Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-636/2025 11.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X12 və X1 ibarət tərkibdə, Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin alınması üçün ödənilmiş pulun, mənzilin təmirinə çəkilmiş xərclərin və əşyaların cavabdehin qanunsuz sahibliyindən alınması” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-82/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “mənzilin alınması üçün ödənilmiş pulun, mənzilin təmirinə çəkilmiş xərclərin və əşyaların cavabdehin qanunsuz sahibliyindən alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzilin alınması üçün “X8” MMC-yə ödədiyi 78252 manat məbləğində pulun, həmin mənzilin təmiri üçün çəkilmiş 42000 manat və usta briqadasına ödədiyi 9360 manat pulun, habelə 420 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi, qeyd edilən mənzil üçün aldığı mebellərin, məişət texnikalarının və digər əşyaların cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddət Rusiya Federasiyasında yaşamaqla, həmin dövlətin vətəndaşıdır. Maddi imkanını nəzərə alıb Bakı şəhərində özünə mənzil almaq qərarına gəlmiş və bu məqsədlə 2006-cı ilin yay ayında Azərbaycana gəlmişdir. Bir çox mənzillərə baxdıqdan, bir sıra MTK-larda olan mənzillərin qiyməti ilə maraqlandıqdan sonra nəhayət, “X8" MMC-də yerləşən mənzili almaq qərarına gəlmişdir. “X8" MMC tərəfindən ona bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzilin satış qiyməti 78252 manat təşkil edir və o, həmin məbləğlə razılaşmışdır. Sözügedən mənzilin alınması zəruri olan sənədləri təqdim etmiş, ona bildirilmişdir ki, əcnəbi olduğu üçün adına əmlak ala bilməz, rəsmiləşdirmənin etibar etdiyi şəxsin adına aparılması təklif edilmişdir. Evə gəlib bu barədə anasına məlumat vermiş və anasının şəxsiyyət vəsiqəsini götürüb yenidən “X8” MMC-yə qayıtmış, mənzilə dair müqavilənin anası ilə bağlanmasını xahiş etmişdir. Nəhayət, 20 iyun 2006-cı il tarixində onunla (müqavilədə anası Cavabdeh adı qeyd edilsə də, müqavilə və digər sənədlər onun tərəfindən imzalanmış, anası tərəfindən ona mənzilin alınması ilə bağlı hər hansı bir etibarnamə verilməmişdir) “X8” MMC arasında Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzilin alınmasına dair müqavilə bağlanmış, sözügedən müqavilə əsasında tərəfindən “X8" MMC-yə ümumilikdə 78252 manat məbləğində ödəniş etmiş, mənzilə görə heç bir borcu qalmamışdır. Daha sonra, həmin mənzilini təmir etdirmək qərarına gəlmiş, təxminən 42000 manat materiallara, 9360 manat isə ustaya (təmir-tikinti briqadasına) ödəniş etmişdir. Mənzilini təmir etdirdikdən sonra, qonaq və yataq otaqları üçün və eyni zamanda mətbəx və dəhliz üçün mebellər almaq üçün Türkiyə Respublikasının İstanbul şəhərinə yollanmış, ümumilikdə 12000 ABŞ dolları ödəniş etmiş, mebellərin Bakıya gətirilməsi üçün isə 6300 ABŞ dolları gömrük xərcləri ödəmişdir. Siyahıda göstərilən bütün əşyalar tərəfindən alınaraq mənzilə yerləşdirilmişdir. xx.xx.2021-ci il tarixində yaşadığı sözügedən mənzildə qardaşı X19 ilə aralarında yaranmış mübahisə zamanı qardaşı ona bıçaqla ağır bədən xəsarəti yetirmiş, qardaşının barəsində cinayət işi açılmış və məsuliyyətə cəlb edilmişdir. Bu hadisədən sonra anasının ona qarşı münasibəti dəyişmiş, yanvar ayında Türkiyə Respublikasından qayıtdıqdan sonra yaşadığı və müvəqqəti qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzilinə gəlmiş və qapını açmaq istədikdə qapı açılmamışdır. Başa düşmüşdür ki, qapının kilidi anası tərəfindən dəyişilib, çünki evin açarının bir nüsxəsini yalnız anasına vermişdi. O, dərhal hüquq mühafizə orqanlarına müraciət etmiş və Nizami rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, qərar onunla əsaslandırılmışdır ki, mübahisə mülki xarakter daşıdığı üçün müvafiq məhkəməyə müraciət etməlidir. Yenə də qeyd etmək istəyir ki, cavabdeh Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzilə tərəfindən alınan mebelləri, texnikaları, məişət avadanlıqlarını və digər əşyaları onun xəbəri və icazəsi olmadan satacaq və əsassız olaraq varlanacaqdır. Onu da qeyd etmək istəyir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16(007)-29/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizə təmin edilmişdir. Qanunvericliyin tələblərindən də göründüyü kimi, cavabdehin mülkiyyətində olan əmlak məhz onun tərəfindən əldə edildiyindən, təmir xərcləri onun tərəfindən ödənildiyindən lakin əldə etdiklərindən faktiki olaraq məhrum olunduğu üçün hazırki iddianı qaldırmaqda haqlıdır. Belə ki, mənzilin alınması zamanı ödəmiş olduğu məbləğlər, mənzilin təmirinə çəkilmiş xərclər və mənzil üçün aldığı əşyalar cavabdehin qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-82/2024 nömrəli, xx.xx.2024- cü il tarixli qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddia qismən təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzil üçün alınmış əşyalar- Qonaq otağı üçün 1 ədəd divan (açılan), 1 ədəd masa jurnalni, 2 ədəd vitrin, 1 ədəd güzgülü komod, 1 ədəd açılıb-bağlanan masa, 8 ədəd stul, 1 ədəd TV stend, 1 ədəd açılan divan, 1 ədəd “Samsung” markalı TV, 1 ədəd “Mitsubishi" markalı kondisioner, Yataq otağı üçün- 1 ədəd 2 nəfərlik taxt çarpayı, 2 ədəd tumba, 1 ədəd güzgülü komod, 1 ədəd TV altı dolab, 1 ədəd güzgülü şifonyer (6 qapılı), 1 ədəd “Grundig" markalı kondisioner, 1 ədəd xalça, Uşaq otağı üçün 1 ədəd güzgülü şkaf, 2 ədəd uşaq yatağı, 2 ədəd masa, Balkon üçün 1 ədəd “Bosh” markalı kombi, 5 ədəd 10 seksiyalı radiator, 1 ədəd qaz sayğacı (müqavilə bağlananda ödənilib), Mətbəx üçün 1 ədəd mətbəx mebeli, 1 ədəd 'Blomberg” markalı soyuducu, 1 ədəd “Веко” markalı qabyuyan maşın, 1 ədəd aspirator, 1 ədəd qaz plitkası, 1 ədəd qaz peçkası, 1 ədəd camlı Mətbəx masası, 1 ədəd 3 nəfərlik fransız divanı, 1 ədəd “Samsung” markalı TV, Dəhliz üçün 1 ədəd qarderob güzgülü, 1 ədəd qızılı rəngdə ayna və 1 ədəd fransız ağ kamodun Cavabdeh alınaraq İddiaçı verilməsi, iddiaçı tərəfindən ödənilmiş 420 manat dövlət rüsumunun 300 manat hissəsinin iddiaçıya aid edilməsi, dövlət rüsumunun qalan 120 manat hissəsinin Cavabdeh alınaraq, İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət olunmuşdur. İddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin həddi ilə bağlı ərizə təqdim edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-82/2024 saylı, 04 sentyabr 2024-cü il tarixli qətnaməsinin qismən, yəni “mənzilin alınması üçün ödənilən pulun və mənzilin təmirinə çəkilən xərclərin X4 alınması” hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin qismən, yəni mənzilin alınması üçün ödənilən 78252 manat məbləğində pulun yarısı kimi 39126 manatın və mənzilin təmirinə çəkilən, ekspert rəyi ilə təsdiq edilən 40124 manat xərcin yarısı kimi 20062 manat pulun, ümumilikdə 59188 manat pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti və ona qarşı etirazın dəlilləri: Apellyasiya şikayəti – qətnamənin qismən əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, mənzilin həqiqətən iddiaçı tərəfindən alınması, mənzilin pulunun onun tərəfindən ödənilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(1010-1881/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündə (səh 2, 1-ci abzas) təqsirləndirilən şəxs qismində ifadə vermiş Şahid və ibtidai istintaqda şahid qismində dindirilmiş (hal-hazırki iş üzrə cavabdeh) Cavabdeh ifadəsində evin iddiaçıya məxsus olmasının etiraf edilməsi, mənzilin əldə edilməsi barədə müqavilədəki və qiymətin razılaşdırma protokolundakı imzanın məhz İddiaçı məxsus olması, qarşı tərəfin də bu faktı təsdiq etməsi, bundan başqa MTK sədrinin hələ Bakı Ağır Cinayətlər Məhkəməsində şahid kimi vermiş olduğu ifadəsində, eləcə də işdə olan yazılı arayışında mənzilin məhz iddiaçı tərəfindən alındığını, mənzilin pulunun iddiaçı tərəfindən ödədiyini etiraf etməsi, mənzilin dəyərinin, eləcə də təmirinə çəkilən xərclərin iddiaçı tərəfindən ödənilməsi faktını müstəqil tələb irəli sürməyən üçüncü şəxs (iddiaçının atası, cavabdehin əri) X14 və şahidlər tərəfindən də təsdiq olunması, bunun iddiaçı tərəfindən cavabdehə hədiyyə olmasını təsdiq edən heç bir sübutun məhkəməyə təqdim edilməməsi, məhkəmənin ekspert rəyinə və digər sübutlara (həmçinin şahid ifadələrinə) düzgün hüquqi qiymət verməməsi və s. kimi əsaslandırılmışdır. İş üzrə cavabdeh tərəf apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, apellyasiya şikayəti əsassız və formaldır. Cinayət işində istər Emil Abıyevin, istərsə də Gülarə Abıyevanın evin Anar Abıyevə məxsus olması ilə ifadələri obyektiv həqiqəti əks etdirməmişdir. Ailə arasında əmlak məsələləri ilə bağlı qalxmış mülki mübahisilər zamanı Anar Abıyevin mübahisəli evə iddialı olmasını görərək kiçik oğlu Emil Abıyevin məsuliyyətini yüngülləşdirmək üçün Emil Abıyevlə, Gülarə Abıyeva iddiaçı Anar Abıyevi qıcıqlandırmamaq üçün belə ifadələri işlətmişlər. Çünki bıçaqlanma hadisəsindən bir müddət əvvəl Anar Abıyev mənzilin onun adına rəsmiləşdirilməsini anasından artıq tələb etməyə başlamışdır. X22 Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinin icraatı zamanı 1 dəfə notarial və 2 dəfə Azərbaycan Respublikasının Türkiyyə Respublikasında fəaliyyət göstərən Səfirliyi vasitəsi ilə barşıq ərizəsi göndərərək Emil Abıyevdən şikayətçi olmadığını ifadə etmişdir. Emil Abıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlığa buraxıldıqdan sonra isə Anar Abıyev yenidən ev tələb etməyə başlamışdır. Emil Abıyevin isə şərti olaraq cəza aldığını və hökmdən Anar Abıyev tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddət keçdiyini, Emil Abıyevlə anası hazırki cavabdeh Gülarə Abıyeva zərəçəkmiş Anar Abıyevin artıq Emil Abıyevi cəzalandırmaq imkanının olmamasını düşünərək əvvəl həqiqətə uyğun olmayaraq çıxılmaz vəziyyətdə verdikləri ifadə və vədlərindən geri çəkilmişlər. Bakı Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış hökmlə Emil Abıyev yenidən həbsə alındıqdan sonra Emil Abıyev anasına cəza çəkəcəyini və heç bir halda Anar Abiyevə mənzili onun adına sənədləşdirilməsi ilə bağlı vədlərin verilməməsinə onu çağırmışdır. Həmin vaxtlarda isə Anar Abıyev anası Gülarə Abıyevaya qarşı “əqdin etibarsız hesab edilməsi ” tələbi ilə bağlı Nizami rayon Məhkəməsində iddia qaldırmışdır. İlk növbədə Anar Abıyevin MTK-ya mənzilin alınması üçün iddia etdiyi MTKnın hesabına ödənilən pulun onun tərəfindən mədaxil edilməsini bildirməsi mənzilin sənədləşdirilməsi ilə bağlı müqavilədə və maliyyə arayışında göstərilən şərtlərə ziddir. Çünki, MTK ilə Gülarə Abıyeva arasında bağlanmış müqavilədə sifarişçi Gülarə Abıyeva göstərilmişdir. Maliyyə arayışında isə mənzilə payın ödənilməsi və MTK-nə borcun olmaması Gülarə Abıyevanın adına göstərilmişdir. Bu gün həmin müqavilə və maliyyə sənədləri qüvvəsindədir. Anar Abıyev əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbini dəyişdirərək evə mülkiyyət hüquqlarının tanınmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Hazırki qətnamədən isə verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə təmin edilməmişdir. Hesab edirlər ki, nə qədər ki, əqd mübahisələndirilmədən (alqı satqı müqaviləsi) Anar Abıyevin müqavilədə imza icra etməsinə görə Gülarə Abıyevanın adından MTK-ya pul ödəməsi kimi dəlilləri inandırıcı olmadığı kimi də bu pulları tələb etməsi ilə bağlı da hüquqi əsası da yoxdur. Bundan başqa, birinci instansiya məhkəməsinin hazırlıq iclası zamanı hazırki işdə üçüncü şəxs qismində cəlb edilmiş Əvəz Abıyevin iddia tələbləri üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsi tərəfindən çıxarılmış və hazırda qanuni qüvvəsini almış 2(007)-702/2024 saylı xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsi təqdim edilmişdir. Həmin qətnamə ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, 199 saylı mənzilə ½ hissədə X6, ½ hissədə Cavabdeh pay hüquqları müəyyən edilmişdir. Həmin qətnamə ilə də iddiaçı Əvəz Abıyev cavabdeh Gülarə Abıyeva ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436cı məhəllə, 199 saylı mənzilin onunla Cavabdeh birgə nikah dövründə əldə edilmiş ümumi əmlakları hesab edilməsi və həmin əmlakların 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə Cavabdeh mülkiyyət hüquqlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bir halda ki, qanuni qüvvəsini almış məhkəmə aktı ilə həmin mənzilin X23 Abıyevanın birgə nikah dövründə ər və arvadın birgə vəsaiti ilə alınmasından söhbət gedirsə, belə olan halda iddiaçı Anar Abıyevin mübahisəli evin alınmasına dair pulun onun tərəfindən ödənilməsi kimi iddiası hansı hüquqi əsaslara söykənmişdir və necə təmin edilə bilər? İddianın bu hissəsi ilə də bağlı bildirik ki, bir halda ki, materiallara görə 42000 manat pulun ödənilməsindən söhbət getdiyi halda, bu hallar hər hansı bir subutlarla məhkəmə hazırlıq iclaslarında öz təstiqini tapmamışdır. Bundan başqa, mənzilin təmiri ilə məşğul olan və iddiasının təmin olunmasında maraqlı olan şəxs istər tikinti materialları mağazalarından hər hansı bir qayimə, arayış, belə subutlar olmadığı təqdirdə isə 42000 pul xərcləmiş olduğu (hər bir halda bir mağazaya xərclənməmişdir) müxtəlif mağazaların sahibləri, satıcısı və s.i şahidləri məhkəməyə təqdim etməli idi. Mənzilə tikinti -texniki ekspertizası keçirilərək formal cəhətdən subut toplamaq isə o demək deyil ki, ekspert tərəfindən təmirə qiymətləndirilmiş 42000 manat pul vəsaiti Anar Abıyev tərəfindən xərclənmişdir. Bununla yanaşı, məhkəmə iclasına iddiaçı tərəfindən dəvət olunmuş ustalar özləri də, eyni zamanda Anar Abıyevdə təstiq etmişdir ki, ustalar Anar Abıyevin uzun müddətdir ki, yaxın münasibətləri olan sinif yoldaşıdırlar. Bu səbəbdən də onun mənafeyinə uyğun izahat verməklə həqiqəti təhrif etmişdir. Ona görə də hər hansı bir ciddi subutlar olmadan hər hansı bir insanın evi təmir etdiyini deməsi mötəbər hesab edilə bilməz. Ödənilmiş pullara dair də hər hansı bir yazılı subutları istər Anar Abıyev, istərsə şahidlər təqdim edə bilməmişlər. İzahatlar, prosessual məsələlər: Apellyasiya baxışında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdirlər ki, iddia ümumilikdə üç hissədən: mənzilin alınmasına verilən pul, mənzilin təmir edilməsinə çəkilən xərc və əşyaların alınmasına çəkilən xərcdən ibarətdir. Hazırda apellyasiya baxışının predmeti evin alınmasına və təmirinə çəkilən xərclərdir. Qeyd olunan hissələrdə birinci instansiya məhkəməsi işin hallarına, işdə olan sübutlara (şahid ifadələri, yazılı sübutlar və s.) düzgün hüquqi qiymət verməmişdir. Belə ki, ilkin olaraq tələbin evin alınmasına dair hissəsinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçı Rusiyada işləmiş, yaxşı gəliri olmuş, 2006-cı ildə özünə ev almaq qərarına gəlmiş, bu məqsədlə bir neçə tikinti aparılan binalara baxış keçirmiş, nəhayət “X8" MMC tərəifndən inşa edilmiş binadan hazırkı mübahisələndirilən mənzili bəyənmişdir. Mənzili alan zamanı MTK tərəfindən ona xarici ölkənin vətəndaşı olduğuna görə mənzili sata bilməyəcəklərini bildirmişlər, o da evi formal olaraq anasının adına rəsmiləşdirməyi qərara almış, evin pulunu şəxsən özü ödəmiş, bütün sənədlərə (müqavilə, qiymət razılaşdırması) səxsən özü imza atmışdır. Mənzilin dəyərini həmin vaxtı ABŞ dolları ilə həyata keçirmişdir. Ödəniş sənədində isə həmin məbləğ köhnə Azərbaycan manatı ilə, yəni 78252000 AZM kimi göstərilmişdir. Üzərindən uzun müddət keçdiyinə görə iddia ərizəsində 78252 manat qeyd edilmişdir. Bu səbəbdən də məbləğin rəsmi sənədlərdə olduğu kimi, yəni 78252000 AZM olaraq qəbul edilməsinə etiraz etmirlər. Mənzilin dəyərinin necə göstərilməsindən asılı olmayaraq həmin vəsaiti məhz iddiaçı ödəmişdir. Cavabdeh tərəf də bu halı inkar etmir. Lakin, bildirirlər ki, guya mənzilin dəyərini cavabdeh iddiaçıya vermiş, sonuncu da MTK-ya ödəmişdir. Lakin cavabdeh bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh MTK ilə heç bir danışıqlarda iştirak belə etməmişdir. Qeyd etdiyi kimi, bütün sənədləri cavabdehin adından iddiaçı özü imzalamış, cavabdeh heç etibarnamə belə verməmişdir. Bütün ailə üzvləri mənzilin iddiaçıya aid olmasını bilmişlər. Ailədə qardaşı Emil heç bir vaxt işləməmiş, 2021-ci ilədək onunla münasibətləri normal olmuş, lakin həmin il mübahisələri pisləşmiş, qardaşı onun sağlamlığına xəsarət yetirmiş, bununla bağlı ittiham aktı tərtib olunmuş və ittiham akı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-1881/2021 saylı ittiham hökmü çıxarılmışdır. Həmin hadisədən sonra anası ilə münasibətləri əvvəlki kimi olmamış, evdən istifadəyə ona maneələr yaradılmış, hazırda da öz vəsaiti hesabına aldığı evdən istifadə edə bilmir. Qeyd olunan cinayət işi materiallarında olan - cavabdehin və qardaşı Emilin ifadələrində evin həqiqətən də iddiaçı tərəfindən alındığını təsdiq edilir. Bundan başqa, birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş şəxslər də açıq-aydın evin onun vəsaiti hesabına alındığını, təmirin şəxsən iddiaçının hesabıma aparıldığını qeyd ediblər. İndi isə deyirlər ki, guya cavabdeh öz pulu ilə alıb mənzili. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, cavabdeh heç bir zaman işləməmiş, eləcə də hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. X3 isə aylıq əmək haqqı hesabına ailəni saxlayan şəxs olmuşdur. Belə olan halda, cavabdehin MTK-dan ev alması, qısa müddətə onu təmir etdirib, ev üçün bahalı əşyalar alması heç bir məntiqə sığmır. İddiaçı əvvəl mənzilə hüquqlarının tanınması barədə iddia qaldırsa da, iddiası rədd olunub. Həmin qətnamədə pul məsələsi olmayıb, ümumiyyətlə hazırki tələblə bağlı preyudisial hal müəyyən olunmayıb. Məhkəmə iddianı ona görə rədd edib ki, iddiaçı əvvəlki hüquq müəyyənedici sənədləri (çıxarış və s.) mübahisələndirməyib. İddiaçı hazırda mənzili tələb etmir. Sadəcə cavabdehdən əsassız varlandığı pulları tələb edir. Bu səbəbdən də həmin mənzilin cavabdehlə atası arasında birgə əmlak kimi bölünməsinə da etiraz etməmişdir. Çünki, mənzil hüquqi baxımdan anası ilə atasının birgə nikah dövründə əldə edilib, ona görə də aralarında bölünüb. Sonradan isə (məhkəmə icraatı dövründə) atası öz payını iddiaçıya bağışlamış, hazırda iddiaçı və cavabdeh mübahisəli mənzilin bərabər hissələrdə paylı mülkiyyətçiləridir. Ona görə də iddiaçı mənzilin alınmasına və təmirinə çəkdiyi xərcin yarısını cavabdehdən tələb edir. Təmirlə bağlı qeyd edirlər ki, iddiaçı mənzili təqribən 2008-ci ildə təmir etdirmək qərarına gəlmiş, təmir iki qrup tərəfindən aparılmış, birinci qrupa onun sinif yoldaşı olan və hazırkı iş üzrə birinci instansiya məhkəməsində şahid kimi ifadə vermiş X16 rəhbərlik etmiş, təmirin ikinci mərhələsini isə atasının tanışları olan şəxslər həyata keçirmişdir. Təmir xərclərini iddiaçı şəxsən özü ödəmiş, düzdür hazırda bununla bağlı hər hansı sənəd qalmasa da, o Rusiyadan X3na bank vasitəsilə pullar göndərmiş, atası isə xərcləri qarşılamaqla ümumi olaraq təmirə nəzarət etmişdir. Təmir 2009-cü ildə başa çatmışdır. Atası ilə anası 2007-ci ildən etibarən faktiki ayrı yaşadıqlarından təmirdən sonra həmin evdə anası – iş üzrə Cavabdeh, qardaşı Şahid və özü, evləndikdən sonra isə ailəsi ilə ölkəyə gəldikcə yaşamışdır. İddiaçı 2013-cü ildə ailə qurmuş, 2014-cü ildə övladı dünyaya gəlmiş və həmin tarixdən ailə üzvləri və özü də həmin evə qeydiyyata düşmüşlər. Apellyasiya baxışı zamanı təmir xərcinin hesablanması ilə bağlı əldə olunmuş sonuncu ekspert rəyinə etiraz etmirlər və orada göstərilən məbləğin nəzərə alınmaqla təmir xərcinin yarısının cavabdehdən tutulmasını xahiş edirlər. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, birnci instansiya məhkəməsində verilmiş izahatda və iddiaya qarşı etirazda göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, hazırda iddiaçının şikayətinə əsasən apellyasiya baxışının predmeti mənzilin alınması üçün ödənilmiş pulun yarısının və mənzilin təmirinə çəkilən, ekspert rəyi ilə müəyyən olunan xərcin yarısının cavabdehdən tutulmasıdır. İlkin olaraq, mənzilin alınmasına münasibətdə qeyd olunmalıdır ki, MTK-dan mənzilin alınması zamanı sənədlərə iddiaçı tərəfindən imza atılsa da, faktiki olaraq mənzil cavabdeh tərəfindən alınmışdır. Bunu məhkəmə iclasında iştirak şahid qismində iştirak edən Emil də təsdiq etmişdir. Birinci instansiya məhkəməsində iddiaçı tərəfdən şahid kimi ifadə vermiş şəxslərin ifadələri mötəbər sübut kimi nəzərə alına bilməz. Məhkəmə isə haqlı olaraq onlara şahid ifadələrinə tənqidi yanaşmışdır. Ümumiyyətlə, tərəflər arasında başqa məhkəmə çəkişmələri də olmuş, MTK tərəfindən isə əvvəlki işlər də nəzərə alınmaqla hazırda əsassız və bir-birini inkar edən izahlar və sənədlər verilmişdir. İddiaçının digər dəlili Emil barəsində aparılmış cinayət işində verilmiş ifadələrə münasibətdə qeyd olunmalıdır ki, cavabdeh tərəf tərəflər arasında münasibətlərin yüngülləşdirilməsi, gərginliyin azaldılması məqsədilə mübahisəli evin iddiaçı tərəfindən alınması göstərilmişdir. Bundan başqa, iddiaçı tərəf evin dəyərini də şişirdilmiş şəkildə təqdim edir. Nəzərə alınmalıdır ki, evin alındığı zaman köhnə Azərbaycan manatı olmuş, ödəniş qəbzində də 78522000 AZM qeyd edilmişdir. Həmin məbləğ 5000-ə bölünməklə yeni manat (AZN) müəyyən olunur ki, bu məbləğ də təqribən 15700 manat təşkil edir. Həmçinin, iş üzrə üçüncü şəxs Əvəz Abiyev özü cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, mübahisəli evin birgə nikah dövründə əldə olunmasına görə paylarının müəyyən olunmasını xahiş etmiş, nəticədə tərəflərin ½ hissədə payları müəyyən olunmuş və həmin məhkəmə aktı qanuni qüvvəsini almışdır. Belə olan halda mənzilin pulunun iddiaçı tərəfindən ödənilməsi halı aradan qalxmış olur. Ümumilikdə isə, göründüyü kimi işdə olan sübutlar evin məhz iddiaçının vəsaiti hesabına alınmasını konkret olaraq təsdiq etmir. Əşyalara münasibətdə isə, iddiaçının mübahisəli mənzildə əşyalarının olmasını inkar olunmayıb, hətta həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət də etməmişlər. Tələbin təmir hissəsinə gəldikdə isə, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi şahid Rövşən Məmmədli təmirə rəhbərliyi həyata keçirdiyi və materialların pulunun iddiaçı tərəfindən verildiyini qeyd etsə də, o iddiaçının sinif yoldaşıdır. İddiaçı pulların Rusiya Federasiyasından necə göndərməsinə dair hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsində icraat gedərkən həbsdə olmuş və bu səbəbdən, ifadə verə bilməyən, lakin hazırkı apellyasiya baxışında ifadə vermiş Şahid isə təmirin cavabdeh tərəfindən aparıldığını, hətta məmulatların haradan aldığına qədər göstərmişdir. Göründüyü kimi, təqdim olunuş sübutlar mötəbər olmayan və bir-birini təkzib edən dəlillərlə cavabdehə qarşı əsassız iddia vermişdir. Bu səbəbdən, mübahisələndirilən hissədə qətnamənin təmin olunmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X15 apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, o iddiaçının atası, cavabdehin isə həyat yoldaşıdır. 2004- 2010-cu illərdə işləməmişdir. İddiaçının maddi vəziyyəti isə həmin vaxtlar yaxşı olmuş, Rusiya Federasiyasında işləmişdir. Digər oğlu Emil Abıyev isə heç vaxt işləməmiş, onlardan asılı vəziyyətdə olmuşdur. 2007-ci ildən cavabdehlə faktiki ailə münasibətləri pozulmuş, bir-birindən ayrı yaşamışlar. 2006-ci ildə o iddiaçıya təklif etmişdir ki, Bakı şəhərindən ev alsın. İddiaçı bu məqsədlə Bakı şəhərinə gəlmiş və mənzillərlə maraqlanmışdır. Hazırki mübahisəli evi məhz iddiaçı öznün şəxsi pulu ilə almış, lakin formal olaraq cavabdehin adına rəsmiləşdirmişdir. Cavabdehin heç mənzildən məlumatı belə olmamış, bütün sənədləri iddiaçı özü imzalamışdır. Təqribən 2008-2009-cu illərdə mənzilin təmiri başlanmış, o özü təmirə rəhbərlik etmişdir. Çünki, iddiaçı Rusiyada yaşayırda, Bakıya tez-tez gələ bilmirdi. Təmir işlərini ilkin olaraq iddiaçının sinif yoldaşları, daha sonra isə onun tanışları aparmışlar. O, işləmədiyindən təmirə nəzarət etmişdir. Lakin, təmir xərclərini iddiaçı qarşılamış, iddiaçı bank vasitəsilə ona pullar göndərmişdir. Həmçinin, evin əşyalarını da iddiaçı xaricdən alıb gətizdirmişdir. Bundan başqa, qanuni qüvvəyə minmiş qətnamə ilə mübahisəli evin üzərində ½ hissədə cavabdehlə onun pay hüququ tanınsa da, həmin qərarda evin dəyərinin faktiki olaraq o və ya cavabdeh tərəfindən ödənildiyi göstərilməmişdir. Hesab edir ki, iddiaçının tələbi əsaslıdır, həqiqətən mənzilin alınması və təmiri iddiaçının pulu hesabına həyata keçirilmişdir. Apellyasiya baxışında şahid kimi ifadə vermiş X19 göstərmişdir ki, iddiaçı onun qardaşı, cavabdeh isə anasıdır. İddiaçı Rusiya Federasiyasında işləyir və yaşayırdı. O, hazırda mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşayır. 2006-cı ildə ev almaq məqsədlə bir neçə tikinti şirkətləri ilə maraqlanmış, yekun olaraq hazırkı mübahisəli mənzili şəxsən özü araşdırıb tapmış, onunla bağlı MTK-nın sədri Rövşən bəylə şəxsən görüşmüş, binanın layihəsinə baxmış və danışıqlar aparmışdır. Tərəflər arasında razılıq əldə olunduqdan sonra 17200 ABŞ dolları pulu MTK-ya vermişdir. Lakin, dollar həmin vaxt qüvvədə olan köhnə məzənnə ilə hesablanıb yazılmışdır. Dəqiq xatırlamasa da, bəzi sənədlərə o imza atmışdır. Lakin mübahisəli mənzilə dair müqavilədəki və qiymət razılaşması haqqında protokoldakı imzalan ona məxsus deyildir. Evin alınması zamanı isə iddiaçının Azərbaycanda olub-olmamasını dəqiq xatırlamır. Mənzil təmirsiz alınmış, sonradan onun tərəfindən özünün, atasının və anasının vəsaiti hesabına materiallar alınaraq təmir olunmuşdur. İddiaçının isə konkret etdiyi maddi dəstəyi xatırlamasa da, iddiaçının valideynlərinə kömək məqsədilə hər hansı dəstək olmasını inkar etmir. Eləcə də, suallara cavab olaraq 18 yaşından etibarən rəsmi iş yeri olmasa da, özü və anasının işlədiyini, ticarətlə məşğul olduqları və müstəqil qazanclarının olduğunu bildirmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, ilk iddia qismən, cavabdeh qətnaməni mübahisələndirməmiş, iddiaçı isə qətnaməni iddianın təmin olunmayan (mənzilin alış pulunun və təmir xərcinin cavbadehdən tutulması hissədə) hissədə qismən mübahisələndirmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Həmçinin qeyd edilməlidir ki, apellyasiya baxışı zamanı iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin həddi ilə bağlı ərizə təqdim edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-82/2024 saylı, 04 sentyabr 2024-cü il tarixli qətnaməsinin qismən, yəni “mənzilin alınması üçün ödənilən pulun və mənzilin təmirinə çəkilən xərclərin X4 alınması” hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin qismən, yəni mənzilin alınması üçün ödənilən 78252 manat məbləğində pulun yarısı kimi 39126 manatın və mənzilin təmirinə çəkilən, ekspert rəyi ilə təsdiq edilən 40124 manat xərcin yarısı kimi 20062 manat pulun, ümumilikdə isə 59188 manat pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Bununla yanaşı, iddiaçı tərəf mənzilin dəyərinin rəsmi sənədlərdə göstərildiyi 78252000 AZM kimi, təmir xərcinin isə apellyasiya baxışı zamanı alınmış qiymətləndirmə rəyində göstərilən 29321 manat kimi qəbul edilməsinə etiraz etməmişdir. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - mənzilin alınması üçün ödənilən pulun cavabdehdən tutulması ilə bağlı iddianın rədd olunması hissəsində ləğv edilməli, iddia həmin hissədə qismən təmin edilməli, qətnamədə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 20 avqust 2024-cü il tarixli məktubu vasitəsilə daxil olmuş sənədlərdən görünür ki, “X9” MMC ilə Cavabdeh arasında Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən, sahəsçi 114,07 m2 təşkil edən, 2 otaqlı 199 saylı mənzillə bağlı 20 iyun 2006-cı il tarixli müqavilə bağlanmış, G.Abıyevanın adına Bakı şəhəri İHBA tərəifndən eyni tarixli 013032 nömrəli order tərtib olunmuş, mənzilin dəyəri 78252000 manat (AZM) müəyyənləşdirilmiş, həmin məbləğ MTK-nın xəzinəsinə ödənilmiş, sonda cavabdehin həmin mənzil üzərində mülkiyyət hüquqları 16 yanvar 2021ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İşdə olan “X9” MMC-nin xx.xx.2022-ci il tarixli, 232/A saylı məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzilin dəyəri tam şəkildə İddiaçı tərəfindən ödənilmiş, həmin mənzil onun razılığı ilə formal olaraq anası Cavabdeh adına rəsmiləşdirilmiş, alıcı tərəfindən bütün sənədlərdə İddiaçı imza etmiş, Cavabdeh isə heç bir sövdələşmə və alqı-satqı prosesində iştirak etməmişdir. İşdə olan "xxxx" MTK-nin xx.xx.2023-cü il tarixli 453 saylı arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, mənzil 199-un kommunal xərclərini İddiaçı ödəmişdir. İşdə olan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” xx.xx.2017-ci il tarixli 13/14950 nömrəli müqavilənin surətindən görünür ki, A.Manafov küçəsi 199 saylı mənzildə istehlakçının qazla təmin edilməsi barədə Cavabdeh ilə “Azəriqaz” İB-nin Bakı RQSD arasında müqavilə bağlanmışdır. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)- 1881/2021 saylı hökmündən görünür ki, Şahid Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir (Birinci instansiya məhkəməsinə Şahid CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən ittiham aktı və digər sənədlər təqdim edilmişdir). İşdə olan X5 xx.xx.2023-cü il tarixli sorğuya cavabından görünür ki, X6 adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və məşğulluq” altsisteminə əmək müqavilə bildirişi daxil edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16- 16/2-10/8064 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 199 saylı mənzildə yerinə yetirilmiş təmir-tikinti işlərinin mövcud bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 40124 manat məbləğində olduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. İşdə olan Mərkəzi Ekspertiza Bürosunun MEB/04-3518/2025 nömrəli, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 2008-2009-cu illər üzrə tikinti materialları uyğun artımla 19,4000.00 AZN, işçilik uyğun artımla 9,067.00 AZN olmaqla, cəmi 19,400.00+9,067.00 = 28,467.00 AZN+3%=29321 manat təşkil etmişdir. İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)- 1593/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququnun tanınması və rəsmiləşdirilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-702/2024 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, 199 saylı mənzilə ½ hissədə X6, ½ hissədə Cavabdeh pay hüquqlarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X13 ifadəsində bildirmişdir ki, təxminən 2006-2007-ci illərdə Azər Manafov küçəsində bina tikilirdi, həmin vaxt İddiaçı gəlib özünü onlara Rusiyada işləyən iş adamı kimi təqdim edib ev almaq istədiyini bildirmiş və razılaşmışlar. Ona zəng edib demişlər ki, Anar Abiyev Azərbaycan Respublikası vətəndaşı deyil. 2009-cu ilə kimi xarici vətəndaşlara mülk almağa icazə vermirdilər, 2009-cu ildən sonra artıq mülk almaqları mümkün olmuşdur. O da İddiaçı bildirmişdir ki, onun adına ev rəsmiləşdirilə bilməz, burada yaşayan anası və ya atası vardırsa onun adına rəsmiləşdirilsin. Anar mənzilin anasının adına rəsmiləşdirəcəyini bildirmiş, müqavilə bağlanmışdır. O, pulu Anardan almış, müqaviləni də Anar imzalamışdır. Müqavilədə adı göstərilən Cavabdeh isə ümumiyyətlə tanımır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X16 ifadəsində mübahisəli mənzilin Anar Abiyevə məxsus olmasını, qrup şəklində həmin mənzilin təmir işlərini görməsini, təmir pulunu X27 almasını, Anarın qardaşı Emilin də mənzilə gəlibgetməsini, Emilin pulu Anardan alıb xərcləməsini, Anardan təmirlə bağlı 10000 manata yaxın pul almasını, pulu alıb ustalar arasında bölməsini, Anarın anası Cavabdeh ona “məhkəməyə şahid kimi getmə, iclasda iştirak etmə, çünki o ev mənimdir” deməsini, o isə ona “əgər ev sizin idisə o evə gələrdiniz” deməsini və s. bildirmişdir. Yuxarıda da qeyd edildiyi kimi, hazırki apellyasiya baxışının həddini iddia tələbi üzrə aşağıdakılar təşkil edir. - Mənzilin alınması üçün ödənilmiş pulun cavabdehdən tutulması - Mənzilin təmir xərclərinin cavabdehdən tutulması Birinci instansiya məhkəməsi mənzilin alınması üçün ödənilmiş pulun cavabdehdən tutulması hissədə iddianı rədd edərkən iddiaçının bu istiqamətdə sübut təqdim edə bilməməsini, habelə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-1593/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququnun tanınması və rəsmiləşdirilməsi” tələbinə dair iddiasının rədd olunmasın aistinad etmişdir. Məhkəmə kollegiyası qeyd edilən hissədə rayon məhkəməsinin mövqeyi ilə razılaşmayaraq ilkin olaraq qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-1593/2022 saylı qətnaməsinin mövcudluğu iddiaçının hazırki tələblə məhkəməyə müraciət imkanını istisna etmir. Həmin qətnamədən görünür ki, iddiaçının tələbi mübahisəli mənzil üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı olmuş, məhkəmə iddianı ona görə rədd etmişdir ki, mübahisəli mənzil həmin vaxtı cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınmış, iddiaçı isə öncə mübahisəli mənzilin cavabdehin adına qeydə alınmasına əsas olmuş müqaviləni və həmin müqavilə əsasında verilmiş çıxarışı mübahisələndirmədən həmin tələbi irəli sürmüşdür. Qətnamədən ümumiyyətlə mənzilin dəyərinin kim tərəfindən ödənilməsi istiqamətdə hər hansı araşdırmanın aparılması və ya preyudisial əhəmiyyət kəsb edə bilən hər hansı halın müəyyən olunması görünmür. Halbuki, MPM-nin 82.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilən normanın mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Lakin, yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir (MPM-in 220.4-cü maddəsi). Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən qətnamənin hazırki iddianın rədd olunmasına əsas kimi göstərilməsi prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmır. Bununla yanaşı, mənzilin alınması üçün ödənilmiş pulun iddiaçı tərəfindən həyata keçirilməsinə dair sübutların təqdim olunmaması barədə də rayon məhkəməsinin mövqeyi işin müəyyən olunmaş halları və təqdim olunmuş sübutlarla uzlaşmır. Məhkəmə ümumiyyətlə bu istiqamətdə iddiaçının təqdim etdiyi sübutları tam və obyektiv qiymətləndirməmiş, həmin sübutları nəyə görə qəbul etməməsini qətnamədə əsaslandırmamışdır. Halbuki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir (MPM-in 88, 217, 218 və 220-ci maddələri). “Wagner və J.M.W.L. Lüksenburqa qarşı” işdə (para. 96) Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, ... baxmayaraq ki, məhkəmələrdən tərəfin hər bir rədd edilən arqumentinin səbəblərinin açıqlanması tələb oluna bilməz ... buna baxmayaraq onlar bu tərəfin irəli sürdüyü əsas arqumentləri zəruri qaydada təhlil etmək və onlara cavab vermək öhdəliyindən azad edilməmişdir. Bundan əlavə belə müraciətlər Konvensiya və onun Protokolları ilə təmin olunan hüquq və azadlıqlara aiddirsə, yerli məhkəmələr onları xüsusi diqqət və qayğı ilə nəzərdən keçirməlidirlər” “Saliba Maltaya qarşı” işdə (para. 64) Avropa Məhkəməsi qeyd etmişdir ki, yerli məhkəmə orqanlarının sübutların qiymətləndirilməsi və onlardan hansının uyğun və qəbuledilən olmasına qərar verilməsi səlahiyyətinin olduğu qədul edilsə də, Məhkəmə bir daha vurğulayır ki, 6-cı Maddə məhkəmənin tərəflərin təqdim etdiyi təqdimatları, arqumentləri və sübutları lazımi qaydada qiymətləndirmək vəzifəsini müəyyən edir” Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında da qeyd etmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İşdən görünür ki, iddiaçı müvafiq sübutlar təqdim etməklə mənzilin satış dəyərini “X9” MMC-yə ödədiyini bildirir. Bu fakt ilkin olaraq “X9” MMC tərəfindən təsdiq olunur. Belə ki, işdə olan “X9” MMCnin xx.xx.2022-ci il tarixli, 232/A saylı məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzilin dəyəri tam şəkildə İddiaçı tərəfindən ödənilmiş, həmin mənzil onun razılığı ilə formal olaraq anası Cavabdeh adına rəsmiləşdirilmiş, alıcı tərəfindən bütün sənədlərdə İddiaçı imza etmiş, Cavabdeh isə heç bir sövdələşmə və alqı-satqı prosesində iştirak etməmişdir. Həmçinin, işdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1881/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən və digər sənədlərdən (ittiham aktı) görünür ki, həmin cinayət təqibi üzrə təqsirləndirilən şəxs Şahid və ibtidai istintaqda şahid qismində dindirilmiş (hal-hazırki iş üzrə cavabdeh) Cavabdeh mübahisəli mənzilin iddiaçıya məxsus olmasını işarə edən ifadələr vermişlər (Məsələn, “2009-cu il tarixdən Anar, Emil və onların anası Gülarə Anara məxsus ünvan 2 ünvanındakı mənzildə birlikdə yaşayırlar” kimi ifadələr). Bununla yanaşı, iddiaçı digər sübut kimi mənzillə bağlı rəsmiləşdirilmiş 20 iyun 2006-cı il tarixli müqavilənin və eyni tarixli mənzilin qiymətinin razılaşdırılması protokolunun onun tərəfindən imzalandığını bildirir. Xüsusilə qeyd olunmalıdır ki, cavabdeh tərəf də yuxarda qeyd edilən halı (müqavilənin və mənzilin dəyərinin razılaşdırılması protokolunun iddiaçı tərəfindən imzalanması) mübahisələndirməyərək, pulun məhz iddiaçı tərəfindən MMC-yə ödənilməsi faktını da inkar etmir. Lakin cavabdeh tərəf etirazının əsası kimi – iddiaçının onun oğlu olmasını, müqaviləni onun tapşırığı ilə imzalamasını, eyni zamanda iddiaçının mənzilin dəyəri kimi ödədiyi müvafiq pul vəsaitinin cavabdehə (ailəyə) məxsus olmasını, iddiaçının sadəcə onun tarşırığını icra etməsini bildirmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin qeyd edilən etirazı ilə razılaşmır, çünki bu istiqamətdə məhkəməyə ümumiyyətlə hər hansı sübut (tapşırığın icrası ilə bağlı hər hansı sübut etibarnamə və s.) təqdim olunmamışdır. Şahid qismində ifadə vermiş Şahid bildirdikləri isə cavabdehin qeyd edilən etirazının əsaslı sayılması üçün yetərli və obyektiv qəbul edilə bilməz. Birincisi ona görə ki, onlar arasında şəxsi münasibətlər kəskin olmaqla, iddiaçı sonuncu tərəfindən bıçaqlanmış, buna görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. İkincisi isə şahid ziddiyyətli ifadələr verməklə gah müqavilənin onun tərəfndən imzalanmasını, gah da pul vəsaitinin onun tərəfindən ödənilməsini bildirmiş, apellyasiya baxışında sənədlərə baxış zamanı müqavilədə və mənzilin qiymətinin razılaşdırılması protokolundə olan imzaların ona məxsus olmamasını etiraf etmişdir. Bununla yanaşı, cavabdeh tərəfin bu istiqamətdə bildirdikləri (izahatı) işdə olan digər sübutlarda da təsdiq olunmur. Halbuki, MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Cavabdeh tərəf etirazının əsası kimi həmçinin digər məhkəmə aktına, yəni Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-702/2024 saylı qətnaməsinə (mübahisəli mənzilin cavabdehlə onun əri X14 arasında ümumi birgə mülkiyyət hesab olunaraq bərabər paylarda bölünməsi) istinad edərək, iddiaçının tələbini əsassız hesab edir. Kollegiya cavabdehin qeyd edilən etirazı ilə də razılaşmır. Birincisi iddiaçı qeyd edilən məhkəmə icraatında iştirak etməmiş, ikincisi həmin qətnamədə hazırki iddia tələbi ilə bağlı (mənzilin dəyərinin iddiaçı tərəfindən ödənilib-ödənilməməsi istiqamətində) hər hansı hal mübahisələndirilməmiş və müəyyən olunmamışdır (yuxarıda digər qətnaməyə münasibətdə məhkəmə kollegiyasının mövqeyi göstərilmişdir). Qətnamədən görünür ki, məhkəmə mübahisəli mənzilin birgə nikah dövründə əldə olunması və cavabdehin adına mülkiyyət hüququ üzrə qeydə alınması prezumpsiyasından çıxış edərək, ər-arvadın bərabər paylarını müəyyən etmişdir. Həmçinin qeyd edilməlidir ki, başqa şəxslərin pul vəsaiti hesabına (məsələn, borc, bağışlanmış pul və s.) əldə edilmiş əmlak özü-özlüyündə ər-arvadın ümumi birgə mülkiyyəti prezumpsiyasını aradan qaldırmır. Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 31-37-ci maddələrinə əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır, belə olan halda ər-arvadın əmlakının qanuni rejimini qüvvədə olur. Əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. (“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarı). Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırki tələbi mübahisəli əmlak üzərində ər-arvadın ümumi birgə mülkiyyət prezumpsiyasını aradan qaldırmağa yönəlməmişdir və yuxarıda göstərilənlərə əsasən də həmin qətnamənin hazırki mübahisənin qanuni həlli baxımından preyudisial əhəmiyyəti mövcud deyildir. Beləliklə, işdə olan çoxsaylı sübutlarla açıq-aşkar müəyyən olunur ki, mübahisəli mənzilin əldə olunması üçün MMC-yə ödənilmiş müvafiq pul vəsaiti məhz iddiaçıya məxsus olmuşdur. Göründüyü kimi, mənzilin dəyərinin iddiaçı tərəfindən ödənilməsinin sübut olunmaması barədə birinci instansiya məhkəməsinin mövqeyi açıq-aşkar əsassızdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, müvafiq pul vəsaitinin cavabdehə bağışlanması (yəni, qaytarılmalı olmaması) halı da müəyyən edilmir. Birincisi, cavabdehin özü bu halı təsdiq etməməklə, ümumiyyətlə bu mövqedən çıxış etmir. İkincisi, iddiaçı da müvafiq pulu cavabdehə bağışladığını bildirmir, əksinə mənzili özünə almaq niyyəti ilə onun dəyərini ödədiyini bildirir. Bununla yanaşı, tərəflər aralarında hər hansı digər müqavilə münasibətinin olmasından da çıxış etməmişlər. Belə olan məhkəmə kollegiyası pulun ödənilməsi istiqamətində tərəflər arasında hər hansı müqavilə münasibətlərinin yaranması halının mövcudluğunu müəyyən etmir (tərəflər bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişlər). Belə olan halda, iddiaçı iddia tələbinin hüquqi əsası kimi əsassız varlanmaya istinad etməklə müvafiq pul vəsaitini tələb etməkdə haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurma və əsassız varlanmadır. Mülki Məcəllənin əsassız varlanmanın anlayışını müəyyən edən 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan, yəni buna haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hüquqi əsas olmadan varlanma, həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göründüyü kimi, əsassız varlanma dedikdə bir şəxsin heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etməsi anlaşılır. Bir şəxsin əmlak itkisi hesabına başqa şəxsin qanunsuz zənginləşməsi baş verir. Əsassız varlanmada iki tərəf iştirak edir. Onlardan biri heç bir hüquqi əsas olmadan başqasının hesabına əmlak əldə etmiş varlanmış şəxs, digəri isə bunun nəticəsində əmlak itkisinə məruz qalmış şəxsdir. MM-nin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: - 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; - 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. - 1092.2. əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə kollegiyası yoxlanıan hissədə iddia tələbinin məbləği ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddiada cavabdehdən 78252 manat tələb etsə də, işdə olan ödəniş sənədlərindən (qiymətin razılaşdırılması protokolu, mədaxil qəbzi) açıq-aşkar görünür ki, mənzilin qiyməti köhnə Azərbaycan manatı ilə 78252000 AZM göstərilmişdir. Həmin məbləğ isə yeni manata (AZN) münasibətdə 15650,4 manat (78252000 : 5000) təşkil edir. Bununla yanaşı, mübahisəli mənzilin statusu ilə bağlı apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, mənzil daha əvvəl məhkəmə qərarına əsasən cavabdehlə onun əri X14 arasında bərabər paylarda bölündükdən sonra, sonuncu özünə məxsus payını iddiaçının xeyrinə özgəninkiləşdirmiş, beləliklə hazırki vaxtda iddiaçı və cavabdeh mənzilin bərabər hissədə mülkiyyətçiləri sayılırlar (müvafiq çıxarış təqdim olunmuşdur). İddiaçı isə apellyasiya baxışı zamanı ərizə təqdim edərək iddia etdiyi pulun yarısını cavabdehdən tələb etdiyi bildirmişdir. Təbii ki, iddiaçı hazırda mənzilin paylı mülkiyyətçisi olduğundan və sonuncunun da bildirməsinə əsasən mülkiyyət hüququnu bağışlama (əvəz ödəmədən) yolu ilə əldə etdiyindən cavabdehdən yalnız mənzilə görə ödədiyi pulun yarısını tələb etməkdə haqlıdır. Çünki, cavabdeh məhz həmin hissədə iddiaçının hesabına əsassız varlanmış sayılır. Lakin, yuxarıda da qeyd edildiyi kimi, iddiaçı tərəfindən mənzilə görə 78252 manat pulun ödənilməsi müəyyən olunmadığından, məhkəmə kollegiyası hesab edir ki, iddia qeyd edilən hissədə qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 7825,2 manat (15650,4 : 2 = 7825,2) pul vəsaitinin tutulması işin hallarına uyğun olmaqla, ədalətlidir. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X18rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bəyan etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası tələbin mənzilin təmirinə çəkilmiş xərcin ödənilməsi hissəsinə münasibətdə isə aşağıdakıları qeyd edir. İşdə iştirak edən şəxslərin izahatlarından müəyyən edilir ki, mübahisə predmeti olan mənzil (Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı) 2006-cı ildə təmirsiz vəziyyətdə “X8" MMC-dən əldə olunmuş, təqribən 2008-2009-cu illərdə əsaslı təmir olunmuş, ondan sonrakı illərdə isə təmir vəziyyətində dəyişiklik olmamışdır. İddiaçının tələblərindən biri də mənzilin təmirinə çəkilmiş xərclərin cavabdehdən tutulması ilə bağlıdır. Lakin iddiaçının bu istiqamətdə təqdim etdiyi sübutlar tam, mötəbər və yetərli deyildir. Belə ki, iddiaçı qeyd olunan hissədə sübut kimi şahid X11 ifadəsinə istinad etsə də, cavabdeh tərəf buna etiraz etmiş, sonuncunun iddiaçının tanışı olmasını, onun mənafeyindən çıxış etdiyni bildirmişdir. Üçüncü şəxs X7 izahatı da iddianın qeyd edilən hissədə əsaslı olması nəticəsinə gəlməyə yetərli deyildir. Sonuncu təmirlə bağlı pul vəsaitlərinin iddiaçı tərəfindən Rusiya Federasiyasından göndərildiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. İşin hallarından görünür ki, təmir işlərinə məhz üçüncü şəxs X15 nəzarət etmiş, iddiaçı həmin vaxtı Rusiya Federasiyasında olmuş, özünün də bildirməsinə görə Bakı şəhərinə yalnız yay ayları qısa müddətlərdə gəlib-qayıtmışdır. İddiaçı şahid ifadəsində başqa ümumiyyətlə məhkəməyə hər hansı yazılı (təmirlə bağlı materialların alınması və s.) və s. digər sübut təqdim edə bilməmişdir. Eyni zamanda, cavabdeh tərəf də mənzilin iddiaçının vəsaiti hesabına təmir olunmasına etiraz edərək, həmin halı təsdiq etməmişdirlər. Göründüyü kimi, iddiaçı təmirlə bağlı hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd etməkdə haqlı olmuşdur. Çünki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci mad.) MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının özünün izahatı isə iddianın həmin hissədə əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını, qanunvericiliyin qeyd edilən normalarını, həmçinin apellyasiya şikayətinin dəlillərinin nəzərə alaraq hesab edir ki, şikayət qismən təmin olunmalı, qətnamə yoxlanılan hissədə qismən, yəni “Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzilin alınması üçün “X8” MMC-yə ödədiyi 78252 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi” tələbinin rədd olunması hissəsində ləğv olunmalı, həmin iddia tələbi qismən təmin olunmalı, Cavabdeh İddiaçı xeyrinə 7825,2 manat pul vəsaiti tutulmalı, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin alınması üçün ödənilmiş pulun, mənzilin təmirinə çəkilmiş xərclərin və əşyaların cavabdehin qanunsuz sahibliyindən alınması” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-82/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-82/2024 nömrəli, xx.xx.2024- cü il tarixli qətnaməsi yoxlanılan hissədə qismən, yəni “Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, məhəllə 2436-da yerləşən 199 saylı mənzilin alınması üçün “X8” MMC-yə ödənilmiş 78252 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi” tələbinin rədd olunması hissəsində ləğv olunsun. Həmin iddia tələbi qismən təmin olunsun, Cavabdeh İddiaçı xeyrinə 7825,2 (yeddi min səkkiz yüz iyirmi beş manat, 20 qəpik) manat pul vəsaiti tutulsun, həmin iddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-636/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-636/2025
11.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver