Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6410/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X7 oğlunun katibliyi, Cavabdeh və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-916/2022 saylı, 15 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İşin hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük stansiyası 15 ünvanında yerləşən fərdi yaşayış evi, tərəflərin şifahi razılığı əsasında 40.000 manat müqabilində cavabdehə satılmış, bundan sonra Cavabdeh İddiaçı istifadəsində olan mübahisəli fərdi yaşayış evinə köçərək orada qeydiyyata düşmüşdür.
2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)3888/2019 saylı, xx.xx.2019-cu il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə cavabdeh X3 40.000 (qırx min) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir.
3. Hazırda İddiaçı uzun illərdir istifadəsində olan fərdi yaşayış evini sataraq qeyd olunan qətnamə üzrə müəyyən edilmiş öhdəliyi yerinə yetirmək istəyir. Lakin Cavabdeh hal-hazırda həmin evdə yaşaması və iddiaçının həmin evi satmağına maneə törətməsi səbəbindən evi sata bilmir. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi evdən istifadə hüquqlarına xitam verilməsi və həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh hal-hazırda yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti, 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m., həyətyanı sahəsi 18 kv.m olan fərdi ev ona məxsus olub. Həmin evi təqribən 30 il bundan əvvəl tikmişdir. Müəyyən səbəblərə görə həmin evi satmaq qərarına gəlmişdir. Evi bacısı oğlu X2 həyat yoldaşı Cavabdeh almaq istəyirdi. Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına qeyydiyyatdan keçmədiyi üçün evi rəsmi qaydada, yəni alqı-satqı müqaviləsi bağlayaraq notariusda təsdiq edilməklə satmaq mümkün olmamışdır. Buna baxmayaraq evi X5 40.000 manata satmışdır və həmin məbləğdə pulu ondan almağı barədə 22 sentyabr 2018-ci il tarixdə qəbz yazıb, qəbzdə imza edərək Cavabdeh vermişdir. Cavabdeh isə ona 40.000 manat pul verdiyini təsdiq edərək qəbzdə imza etmişdir. Bundan sonra Cavabdeh adına etibarnamə verilmişdir. Onu evə qeydiyyata salmaq, qaz, su və elektrik xəttini ayıraraq texniki şərt alınmış, daha sonra qaz, su və elektrik üçün ayrıca sayqaclar quraşdırılması üçün 5000 manat pul xərcləmişdir. Cavabdeh həmin evdə bir müddət yaşadıqdan sonra ödədiyi 40.000 manat pulun geri qaytarılmasını tələb etmişdir, öz tələbini onunla əsaslandırmışdır ki, o, aldığı fərdi evin plana düşəcəyini, gələcəkdə həmin evi 115.000 (yüz on beş min ) manata satıb qazanc əldə edəcəyini güman edərək almışdır. Evin plana düşməyəcəyini bildikdə isə verdiyi 40.000 manat pulun geri qaytarılmasını tələb etmişdir. Cavabdeh evi 2018-ci ilin iyun ayında alıb və həmin vaxtdan indiyə kimi həmin evdə yaşayır. O, Cavabdeh təklif etmişdir ki, imkan versin evi başqa bir şəxsə satıb onun pulunu qaytarsın. Lakin, Cavabdeh bununla razı olmayaraq verdiyi 40.000 manat pulu geri almaq üçün məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3888/2019 saylı, 30 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin edilmiş, 40.000 manat məbləğdə pulun iddiaçı X4 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin qətnaməsinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2014/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən verilmiş Kasassiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2021-ci ilin fevral ayında o, Cavabdeh qarşı mənzilin satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1626/021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Həmin qətnamədən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6643/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin qəbul etdiyi 2(103)-6643/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyti olan bütün faktiki hallar araşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, iddiaçı hazırkı iddia tələbində müstəqil olaraq cavabdehin mənzildən çıxarılmasını tələb etməmiş, yalnız Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti. 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi evin satılması və əldə edilmiş pul vəsaitindən öz hesabına qaz, su və elektrik xəttlərinin ayrılması, texniki şərtlərin alınması, aynca sayğacların quraşdırılması və pasport qeydiyyatına alınması üçün ödədiyi 5000 (beş min) manat pulu, 2018-ci ilin iyun ayından bu günə kimi ortalama hesab ilə təşkil edən 16.500 (on altı min beş yüz) manat kirayə haqqının xaric edilməsi və bundan sonra cavabdehin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya hesab etmişdir ki, iddiaçının cavabdehin evdən çıxarılması ilə bağlı tələbi digər tələblərdən asılı edilməklə irəli sürüldüyündən, evdən çıxarılma tələbinin asılı edildiyi digər tələblərin əsassız olduğu üçün təmin edilməsi mümkün olmadığından, cavabdehin evdən çıxarılması ilə bağlı tələb də təmin edilə bilməz. O, Cavabdeh qarşı mənzilin satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərkən vəkilə müraciət edib məsləhət almamışdır, iddia ərizəsini qohumlarının köməkliyi ilə yazmışdır. Ona görə də iddia predmetini düzgün seçməmişdir və əsaslandırmamışdır. Müvafiq orqanlar etiraz etmədiyi üçün o, öz vəsaiti hesabına Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 18 kv.m torpaq sahəsində 3 otaqdan ibarət fərdi yaşayış evi inşa edib müəyyən müddət həmin evdə yaşadığına görə, sözü gedən tikiliyə sahiblik və istifadə hüququ əldə etmişdir. O, həmin tikiliyə, yəni yaşayış sahəsinə sahiblik və istifadə hüququ əldə etdiyinə görə həmin evə faktiki mülkiyyət hüququ əldə etmişdir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(005)-916/2022 saylı, 15 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva), iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi yaşayış evindən çıxarılması, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarına əlavə edilmiş məhkəmə qətnamələrindən müəyyən olunur ki, tərəflər arasında mübahisə predmeti yalnız Cavabdeh tərəfindən İddiaçı ödənilmiş 40.000 manat pulun ödənilməsi hissəsində təmin edilmişdir.
8. Göstərilənlərdən müəyyən olunur ki, cavabdehin Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi evdə məskunlaşması həmin evin satılmasına dair tərəflərin şifahi razılaşması yəni iddiaçının icazəsi ilə baş tutmuşdur. Hal-hazırda məhkəməyə təqdim edilmiş məhkəmə qətnamələrindən müəyyən olunur ki, tərəflər arasında qeyd olunan evin cavabdehə satılmasına dair razılaşma baş tutmamışdır. Belə olan halda hazırda cavabdehin həmin mənzildə yaşaması iddiaçının hüquqlarını pozmaqdadır.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh mübahisəli mənzildə qalması və mənzildən çıxmaması iddiaçının həmin mənzilə dair istifadə hüquqlarının həyata keçirilməsinə və həmin əmlakdan istifadə etməsinə imkan vermir və maneə yaradır. Bu səbəbdən Cavabdeh mübahisəli mənzildən qalması iddiaçının mənzil hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməli və müvafiq qətnamə cavabdehin həmin mənzildən çıxarılması və mənzilin onun tərəfindən boşaldılması üçün əsas olmalıdır.
10. Birinci instansiya məhkəməsi iddia tələbinin ikinci hissəsinə münasibətdə hesab etmişdir ki, istifadə hüququna xitam verilməsi şəxsin mənzildən çıxarılmasına bərabərdir. Eyni zamanda məhkəmə araşdırması zamanı tələbin müzakirə olunan ikinci hissəsi üzrə cavabdehin hüquqlarının mövcud olması, yəni hazırda cavabdehin Bakı Şəhəri, Nərimanov rayonu. Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi evdə istifadə hüquqnun olması müəyyən edilməmişdir.
11. Hazırda cavabdehin istifadə hüququnun olmaması halında, sonuncunun istifadə hüququna xitam verilməsi barədə iddia tələbi əsassızdır. Belə ki, yaranmamış hüququn itirilməsi ilə bağlı verilmiş iddia əsasızdır.
12. Eyni zamanda, hazırda cavabdehin istifadə hüququnun mövcud olmaması, iddiaçının qanunla qorunan hüquqlarını cavabdeh tərəfindən pozulmamasının təsdiqidir. Odur ki, iddia tələbinin ikinci hissəsinə münasibətdə məhkəmə tələbin pozulmuş hüquqların bərpası cəhətdən də əsassız hesab edir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 146.1, 146.2, 152.2, 152.3, 152.4, 152.5, 178.1, 228.1, 228.2 və 228.3-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 9.1,, 9.3, 14.2, 88, 217.1, 217.2, 217.3 və 217.4-cü maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
14. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri
15. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
16. Cavabdeh apelyasiya şikayətində göstərilmişdir ki, mübahisə predmetim olan mənzil özbaşına tikilidir və mübahisə üzrə artıq qüvvədə olan məhkəmə qətnaməsi vardır, eyni iddia tələbi üzrə iki dəfə məhkəmədə baxılması qanunvericiliyə ziddir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə mübahisəyə baxılmış və iddia təmin edilməmişdir. Mübahisə predmeti ilə bağlı artıq qüvvədə olan qətnamə vardır və eyni predmət üzrə məsələyə yenidən baxılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmədə mübahisəyə yenidən baxılması ilə Azərbaycan Respublikası MPM-nin 82-ci maddəsinin tələbləri pozulmuşdur və ona görə də qətnamə ləğv edilməlidir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:
18. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun vəkili Vəkil2 verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
19. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.
20. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
24. Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
25. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
26. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
27. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
28. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
29. Maddə 152.2. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
30. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
31. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
32. Maddə 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər.
33. Maddə 646.1. Daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
34. Maddə 647.2. Daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestirində qeydiyyat anından keçir.
35. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
36. Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.
37. Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
45. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
47. Məhkəmə kollegiyası Cavabdeh və onun vəkili Vəkil2 çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, mübahisə üzrə artıq qüvvədə olan məhkəmə qətnaməsi vardır, eyni iddia tələbi üzrə iki dəfə məhkəmədə baxılması qanunvericiliyə ziddir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1626/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə mübahisəyə baxılmış və iddia təmin edilməmişdir. Mübahisə predmeti ilə bağlı artıq qüvvədə olan qətnamə vardır və eyni predmət üzrə məsələyə yenidən baxılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmədə mübahisəyə yenidən baxılması ilə Azərbaycan Respublikası MPM-nin 82-ci maddəsinin tələbləri pozulmuşdur və ona görə də qətnamə ləğv edilməlidir.
49. Məhkəmə kollegiyası iddiaçı Asim Seyidovun apelyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
50. Belə ki, işin hallaarından göründüyü kimi, mübahisəli fərdi yaşayış evi, tərəflərin şifahi razılığı əsasında 40.000 manat müqabilində cavabdehə satılmış, Cavabdeh İddiaçı istifadəsində olan mübahisəli fərdi yaşayış evinə köçərək orada qeydiyyata düşmüşdür. Sonradan isə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3888/2019 saylı, xx.xx.2019-cu il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə X3 40.000 (qırx min) manat məbləğində pulun Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Hazırda İddiaçı uzun illərdir istifadəsində olan fərdi yaşayış evini sataraq qeyd olunan qətnamə üzrə müəyyən edilmiş öhdəliyi yerinə yetirmək istəsə də, Cavabdeh hal-hazırda həmin evdə yaşaması və iddiaçının həmin evi satmağına maneə törətməsi səbəbindən evi sata bilmir. Hal-hazırda tərəflər arasında qeyd olunan evin cavabdehə satılmasına dair razılaşma baş tutmamışdır. Belə olan halda hazırda cavabdehin həmin mənzildə yaşaması iddiaçının hüquqlarını pozmaqdadır.
51. Məhkəmə kollegiyası cababdehin apelyasiya şikayətinin məhkəmənin mübahisəyə yenidən baxılması ilə Azərbaycan Respublikası MPM-nin 82-ci maddəsinin tələblərini pozması ilə bağlı dəlilərinə qiymət verərək qeyd edir ki, həmin maddənin tələbləri baxımından mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiyal əlaqəsi yaranmış olur.
52. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6643/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, iddiaçı hazırkı iddia tələbində müstəqil olaraq cavabdehin mənzildən çıxarılmasını tələb etməmiş, yalnız Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi evin satılması və əldə edilmiş pul vəsaitindən öz hesabına qaz, su və elektrik xəttlərinin ayrılması, texniki şərtlərin alınması, ayrıca sayğacların quraşdırılması və pasport qeydiyyatına alınması üçün ödədiyi 5000 (beş min) manat pulu, 2018-ci ilin iyun ayından bu günə kimi ortalama hesab ilə təşkil edən 16.500 (on altı min beş yüz) manat kirayə haqqının xaric edilməsi və bundan sonra cavabdehin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya hesab etmişdir ki, iddiaçının cavabdehin evdən çıxarılması ilə bağlı tələbi digər tələblərdən asılı edilməklə irəli sürüldüyündən, evdən çıxarılma tələbinin asılı edildiyi digər tələblərin əsassız olduğu üçün təmin edilməsi mümkün olmadığından, cavabdehin evdən çıxarılması ilə bağlı tələb də təmin edilə bilməz.
53. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6643/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin məzmunundan da gorünür ki, cavabdehin apelyasiya şikayətində qeyd etdiyi kimi, həmin iddia tələbi ilə hazırki iddia tələbi eyni iddia tələbi hesab edilə bilməz, hazırki iddia tələbinə həmin işdə baxılaraq hüquqi qiymət verilməmişdir.
54. Həmçinin, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1992/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının məzmunundan müəyyən olunur ki, birinci instansiya məhkəməsi hazırki iddia tələbinin Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinin tələbləri baxımından icraata qəbul edilməməsi barədə qərardad əsassız hesab edilərək ləğv edilmiş və hazırki iddia tələbinin icraata qəbulundan imtina qanunsuz hesab edilmişdir.
55. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşır və gəldiyi nəticəni əsaslı hesab edir.
56. Məhkəmə kollegiyası cababdehin apelyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 82-ci maddəsinin tələblərinin pozulması barədə dəlillərini də əsassız hesab edilir.
57. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.
58. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
59. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
60. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-916/2022 saylı, 15 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.