Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6387/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: barışıq sazişi, icraata xitam) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Qanuni nümayəndə, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixdə əmək müqaviləsi bağlanmış və o, Bakıelektrikşəbəkə” ASC-nin Xəzər REİSİ-nin enerji satış şöbəsinə nəzarət mühəndisi vəzifəsi üzrə işə qəbul edilmiş, xx.xx.2013-cü il tarixdə Suraxanı REİSİnin enerji satış şöbəsinə nəzarət mühəndisi vəzifəsinə, xx.xx.2013-cü il tarixdə Nizami REİSİ-nin enerji satış şöbəsinə nəzarət mühəndisi vəzifəsinə keçirilmişdir.
2. İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2018-ci il tarixdə yeni əmək müqaviləsi bağlanmış və o, həmin tarixdə 2 ay sınaq müddəti müəyyənləşdirilməklə "xxxx" ASC-nin Biləcəri EİSİ-nin enerji satış şöbəsinə nəzarət mühəndisi vəzifəsinə keçirilərək aylıq əmək haqqı 635 manat razılaşdırılmışdır.
3. İddiaçı "xxxx" ASC-nin sədrinə ünvanladığı xx.xx.2022-ci il tarixli izahatda aşağıdakıları göstərmişdir: “Xidmət göstərdiyi ərazidə **********4014A nömrəli obyektin 221 manat borclu olduğuna görə tərəfindən elektrik enerjisi dayandırılmışdır. Həmin obyektin sentyabr ayından 70 manat ödənilməmiş borcu qalmış, obyekti icarəyə götürən şəxs ödənişləri heç vaxt tam etməmişdir. xx.xx.2022-ci il ildə borcu olduğu üçün həmin obyektin elektrik enerjisi dayandırılmışdır. O, həmin obyektdən heç vaxt nəğd ödəniş almamışdır. Bütün ödənişləri özü edir. Elektrik enerjisini dayandırılarkən elektrik mantyoru Həsənov Şirvani də orda olmuş və o da həmin şəxsin ona şər atdığını təsdiqləyə bilər. Problemli abonent olduğu üçün həmin obyektə Smart Kart tipli elektrik sayğacının quraşdırılmasını xahiş edir”.
4. "xxxx" ASC-nin AŞBİM-in rəisi ASC-nin Daxili Nəzarət İdarəsinin rəisinə ünvanladığı xx.xx.2022-ci il tarixli xidməti məlumatda, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Rauf İsgəndərovun +99470 *** ** ** nömrəsi ilə Çağrı Mərkəzinə müraciət etdiyini, müraciətində nəzarətçi-mühəndis İddiaçı mağazasının əhali kodu altında fəaliyyət göstərməsinə görə mağaza ilə müqavilə bağlayıb 300 manat aldığını, daha sonra başqa sahədən əməkdaş gətirib həmin əməkdaşı Nazirliyin əməkdaşı kimi təqdim etməklə 100 manat, həmçinin fərqli vaxtlarda müxtəlif bəhanələrlə 20 AZN və 50 AZN aldığını, bununla əlaqədar RETSİ-yə şikayət etsə də heç bir tədbir görülmədiyini bildirdiyini göstərmiş, abonentin şikayətinin araşdırılmasına göməklik göstərilməsini xahiş etmişdir.
5. X8 və X14 xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nə verdikləri izahatda göstərmişlər ki, İddiaçı mağazanın əhali kodu altında fəaliyyət göstərməsinə görə mağaza ilə müqavilə bağlayıb 300 manat almış, daha sonra başqa sahədən əməkdaş gətirib həmin əməkdaşı Nazirliyin əməkdaşı kimi təqdim etməklə 100 manat, həmçinin fərqli vaxtlarda müxtəlif bəhanələrlə 20 AZN və 50 AZN almışdır.
6. X2 oğlu Anar Hüseynov, həyat yoldaşı Ağabəyim Hüseynova və qonşusu Həsən Balacayev xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nə verdikləri izahatda göstərmişlər ki, xx.xx.2022-ci il tarixdə sahənin nəzarətçi-mühəndisi İddiaçı qərəzli mövqe tutaraq heç bir xəbərdarlıq etmədən mağazanın elektrik enerjisini kəsmişdir – hansı ki, borcun son ödənilmə tarixi xx.xx.2022-ci il tarixidir.
7. "xxxx" ASC-nin Daxili Nəzarət İdarəsi rəisi xx.xx.2022-ci il tarixdə ASC-nin sədrinə ünvanladığı təqdimatda göstərmişdir ki, “Biləcəri ETSİ-nin inzibati ərazisində yerləşən M.Mikayılov küçəsi 0014, ev 014A ünvanında yaşayan Rauf İsgəndərov ASC-nin 199 Çağrı Mərkəzinə müraciət etmiş və bildirmişdir ki, ona məxsus olan mağazanı Məhəmməd Hüseynov adlı vətəndaşa icarə müqaviləsi əsasında icarəyə vermiş, ərazinin nəzarətçi-mühəndisi İddiaçı icarədar M.Hüseynova işlətdiyi mağazanı əhali kodundan qeyri-əhali koduna keçirtmək üçün 300 manat məbləğində pul almışdır. Nəzarətçimühəndis İddiaçı abonentin etibarından istifadə edərək, məişət abonent (əhali) birtipli xx.xx.2021 -ci il №284580 alqı-satqı müqaviləsi bağlamış, bir müddətdən sonra digər sahənin nəzarətçi-mühəndisi Asəf Sadıqovla mağazaya gəlmiş, onu nazirliyin işçisi kimi təqdim edərək, ona da 100 manat verilməli olduğunu bildirmiş, ayrı-ayrı vaxtlarda müxtəlif bəhanələr gətirməklə Məhəmməd Hüseynovdan 20, 50 manat pul və ərzaq məhsulları almış, təkrar pul istəyinə Məhəmməd Hüseynov tərəfindən rədd cavabı aldığı üçün, mağazanın heç bir borcu olmadığı halda qeyri-qanuni elektrik enerjisini verilişini dayandırmışdır. Bununla bağlı X10 Elektrik Şəbəkiəsınin rəhbərliyinə ərizə ilə müraciət etmiş, lakin heç bir tədbir görülməmişdir Nəticə olmadığına görə, əlavə olaraq 199 Çağn Mərkəzinə zəng edərək müraciət etmişdir. Alınan izahatlar və toplanmış materiallar əsasında məlum olmuşdur ki, nəzarətçi-mühəndislər İddiaçı və Asəf Sadıqov abonentdən qeyri qanuni yolla aldığı ödənişlər öz təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq aidiyyəti üzrə göstəriş verməyinizi Sizdən xahiş edirik”.
8. "xxxx" ASC-nin Hüquq İdarəsinin rəisi ASC-nin sədrinə ünvanladığı təqdimatda, vəzifəsindən sui-istifadə etməklə inzibati ərazisində yerləşən mağazanı işlədən X16u işlətdiyi obyektin sayğacının əhali kodundan qeyri-əhali koduna keçirilməsi adı ilə aldadaraq pulunu mənimsəməklə Cəmiyyətin qanunla qorunan işgüzar nüfuzuna xələl gətirdiyinə görə Səhmdar Cəmiyyətin Həmkarlar İttifaqı Komitəsinin rəyi alınmaqla və Cəmiyyət rəhbərinin xx.xx.2019-cu il tarixli əmrinin tələblərinə uyğun sənədlər toplanılmaqla Biləcəri ETSİ-nin nəzarətçi mühəndisi İddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinə, Məhəmməd Hüseynovun işlətdiyi mağazaya İddiaçıla birlikdə getməklə sonuncunun qanunsuz hərəkətlərinə şərait yaratdığına görə həmin ETSİ-nin nəzarətçi mühəndisi X15 barəsində “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehinin tətbiq edilməsinə dair göstəriş verilməsini xahiş etmişdir.
9. X8 xx.xx.2022-ci il tarixdə ərizə ilə "xxxx" ASC-yə müraciət edərək, bir neçə gün əvvəl İddiaçı barəsində etdiyi şikayətini geri götürdüyünü bildirmişdir.
10. İddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində "xxxx" ASC-nin rəhbərliyinə ünvanlanmış izahatlarında göstərmişdir ki, şikayət edən şəxslərdən heç vaxt pul almamışdır, şikayət əsassızdır.
11. "xxxx" ASC-nin X3 xx.xx.2022-ci il tarixli qərarı ilə ASC-nin Biləcəri ETSİ-nin enerji satış şöbəsinin nəzarət mühəndisi İddiaçı barəsində "xxxx" ASC-nin İşlər İdarəsi tərəfindən verilmiş təqdimatın təmin edilməsinə və İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir.
12. "xxxx" ASC-nin sədrinin xx.xx.2023-cü il tarixli k/23-00211 nömrəli əmri ilə, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək vəzifələrini və müəssisədaxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna görə Biləcəri EİSİ-nin enerji satış şöbəsinin nəzarətçi mühəndisi İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmiş, əmrə əsas kimi Daxili Nəzarət İdarəsinin rəsisinin xx.xx.2022-ci il tarixli təqdimatı, Hüquq İdarəsinin rəyi və X11 xx.xx.2022-ci il tarixli qərarı göstərilmişdir.
13. "xxxx" ASC tərəfində İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda xahiş olunmuşdur ki, son haqq hesabını və əmək kitabçasını götürmək üçün ASC-nin kadırlar şöbəsinə müraciət etsin.
14. İddiaçı xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiq olunması barədə Bakı 18 saylı Mediasiya təşkilatına müraciət etmiş, "xxxx" ASC-nin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmiş, bununla bağlı xx.xx.2023-cü il tarixdə müvafiq arayış verilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
15. İddiaçı (iddiaçı) "xxxx" X17 (cavabdeh) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli K/23-00211 saylı əmrin ləğv olunması, işə bərpa edilməsi, işə bərpa olunan tarixə qədər ala bilmədiyi aylar üzrə əmək haqqının və ödədiyi 100 manat dövlət rüsumu xərcinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, xx.xx.2013-cu il tarixdən "xxxx" ASC-də enerji satışı şöbəsinə nəzarətçi mühəndis vəzifəsinə təyin edilmiş, abonentlərin istifadə etdikləri enerji dəyərini ödəmələrinə nəzarət-yoxlama vəzifəsini yerinə yetirmişdir. xx.xx.2018-ci il tarixindən Binəqədi rayonunda, Biləcəri qəsəbəsi üzrə eyni təşkilatda işini davam etdirmişdir. Bir müddət işlədikdən sonra barəsində şikayət olduğunu və Rauf İskəndərovun obyektində kirayəçi olan X8 adlı abonentdən pul aldığını iddia etmişlər. Belə ki, o, Rauf İskəndərovun obyektində kirayəçi olan X8 adlı abonentə borcunu ödəməyəcəyi təqdirdə işığının kəsiləcəyi ilə bağlı şifahi xəbərdarlıq etmiş, məhz buna görə həmin şəxs onu təhqir etmiş, başına oyun açacağını bildirmişdir. Həmin şəxsin çox həssas və problemə meyilli olduğunu, onunla kobud danışdığını da işlədiyi təşkilata dəfələrlə bildirmişdir. Məhəmməd Hüseynov adlı şəxs ondan ASC-yə şikayət etmiş, sonra şikayətini geri götürmək üçün pul da istəmişdir. Daha sonra X8 etdiyi hərəkətdən peşman olmuş, xx.xx.2022-ci il tarixində şikayətini geri götürmüşdür. İşlədiyi vaxtda işinə məsuliyyətli yanaşmış və heç bir pozuntuya yol verməmişdir. İşdən qanunsuz olaraq çıxarılması qanunun kobud pozuntusu ilə bərabər, gələcək əmək fəaliyyətinə, karyerasına da pis təsir edir. Ailəni dolandıran tək şəxsdir və himayəsində İİ qrup əlillik dərəcəsi olan anası, İİ qrup əlillik dərəcəsi olan bacısı, İİ qrup əlillik dərəcəsi olan nənəsi vardır. "xxxx" ASC onunla olan əmək münasibətlərinə xx.xx.2023-ci il tarixli K/23-00211-saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə əsasən xitam vermişdir. Əmək fəaliyyəti ilə məşğul olduğu müddətdə ona heç bir bildiriş və xəbərdarlıq nə verilmiş, nə də ünvanlanmışdır.
17. Cavabdehin nümayəndəsi X9 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Biləcəri ETSİ-nin nəzarətçi mühəndisi İddiaçı 2021-ci ilin oktyabr ayında vəzifəsindən suiistifadə edərək xidməti ərazisində X6 məxsus Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən mağazanın icarədarı X5 obyektin əhali kodundan qeyri-əhali koduna keçirilməsi adı ilə aldadaraq 300 manatını alaraq mənimsəmiş, pulu aldıqdan sonra xx.xx.2021-ci il tarixində obyektin sahibi Rauf İsgəndərovun adına 284580 nömrəli “Enerji təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısı” müqaviləsi tərtib etmişdir. Bundan sonra, 2022-ci ilin yanvar ayında iddiaçı qanunsuz hərəkətlərinə davam edərək iş yoldaşı, Biləcəri ETSİ-nin nəzarətçi mühəndisi Asəf Sadıqovla birlikdə yenə də Məhəmməd Hüseynovun işlətdiyi mağazaya gələrək A.Sadıqovu nazirlik işçisi kimi təqdim edib mağazanın içərisində olan elektrik yuvalarında problemlərin olduğunu bildirərək barəsində tədbir görülməməsi müqabilində əlavə 100 manat almış, müxtəlif vaxtlarda Məhəmməd Hüseynovdan siqaret və ərzaq məmulatları götürərək pulunu ödəməmiş, bununla Cəmiyyətin qanunla qorunan işgüzar nüfuzuna xələl gətirmişdir. X16 xx.xx.2022-ci il tarixində İddiaçı barəsində ASC-nin rəhbərliyinə şikayət ərizəsi ilə müraciət etdikdən sonra Məhəmməd Hüseynovun işlətdiyi mağazaya gedərək ona 500 manat qaytarmış, təzyiq göstərərək şikayətini geri götürməyi tələb etmiş, həmçinin həmin ETSİnin digər nəzarətçi mühəndisi X28 İsmayılovun istəyi ilə Məhəmməd Hüseynovla görüşərək ondan şikayətini geri götürməyi xahiş etmişdir. İddiaçı əmək qanunvericiliyinin qaydalarının tələblərini kobud şəkildə pozaraq Cəmiyyətin qanunla qorunan işgüzar nüfuzuna xələl gətirmiş və bu səbəblə “Azərişıq" ASC-nin X12 xx.xx.2023-cü il tarixli iclasında İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə "xxxx" ASC-yə təklif edilməsi qərara alınmışdır. Əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduğuna görə Biləcəri ETSİ-nin nəzarətçi mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə K/23-00211 saylı xx.xx.2023-cü il tarixli əmr əsasında xitam verilmişdir.
18. Məhkəmənin şahid qismində dindirdiyi X18 ifadəsində bildirmişdir ki, 2022-ci ilin mayından hadisə baş verən ərazidə sahə rəisi (Biləcəri ETSİ-nin sahə rəisi) işləyir. Həmin ərəfədə axşam Məhəmməd adında abonent əsəbi halda ona zəng edib demişdir ki, işığı kəsilib. Abonent onu yanına çağırmış, o isə getməmişdir. Bildirmişdir ki, “bizim işçinin səhvi varsa özləri ona cəza verəcəklər”. O, bir rəhbər kimi məsələni uzatmamaq üçün abonentə belə deməli idi. Sonra abonentin işığı bərpa olunmuşdur. Həmin abonenti şəxsən tanımır. Guya abonentdən yanvar ayında pul alınıb, amma həmin söhbət onun orada işlədiyi müddətdə olmayıb. Bu barədə dəqiq heç nə deyə bilmir. Bir müddət sonra Baş İdarədən zəng gəlmişdir ki, gedib bu barədə izahat versin. Həmin şəxsi sadəcə izahat verdiyi zaman görmüş və izahat verərəkən ona demişlər ki, abonentin dediklərini yazsın. O da deyilən formada izahat vermişdir. Yəni izahatda yazılanlar onun sözləri yox, abonentin ona dedikləridir və bu, deyəsən səhv anlaşılıb. Turxan yaxşı işçi olub, ondan narazılığı olmayıb.
19. Məhkəmənin şahid qismində dindirdiyi X22 ifadəsində bildirmişdir ki, “...Abonenti tanımır, əraziləri yaxın olduğu üçün Turxanla dostdurlar. Həmin abonent ona zəng edib demişdir ki, işığı qoşmalısan, mən də qoşmadığıma görə artıq-əskik sözlər, nalayiq ifadələr işlətdi. Mən isə bildirdim ki, həmin sahəyə mən baxmıram. Hərənin öz sahəsi var. Turxanın o şəxsdən pul aldığını görməmişəm, bu şər-böhtandır”.
20. Məhkəmənin şahid qismində dindirdiyi X7 ifadəsində göstərmişdir ki, 20 ildir nəzarətçi işləyir. 15-16 noyabr ərəfələrində Turxan yaxınlaşıb demişdir ki, onu şərləmək istəyrlər. Həmin abonentin işi elə budur. Neçə il əvvəl polisə də düşmüşdü. Ayın 17-də Məhəmmədin iş yerinə danışmaq üçün getmiş, 18-də ondan öz xətti ilə belə bir izahat almışam. Məhəmməd demişdir ki, 500 manat versəniz ərizəmi geri götürərəm. X13 adında abonent yoxdur, o, əmisinin – İskəndərov Raufun adından izahat verib. Bu insan ancaq şantajla məşğuldur, Emin Kərimov adlı işçini də 4 il əvvəl şantaj etmişdi. Turxan 500 manat vermişdir ki, Məhəmməd ərizəni geri götürsün. Məhəmmədin 221 manat borcu olub, Turxana pul verməkdənsə öz borcunu bağlayardı. Bu absurddur.
21. Birinci instansiya məhkəməsinin 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması, İddiaçı və "xxxx" ASC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli K/23-00211 saylı saylı əmrinin ləğv olunması, İddiaçı "xxxx" ASC-də Biləcəri EİSİ-nin enerji satış şöbəsinə nəzarət mühəndisi vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2023-cü il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manatın və dövlət rüsumu kimi ödənilmiş olan 50 (əlli) manatın "xxxx" ASC-dən tutulub İddiaçı ödənilməsi qət edilmişdir.
22. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, işçi ilə əmək müqaviləsinə xitam verərkən cavabdeh tərəfindən qanun pozuntusuna yol verilmişdir. İş materiallarına əlavə edilmiş izahatlardan görünür ki, işəgötürən tərəfindən müvafiq pozuntu ilə əlaqədar İddiaçı izahat xx.xx.2022-ci ildə alınmasına baxmayaraq, Əmək Məcəlləsinin 187.2-ci maddəsinin tələblərinə əməl olunmamış və xx.xx.2023-cü il tarixdə (əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 3 aya yaxın) müvafiq əmr verilmişdir.
23. Məhkəmə həmçinin vurğulamışdır ki, proses zamanı cavabdeh tərəfin verdiyi izahatdan, şahid ifadələrindən, işə əlavə olunmuş materiallardan müəyyən edilir ki, cavabdeh iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş intizam xətasını 2022-ci ilin yanvar ayında (bunu isə abonentdən pul alması ilə əlaqələndirmişdir) törətmişdir. Bu halda da işəgötürən tərəfindən Əmək Məcəlləsinin 187.3-cü maddəsinin tələblərinə əməl olunmamış və iddiaçının işdən çıxarılmasına dair əmr, həmin intizam xətasının törədildiyi gündən 11 aydan çox müddət keçdikdən sonra, yəni 19 yanvar 2023- cü il tarixində verilmişdir. Halbuki qanunvericiliyə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz.
24. Gəldiyi nəticəni əsaslandırarkən məhkəmə, Əmək Məcəlləsinin 70-ci, 71.3cü, 72-ci, 74-cü, 187-ci və 300-cü, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 119.2-ci, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddələrinə istinad etmişdir.
25. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, Əmək Məcəlləsinin 187.2-ci maddəsini səhv təfsir etdiyini, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğunun aşkar edildiyi gün deyildikdə işəgötürən tərəfindən Həmkarlar Təşkilatına müraciət edildiyi günün başa düşülməli olduğunu nəzərə almadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə etiraz
26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
27. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iddiaçı ilə artıq barışdıqlarını və barışıq sazişi bağladıqlarını bildirməklə sazişin təsdiq olunmasını və işin icraatına xitam verilməsini xahiş etmişdir.
28. İddiaçı və onun nümayəndəsi (vəkili) də həmin halı təsdiqləyərək, barışıq sazişinin təsdiq olunmasını xahiş etmişlər.
29. Təqdim olunmuş və xx.xx.2023-cü il tarixdə imzalanmış barışıq sazişinə görə, “1. İddiaçı Nəsimi Rayon Məhkəməsində "xxxx" ASC-yə qarşı qaldırdığı iddiadan imtina edərək işə bərpa olunmağı və məcburi işburaxmağa görə əmək haqqının ödənilməsini tələb etmir. Həmçinin "xxxx" ASC-yə qarşı məhkəmədə qaldırdığı iddia tələbi ilə gələcəkdə yenidən "xxxx" ASC-yə qarşı məhkəməyə müraciət etmir. 2. Cavabdeh – "xxxx" ASC 04 iyul 2023-cü il tarixli 22-02580 saylı əmrini ləğv edərək İddiaçı "xxxx" ASCdə işə bərpa edir.”
30. "xxxx" ASC-nin nümayəndəsi məhkəmə kollegiyasına xx.xx.2023-cü il tarixli əmr də təqdim edərək bildirmişdir ki, artıq barışıq sazişi icra olunmuş, "xxxx" ASC-nin xx.xx.2023-ci il tarixli K/23-00211 saylı əmri barışıq sazişinə əsasən ləğv edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 370. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.
32. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.
33. Maddə 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir.
34. Maddə 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər.
35. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
Apellyasiya baxışının həddi
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
37. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış “1. İddiaçı Nəsimi Rayon Məhkəməsində "xxxx" ASC-yə qarşı qaldırdığı iddiadan imtina edərək işə bərpa olunmağı və məcburi işburaxmağa görə əmək haqqının ödənilməsini tələb etmir. Həmçinin "xxxx" ASC-yə qarşı məhkəmədə qaldırdığı iddia tələbi ilə gələcəkdə yenidən "xxxx" ASCyə qarşı məhkəməyə müraciət etmir. 2. Cavabdeh –"xxxx" ASC 04 iyul 2023-cü il tarixli 22-02580 saylı əmrini ləğv edərək İddiaçı "xxxx" ASC-də işə bərpa edir” məzmunlu barışıq sazişi təsdiq edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1531/2023 saylı iş üzrə 18 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və həmin mülki işin icraatına xitam verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə