Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-641/2024 22.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nizami rayon Bələdiyyəsi və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nizami rayon Bələdiyyəsi və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1910/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2005-ci il tarixli qərarı ilə Ş.Mirzəyev küçəsi 46 saylı binanın yaxınlığında yerləşən təsərrüfat anbarı Cavabdeh adına icarə müqaviləsi bağlanmaqla sənədləşdirilməsi, təsərrüfat anbarının yerləşdiyi torpaq sahəsinin tikinti və ya abadlıq işləri üçün lazım olarsa bələdiyyənin ilk tələbi ilə etiraz edilmədən azad edilməsi qərara alınmışdır. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli müqavilə ilə icarəyə verən Bakı şəhəri Nizami Bələdiyyəsi icarə əsasında Nizami rayon Ş.Mirzəyev küçəsi 42 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 114 kv.m. olan, gələcəkdə sahə adlanan ərazini icarəçi Cavabdeh uzun müddətli 49 il istifadəyə vermişdir. xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə əsasən isə 53 kv.m qeyri-yaşayış sahəsinin altındakı torpaq sahəsi xx.xx.2034-cü ilədək olan müddətə Cavabdeh icarəsinə verilmişdir.
2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı Sərəncamı ilə Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsinin icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən "xxxx" MTK tərəfindən həll edilməsi ilə bağlı sərəncam imzalanmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı sərəncamının addan-ada keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli 104 saylı sərəncamı ilə Nizami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamı və tərtib olunmuş 12899 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir.
3. Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
4. Cavabdehin vəfatından sonra arvadı X3 və oğlu Nümayəndə1 prosessual hüquq varisi kimi işdə iştirak etməyə cəlb edilmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nizami rayon Bələdiyyəsi və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə Cavabdeh qarşı “qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisi üçün ayrılmış torpaq sahəsində cavabdeh X4 tərəfindən 46 saylı binanın qarşısında qanunsuz olaraq zəbt edilmiş ərazilərin boşaldılması və həmin ərazidə inşa edilmiş tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində mövcud yaşayış və qeyri-yaşayış sahələrinin sökülərək yerində hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsi "xxxx" MTK-ya həvalə edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 104 saylı “xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamın addan-ada keçirilməsi haqqında” Sərəncamına əsasən Nizami rayonu 2400cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisinin layihələndirmə dair Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı sərəncamına və tərtib olunmuş 12899 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı Sərəncamına əsasən tərtib edilmiş 14/102 saylı Ayrıc aktı ilə Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçəsi 2400-cü məhəllədə 1,9276 hektar torpaq sahəsi yüksəkmərtəbəli yaşayış binalarının tikintisi üçün MTK-ya verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı Sərəncamına əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən MTK tərəfindən həll edilir. Hal-hazırda MTK tərəfindən Şirin Mirzəyev 46 ünvanında bina sakinləri razılaşdırılmış rəsmi müqavilələr bağlanmışdır. 46 saylı binanın sakinləri ilə də razılıq əldə edilmişdir. Lakin Nizami rayon Şirin Mirzəyev küçəsi ev 42, mənzil 12-də yaşayan Cavabdeh daş təsərrüfat anbarına dair 17 noyabr 2020-ci il tarixli 48 nömrəli ümumi sahəsi 52,89 kv.m və 15 mart 2005-ci il tarixli 03 nömrəli ümumilikdə sahəsi 71,94 kv.m mövcud təsərrüfat anbarına (hal-hazırda qanunsuz olaraq iaşə obyekti kimi fəaliyyət göstərir) Nizami rayon Bələdiyyəsi qərar vermişdir. Bələdiyyənin verdiyi müvəqqəti qərardan başqa şəxsin həmin anbarlara dair hər hansı bir hüquqi sənədi yoxdur. Həmin qərarların 2-ci və 3-cü bəndində daş təsərrüfat anbarının və mövcud təsərrüfat anbarının yerləşdiyi torpaq sahəsi tikinti və ya abadlıq işləri üçün lazım olarsa Nizami Bələdiyyəsinin ilk tələbi ilə etiraz edilmədən azad edilməlidir.
7. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1910/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintiki üçün ayrılmış torpaq sahəsində 46 saylı binanın qarşısında Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş ərazilərin boşaldılması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisənin ədalətli həlli üçün ilk öncə Cavabdeh mühahisəli ərazidə istifadə hüququnun olub-olmaması halı araşdırılmalıdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi Bakı şəhəri Nizami Bələdiyyəsinin qərarı ilə və Cavabdeh ilə bağlanmış icarə müqaviləsi əsasında Ş.Mirzəyev küçəsi 46 saylı binanın yaxınlığından yerləşən təsərrüfat anbarı və Ş.Mirzəyev küçəsi 42 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 114 kv.m olan torpaq sahəsi Cavabdeh icarəyə verilmişdir. Hazırda Bakı şəhəri Nizami Bələdiyyəsi qeyd edir ki, 49 illiyə icarəyə verilmiş torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 154 saylı 10 aprel 2014-cü il tarixli və 104 saylı 05 mart 2018-ci il tarixli sərəncamlarla hündür mərtəbəli binaların tikintisi üçün İddiaçı MTK-nın icarəsinə verilməsini nəzərə alaraq Nizami bələdiyyəsinin yuxarıda qeyd olunan 03 saylı 15 mart 2005-ci il tarixli qərarı və 22 mart 2005-ci il tarixli torpaq icarəsi müqaviləsi öz qüvvəsini itirmiş hesab olunur. Nəticədə, Cavabdeh hazırda Ş.Mirzəyev küçəsi 46 saylı binanın yaxınlığından yerləşən təsərrüfat anbarı və Nizami rayon Ş.Mirzəyev küçəsi 42 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 114 kv.m olan torpaq sahəsi üzərində subyektiv hüququnun olmadığı müəyyən edilmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinə münasibətdə belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh onun istifadə və sahibliyində olan Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən ictimai iaşə obyektinin sökülməsi ilə bağlı Karayev City MTK-dan 480000 (dörd yüz səksən min) manat və MTK-nin qanunsuz hərəkəti nəticəsində əmlakına dəymiş 20000 (iyirmi min) manatın Karaev City MTK-dan tutularaq onun xeyrinə ödənilməsi tələbini irəli sürsə də, qeyd edilən ərazidə yerləşən iaşə obyektinin Cavabdeh istifadəsinə verilməsi ilə bağlı Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən (təsərrüfat anbarının yerləşdiyi torpaq sahəsi tikinti və ya abdlıq işləri üçün lazım olarasa Nizami Bələdiyyəsinin ilk tələbi ilə etiraz edilmədən azad edilməlidir) İddiaçı MTK tərəfindən həmin ərazidə tikinti işləri aparıldığından Cavabdeh həmin anbardan və onun yerləşdiyi torpaq sahəsindən istifadə hüququ artıq mövcud deyil. Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən ictimai iaşə obyekti ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mülkiyyətində deyil, nəticə etibarı ilə onun mübahisə predmeti ilə bağlı obyektin sökülməsi üçün tələb hüququ yoxdur və o, göstərilən iddia tələbi ilə bağlı tərəf kimi çıxış edə bilməz. Məhkəmə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbinin “MTK-nın qanunsuz hərəkəti nəticəsində əmlakına dəymiş 20000 (iyirmi min) manatın Karaev City MTK-dan tutularaq onun xeyrinə ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh əmlakına 20000 manat dəyərində ziyanın vurulduğunu qeyd etsə də, qeyd edilən hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də görünür ki, iaşə obyektinə heç bir ziyan vurulmamış, onun ətrafında qazıntı işləri aparılmışdır, lakin həmin qazıntı işləri nəticəsində ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 20000 manat dəyərində ziyan vurulması müəyyən edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 216- 220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamənin təsviri hissəsində onun müvafiq torpaq sahəsindən özbaşına deyil, Nizami Bələdiyyəsinin müvafiq qərarları əsasında istifadə etdiyini qeyd etsə də, nəticə hissəsində onun bu ərazini qanunsuz olaraq zəbt etdiyini qeyd edir. İddia tələbində müvafiq bələdiyyə qərarlarının qüvvədən düşməsinə dair heç bir tələb yoxdur. Belə olan halda bələdiyyə sədrinin şəxsi mülahizəsi əsasında iddiaçıya göndərdiyi məktuba istinad etməklə bu qərarları qüvvədən düşmüş hesab etmək olmaz. Bu qərarlar yalnız bələdiyyənin digər qərarı ilə qüvvədən düşə bilər, bələdiyyə sədrinin mülahizəsi əsasında yazılmış məktubu ilə qüvvədən düşə bilməz. Müqaviləyə əsasən bələdiyyə ondan tələb etdikdə, o, ərazini qeyd-şərtsiz boşaltmalıdır. Lakin iddia qaldırılanadək bələdiyyə tərəfindən belə bir müraciət edilməyib. Bundan başqa, Bakı ŞİHB-in iddiaçıya verdiyi xx.xx.2014-cü il tarixli sərəncamının qüvvədən düşməsini məhkəmə qətnamədə qeyd etməyib. Belə ki, həmin sərəncamın ən çox 2 il hüquqi qüvvəsi olmasına baxmayaraq, iddiaçının 7 il keçdikdən sonra tikinti işləri aparması tamamilə qanunsuzdur.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-87/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 27 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı MTK-nın Cavabdeh qarşı qanunsuz olaraq zəbt edilmiş ərazilərin boşaldılması və həmin ərazidə inşa edilmiş tikililərin sökülməsi barədə ilkin iddiasının və Cavabdeh İddiaçı MTK-ya qarşı kompensasiya ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı MTK tərəfindən mərhum Cavabdeh prosessual hüquq varisləri X1 və oğlu Nümayəndə1 cəmi 231.378 (iki yüz otuz bir min üç yüz yetmiş səkkiz) manat kompensasiya ödənilməklə Bakı şəhəri, Nizami rayonu 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisi üçün ayrılmış torpaq sahəsində yerləşən və cavabdehə məxsus olan 114 kv.m. və 57 kv.m. qeyri-yaşayış sahələrinin sökülməsi, ilk və qarşılıqlı iddiaların qalan hissələrdə rədd edilməsi qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli tikililər üzərində cavabdehin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi həmin tikililərin kompensasiya ödənilmədən sökülməsi üçün əsas vermir. 114 kv.m. torpaq sahəsi Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2005-ci il tarixli qərarı və torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən 49 il müddətinə cavabdehin istifadəsinə verilmişdir (1-ci cild, i.v.141- 145). Həmin ərazidə cavabdehə məxsus tikili Bələdiyyə tərəfindən təsərrüfat anbarı kimi qeydə alınsa da, ekspert rəyindən və işin müəyyən edilən digər hallarından göründüyü kimi o, ictimai iaşə obyekti kimi istifadə olunmuşdur. Cavabdehə məxsus 53 kv.m qeyriyaşayış sahəsinin altındakı torpaq sahəsi isə xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2034- cü ilədək olan müddətə cavabdehin icarəsinə verilmişdir (1-ci cild, i.v.179). Bu tikili də anbar kimi qeydə alınmasına baxmayaraq ekspert rəyindən və işin digər hallarından göründüyü kimi avtoyuma məntəqəsi kimi fəaliyyət göstərmişdir. Hər iki tikili bələdiyyə ödənişlərinə (vergi, kommunal və s.) cəlb olunmuşdur. Mübahisəli tikililər daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınmasa da, onlar cavabdeh tərəfindən inşa olunmaqla faktiki olaraq mövcuddur və cavabdehin istifadəsindədir. Bu baxımdan, cavabdehin həmin tikililər və torpaq sahəsi üzərində əmlak hüquqları vardır və ona görə də həmin tikililərə “əmlak” kimi yanaşılmalı və qiymət verilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası ilk növbədə sökülməsi tələb olunan cavabdehə məxsus tikililərin həqiqətən də İddiaçı MTK-nın istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşmədiyini araşdırmış və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/2445 saylı rəyinə əsasən müəyyən etmişdir ki, Bakı şəhəri, Nizami Bələdiyyəsi tərəfindən 22 mart 2005-ci il tarixli və xx.xx.2013-cü il tarixli icarə müqavilələrinə əsasən Cavabdeh istifadəsinə verilmiş 114 kv.m. və 53 kv.m. qeyri-yaşayış binalarının Bakı şəhər İcra Hakimiyyətinin 10 aprel 2014-cü il tarixli 154 saylı və xx.xx.2018-ci il tarixli 104 saylı sərəncamları ilə Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsisməsində İddiaçı MTK-nın istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. Ekspert qarşısında həmin tikililərin yerləşdiyi sahənin hüquqi statusunun (dövlət, yoxsa bələdiyyə mülkiyyətində olması) müəyyən edilməsi barədə sual qoyulsa da, ekspert səlahiyyətinə aid olmadığını əsas gətirərək həmin sualı cavablandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmin məsələ üzrə əlavə araşdırma aparılmasına lüzum görməyərək, qeyd etmişdir ki, həmin ərazinin kimin (dövlətin ya bələdiyyənin) mülkiyyətində olmasından asılı olmayaraq mübahisəli tikililərin sökülməsi üçün hər bir halda cavabdehə kompensasiya ödənilməlidir. Bu kompensasiyanın ödənilməsi vəzifəsi isə Bakı İcra Hakimiyyətinin müvafiq sərəncamlarına əsasən dövlətin və ya bələdiyyənin deyil, bilavasitə İddiaçı MTK-nın üzərinə düşür. İşin apellyasiya baxışı zamanı mübahisəli əmlakların dəyərinin müəyyən olunması üçün "xxxx" MMC tərəfindən qiymətləndirmə aparılmış, həmin MMC-nin xx.xx.2022-ci il tarixli, 125 saylı mütəxəssis rəyi ilə Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki, 42 saylı binanın yaxınlığında yerləşən 114 kv.m qeyri-yaşayış sahəsinin 91.200 manat, ünvan 1 ünvanında yerləşən 53 kv.m qeyri-yaşayış sahəsinin bazar dəyəri 42.400 manat müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı bu rəy mübahisələndirildiyindən və kifayət qədər əsaslandırılmadığından iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə olunmuş və həmin Mərkəzin xx.xx.2023-cü il tarixli, 10/7287 saylı rəyi ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ölçüsünün 53 kvm deyil, 57 kv.m olduğu müəyyən edilmişdir. Qoyulan suallar üzrə ekspert tərəfindən ətraflı tədqiqat aparılmış, 114 kvm qeyri-yaşayış sahəsinin ictimai iaşə obyekti kimi, 57 kvm qeyri-yaşayış sahəsinin isə avtoyuma məntəqəsi kimi fəaliyyət göstərdiyi, işlək vəziyyətdə olduqları müəyyən edilmişdir. Ekspert həmçinin müqayisə metodu ilə apardığı tədqiqat nəticəsində 1 kvm qeyri-yaşayış sahəsinin orta bazar qiymətinin 1243 manat olduğunu müəyyən etmişdir. Ekspert həmin məbləği əsas götürərək Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki, 42 saylı binanın yaxınlığında yerləşən 114 kv.m qeyri-yaşayış sahəsinin bazar dəyərinin 141.700,0 manat, ünvan 1 ünvanında yerləşən 57 kv.m qeyri-yaşayış sahəsinin bazar dəyərinin 70.800 manat; 114 kv.m qeyri-yaşayış sahəsinin inşası üçün görülmüş tikinti-təmir işlərinin dəyərinin 14.448,0 manat, 57 kv.m qeyri-yaşayış sahəsinin inşası üçün görülmüş tikintitəmir işlərinin dəyərinin 4.430,0 manat olduğunu müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ekspert rəyi kifayət qədər əsaslandırıldığından rəyin məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən ictimai iaşə obyektinin "Karayev City” MTK tərəfindən sökülməsi və dəymiş ziyanın ödənilməsi ilə bağlı İddiaçı MTK-dan ümumilikdə (141700+70800+14448+4430) 231378 manat pul vəsaiti tutularaq cavabdehin prosessual hüquq varislərinə ödənilməlidir
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2977/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-87/2023 nömrəli mülki iş üzrə 06 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının hüquqi varisləri məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
Mülki Prosessual Məcəllə
16. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.
17. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.
18. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.
19. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətindən imtinaya dair ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının hüquq varislərinin ərizəsini nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilməlidir.
21. Belə ki, iş materialları ilə müəyyən edilir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hüquq varisləri məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.
22. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi şikayətdən onun hüquq varislərinin imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1910/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən onun hüquq varislərinin imtinası qəbul edilsin və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev