Məhkəmə qərarları › İş №2(103)-6390/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6390/2021

08.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6390/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdeh Eyvazova Cavabdeh iştirakı ilə İddiaçı Eyvazova Cavabdeh qarşı “mənzildən istifadəyə görə pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Musayeva X1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli qətnaməsi ilə keçmiş gəlini olan cavabdehə qarşı qaldırdığı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinin təmin, eyni zamanda cavabdehin qarşılıqlı iddiasının qismən təmin olunduğunu, cavabdehə məxsus cehiz əşyalarının mülkiyyətindəki Bakı şəhəri, Abşeron rayonu, Masazır kəndində yerləşən 3 otaqlı mənzildən cavabdehin hesabına çıxarılmasının və cavabdehə məxsus əşyaların ondan və X2 alınaraq Musayeva Cavabdeh verilməsinin, qızıl zinət əşyalarından hər hansı biri mövcud olmadıqda, onların dəyərinin ondan və X2 alınaraq Musayeva Cavabdeh verilməsinin qərara alındığını, Bakı Apelyasiya Məhkəməsinin 05 iyul 2019-cu il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin qismən dəyişdirildiyini və onlardan əlavə qızıl zinət əşyalarının da tutulmasınin qət edildiyini, buna baxmayaraq cavabdehin hazırkı dövrədək əşyalarını evdən çıxarmadığını bildirmiş, sözügedən əşyalar ona məxsus evdə saxlandığı üçün cavabdehdən 6750 (altı min yeddi yüz əlli) manat saxlama haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddiasının təmin olunmasını xahiş edən iddiaçı (nümayəndəsi) şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticəni əsaslandırmadığını, maddi hüquq normasını düzgün tətbiq etmədiyini irəli sürmüşdür. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş, onun vəkili olduğunu bildirən Vəkil isə teleqram ünvanlayaraq Gəncə Ağır Cinayətlər Məhkəməsində olacağından prosesin təxirə salınmasını xahiş etmişdir. İşin halları, Vəkil apellyatoru apellyasiya instansiyasında təmsil etmək səlahiyyətini təsdiq edən vəkil orderinin təqdim olunmadığını və onun, qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh şikayətin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, o, iddiaçının evinə gəlin getmiş, gedərkən cehizlərini oraya aparmış, iddiaçı ilə əşyalarının onun evdə saxlanması barədə müqavilə bağlamamışdır. İddiaçı bu iddianı ona görə qaldırmışdır, Bakı Apelyasiya Məhkəməsinin 05 iyul 2019-cu il tarixli qətnaməsi ilə ona qızılların qaytarılması barədə qərar verilmiş, keçmiş qayınanası qızılları satdığı üçün ona 5000 manata yaxın pul qaytarmaq öhdəliyi yaranmışdır və hazırda o, həmin məbləğin əvəzləşdirilməsinə nail olmaq istəyir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətin mahiyyətini qiymətləndirməkdə səhvə yol vermiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Kollegiya bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə ləğv olunmaqla iddia tələbinin təmin edilməməsi haqqında yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunan halına əsasən cavabdeh iddiaçının keçmiş gəlinidir və Abşeron rayonu, Masazır kəndində yaşayış sahəsi 52,0 kv.m, köməkçi sahəsi 94,7 kv.m olan 3 otaqdan ibarət yaşayış evinin bir hissəsi İddiaçı mülkiyyətindədir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Eyvazova (Musayeva) Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbi tam, Musayeva Cavabdeh ona və X3 qarşı “cehiz və qızıl-zinyət əşyalarının qaytarılması” barədə qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, cavabdehə məxsus cehiz əşyalarının Bakı şəhəri, Abşeron rayonu, Masazır kəndində yerləşən 3 otaqlı mənzildən cavabdehin hesabına çıxarılması və Cavabdeh Eyvazovaya məxsus əşyaların - yataq otağı mebeli, şifoner, taxt, termo, 2 tumboçka; pakrıvallar6 ədəd; çay dəsmalı 10 ədəd; əl - üz dəsmalı 10 ədəd; can dəsmalı 6 ədəd; pastel dəstləri; yorğan döşək dəsti; 1 taxt döşəyi, 1 yorğan 2 yastığı, 2 döşok (tək), 2 yorğan (tək) 2 ədəd yastıq; çilçiraq, pərdə yataq otağı, 1 tül, 2 yan pərdə; noçnik, xalça (yataq otağı tiçün); kondisioner; tv LG (rəqəmsal), soyuducu hitaçi; paltaryuyan; qabyuyan; qaz sobası; mikrovolnovka ( evrolux); çaydan fermos çaynik (tcren); ət çəkən; şirəçəkən; blender; nicer - dicer salat üçün; kələm doğrayan; tozsoran; beqovoy; massajkin; divan l ədəd; kreslo 2 ədəd; xalça 3x5 ölçülü; pərdə, 2 tül, 2 parçası; bagemo naboru; 6 bokal, 6 qaşlı bokal, 6 xrustal bokal, 6 zərli; meyvə qabı 2 ədəd; 3 mərtəbə çərəz qabı; 1 qrafin qaşlı, 6 bokal, fincan naboru, qırmızı çaşka, ağ nəlbəki, meyvə qabı, sadə meyvə qabı 6 ədəd, xrustal stəkan 3 bağlama, 2 bağlama qaşlı armudu stəkan; qaşıq naboru, çemodan 12 ədədlik, mürəbbə qabı 3 bağlama; fincan naboru 2 ədəd güllü fincan, 6 ədəd qızılgüllü fincan, çərəz qabı, qaşlı fincan naboru, mürəbbə qabı, mücrü, güral qabları nahar servizi 56 bağlama; madonna 1 bulud, 6 boşqab, madonna boz rəngli 6 nəfərlik 18 parça; 2 ədəd qəhvəyi fincan, nəlbəki; güllü şirə stəkanı 6 ədəd, bir bakal, 6 ədəd güllü stəkan; süfrələr; bıçaq naboru, podnos dəmiri, blinçik tavası, kapron 2 qab, duz qabı qırmızı qara; qazan dəsti; süd bişirən, mantı qazanı, qazan boz dəst, metallik - tava 2 ədəd, qazan sous, dolma qazanı, dördkünc peç üçün tavası, qaşıqları; televizor altlığı, suvenir at; divan və kreslonun üstü; uşaq çarpayisi, uşaq vannası, uşaq vedrəsi, kruşkası, balaca vannası, ayaqqabı ( köhnə 1 ədəd) sapaçki ; sumka 3 ədəd; kosmetika qabi 2 ədəd; jilet 2 ədəd; gecə paltarı 1 ədəd; saş ütüsü 1 ədəd; duxi - 2 ədəd (şanel, million ); eynək 2 ədəd; kosmetikalar - İddiaçı və X2 alınaraq Musayeva Cavabdeh verilməsi, Musayeva Cavabdeh məxsus qızıl zinət əşyalarının - 1 cüt sırğa, 1 qolbag, 1 boyunbagi, 1 üzük 750 əyyarlı ( dəyəri 4.500 manat); 1 ədəd nişan üzüyü 750 əyyarlı, (dəyəri 1500 manat) İddiaçı və X2 alınaraq Musayeva Cavabdeh verilməsi, göstərilən qızıl zinət əşyalarından hər hansı biri mövcud olmadıqda onların dəyərinin İddiaçı və X2 alınaraq Musayeva Cavabdeh verilməsi qərara alınmış, Bakı Apelyasiya Məhkəməsinin 05 iyul 2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə qismən dəyişdirilərək qarşılıqlı iddia üzrə cavabdehlərdən əlavə qızıl zinət əşyalarının da tutulması qət olunmuşdur. İddiaçı, işin göstərilən hallarına istinad etməklə hazırkı apellyasiya baxışının predmeti olan iddia tələbini irəli sürmüş, cavabdehin özünə məxsus əşyaları onun evindən götürməməsi (çıxarmaması) səbəbilə ziyana məruz qaldığını iddia etmişdir. Kollegiyanın qənaətinə görə iddiaçının iddia tələbi, bu tələbin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır; belə ki, onun tələbinə uyğun gələn hüquqi əsas kimi mülki qanunvericiliyin saxlama müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər – hansı ki, Mülki Məcəllənin 823.2-ci maddəsinə görə, tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. İşin hallarından görünür ki, tərəflər arasında belə bir razılaşma olmamışdır; əksinə, yuxarıda qeyd olunduğu kimi, cavabdeh iddiaçının keçmiş gəlinidir və ona məxsus əşyaların iddiaçının mənzilindən çıxarılmasına məhkəmə qətnaməsi ilə qərar verilmişdir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nın 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1520/2021 saylı iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Eyvazova Cavabdeh qarşı “mənzildən istifadəyə görə pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçıya aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar