Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6370/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakları ilə, Ərizəçi “bağ sahəsinin istifadəyə verilməsi faktınnın müəyyən edilməsi”-nə dair ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(011)-4324/2021 saylı qərardadından iş üzrə ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “bağ sahəsinin istifadəyə verilməsi faktınnın müəyyən edilməsi”-nə dair ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şin Zavodunun nəzdində 1980-ci ildə yaradılmış “Şinçi” bağçılıq yoldaşlıq cəmiyyətinin üzvlərinə Zirə qəsəbəsində ayrılmış, sahəsi 1.200 m2 olan 90 №-li bağ sahəsinin X2 istifadəsinə verilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(011)-4324/2021 saylı qərardadı ilə Ərizəçi “istifadə hüququnun müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qeyd olunan qərardaddan narazı qalan ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsi və ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun əriəsinin məzmunu Bakı Şin Zavodunun nəzdində 1980-cı ildə yaradılmış “Şinçi” bağçılıq yoldaşlıq cəmiyytinin üzvlərinə Bakı şəhərinin Zirə İ qəsəbəsində ayrılmış sahəsi 1.200 m2 olan 90 №-li bağ sahəsinin atası X3 istifadəsinə verilməsi faktının müəyyən edilməsi barədə olduğundan Azərbaycan Respublikası MPM-nin 309.l.-ci maddəsinə əsasən ərazi aidiyyəti üzrə ərizsinə Xətai Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(011)-4324/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən ərizəçi şikayətin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisə predmeti olan daşınmaz əmlak Xəzər rayonu ərazisində yerləşir. İddia tələbi isə mübahisəli əmlakın X2 istifadəsinə verilməsi faktının müəyyən edilməsi olduğundan, ərizə ərazi aidyyəti qaydasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin məcəllənin 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, Ərizəçi şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(011)-4324/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(011)-4324/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6370/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6370/2021
22.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver