Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6378/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı Yasin qızının, Cavabdeh1 iştirakı ilə, İddiaçı Yasin qızının cavabdehlər Cavabdeh1 və Mehdiyev Cavabdeh2 qarşı pul tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı Yasin qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-818/21 saylı 08.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Mehdiyev Cavabdeh2 7072,50 (yeddi min yetmiş iki manat əlli qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Mehdiyev Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Mehdiyev Cavabdeh2 müştərək qaydada onun xeyrinə 14145 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 keçmiş gəlini, digər cavabdeh isə Mehdiyev Cavabdeh2 oğludur. Onlar 12 iyun 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdular. Birgə nikahlarından 29 sentyabr 2010-cu il təvəllüdlü Mehdizadə Ümayra Cavabdeh2 qızı anadan olmuşdur. Cavabdeh1 ilə münasibəti yaxşı olmamışdır. Ona görə də, oğlu Cavabdeh2 Mehdiyevlə keçmiş gəlini Cavabdeh1 kirayədə yaşamışlar. 23 oktyabr 2010-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən, "xxxx" MTK-ya məxsus 3 saylı yaşayış binasının, 1 otaqdan ibarət 31 saylı mənzilini 5000 manat ilkin ödənişlə ümumilikdə isə 19520 manat məbləğində pul ödəməklə almışdır. Müqavilə oğlu Cavabdeh2 adına qeydə alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli qətnaməsi ilə Mehdiyev Cavabdeh2 ilə Cavabdeh1 arasında 12 iyun 2009-cu il tarixdə Yasamal rayon Qeydiyyat Şöbəsində 633 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Cavabdehlərin nikahları pozulduqdan sonra Cavabdeh1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən, "xxxx" MTK-ya məxsus 3 saylı yaşayış binasının, 1 otaqdan ibarət 31 saylı mənzilində payın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə Mehdiyev Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, "xxxx" MTK-ya məxsus 3 saylı binanın, 31-ci mənzilin 7/50 hissəsinə Cavabdeh1 pay hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12108/2019 saylı iş üzrə 14 noyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyun 2019- cu il tarixli 2(004)-3027/2019 nömrəli qətnaməsi ləğv olunmuş, iddia təmin olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən “OLİMP MTK”-ya məxsus, 3 saylı yaşayış binasının, 31 saylı mənzilində 1/2 pay haqqı müəyyən olunmuşdur. Payların müəyyən olunması barədə məhkəmə iclaslarında cavabdehlər etiraf etmişdilər ki, həqiqətən də, mənzilin ilkin ödənişini və aylıq ödənişlərini əsas hissəsini o ödəyib. Hazırda cavabdehlərin mənzilə 1/2 payları müəyyən olunmuşdur. Cavabdehlər mənzildə olan paylarına uyğun şəkildə də onun ödədiyi pulu qaytarmalıdırlar. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(009)-818/21 saylı 087.04.2021-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Bu və digər əsaslar gətirilərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh Mehdiyev Cavabdeh2 kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçın İddiaçı, apellyasiya şikayətini qəbul etməyərək, rədd olunmasını xahiş edən Cavabdeh1 izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Yasamal rayon Məhkəməsinin 2(009)-818/21 saylı 087.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə əlavə olunmuş Mehdiyev Cavabdeh2 ilə “Olimp MTK” arasında bağlanmış 27.10.2010-cu il tarixli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən, "xxxx" MTK-ya məxsus 3 saylı yaşayış binasının, 1 otaqdan ibarət 31 saylı mənzili 19520 manata “Olimp MTK” tərəfindən Mehdiyev Cavabdeh2 satılmışdır. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-3027/2019 saylı, 28.06.2019cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh Mehdiyev Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, “Olimp" MTK-ya məxsus 3 saylı binanın 31-ci mənzilinin 7/50 hissəsinə iddiaçı Cavabdeh1 pay hüququ tanınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsiin 2(103)-12108/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 3027/2019 saylı, 28.06.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə ünvanında yerləşən “OLİMP MTK”-ya məxsus, 3 saylı yaşayış binasının, 3 mənzilində ½ pay haqqı müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3880/2020 saylı, 19.08.2020-ci il tarixli Qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsiin 2(103)-12108/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan 25.06.2019-cu il tarixdə Cavabdeh1 tərəfindən Yasamal Rayon Məhkəməsinin hakimi Fərid Əyyubova ünvanlanmış məktubun surətindən görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, "xxxx" MTK-ya məxsus 3 saylı binanın, 31-ci mənzilin ilkin ödənişi olaraq 5000 manat ödəniş etmişdir. İş materiallarında olan pul pay haqları haqqında ödəniş cədvəlinin surətindən görünür ki, ödəniş edən kimi cavabdeh Mehdiyev Cavabdeh2 adı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhəri Yasamal Rayon Şöbəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, İddiaçı şöbədən yaşa görə 285,61 manat məbləğində pensiya alır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdehlər 12 iyun 2010-cu il tarixdə nikaha daxil olmuşlar. Onlar arasında bağlanmış nikah Yasamal Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra Cavabdeh1 Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən, "xxxx" MTK-ya məxsus 3 saylı yaşayış binasının, 1 otaqdan ibarət 31 saylı mənzilində payın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə Mehdiyev Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, "xxxx" MTK-ya məxsus 3 saylı binanın, 31-ci mənzilin 7/50 hissəsinə Cavabdeh1 pay hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12108/2019 saylı iş üzrə 14 noyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli 2(004)-3027/2019 saylı qətnaməsi ləğv olunmuş, iddia təmin olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən “OLİMP MTK”ya məxsus, 3 saylı yaşayış binasının, 31 saylı mənzilində 1/2 pay haqqı müəyyən olunmuş, qətnamə qanuni qüvvəsini almışdır. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və Mehdiyev Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Mehdiyev Cavabdeh2 müştərək qaydada onun xeyrinə 14145 manat əsas borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi cavabdeh Mehdiyev Cavabdeh2 pulun tutulması hissəsində təmin etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdşur. Belə ki, iş materiallarında olan cavabdeh Mehdiyev Cavabdeh2 tərəfindən verilmiş etiraf ərizəsindən görünür ki, o, iddia tələbini özünə aid olan hissədə qəbul edərək, 7072,50 manat məbləğində pulun ödənilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göründüyü kimi, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh Mehdiyev Cavabdeh2 tərəfindən 7072,50 manat pulun ondan alınaraq iddiaçıya ödənilməsi hissəsində etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə haqlı olaraq təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3880/2020 saylı, 19.08.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, həm 27 oktyabr 2010-cu il tarixli “OLİMP MTK”-ya məxsus mənzilin alqı-satqısı haqqında müqaviləsində “payçı” kimi, həm də “OLİMP MTK” tərəfindən verilmiş pul pay haqları haqqında ödəniş cədvəlində ödəniş edən kimi cavabdehin (Cavabdeh2Mehdiyev) adı qeyd olunmuşdur. “OLİMP MTK" tərəfindən verilmiş pul pay haqları haqqında ödəniş cədvəlində olan 17.12.2011-ci il tarixdən 10.02.2014-cü il tarixədək 9145 manat pul ödənişi barədə qəbzin cavabdehin anası İddiaçı Yasin qızı tərəfindən imzalanması barədə qeydlər isə, yəni ödənişin icrasının üçüncü şəxs tərəfindən həyata keçirilməsi özüözlüyündə həmin məbləğin sonuncu tərəfindən ödənilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri Yasamal rayon Məhkəməsinin hazırkı iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qə t etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hazırkı iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6378/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6378/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver