Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6375/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-5829/2024 saylı qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt etdiyi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı, X3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK cəlb edilməklə) birgə nikah dövründə əldə edilmiş əmlaka payın müəyyən edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov küçəsi, ev 42 C ünvanında yerləşən 142 saylı mənzilə dair müqavilənin "xxxx" MTK ilə X5 arasında bağlanılmış hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov küçəsi, ev 42 C ünvanında yerləşən 142 saylı mənzilə dair Cavabdeh ½ hissədə payının müəyyən olunması və ayrılması, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov küçəsi, ev 42 C ünvanında yerləşən 142 saylı mənzilə dair verilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilərək, ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)- 5829/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə iddiaçı Cavabdehlər İddiaçı, X3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK cəlb edilməklə) “birgə nikah dövründə əldə edilmiş əmlaka payın müəyyən edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi, vəkili Vəkil1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-5829/2024 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə qarşılıqlı iddia ərizəmi icraata götürməməklə mənim əsas konstitusion hüququmu pozaraq ədalətə nail olmaq üçün məhkəmə araşdırmasının keçirilməsinin qarşısına keçmişdir. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa və qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-5829/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir; 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir; 156-cı maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, habelə qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir. Kollegiya vurgulayır ki, birinci instansiya məhkəməsinin düzgün olaraq qeyd etdiyi kimi, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən qarşılıqlı iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Belə ki, mülki-prosessual qanunvericiliyin tələbinə əsasən cavabdeh iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Halbuki, qarşılıqlı iddia tələbi ilkin iddiaçıdan başqa digər şəxsə (X5) qarşı da yönəlmişdir. Baxmayaraq ki, həmin iddiaya ilkin iddia ilə birlikdə baxılması prosessual qənaət prinsipi baxımından qarşılıqlı iddia üzrə iddiaçıya daha səmərəlidir, lakin prosessual qanunvericiliyin qarşılıqlı iddianın mümkünlüyü şərtinə uyğun hesab edilə bilməz. Bu həm də ilkin iddia üzrə tərəf olmayan şəxslərin mənafelərinin qorunmasına yönəlmişdir. Çünki ilkin iddia üzrə tərəf olmayan şəxslər ilkin iddiaya münasibətdə hansı prosessual statusda olacaqları qeyri müəyyəndir və əks halda onları maraqlarına toxunmayan, onlara ümumiyyətlə maraqlı olmayan məhkəmə çəkişməsinin iştirakçısına çevirəcəkdir. Bundan başqa qarşılıqlı iddiada tələblərdən biri müqavilənin "xxxx" MTK ilə X5 arasında bağlanmış hesab edilməsi olsa da, yəni faktiki olaraq MTK-ya qarşı da tələb irəli sürülsə də, həmin şəxs cavabdeh kimi cəlb edilməmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin 50.3-cü maddəsinin və 149.2.3-cü maddəsinin tələbi baxımından tələb yönəldilən şəxs cavabdeh qismində cəlb edilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, MTK cavabdeh kimi icraata cəlb edilmiş olsaydı belə, qarşılıqlı iddia yuxarıda göstərilən əsasla mümkün hesab edilə bilməzdi. Kollegiya qeyd edir ki, qarşılıqlı iddianın icraata götürülərək ilkin iddia ilə birlikdə baxılması üçün yuxarıda göstərilən əsaslar olmadığından, həmin iddiaların birlikdə baxılması prosessual qanunvericiliyin imperativ olan tələblərinə uyğun olmamaqla şikayətin dəlilləri məhkəmənin iş üzrə düzgün olan məhkəmə aktının ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-5829/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6375/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6375/2024
06.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver