Məhkəmə qərarları › İş №2(103)-6407/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6407/2020

05.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6407/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı birgə yaşayışın mümkünsüzlüyü səbəbindən Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 11 saylı evin 59-cu mənzilinin açıq hərracdan satılması və onun xeyrinə 20000 manat pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı daha sonra iddia tələbinin həcmini artıraraq birgə yaşayışın mümkünsüzlüyü səbəbindən Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 11 saylı evin 2 otaqlı 59 saylı mənzilinin açıq hərracdan satılması və onun xeyrinə 20000 manat pulun tutulması, mənzilin satışı uzadılarsa onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılmış maneə və qəsdin Cavabdeh və X1 edilməsi, arvadı Məhərrəmova-Pankova Nərgiz Mövsüm qızının mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.Zamanlı, iş N 2(011)- 6287/2019) iddia təmin edilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil qətnamədə buraxılmış yanlışlığın aradan qaldırılması və qətnaməyə düzəliş edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, qətnamənin 1-ci səhifəsində məhkəmə yanlışlığa yol verərək iddia tələbinin nəticə hissəsində “İddiaçının, onun arvadı Pankova Nərgiz Mövsüm qızının Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 11, mənzil 59-a köçürülməsinə dair qətnamə çıxarılmasını” qeyd etməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli (hakim P.Zamanlı, iş N 2(011)- 6287/2019) qərardadı ilə ərizə təmin edilməmişdir Cavabdeh sözügedən qərardaddan şikayət verərək onun ləğv olunmasını və vəsatətin təmin edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı həm özünün, həm də arvadının mənzilə köçürülməsini xahiş etsə də, məhkəmə ancaq iddiaçının arvadının mənzilə köçürülməsi barədə qətnamədə qeyd edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən iddianın həcminin azaldılması və ya artırılması barədə ərizə təqdim olunmamış, belə bir ərizə onun tərəfindən imzalanmamışdır. Eyni zamanda iş materialları ilə tanış olduqda müəyyən olunmuşdur ki, guya iddiaçının belə bir ərizəsi dəftərxana vasitəsilə daxil olmuşdur. Belə bir ərizə həmin gün dəftərxanaya da daxil olmamışdır, olsaydı, onun elektron kabinetinə yerləşdirilərdi. Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında məhkəmə bildiriş digər tərəflərə göndərilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin ərizənin təmin edilməməsi ilə bağlı mövqeyi əsaslı olmuşdur. İş materiallarının 71-ci səhifəsində olan ərizədən məlum olur ki, iddiaçı iddia tələbinin həcmini artıraraq birgə yaşayışın mümkünsüzlüyü səbəbindən Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 11 saylı evin 2 otaqlı, 59 saylı mənzilinin açıq hərracdan satılması və onun xeyrinə 20000 manat pulun tutulması, mənzilin satışı uzadılarsa onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılmış maneə və qəsdin Cavabdeh və X1 edilməsi, arvadı Məhərrəmova-Pankova Nərgiz Mövsüm qızının mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə dəftərxana vasitəsilə xx xxxxxxxx 2019-cu il tarixdə məhkəməyə təqdim edilmiş və bu barədə müvafiq ştamp vurulmaqla daxilolma qeydi aparılmışdır. Azərbaycan Respublikası MPM-nin 228-ci maddəsinə görə, hakim öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və ya açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Göründüyü kimi, qətnaməyə düzəliş edilməsi üçün əsas olmamışdır və bu baxımdan birinci instansiya məhkəməsi ərizəni rədd etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar