Məhkəmə qərarları › İş №2(103)-6381/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6381/2020

24.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6381/2020 24.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: Şirinov Ziya Allahverdi oğlu, Hakimlər: X1 və Eyvazov Rafael Əmir oğlundanibarət tərkibdə, X2katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontoru və Cavabdeh2 qarşı “icra qeydinin ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontorunun xx.xx.2019-cu il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə, iş üzrə icraata xitam verilmişdir. İddiaçı, həmin qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli qərardadı ilə, qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı, xx xxxxxx 2020-ci il tarixdə yenidən xx xxxxxx 2019-cu il tarixli qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli qərardadı ilə, şikayət, qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. İddiaçı, prosessual müddətin bərpası barədə ərizə verərək, xx xxxxxx 2019-cu il tarixli qərardaddan şikayət verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli qərardadı ilə, ərizə rədd edilərək, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı, həmin qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qeyrimümkün hesab edilməli və iş şikayətə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, işdən görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə birinci instansiya məhkəməsi tərəfindən baxılıb münasibət bildirilmədən, şikayət birbaşa Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9288/2019 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə uyğun qaydada baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar