Məhkəmə qərarları › İş №2(103)-6389/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6389/2020

18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6389/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadəninkatibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gözəlov Gündüz Akif oğlu ilə Cavabdeh3 İkram oğlu arasında “VAZ 21214-minik” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilə və Gözəlov Gündüz Akif oğlu ilə Cavabdeh4 arasında “Mersedes Benz 220 minik” markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı satqı müaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına İsmayıllı rayonu, Bizlan kəndində yerləşən, fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması və buna dair bağlanmış müqavilənin uydurma əqd hesab olunmaqla etibarsız hesab edilməsi, Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 88 E ünvanda yerləşən qeyri yaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin ikidə bir hissəsinin məcburi qaydada alınması və ümumi borc məbləğinin ödənilməsinə yönəldilməsi və ödənilmiş dövlət rüsumu, vəkil xərclərinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan xx.xx.2020-ci il tarixdə şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il qərardadı ilə şikayət təmin edilməyərək, mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-367/2020 saylı qərardadı ilə, İddiaçı şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2252/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilərək iddia ərizəsinin mümkünlüyünə baxılması üçün iş yenidən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə iddianın təmin tədbirii barədə ərizə təqdim edərək cavabdehlər, Cavabdeh1 mülkiyyətində olan “VAZ 21214 minik” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində və Cavabdeh4 mülkiyyətində olan “Mersedes Benz” minik markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsini qadağan etməklə, satılmasını dayandırmaq, maşın üzərində həbs qoyaraq 3-cü şəxsə aid olan duracaqda saxlanılmasını, Cavabdeh3 İkram oğlunun mülkiyyətində olan İsmayıllı rayonu Buzlan kəndində yerləşən fərdi yaşayış evi üzərində həbs qoyulmasını, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 88 E yerləşən qeyri yaşayış sahəsinin satışından əldə olunmuş 50% məbləğ üzərində Cavabdeh2 bank hesabında olan 62.500 manat məbləğ üzərində həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-2252/2020 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 mülkiyyətində olan “VAZ 21214 minik” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində və Cavabdeh4 mülkiyyətində olan “Mersedes Benz” minik markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsini qadağan etməklə, satılmasını dayandırmaq, maşın üzərində həbs qoyaraq 3-cü şəxsə aid olan duracaqda saxlanılması, Cavabdeh3 İkram oğlunun mülkiyyətində olan İsmayıllı rayonu Buzlan kəndində yerləşən fərdi yaşayış evi üzərində həbs qoyulması, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 88 E yerləşən qeyri yaşayış sahəsinin satışından əldə olunmuş 50% məbləğ üzərində Cavabdeh2 bank hesabında olan 62.500 manat məbləğ üzərində həbs qoyulmasına dair iddianı təmin etmə tədbiri barədə ərizəsi rədd edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və iddianın təmini tədbiri barədə ərizənin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Odur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-2252/2020 saylı qərardadı ləğv edilməli, iddianın təmini tədbiri barədə ərizənin təmin edilməsinə dair qərardad qəbul edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 166-cı maddəsinə əsasən işin məhkəmədə baxılmağa hazırlanması haqqında hakim qərardad çıxarır. Qərardadda işin hazırlanması barədə ediləcək hərəkətlər, işin məhkəmə iclasında baxılmağa təyin edilməsi, onun keçirilmə yeri və vaxtı göstərilir. Məhkəmənin hazırlıq iclası ərizə məhkəməyə daxil olduqdan sonra 15 (on beş) gündən gec olmayaraq təyin olunur. İşdə iştirak edən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu müddət məhkəmənin qərardadı ilə 15 (on beş) gündən artıq olmayan müddətə uzadıla bilər. İşdə iştirak edən şəxslərə hazırlıq iclası barədə həmin iclasın keçirilməsinə ən azı 5 (beş) iş günü qalmış bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumat verilməlidir. Həmin Məcəllənin 171-ci maddəsinə əsasən hakim işi kifayət qədər hazırlanmış hesab etdikdə, işdə iştirak edən şəxslərə prosesin vaxtı və yeri haqqında məlumat verməklə, onun məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxarır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-367/2020 saylı qərardadı ilə, İddiaçı şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2252/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilərək, iddia ərizəsinin mümkünlüyünə baxılması üçün iş yenidən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Lakin birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini pozaraq, işin icraata qəbul edilməsi barədə qərar qəbul etmədən, iddianın təmin tədbiri barədə ərizəyə baxmış və müvafiq qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və yuxarıda göstərilən prosessual pozuntunun aradan qaldırılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar