Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6392/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-289/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili X2 tərəfındən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK ilə onun arasında bağlanmış xx.xx.2014- cü il tarixli, 187 nömrəli alqı-satqı müqaviləsi əsasında satın aldığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, Azadlıq prospekti 204, 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95 kv.m olan iki otaqlı 101 a saylı mənzilin alqı-satqısına dair xx.xx.2016-cı il tarixdə Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış 202 saylı müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və onun uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiadan imtina edilməsinə dair notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında razılıq əldə olunduğunu, bu səbəbdən iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-289/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə iddiadan imtinasının qəbul edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindəki 2(001)-289/2020 saylı mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı nümayəndəsi və vəkili X2 həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Şossesi, Azadlıq prospekti, 204 saylı ünvanda yerləşən Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx xxxx 2014-cü il tarixli müqaviləyə əsasən, həmin ünvanda olan, sahəsi 95 kv.m təşkil edən, 2 otaqlı, 101 saylı mənzil sonuncuya 71250 manata satılmış, həmin məbləğ MTK-ya tam ödənilmiş və alıcı İddiaçı həyat yoldaşı Cavabdeh3 ilə bir ailədə həmin mənzildə yaşamışlar.2018-ci ilin aprel, yaxud may ayında, Cavabdeh3 təklifinə əsasən, onlar həmin mənzildən çıxıb, müvəqqəti olaraq, başqa yerdə yaşamış, ev əşyaları isə mənzildə qalmışdır.“xxxxxx” MMC-də menecer vəzifəsində işləmiş Cavabdeh3, 2018-ci ilin avqust ayının 7-də haqqında başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, həbs edilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılır.“xxxxxx” MMC-nin direktorunun təzyiqləri nəticəsində, Cavabdeh3 tərəfindən xx xxxxxx 2016-cı il tarixdə, İddiaçı adından, onun razılığı olmadan, mənzilin Cavabdeh2 adına keçirilməsi barədə ərizə yazılmış, Cavabdeh1 MTK-nın direktoru X3 tərəfindən isə bu barədə əsassız və qanunsuz müqavilə tərtib edilmişdir.Ona görə də İddiaçı tərəfindən xx xxxx 2019-cu il tarixli iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edilib, Cavabdeh3la Cavabdeh2 arasında bağlanmış, ona məxsus mənzilin sonuncuya satılması barədə xx xxxxxx 2016-cı il tarixli, 202 nömrəli müqavilənin etibarsız sayılması, onun uşaqları ilə birlikdə mənzilə köçürülməsi xahiş edilmişdir.Mülki işə baxılması başa çatdırılmamış İddiaçı xx xxx 2020-ci il tarixdə, Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edib, qarşı tərəflə razılığa gəlindiyinə görə, iddiadan imtina etməsini bildirmişdir.İddiaçınm sözlərinə görə qarşı tərəf dedikdə, “xxxxxx” MMC-ni nəzərdə tutmuşdur ki, onun direktoru əri Cavabdeh3 həbsdən azad etdirəcəyini, mənzilin qaytarılaçağını ona vəd etmiş, lakin, verdiyi sözü yerinə yetirməmiş, əri həbsdən azad edilməmiş, mənzil ona qaytarılmamışdır. MPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, sübutlar təqdim etmək, vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək hüququna malikdir.Həmin Məcəllənin 173.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər məhkəmə iclası barədə, həmin iclasa ən azı 5 iş günü qalmış xəbərdar edilməlidirlər.Buna baxmayaraq vəkil və nümayəndə olaraq ona məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməmiş, həmin səbəblərdən, iddiaçının ərizəsinə baxılmasında iştirak etməmiş, yuxarıda göstərilən hüquqlarından istifadə edə bilməmişdir. Ona məhkəmə bildirişi verilməmiş, buna baxmayaraq, məhkəmə işə baxılmasını təxirə salmamış, məhkəmədə iştirakını təmin etməmiş, qanunun həmin tələblərini yerinə yetirməmişdir.Qanunun həmin tələblərinə əməl edilməmiş, məhkəmə mülki işə, iddiaçının vəkili və nümayəndəsi olaraq, onun iştirakını təmin etmədən baxmış, nəticədə İddiaçı cavabdehlər, Cavabdeh1 MTK-ya, Cavabdeh2 və Cavabdeh3 qarşı, mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə iddiadan imtinasının qəbul edilməsi, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsində olan, 2(001)-289/2020 saylı mülki iş üzrə icraata xitam verilməsi barədə əsassız və qanunsuz qərardad çıxarılmışdır ki, bu yolverilməzdir.Məhkəmə tərəfindən qanunun tələblərinə tam əməl olunmamış, qərardadda cavabdehin nümayəndəsi və vəkilinin iştirak etməsi göstərilmiş, onun iştirak etməməsinin səbəbi göstərilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-289/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apelliyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasında iştirak edən olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Birinci instansiya məhkəməsi mülki iş üzrə icraata xitam verərkən belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinin tələblərinə əsasən iddiaçı iddiadan imtina edə bilər və iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Mülki-Prosessual Məcəllənin 52.5-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmənin qənaətinə görə iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığındanvə hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsasdır. Əvvəla, birinci instansiya məhkəməsi xx xxxx 2020-ci il tarixli məhkəmə iclasında iddiaçının iddiadan imtinasını qəbul edib iş üzrə icraata xitam versə də həmin iclasda nə iddiaçının, nədə vəkilinin iştirakını təmin etməmişdir. Həmin iclas barədə iddiaçı tərəfdən yalınz sonuncuya məhkəmə bildirişi və SMS xəbərdarlıq göndərsə də həmin bildirişin ona çatması işdən görünmür, eləcə də SMS xəbərdarlığın çatdırılmaması barədə işə qəbz əlavə edilmişdir(bax: iş.v.183). İddiaçının nümayəndəsi və vəkilinin də bu iclas barədə məlumatlandırılması ümumiyyətlə iş materialları ilə hansısa formada təsdiq edilmir. Bu cür vəziyyətdə, yəni iddiaçının və vəkilinin iştirakı olmadan iddiadan imtinanı qəbul edib iş üzrə icraata xitam verilməsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə açıq-aşkar uyğun olmamışdır. İkincisi, Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinin tələbinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər ona müvafiq prosessual hərəkətlərin nəticələrini izah etməli idi. Lakin məhkəmə iddiaçıya nəinki bu prosessual hərəkətlərin nəticələrini izah etmiş, ümumiyyətlə imtinanı qəbul edib icraata xitam verdiyi iclasda iddiaçının iştirakını təmin etməmişdir. Belə vəziyyətdə əlbətdə ki, qəbul edilmiş bu qərardad əsaslı və qanunu ola bilməz. Çünki, iddiaçı bilməli idi ki, bu imtinanın nəticələrinin ona hansı təsiri olacaqdır. Yəni, bu imtina nəticəsində iddiaçıya yenidən həmin cavabdehlərə eyni predmet və eyni əsasla təkrar məhkəməyə müraciət edilməsinin yol verilmədiyi hakim tərəfindən aydın şəkildə izah edilməli idi. Ancaq bu hərəkətlərin edilməsi iş materialları ilə təsdiq olunmur. Üçüncüsü, şikayətin məzmununda göstərilən dəlillər də iddiadan imtinanın iddiaçının həqiqi iradə ifadəsini əks etdirmədiyini sübut edir. Əks halda iddiadan imtina etmiş iddiaçı qısa müddət ərzində bu imtinanın özündən niyə imtina etməli və qəbul edilmiş qərardaddan nə üçün şikayət verməli idi? Şübhəsiz ki, birinci instansiya məhkəməsi bu cür qərardad qəbul etməzdən əvvəl göstərilən halları tam yoxlamalı, müvafiq prosessual hərəkətləri yerinə yetirməli, yalınz bundan sonra qənaətini tam formalaşdırıb qanuna uyğun qərar qəbul etməli idi. Göründüyü kimi, birinci instansiya məhkəməsi bunları nəzərə almadan düzgün olmayan yekun nəticəyə gəlmiş, bununla da ədalət mühakiməsini qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirməmişdir. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5854/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilməli, mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Binqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi və vəkili X1 şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-289/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6392/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6392/2020
06.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver