Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6415/2022 01.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-193/2022 saylı iş üzrə 13 iyun 2022-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və qeyriləri Cavabdeh MMC-yə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-193/2022 saylı, 04 fevral 2022ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən (Vəkil) elektron qaydada apelyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 3183/2022 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 193/2022 saylı, 04 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçıların vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və apelyasiya şikayətinin geri qaytarılması üçün mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və onların vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3183/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, ləğv edilməsi, mahiyyəti üzrə baxılması üçün işin apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-3097/2022 saylı qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və onların vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-3183/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti icraata qəbul edilməmiş və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 3183/2022 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3183/2022 saylı, 17 mart 2022-ci il tarixli qərardadından iddiaçılar M.Sadıqov, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-193/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-193/2022 saylı, 04 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçıların vəkili tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Sonradan iddiaçıların vəkili Vəkil Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-193/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən yenidən apelyasiya şikayəti vermişdir. Eyni zamanda ərizə təqdim edərək, apelyasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin ona münasibətdə bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-193/2022 saylı iş üzrə 13 iyun 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-193/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçıların vəkili Vəkil tərəfindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır. Qərardaddan Cavabdeh nümayəndəsi Nümayəndə şikayəti verərək, qərardadıın ləğv edilməsini və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-193/2022 saylı, 04 fevral 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi haqqında iddiaçıların vəkili Vəkil ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-193/2022 saylı iş üzrə 18 avqust 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi qərara alınmışdır. Kollegiya hesab edir ki, Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi isə şikayətinin bu Məcəllənin tələblərinə uyğun verilib-verilməməsini yoxlamadan mahiyyəti üzrə baxaraq qiymət vermiş və şikayətin mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-193/2022 saylı iş üzrə 13 iyun 2022-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməli, Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-193/2022 saylı iş üzrə 13 iyun 2022-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilsin. Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6415/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6415/2022
01.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver