Məhkəmə qərarları › İş №2(103)-640/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-640/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-640/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdeh “xxxx” Kommersiya bankı ASC-nin nümayəndəsi X3 iştirakları ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2(005)- 1695/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 23.05.2019-cu il tarixli 2(005)- 1695/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X24” MMC-nə, Cavabdeh2 MMC-nə, “xxxx” KB ASC-nə və üçüncü şəxs Lənkəran rayon icra və probasiya şöbəsinə qarşı “qiymətləndirmə rəyinin və hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi, həmin protokol əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2020-ci il tarixli 2(103)- 390/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1695/19 saylı, 23 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddianın təmin edilməsi, Lənkəran şəhəri, V.Hüseynov küçəsində yerləşən 43-cü məhəllədə 4 saylı fərdi yaşayış evinə dair Cavabdeh2 MMC-nin 09.09.2016-cı il tarixli qiymətləndirmə rəyi və “Daşınar və Daşınmaz Əmlakların Satışı X24” MMC tərəfindən keçirilmiş Hərracın yekunları barədə 77/11 saylı Protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında “xxxx” КB ASC-yə verilmiş çıxarışın ləğv edilməsi, cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X24” MMC Cavabdeh2 MMC, “xxxx” KB ASCdən müştərək qaydada iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10 manat və 15 manat olmaqla, cəmi 25 (iyirmi beş) manat dövlət rüsumu alınaraq iddiaçıya, ekspertiza tədqiqatının dəyəri 126 (bir yüz iyirmi altı) manat isə dövlət büdcəsinə SAP (XİİS) hesabı X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh “xxxx” КB ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.01.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 23 iyul 2020-ci il tarixli, 2(102)-4051/2020 saylı qərarı ilə cavabdeh “xxxx” КB Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-390/2020 nömrəli iş üzrə 31 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 23 iyul 2020-ci il tarixli, 2(102)-4051/2020 saylı qərarında vurğulanmışdır ki: “Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunması əsası kimi ilk növbədə hərracın yeri və vaxtı barədə iddiaçıya məlumat verilmədiyinə istinad etmiş və bunu bildirişin iddiaçı tərəfindən şəxsən qəbul edilmədiyi ilə əsaslandırmışdır.“İpoteka haqqında Qanun” hərrac barədə həm kütləvi informasiya vasitələrində elan dərc etdirməklə, həm də ipoteka saxlayana və ipoteka qoyana verilməsinin təsdiq etmə üsulu ilə bildiriş göndərməklə məlumat verilməsi qaydasını müəyyən edir.Baxılan mübahisə üzrə hərrac barədə kütləvi informasiya vasitələrində elan dərc edildiyi, habelə ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərildiyi, sununcunun yaşadığı ünvanda qəbul edildiyi mübahisə olunmayan hallardır.Apellyasiya instansiyası məhkəməsi məhkəmə - xətşünaslıq ekspertizasinın rəyinə əsasən imzanın iddiaçıya məxsus olmadığına istinad edərək, belə qənaətə gəlmişdir ki, bildirişlər iddiaçıya verilməmişdir.Halbuki qüvvədə olan normativ hüquqi aktlar bu cür bildirişlərin mütləq şəkildə bildirişdə adı qeyd olunan şəxsə verilməsini zəruri hesab etmir. Bildirişin ünvan sahibinin yetkinlik yaşına çatmış ailə üzvünə verilməsi də sənədin ünvançıya çatdırılması hesab olunur.Belə ki, “Poçt rabitəsi” Qaydalarının 95-ci, həmçinin “Poçt rabitəsinin xidmətlərinin göstərilməsi Qaydalarının 9.25-ci bəndlərinə görə sifarişli məktublar alıcının yetkinlik yaşına çatmış ailə üzvünə də verilə bilər və bu göndərilən bildirişin lazımi qaydada çatdırılması tələb olunur.Lakin apellyasiya instansiyası məhkəməsi qeyd olunan normativ hüquqi aktların tələblərinə zidd olaraq olaraq belə qənaətə gəlmişdir ki, hərrac barədə bildirişlər iddiaçı tərəfindən şəxsən qəbul edilmədiyi üçün, o, hərrac barədə məlumatsız olmuşdur.Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmasının digər əsası kimi işdə olan qiymətləndirmə rəyləri əsasında kəskin fərqlərin olduğuna istinad etmişdir.İş üzrə iddiaçı tərəfindən əmlakın qiymətinə dair sübut təqdim edilməmiş və məhkəmə tərəfindən qiymətləndirmə keçirilməmişdir. Məhkəmə öz təşəbbüsü ilə başqa mülki iş üzrə mübahisəli əmlakın 2018-ci ilə bazar dəyəri barədə bir neçə rəyin surətini hazırki işə əlavə etməklə yuxarıda qeyd olunan qənaətə gəlmişdir.Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə-mütəxəssislərə müraciət etmək, yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları verilmişdir. (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri).İş üzrə ekspert (mütəxəssis) rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-nin 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.Eyni zamanda işdə bir neçə rəy varsa, həmin rəylər arasında ziddiyyətlərin olması iddianın təmin və ya rədd olunması üçün birmənalı əsas kimi çıxış etməməlidir. Əkinə məhkəmənin vəzifəsi həmin rəylərə qiymət verərək, məhz hansı rəyin qanuni, inandırıcı və ağlbatan olduğunu müəyyən etmək və MPM-nin 103.2-ci maddəsinə əsasən bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmqdan ibarətdir.Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi sübutlara obyektiv, qərərsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməklə bağlı MPM-nin 88-ci maddəsinin göstərişlərinə əməl etməmişdir.Həmçinin, nəzərə alınmalıdır ki, baxılan iş üzrə iddiaçının tələblərindən biri də hərracın yekunları barədə protokol əsasında Bankın adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi olmuşdur. İddiaçı tələbində mübahisəli əmlaka dair Bankın adına dövlət reysterdən çıxarışın hansı tarixdə və ya nömrə ilə verildiyini qeyd etməmiş, həqiqətən Bankın mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reysterində qeydə alındığı barədə məhkəməyə sübut təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi də bununla bağlı hər hansı araşdırma və ya əsaslandırma aparmadan iddianı həmin hissədə də təmin etmişdir.Halbuki MPM-in 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məcəllənin 14.1. maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir.Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, “İpoteka haqqında” Qanun hərracın keçirilməsinə dair ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməsi qaydasını müəyyən edir, hərracda istənilən şəxsin, o cümlədən ipoteka qoyanın alıcı qismində iştirak edə bilməsini istisna etmir(maddə 42.1;42.3).Eyni zamanda “İpoteka haqqında” Qanun ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına, yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəflərin əldə olunmasına qədər ipoteka qoyan tərəfindən ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam vermək hüququnu nəzərdə tutur (maddə 46.1).Nəzərə alınmalıdır ki, hər hansı şəxsin özü və üçüncü şəxs üçün götürülmüş kreditin təminatı qismində mülkiyyətində olan əmlakı bank qarşısında ipoteka ilə etibarlı şəkildə yüklü etməsi yalnız şəxsin iradə ifadəsinin nəticəsi olan və notariat qaydada təsdiq olunmuş ipoteka müqaviləsi əsasında mümkündür.Bu baxımdan şəxsin qeyd olunan məqsədlə özünə məxsus əmlakı könüllü şəkildə ipoteka ilə yüklü etməsi birmənalı olaraq onun məhrumiyyətə məruz qalması kimi qiymətləndirilə bilməz.İpoteka predmetinə tutma yönəldilməsi prosedurunu müəyyən etməkdə qanunvercinin məqsədi mütləq qaydada ipoteka predmetinin satılmasını deyil, ipoteka saxlayan qarşısında götürülmüş və ipoteka ilə təmin edilmiş öhdəliyin icra olunmasını təmin etməkdir. Məhz bu baxımdan ipoteka qanunvericiliyi ipoteka predmetinin açıq hərracdan satılması zamanı ipoteka qoyanın məlumatlandırılması qaydasını və ipoteka predmeti satılanadək, yaxud ipoteka saxlayan tərəfindən əldə edilənədək əsas öhdəliküzrə bütün tələbi ödəməklə ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam vermək hüququnu vermək müəyyən edir. Nəzərə alınmalıdır ki, qanunverici tərəfindən iddiaçıya verilən verilən bu hüquq ipoteka saxlayanın qanunla qorunan mənafelərinə zidd tətbiq edilməməli, ipoteka predmetinin təminatı kimi çıxış etdiyi kredit borcunun qanunvericiliyin tələblərinə və ipoteka müqaviləsi bağlayarkən tərəflərin əldə etdikləri razılaşmaya uyğun ödənilməsinə süni maneə olmamalıdır.Lakin apellyasiya instansiyası məhkəməsi əmlakı ipoteka qoymaqla ipoteka qoyanın məhrumiyyətə məruz qalması, ipoteka predmetinin hərracdan satılması barədə ipoteka qoyana müəyyən müddət verməklə, onun özü tərəfindən əldə olunmısına şərait yaradılmasını ipoteka qoyan üçün üstünlük hesab etməklə 42.1, 42.3 və 46.1-ci maddələrini düzgün təfsir etməmişdir.” Apellyasiya baxışı zamanı iddiaçının vəkili Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya hərracın keçirilməsi barədə heç bir məlumat verilməmişdir, ev çox aşağı qiymətləndirilmişdir. Rayon məhkəməsi bildirişlərdə əmlakın qiymətləndirilməsi barədə ona məlumat verildiyinə istinad etmiş, lakin o, həmin bildirişdəki imzanın ona məxsus olmadığını bildirsə də və bunun dəqiqləşdirilməsi üçün xətşünaslıq ekspertizası keçirilməsi barədə vəsatət versə də, onun vəsatəti təmin edilməmiş, məhkəmə mübahisələndirilən imzanın olduğu bildirişi sübut kimi qəbul edərək qətnamə qəbul etmişdir. Bundan əlavə, Cavabdeh2 MMC tərəfindən verilmiş qiymətləndirmənin nəticəsi ilə razı olmadığını və Dadaşov Anar tərəfindən qaldırılmış “qiymətləndirmənin nəticələrinin ləğv edilməsi” barədə mülki işdə keçirilmiş qiymətləndirmə rəylərinin sübut kimi təqdim edilməsini və həmin qiymətləndirmədə ipoteka predmetinin qat-qat artıq qiymətə malik olduğu bildirsə də, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi X4 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasinı xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 23 iyul 2020-ci il tarixli, 2(102)-4051/2020 saylı qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Belə ki, Lənkəran Rayon Məhkəməsinin 30 noyabr 2015-ci il tarixli, 2(049)- 5205/2015 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər - X14, X16, X18 və X1 21962,24 ABŞ doları əsas borc, 3623,94 ABŞ dolları məbləğində cərimə pulu olmaqla, ümumilikdə 27841,28 ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə tutularaq “xxxx” KB ASC-yə verilməsi, ipotekaya qoyulmuş cavabdeh - İddiaçı məxsus Lənkəran şəhəri, Vaqif Hüseynov küçəsi, 43-cü məhəllədə yerləşən 0,005 ha torpaq sahəsindən həmin torpaq sahəsində yerləşən 4 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, Lənkəran şəhəri, Vaqif Hüseynov küçəsi, 43-cü məhəllədə yerləşən 0,005 ha torpaq sahəsindən həmin torpaq sahəsində yerləşən 4 nömrəli fərdi yaşayış evi açıq hərracda satılsın, satışdan əldə olunan vəsait hesabına X14, İddiaçı, X8 və X2 şəhəri, Vaqif Hüseynov küçəsi, 43-cü məhəllədə yerləşən 0,005 ha torpaq sahəsindən həmin torpaq sahəsində yerləşən 4 nömrəli fərdi yaşayış evindən çıxarılması qət olunmuşdur. İş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Satışı X24” MMC-İ tərəfindən xxxx ASC-nə, X10, İddiaçı və X5 ünvanlanmış 18.08.2017-ci il tarixli № 01 nömrəli, 31.08.2017-ci il tarixli, № 01/2 nömrəli bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 2(049)-5205/2015 nömrəli, 30.11.2015-ci il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Lənkəran şəhəri, V.Hüseynov küçəsində yerləşən 43-cü məhəllədə 4 saylı fərdi yaşayış evinə yönəldilməsi, hərracda 55000 manat ilkin satış qiyməti ilə satılması və hərracın 18.09.2017-ci il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan “Cavabdeh2 MMC”-nin 09.09.2016-cı il tarixli hesabatının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Lənkəran şəhəri, V.Hüseynov küçəsində yerləşən 43-cü məhəllədə 4 saylı fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti - 55 000 manat təşkil edir. İş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Satışı X24” MMC-i tərəfindən xxxx ASC-nə, X10, İddiaçı və X5 ünvanlanmış 29.09.2017-ci il tarixli № 02 nömrəli, 13.10.2017-ci il tarixli, № 02/2 nömrəli bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 2(049)-5205/2015 nömrəli, 30.11.2015-ci il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Lənkəran şəhəri, V.Hüseynov küçəsində yerləşən 43-cü məhəllədə 4 saylı fərdi yaşayış evinə yönəldilməsi, hərracda 46750 manat satış qiymtəti ilə satılması və hərracın 30.10.2017-ci il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan Hərrac Təşkilatının № 77/11 nömrəli, 27 noyabr 2017-ci il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı məxsus olan Lənkəran şəhəri, V.Hüseynov küçəsində yerləşən 43-cü məhəllədə 4 saylı fərdi yaşayış evi Lənkəran Rayon Məhkəməsinin 2(049)-5205/2015 nömrəli, 30.11.2015-ci il tarixli icra vərəqəsinin, Lənkəran Rayon İcra Şöbəsinin 186-1/04 nömrəli, 19.06.2017-ci il tarixli sifariş məktubunun və “xxxx” ASC-nin müvafiq məktubun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 55 000 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 46750 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti 35062,50 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Mülki iş materiallarında olan 18-24 avqust 2017-ci il tarixli, 31 avqust-06 sentyabr 2017- ci il tarixli, 29 sentyabr - 05 oktyabr 2017-ci il tarixli, 13-19 oktyabr 2017-ci il tarixli və 03-09 noyabr 2017-ci il tarixli “Birja Yenilikləri” qəzetlərinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Lənkəran şəhəri, V.Hüseynov küçəsində yerləşən 43-cü məhəllədə 4 saylı fərdi yaşayış evi ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 2(103)-10719/2019 qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında Mülki iş materiallarında olan (iş/vər.73-76) "Express” Poçt Xidməti tərəfindən 30.12.16-cı il, 18.08.17-ci il, 31.08.17-ci il, 29.09.17-ci il, 13.10.17-ci il, 03.11.17-ci il tarixlərdə məhz İddiaçı göndərilmiş bildirişlərdəki "Alıcı” qrafasındakı imzanın iddiaçı tərəfindən icra olunub-olunmaması sualı qoyulmuş, Məhkəmə Ekspertizası Mərkəzinin 25.11.2019-cu il tarixli, 28159 saylı ekspert rəyinə əsasən həmin imzalar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 01 iyun 2018-ci il tarixli, LP- 067/18 saylı hesabata əsasən İddiaçı məxsus olan Lənkəran şəhəri, V.Hüseynov küçəsində yerləşən 43-cü məhəllədə 4 saylı fərdi yaşayış evinin real bazar dəyəri 30 may 2018- ci il tarixə 144.000 manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 23 iyul 2018-ci il tarixli, 242 saylı hesabata əsasən İddiaçı məxsus olan Lənkəran şəhəri, V.Hüseynov küçəsində yerləşən 43-cü məhəllədə 4 saylı fərdi yaşayış evinin real bazar dəyəri 78.000 manat müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 23 iyul 2018-ci il tarixli, 952/UF saylı hesabata əsasən İddiaçı məxsus olan Lənkəran şəhəri, V.Hüseynov küçəsində yerləşən 43-cü məhəllədə 4 saylı fərdi yaşayış evinin real bazar dəyəri 80.000 manat müəyyən edilmişdir. İş materiallarında olan “X22” MMC tərəfindən verilmiş 12 oktyabr 2018-ci il tarixli, H/50-GHM saylı hesabata əsasən İddiaçı məxsus olan Lənkəran şəhəri, V.Hüseynov küçəsində yerləşən 43-cü məhəllədə 4 saylı fərdi yaşayış evinin real bazar dəyəri 85.000 manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(103)- 7479/2020 saylı qərardadına əsasən “X7” MMC-nin 22 fevral 2021-ci il tarixli, 450 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, Vaqif Hüseynov küçəsi, 43-cü məhəllədə yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 nömrəli 365,5 kv.m-dən ibarət fərdi yaşayış evinin 09.09.2016-cı il tarixə likvid dəyəri təqribən 54800,00 manat və hal-hazıra likvid dəyəri təqribən 65200,00 manat məbləğində müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hərracla bağlı proseslər 2017-ci il noyabr ayında yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun qüvvədə olan müvafiq müddəaları tətbiq olunmalıdır. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Göstərilən Qanunun 34.1 və 34.1.1 maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarından biridir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. İpoteka predmeti hərracda satışa çıxarılmazdan əvvəl onun dəyəri qiymətləndirilməli və bu zaman mövcud qanunvericiliyin tələblərinə riayət olunmalıdır. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra-hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Göstərilən Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Sözügedən Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçı, və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.8-cü maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə görə icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus olan Lənkəran şəhəri, V.Hüseynov küçəsində yerləşən 43-cü məhəllədə 4 saylı fərdi yaşayış evi Lənkəran Rayon Məhkəməsinin 2(049)-5205/2015 nömrəli, 30.11.2015-ci il tarixli icra vərəqəsinin, Lənkəran Rayon İcra Şöbəsinin 186-1/04 nömrəli, 19.06.2017-ci il tarixli sifariş məktubunun və “xxxx” ASC-nin müvafiq məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 55 000 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 46750 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti 35062,50 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirilmişdir. Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar “xxxx” ASCnə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan Lənkəran şəhəri, V.Hüseynov küçəsində yerləşən 43-cü məhəllədə 4 saylı fərdi yaşayış evi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir. Bu səbəbdən də iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı məhkəmə kollegiyası iddiaçının vəkilinin əsas gətirdiyi, fərdi yaşayış evi ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, həmin ünvanda yaşayan şəxslər tərəfindən imza edilərək qəbul edilmiş və qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının tam məlumatı olmuşdur. Məhkəmə kollegiyası əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatın ləğv edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Göstərilən Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə kollegiyası qiymətləndirilmə üzrə nəticələrin ləğv edilməsi hissəsində qeyd etməyi zəruri hesab edir ki, tərəflərin təqdim etdiyi sübutlardan da göründüyü kimi, İddiaçı məxsus olan Lənkəran şəhəri, V.Hüseynov küçəsində yerləşən 43-cü məhəllədə 4 saylı fərdi yaşayış evi Lənkəran Rayon Məhkəməsinin 2(049)-5205/2015 nömrəli, 30.11.2015-ci il tarixli icra vərəqəsinin əsasında ipoteka ilə yüklü edilmiş - İddiaçı məxsus olan Lənkəran şəhəri, V.Hüseynov küçəsində yerləşən 43-cü məhəllədə 4 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti – 55 000 manat müəyyən edilmişdir. İddiaçı ünvanlanmış hərracın keçirilməsi ilə bağlı bildirişlərdə göstərilən əmlakın ilkin satış qiyməti öz əksini tapmış və iddiaçı həmin məbləğlə razılaşmış, onu mübahisələndirməmişdir. Bundan başqa iddiaçının iddia ərizəsində həmin daşınmaz əmlakın qiymətinin daha yüksək olmasını sübut edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin birinci məhkəmə iclasında mübahisəli mənzilin həmin dövrdə bazar dəyərinin yüksək olması sübuta yetirilməmişdir.Mübahisələndirilən hesabat dövrünə ipoteka predmetinin bazar dəyərinə yaxın likvid qiymətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(103)- 7479/2020 saylı qərardadına əsasən qiymətləndirmə ekspertizası təyin olunmuş və “X7” MMC-nin 22 fevral 2021-ci il tarixli, 450 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, Vaqif Hüseynov küçəsi, 43-cü məhəllədə yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 nömrəli 365,5 kv.mdən ibarət fərdi yaşayış evinin 09.09.2016-cı il tarixə likvid dəyəri təqribən 54800,00 manat və hal-hazıra likvid dəyəri təqribən 65200,00 manat məbləğində müəyyən edir. Bununla da məhkəmə kollegiyaı hesab edir ki, iddia tələbi əmlakın qiymətləndirilməsinə dair hissəsində də əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehlər "Daşınar və Daşınmaz Əmlakların Satışı X24" MMC-nə, "Cavabdeh2" MMC-nə, “xxxx” KB ASC-nə və üçüncü şəxs Lənkəran rayon icra və probasiya şöbəsinə qarşı “qiymətləndirmə rəyinin və hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi, həmin protokol əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 23.05.2019-cu il tarixli 2(005)- 1695/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar