 3 nüsxədə tərtib olunur. Tərtib olunan nüsxələrin biri alıcıda, biri koopertivdə, biri isə pul mədaxil edən kassirdə qalır. İnşa edilən binada İddiaçı1 təhvil verilmiş 13-cü mərtəbə 55 saylı mənzilin ödənişi mədaxil edilən kassirdə qalmalı olan nüsxə 2015-ci il ödəniş vaxtı ikinci nüsxəsi də alıcıya verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-54612018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 529/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın təmin olunmaması, qarşlıqlı iddianın isə təmin edilməsi qət edilmişdir. İlk iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6697/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-54612018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1837/20198 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh “xxxxxxxxxx” Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 529/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin olunmaması və qarşılıqlı iddianın təmin olunması qət edilmişdir. İlk iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5511/2019 saylı xx xxxxxxxx 2019-cu tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1837/20198 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsinin müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi və qətnamənin digər hissədə dəyişdirilmədən saxlanılmnası qərara alınmışdır. Bu baxımdan hazırki işə apellyasiya qaydasında yenidən baxılması son olaraq xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış 3-cü şəxslər “xxxx” MMC (Bakı Ağ Şəhər Mənzilim Monitorinq Xidməti) və X4 məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşdə iştirak edən şəxslər hazırki işə həmin 3-cü şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı ilk iddia üzrə cavabdeh “xxxxxxxxxx” MTK-nın nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilməsini məhkəmədən xahiş etdi. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilərək, həmin hissədə qarşılıqlı iddia təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5511/2019 saylı xx xxxxxxxx 2019-cu tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1837/20198 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi “müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbinin təmin edilməsi” hissəsində ləğv edilib, iş həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün göndərildiyindən və qətnamənin digər hissədə dəyişdirilmədən saxlanılması qərara alındığı üçün birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı “qarşılıqlı iddianın rədd edildiyi” hissədə yoxlanılır. İşin faktiki hallarına görə cavabdeh MTK (“Satıcı”) ilə iddiaçı (“Alıcı”) arasında xx.xx.2014cü il tarixdə 22 saylı müqavilə bağlanmış, həmin müqaviləyə görə MTK-nın Bakı şəhəri, X.Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli ərazi PD-057 saylı yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 190 kv.m. olan 4 otaqlı 50 saylı mənzilinin ümumi dəyəri kimi 323.000 manat (hər bir kvadrat metri üçün 1700 manat olmaqla) məbləğində pul vəsaitinin tam ödənilməsindən sonra alıcıya təhvil verilməsi razılaşdırılmışdır. Həmçinin tərəflər arasında eyni tarixli, eyni nömrəli və eyni şərtlərlə başqa bir müqavilə də bağlanmış, müqavilənin predmeti sözügedən yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən sahəsi 190 kv.m. olan 4 otaqlı 55 saylı mənzili, mənzilin ümumi dəyəri isə yenə 323.000 manat olaraq müəyyənləşdirilmişdir. MTK tərəfindən verilmiş AM seriyalı 60 saylı xx.xx.2015-ci il tarixli “xxxxxxxxxxxxxxxxxx” görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixdə 22 saylı müqavilə üzrə MTK-ya 323.000 manat pul ödəmişdir. MTK tərəfindən PD-057 plotunda yerləşən inşa olunacaq binanın hissəsindən 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 190 kv.m. olan 4 otaqlı 50 saylı mənzilin 22 saylı xx.xx.2014-cü il tarixli müqavilə əsasında İddiaçı1 Zəkəriyevnaya satılması barədə arayış verilmişdir. İltizamdan görünür ki, “xxxxxxxxxx” MTK tərəfindən Bakı şəhəri, X.Rüstəmov küçəsində inşa edilən PD-057 saylı yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən, 55 saylı mənzilin İddiaçı1 Zəkəriyevna tərəfindən alınması ilə əlaqədar plastik kart verilmişdir. 23 saylı xx.xx.2014-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, X.Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli ərazi PD-057 saylı yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən, sahəsi 185 kv.m. olan 4 otaqlı 50 saylı mənzili MTK X2 təhvil verməyi, alıcı isə həmin mənzilə görə 355385 manat (hər bir kvadrat metri üçün 1921.00 manat olmaqla) məbləğini ödəməyi öhdələrinə götürmüşlər. Eyni zamanda müqavilənin 32.2-ci bəndində alıcı tərəfindən müqavilə bağlanan anda məbləğin 182500 manatının ödənildiyi, qalan 172885.00 manatın isə 24 ay müddətinə, hər ay 7203.55 manat olmaqla tam ödənilməsi göstərilmişdir. Mədaxil orderlərindən görünür ki, Ülviyyə Nəzərova tərəfindən 23 saylı xx.xx.2014-cü il tarixli müqavilə üzrə müntəzəm olaraq ödənişlər aparılmışdır. MTK tərəfindən PD-057 plotunda yerləşən inşa olunacaq binanın hissəsindən 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 185 kv.m. olan 4 otaqlı 50 saylı mənzilinin 23 saylı xx.xx.2014-cü il tarixli müqavilə əsasında X1 barədə arayış verilmişdir. İşdə olan xx.xx.2009-cu il tarixli etibarnamədən görünür ki, iddiaçı harada yerləşməsindən və nədə ifadə olunmasından asılı olmayaraq bütün əmlakıqı idarə etməyi..., qanunla icazə verilmiş əqdləri bağlamağı və s. hərəkətləri etməyi (ərinə) X5 xx.xx.2019-cu il tarixədək etibar etmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddaçı «xxxxxxxxxx» MTK ilk iddia üzrə İddiaçı1 ilə 50 saylı mənzilə dair bağladığı xx.xx.2014-cü il tarixli 22 saylı müqavilədə dəyişiklik edilməsi, daha sonra həmin müqavilənin birtərəfli qaydada ləğv edilməsi barədə sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, müqavilədə nümayəndənin rekvizitlərinin göstərilməməsi, müqavilənin nümayəndə tərəfindən imzalanmasının qeyd edilməməsi əqdin etibarsız hesab edilməsi üsün əsas ola bilməz. Belə ki, iddiaçının həyat yoldaşı Mahir Eyvazovun müqavilə bağlanan tarixə alıcı tərəfindən verilən etibarnaməsi olmuş və həmin etibarnaməyə əsasən alıcı nümayəndəsinə onun adından müqavilə bağlamaq səlahiyyətini də vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X8 bildirmişdir ki, o, Ukraynada işləyir. 2014-cü ildə Bakı şəhərinə gələrkən Ağ şəhərdə tikinti işlərinin aparılmasını görmüş və orada inşa olunan evləri bəyəndiyindən iki mənzil almaq qərarına gəlmişdir. Bundan sonra “xxxxxxxxxx” MTK-nın inşa etdiyi binadan iki mənzil seçmişdir. Mənzillərin sahəsi eyni, yəni hər biri 190 kv.m. olmuşdur. Ailədə mənzillərə dair müqavilələrin həyat yoldaşı İddiaçı1 adına bağlanması barədə qərar verdikdən sonra həyat yoldaşı “xxxxxxxxxx” MTK ilə xx.xx.2014-cü il tarixdə 55 saylı mənzilə dair müqaviləni imzalamışdır. MTK-nın direktoru yerində olmadığından, həyat yoldaşı ikinci dəfə MTK-ya gəlməmək üçün o, 50 saylı mənzilə dair bağlanan müqaviləni həyat yoldaşının etibarnaməsi əsasında imzalamış, həmin vaxt etibarnamənin surətini də MTK-ya vermişdir. O, hər mənzilə dair 323000 manat olmaqla MTKya cəmi 646000 manat ödəniş etmiş və ona MTK tərəfindən hər müqavilə üzrə ödəniş qəbzinin əsli verilmişdir. Sonradan müqavilələrdə heç bir dəyişiklik aparılmamışdır. Müqavilələr və ödəniş qəbzləri MTK tərtib edildiyindən o, müqavilələrin nömrələrinin eyni olmasına fikir verməmişdir. 55 saylı mənzilə dair ona kart verilsə də, 50 saylı mənzilə dair kartın sonra veriləcəyi ona deyilmişdir. Bundan sonra o, mənzillərin ona təhvil verilməsi üçün MTK-ya müraciət edərkən rəhbərliyin dəyişməsini öyrənmişdir. Həmin vaxt ona 55 saylı mənzil təhvil verilsə də, 50 saylı mənzil ona təhvil verilməkdən imtina edilmişdir. Hazırki işə apellyasiya qaydasında baxılarkən müəyyən olunmuşdu ki, sözügedən yaşayış binasında yerləşən mübahisəli 50 saylı mənzil MTK tərəfindən Ülviyyə Nəzərovaya təhvil verilmiş və məhz o, “xxxx” MMC-nin nəzdində “Mənzilim” Monitorinq Xidməti tərəfindən mənzilə dair müvafiq plastik kartla (həmin kart xx.xx.2014-cü il tarixdə verilmişdir) təmin edilmişdir.. Hazırki işdə cavabdeh MTK iddiaçının mübahisəli 50 saylı mənzilin ona verilməsinin əsası olaraq istinad etdiyi müqavilənin etibarsız olduğuna, əslində həmin müqavilə üzrə MTKnın hər hansı öhdəliyinin yaranmadığına, müqavilənin digər müqavilə ilə dəyişdirildiyinə və həmin müqavilənin də icra edilərək həmin binada yerləşən 55 saylı mənzilin iddiaçıya təhvil verildiyinə, iddiaçının tələb etdiyi mənzilə dair hər hansı məbləğin ödənilmədiyinə, bu müqavilə mövcud olmadığına görə onun dəyərinin ödənilməsinin mümkünsüz olduğuna, müqavilənin iddiaçı tərəfindən imzalanmadığına, müqaviləyə görə ödəniş edilməsinə əsaslandığı mədaxil qəbzinin 55 saylı mənzilə aid olduğuna, həmin mənzilə görə edilmiş ödənişin iki nüsxəsinin əslinin onda olmasından istifadə edildiyinə, 55 saylı mənzilə dair kart aldığı halda, 50 saylı mənzilə dair kart almamasına əsaslanmaqla qarşılıqlı iddia tələbini irəli sürmüş, tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 377.1-ci, 337.2-ci və 337.3-cü maddələrinə istinad etmişdir. İş materiallarından görünür ki, həmin binada yerləşən 55 saylı mənzilin dəyəri iddiaçı tərəfindən ödənilməklə mənzil ona təhvil verilmiş və o, həmin mənzilə dair fərdi istifadəçi adının və şifrənin olduğu plastik kartla təmin edilmişdir. Bununla da iddiaçının cavabdeh MTKdan öhdəliyinin icrasını tələb etdiyi xx.xx.2014-cü il tarixli 22 saylı müqaviləyə və 60 saylı “Mədaxil qəbzinə” əsasən artıq həmin binanın 55 saylı mənzili ilkin iddiaçıya təhvil verilmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, X.Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli ərazi PD-057 saylı yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən, 4 otaqlı 50 saylı mənzil barədə tərəflər arasında hüquq münasibətlərinin yaranması və həmin mənzilin dəyərinin ilkin iddiaçı tərəfindən ödənilməsi qənaətinə gəlmək hazırkı işin faktiki halları və işdə mövcud olan sübutlar baxımından qeyri-mümkündür. Belə ki, əvvəla həqiqətən iddiaçı tərəfindən həmin binada yerləşən 55 saylı mənzildən başqa digər mənzil, yəni həmin binada yerləşən 50 saylı mənzil alınsa idi, tərəflər arasında eyni nömrə altında deyil, başqa nömrə ilə qeyd edilmiş müqavilə bağlanardı. Bu barədə qeyd olunmalıdır ki, iddiaçı xx.xx.2015-ci il tarixli 60 saylı mədaxil qəbzinə istinadən mənzilin dəyərinin də ödənildiyini iddia etsə də, həmin qəbzə əsasən mübahisə mövzusu olmayan digər mənzilin- 55 saylı mənzilin dəyərinin ödənildiyi və mənzilin artıq ona təhvil verildiyi müəyyən edilmişdir. Eyni qəbzə əsasən ilkin iddiaçı həmin binanın 55 saylı mənzilinin dəyərini ödəməsi və məhz həmin mənzilin ona təhvil verilməsi ilə bağlı işin faktiki halını ağlabatan mühakimə əsasında nəzərdən keçirən məhkəmənin mövqeyinə görə sözügedən qəbzin digər nüsxəsinə istinadən başqa bir mənzilin dəyərinin də ödənilməsi qənaətinə gəlmək məntiqli deyildir. Bu baxımdan iddiaçının “müqavilələrin və ödəniş qəbzlərinin nömrələrinin eyni olmasına fikir verməməsi” ilə bağlı dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir və bunu onunla əsaslandırır ki, 323000 manat pul verən bir şəxsin həm müqavilə, həm də ödəniş sənədində yol verilmiş yanlışlığı görməməsi və buna etiraz etməməsi inandırıcı deyildir. Həmçinin həmin sənədlər ötən müddət ərzində ilk iddiaçıda olmuşdur. Qeyd olunmalıdır ki, “Ağ şəhər layihəsi” çərçivəsində tikinti aparan təşkilatlardan asılılığı və tabeçiliyi olmayan və həmin layihənin icrasını həyata keçirən “xxxx” MMC-nin nəzdində olan, nəzarət funksiyasını həyata keçirən “Mənzilim” Monitorinq Xidməti adlı sistemin elektron bazasında sözügedən 55 saylı mənzilə dair ilkin iddiaçıya hələ xx.xx.2015-ci il tarixdə plastik kart verildiyi halda, mübahisə olunan 50 saylı mənzilə dair onunla MTK arasında müqavilə bağlanması barədə məlumat aşkarlanmamış, əksinə, mübahisəli həmin mənzilə dair MTK ilə Ülviyyə Nəzərova arasında xx.xx.2014-cü il tarixli 23 saylı müqavilənin bağlandığı, 50 saylı mənzilin də məhz sonuncuya təhvil verilməsi ilə yanaşı, mənzilə dair müvafiq plastik kartla təmin edildiyi məlum olmuşdur. Məhkəmə araşdırmaları zamanı ilkin iddiaçının nümayəndəsi və vəkili, həmçinin iddiaçı özü də əvvəlki məhkəmə proseslərində iştirak edən zaman sözügedən binada yerləşən 55 saylı mənzilə dair plastik kartı aldığı halda, mübahisəli mənzilə dair kart almamasının və mövcudluğundan xəbərdar olduğu Monitorinq Xidmətinə müraciət etməməsinin məntiqli izahını verə bilməmiş, MTK tərəfindən 50 saylı mənzilə dair kartın sonra veriləcəyinin deyildiyini bildirməklə kifayətlənmişdir. Bundan başqa, işin hallarından görünür ki, mübahisəli 50 saylı mənzilə dair iddiaçı ilə cavabdeh MTK arasında bağlandığı irəli sürülən müqavilə ilkin iddiaçı tərəfindən imzalanmamışdır; belə ki, işin qeyd edilən halını ilkin iddiaçı və nümayəndəsi etiraf etmiş, həmçinin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş iddiaçının əri Mahir Eyvazov da izahatında müqaviləni ilkin iddiaçının deyil, məhz özünün etibarnamə əsasında imzaladığını göstərmiş, qeyd olunan xüsusatın təsdiqi kimi də müvafiq etibarnaməni birinci instansiya məhkəməsinə təqdim etmişdir. Cavabdeh tərəf isə qarşılıqlı iddia ərizəsi ilə mübahisələndirilən müqavilədə onun nümayəndə vasitəsilə bağlandığına və etibarnaməyə dair heç bir məlumatın müqavilədə göstərilmədiyinə istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası “....müqavilənin M.Eyvazov tərəfindən imzalanması faktının “xxxxxxxxxx” MTK-ya həmin vaxt etibarnamənin təqdim edilməsini təsdiq etməsi” ilə bağlı birinci instansiya məhkəməsinin qənaətini əsassız hesab edir. Bununla bağlı məhkəmə kollegiyası aparılan araşdırmalara əsasən qarşılıqlı iddia üzrə mübahisələndirilən müqavilənin ilkin iddiaçı tərəfindən imzalanmaması, ilk iddiaçı ilə cavabdeh MTK arasında mübahisəli mənzilə dair hər hansı danışığın, müzakirənin, razılaşmanın olmaması, müqavilənin nümayəndə vasitəsilə bağlandığı irəli sürüldüyü halda, onda buna dair məlumatların göstərilməməsi, ümumiyyətlə həmin etibarnamənin MTK-ya təqdim edildiyinin təsdiqini tapmamasını nəzərə alaraq hesab edir ki, tərəflər arasında yalnız bir mənzillə bağlı müqavilə bağlanmışdır ki, həmin müqavilə də icra edilmiş, həmin mənzilə dair kart verilmiş, 50 saylı mənzilə dair iddiaçının istinad etdiyi müqavilənin isə mövcud olmayan müqavilə olduğu və digər tərəf üçün öhdəlik yaratmadığı qənaətinə gəlmək daha məntiqlidir. Mülki Məcəllənin 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə görə bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Hər hansı əqdin etibarlılığı üçün isə onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli 50 saylı mənzilə dair müqavilənin sənədləşdirilməsinə baxmayaraq ilkin İddiaçı1 ilə cavabdeh MTK arasında müvafiq hüquq münasibəti yaranmamış, müqavilə ilkin iddiaçı tərəfindən imzalanmamış, başqa sözlə, müqavilə imzalanarkən tərəflər arasında iradə və onun bildirilməsi vahidliyi mövcud olmamış, beləliklə də, qanunvericinin müqavilənin etibarlılığı üçün nəzərdə tutduğu şərtlər reallaşmamışdır. O ki qaldı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarında “22 saylı xx.xx.2014-cü il tarixli müqavilələrə əsasən AM seriyalı 60 saylı xx xxxxxx 2015-ci il tarixli eyni seriya və nömrə ilə verilmiş mədaxil orderlərindəki “Rəhbər“ sözünün qarşısındaki imzaların 22 saylı xx xxxxx 2014-cü il tarixli müqavilələrdəki “xxxxxxxxxx” MTK-nın sədri kimi göstərilən X6 imzaları ilə eynilik təşkil edib-etməməsinin müəyyən edilməsi üçün X7 dindirilməsinin zəruriliyi” ilə göstərilənlərə, bu barədə məhkəmə kollegiyası qeyd edir ki, hazırki apellyasiya baxışı zamanı müəyyən olundu ki, AZ-İİ 009343 saylı xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Buna baxmayaraq məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı bu qətnamənin əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı sözügedən müqavilənin etibarsızlığını tələb etməkdə haqlı olmuşdur, buna görə də onun qarşılıqlı iddiası təmin olunmalıdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi- “xxxxxxxxxx” MTK-nın İddiaçı1 Zəkəryayevnaya qarşı ərazi PD-057 saylı evin 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 190 m2 olan 4 otaqlı 50 saylı mənzilə dair bağlanmış xx.xx.2014-cü il tarixli 22 saylı müqavilənin əhəmiyyətsiz olması səbəbindən bağlandığı gündən etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiasının təmin edilmədiyi hissədə ləğv edilməli, həmin hissədə qarşılıqlı iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdeh “xxxxxxxxxx” MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-529/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi- “xxxxxxxxxx” MTK-nın İddiaçı1 Zəkəryayevnaya qarşı ərazi PD-057 saylı evin 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 190 m2 olan 4 otaqlı 50 saylı mənzilə dair bağlanmış xx.xx.2014-cü il tarixli 22 saylı müqavilənin əhəmiyyətsiz olması səbəbindən bağlandığı gündən etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiasının təmin edilmədiyi hissədə ləğv edilsin. Həmin hissədə qarşılıqlı iddia təmin edilsin. “xxxxxxxxxx” MTK ilə İddiaçı1 Zəkəryayevna arasında ərazi PD-057 saylı evin 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 190 m2 olan 4 otaqlı 50 saylı mənzilə dair bağlanmış xx.xx.2014-cü il tarixli 22 saylı müqavilə əhəmiyyətsiz olduğuna görə bağlandığı gündən etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İlham Kərimli Əmir Bayramov
Məhkəmə qərarları › İş №2(103)-636/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-636/2020
22.01.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver